Milli müstəqil dövlətçiliyimizə təhlükə yaradanlar kimlərdir?
Araşdırma
Oxunub: 3355
30 May 2015 | 18:44
Milli müstəqil dövlətçiliyimizə təhlükə yaradanlar kimlərdir?

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, istiqlalçı deputat, tarixçi professor Hacıbaba Əzimov facebook səhifəsində maraqlı status paylaşıb. Moderator.az həmin statusu olduğu kimi oxucuların diqqətinə çatdırır:

Dəyərli dostlar! Acı təəssüf hissiylə xatırladırıq ki, ölkəmizin milli müstəqil dövlətçiliyinə həm xaricdə, həm də ölkə daxilində təhlükə yaradan antiazərbaycan qüvvələri mövcuddur. Bu qüvvələrdən ən məkrlisi və qorxulusu isə “Azərbaycan evi”nin içərisindədir və bəzi dövlət orqanlarında mühüm vəzifələrə yerləşdirilmişdir. Əsasən Rusiyanın “beşinci kolon”una mənsub olan həmin antimilli zümrə uzun illərdir ki, tutduğu vəzifə mövqelərindən istifadə edərək açıq və ya gizli şəkildə ictimai-siyasi, hüquqi, sosial-iqtisadi və digər sahələrdə dövlət siyasətinə qarşı təxribatlar həyata keçirir, analoqu olmayan özbaşınalıqlar edirlər. Bunları nəzərə alaraq bir müddətdir ki, feys.-də sual-cavab şəklində antimilli qruplaşmanın dünyada, ən azı Avropada analoqu olmayan rüsvayçı özbaşınalıqlarından, təxribatlarından bir halı ictimaiyyətin müzakirəsinə təqdim etmişik. Dərin kədər və ürək ağrısı ilə bir daha bildiririk ki, bizim bu müzakirəni açdığımız günlərdə, mayın 19-da məmur ”“ sahibkar zümrəsinin analoqu olmayan özbaşınalığı nəticəsində Binəqədi rayonunda 16 mərtəbəli bir binanın qısa bir vaxt ərzində bütünlüklə yanması, 16 nəfərin həlak olması, 60 nəfərin ciddi xəsarət alması kimi dəhşətli faciəvi hadisə baş vermişdir.
Biz, təxminən bir ay bundan əvvəl antimilli ünsürlərin təxribat xaraterli fəaliyyətinə ictimaiyyətin diqqətini cəlb etmək məqsədi ilə bilə-bilə əvvəlcədən konkret faktları şərh etmədən ümumiləşdirilmiş şəkildə hakimiyyət orqanlarından birinin köməkçi-xidmətçi qurumunun (aparatının) rəhbərinin səlahiyyətlərini aşaraq və vəzifə cinayəti törədərək sosial təminatla bağlı bir sıra qanunlara, o cümlədən sabiq deputatlar üçün güzəştli pensiya müəyyən edilməsinə dair qanunvericiliyə antikonstitusion şərhlər verməsi və aidiyyəti üzrə digər dövlət orqanlarının və hətta məhkəmələrin isə əslində heç bir hüquqi qüvvəsi olmayan bu şərhləri əsas tutaraq ədalətsiz qərarlar qəbul etməsi kimi rüsvayçı özbaşınalıq halını ictimai müzakirəyə çıxarmışdıq. İndiki yazımızda isə həqiqətən dünyada analoqu olmayan bu məmur-məhkəmə özbaşınalığı halına hüquq normaları əsasında şərh verməyə çalışırıq. İndiyədək müzakirədə iştirak edən dəyərli dostlara razlığımızı bildirir və belə hesab edirik ki, onların bir qisminin bu görünməmiş özbaşınalığı “analoqu olmayan cinayət” adlandırması da dürüst dəyərləndirmədir. Bunu aşağıdakı təkzibedilməz faktlar və hüquq normaları da açıq ”“ aydın sübut edir:
1. Əvvələn, göstərməliyik ki, Avropa məkanında analoqu olmayan bu cinayət halının baş verməsinin səbəbkarı və günahkarı nə qədər inanılmaz olsa da, Milli Məclisin köməkçi-xidmətçi qurumunun (aparatının) rəhbəri S.Mirzəyevdir. Əldə etdiyimiz faktlar göstərir ki, S.Mirzəyev dəfələrlə qanunlara, o cümlədən Milli Məclisin sabiq deputatlarının və dövlət qulluqçularının sosial təminatı ilə bağlı qanunlara rəsmi antikonstitusion şərh verməklə öz vəzifə səlahiyyətlərini aşmış və Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə qeyri-qanuni müdaxilələr etmişdir ki, bu da əslində cinayət əməlidir. Məsələn, S.Mirzəyev Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinə göndərdiyi 19 dekabr 2000-ci il tarixli məktubunda pensiya ilə bağlı qanuna qəsdən, qısasçılıq məqsədilə belə bir antikonstitusion şərh vermişdir ki, güya 1991-1995-ci illərdə işlədilən “Milli Məclisin üzvü” ifadəsi ilə sonralar istifadə olunan “Milli Məclisin deputatı” məfhumu fərqli hüquq normalarıdır və sabiq deputatlar üçün müəyyən olunmuş güzəştli pensiya yalnız 1995-ci ildən sonra seçilmiş və “Milli Məclisin deputatı” adlanan şəxslərə şamil oluna bilər. 
2. Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin səlahiyyətlərini aşaraq pensiya ilə bağlı qanunlara antikonstitusion şərhlər verməsi, heç bir qanun normasına istinad etmədən ilk Milli Məclisin deputatlarının güzəştli pensiya almaq hüququnu inkar etməsi təsadüfi olmayıb, onun Rusiyanın Azərbaycandakı “beşinci kolon”unun əsas fiqurlarından biri və PKK lideri A.Öcalanın 1999-cu ilin fevral ayında Türkiyə kəşfiyyatına (MİT-ə) verdiyi istintaq ifadəsində etiraf etdiyi kimi, PKK tərəfdaşı olması, vaxtilə açıq şəkildə Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə çıxış etməsi və digər səbəblərdən istiqlalçı deputatlara (siqnatorlara ) qarşı qərəzli, siyasi revanşizm niyyəti güdməsi ilə bağlıdır. Məhz buna görə də o, göstərilən qanunsuz əməlini ört-basdır etmək üçün dəfələrlə mətbuata verdiyi açıqlamalarında, dərc etdirdiyi yazılarında ilk Milli Məclisin varlığını, onun deputatlarının statusunu və xidmətlərini danmağa cəhdlər göstərmişdir. S.Mirzəyevin ilk Milli Məclisə və onun deputatlarına qarşı siyasi diskriminativ münasibətini sübut edən əsaslı faktlardan biri də budur ki, onun idarəçiliyində olan Milli Məclisin saytının (bax: meclis. gov.az) “Milli Məclisin tarixi” səhifəsində 1991-1995-ci illəri əhatə edən dövr boş buraxılmışdır. Saytda həmin dövrdə Milli Məclisin, umumiyyətlə qanunverici hakimiyyət orqanının varlığı əks etdirilmir və belə təqdim olunur ki, güya Milli Məclisin tarixi 1995- ci ildən başlayır. 
3. Sabiq deputatların bir qisminin (Məryəm Həsənova, Hacıbaba Əzimov və Firudin Cəlilovun) pensiya hüququnun pozulması ilə bağlı məhkəmələrə müraciətindən sonra isə S.Mirzəyev ədalət mühakiməsi zamanı günahkar olmasının üzə çıxacağını və məsuliyyətə cəlb edilə biləcəyini dərk edərək, həm özünun qulluq vəzifəsindən, həm də qardaşı, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri H.Mirzəyevin vəzifə mövqeyindən yararlanaraq mübahisələndirilən işin icraatına qanunsuz müdaxilələr etmiş, hakimlərə təzyiq göstərmiş və məhkəmələrin ədalətli qərar çıxarmasına imkan verməmişdir. 
4. Dövlətçiliyimiz üçün dünyada analoqu olmayan rüsvayçı hal həm də budur ki, Dövlət Sosial Müdafiə Fondu və məhkəmələr qərar qəbul edərkən ölkə Konstitusiyasının və Avropa Konvensiyasının norma və prinsiplərini deyil, S.Mirzəyevin hüquqi qüvvəsi olmayan, antikonstitusion mahiyyətli məktubunu və onun qardaşı, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri H.Mirzəyevin şəxsi rəyini və siyasi iradəsini əsas tutmuşlar.
5.1. Məhkəmələrin ölkə Konstitusiyasının və Avropa Konvensiyasının norma və prinsiplərinə zidd olaraq tamamilə qərəzli və qanunsuz qərarlar qəbul etdiyini sübut edən mühüm hallardan və faktlardan bir qismi də bundan ibarətdir ki, cavabdehlər tərəfindən irəli sürülən iddialar, məhkəmələr tərəfindən mübahisələndirilən iş üzrə verilən şərhlər və çıxarılan nəticələr heç də birmənalı oxşarlıq və eyniyyət təşkil etməmiş, əksinə, bir-birindən kəskin dərəcədə fərqli olmuşdur. 
5.2. Milli Məclisin sabiq deputatlarının güzəştli pensiya almaq iddiasının təmin edilməməsinin səbəbinin izahında cavabdehlərin “dəlillər”i bir-birindən, məhkəmələrin nəticəvi “əsaslar”ı bir- birindən fərqli olduğu kimi, cavabdehlərlə məhkəmələrin arasında da ziddiyətli yanaşmalar olmuşdur. Bütün bu ziddiyyətli hallar, faktlar və hüquq normaları sübut edir ki, əslində həm cavabdehlərin, həm də məhkəmələrin göstərilən iddiaları, “hökm”ləri milli və beynəlxalq hüquq normalarına tamamilə zidd, uydurma mülahizələrdir. Bunu oxşar məhkəmə aktlarına münasibətdə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyi də sübut edir. 
6. Avropa Məhkəməsinin Avropa Konvensiyasının 14-cü maddəsi ilə bağlı presedent hüququna görə, analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə, xüsusən eyni hakimiyyət orqanı, o cümlədən qanunverici hakimiyyət daxilində olan şəxslər və ya qruplarla rəftarda fərqləndirmə olmamalıdır. Avropa Konvensiyanın 14-cü maddəsi şəxsi xüsusiyyətlərə, yaxud da şəxslərin və ya qrupların birini digərindən ayıran “statusa” əsaslanmaqla onlarla fərqli rəftar edilməsini qadağan edir. 
7. Ölkə Konstitusiyanın və Avropa Məhkəməsinin presedent hüququ tələbləri mövqeyindən çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu “Məhkəmələr və hakimlər haqqında” Qanunun müvafiq müddəalarının şərh edilməsinə dair 23 yanvar 2001-ci il, 27 iyun 2001-ci il, 29 aprel 2003-cü il və 18 iyul 2008-ci il tarixli qərarlarında belə bir mövqe müəyyənləşdirmişdir ki, fəaliyyət göstərdikləri dövrdən asılı olmayaraq hakim vəzifəsini yerinə yetirmiş şəxslərin sosial təminatı heç bir fərq qoyulmadan Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ prinsipi (maddə 25 və 149) əsas götürülməklə həll edilməlidir.
8. Lakin Dövlət Sosial Müdafiə Fondu və mübahisələndirilən işə baxan məhkəmələr qanunvericilik hakimiyyəti (Milli Məclis) daxilində eyni kateqoriyaya (Milli Məclisin sabiq deputatlarına) aid olan bir qrupun - Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində, müstəqil Azərbaycan Respublikasının dövlət atributlarının, ölkə Konstitusiyasının və qanunvericilik bazasının hazırlanıb qəbul edilməsində müstəsna xidmətləri olan ilk Milli Məclisin deputatlarnın sosial təminatına fərqli mövqedən yanaşaraq və uydurma “status” fərqliliyi bəhanəsi ilə onların güzəştli pensiya almaq hüququnu pozmuşlar ki, bu da açıq-aşkar Konstitusiyanın 25-ci maddəsinin I bəndi və Avropa Konvensiyasının 14-cü maddəsi üzrə Avropa Məhkəməsinin presedent hüququna tamamilə zidd olub sosial sahədə dövlət siyasətinə ikili standartlardan yanaşılması və diskriminasiya tətbiq edilməsi deməkdir. 
9. Təsadüfi deyildir ki, hakimiyyətin varisliyinin və Konstitusiyanın bərabərlik hüququ prinsipinin qorunması mövqeyindən çıxış edərək Milli Məclisin fəaliyyətdə olan 21 nəfər deputatı hələ 2007-ci il martın 7-də Prezident İ.Əliyevə məktubunda sabiq deputatların bir hissəsinə qarşı ayrı-seçkilik olduğunu ifadə edərək göstərmişdır ki, “bərabərlik hüququ hələ də ilk Milli Məclisin deputatlarına şamil edilməyib. Həmin sabiq deputatların pensiya təminatı məsələsini həll etmək üçün isə qanunvericiliyə hər hansı dəyişiklik və əlavələr etməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə Dövlət Sosial Müdafiə Fondu öz vəzifə borcuna müvafiq olaraq mövcud “Əmək pensiyaları haqqında” qanuna əməl etməlidir”. Göründüyü kimi, bu məktubda deputatlar həm də mövcud qanunvericilik aktlarının ilk Milli Məclisin deputatlarına güzəştli pensiya verilməsinə təminat verdiyini, lakin Dövlət Sosial Müdafiə Fondunun öz vəzifə borcuna əməl etmədiyini də xüsusi olaraq vurğulamışlar. Bütün bunlara baxmayaraq yenə də analoqu olmayan bir hal baş vermiş, deputatların göstərilən məktubu qəsdən Prezident İ.Əliyevə deyil, Nazirlər Kabinetinin təhsil şöbəsinə göndərilmiş və orada da “dəfn” edilmişdir. 
10. Göründüyü kimi, S.Mirzəyev səlahiyyətlərini aşaraq və Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid funksiyalarını mənimsəmək cəhdi göstərərək qanunlara rəsmi şərh vermiş, Dövlət Sosial Müdafiə Fondu və məhkəmələr dövlət adından qəsdən, bilə-bilə daimi fəaliyyət göstərən qanunvericilik hakimiyyəti (Milli Məclis) daxilində eyni və bərabər vəziyyətdə olan sabiq deputatların bir hissəsinə diskriminasiya tətbiq etməklə onların güzəştli pensiya almaq hüququnu kobud şəkildə pozan qanunsuz qərarlar qəbul etmiş və bununla da Azərbaycan Respublikası Konstitusiyanın 13, 25, 26, 29, 38, 60, 71, 127, 149-cü maddələrində, Avropa Konvensiyasının 6.1, 14 və 17-ci maddələrində, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş norma və prinsipləri, Avropa Məhkəməsinin Konvensiyanın 6.1, 14 və 1saylı Protokolunun 1-ci maddələri üzrə presedent hüququ ilə müəyyən olunmuş tələbləri kobud şəkildə pozmuşlar.
11. Azərbaycan həqiqətən də Avropada və hətta postsovet məkanında analoqu olmayan yeganə ölkədir ki, burada dövlət müstəqilliyi bərqərar olduqdan sonra seçilmiş və daimi fəaliyyət göstərən parlamentin ”“ ilk Milli Məclisin deputatlarının böyük əksəriyyəti səlahiyyətləri başa çatdıqdan sonra işsiz saxlanılmış və həm də deputat pensiyalarını almaqdan məhrum edildiklərinə görə agır maddi-mənəvi sıxıntılar, ciddi səhhət pozuntuları içərisində çətin həyat yaşamaga məhkum edilmişlər. Son dərəcə acınacaqlıdır ki, cəmi 51 nəfərdən ibarət seçilmiş ilk Milli Məclisin üzvlərindən hazırda 20 nəfəri pensiya yaşına çatmışdır ki, onlardan da 8 nəfəri həm işsiz saxlanıldığına və yalnız pensiya ümidinə qaldığına, həm də deputat pensiyasını almaqdan məhrum edilərək agır maddi sıxıntılara və “mənəvi-məxməri terrora” məruz qoyulduğuna görə vaxtsız vəfat etmişdir.
Şübhə yoxdur ki, bütün bu rüsvayçı hallar, analoqu olmayan qanunsuz qərarlar, ilk Milli Məclisin varlığının inkar edilməsi, onun üzvlərinin status və hüquqlarının pozulması mahiyyətcə həm də şəxsiyyətə, cəmiyyətə, dövlətə təhlükə yaradan cinayət əməlləri, milli müstəqil Azərbaycan dövlətçiliyinə qarşı təxribat və həqarət, ölkəmizin beynəlxalq nüfuzuna ciddi zərər vuran hüquqi-siyasi aktlardır. 
Odur ki, dəyərli dostları, sabiq və hazırkı deputatları, siyasətçiləri, hüquq müdafiəçilərini, vicdanlı dövlət qulluqçularını və bütün Azərbaycan ictimaiyyətini dünyada analoqu olmayan bu məmur-məhkəmə özbaşınalığına biganə qalmamağa, öz münasibətlərini bildirməyə və aidiyyəti üzrə dövlət orqanlarını isə müqəssirləri məsuliyyətə cəlb etməyə çağırırıq”.

 

Oxşar xəbərlər
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?