Gənc ziyalı Laçın Məmişov görkəmli kinoaktyor Fuad Poladovu ad günü münasibəti ilə təbrik edib. Moderator.az-a daxil olan təbrik məktubunda deyilir:
“Bizim cəmiyyət
çox insanların potensialından yararlana bilmədi, istifadə edə bilmədi çox təəsüflər
olsun. Bu gün də eyni şeyi davam edir, böyük potensialı olan
insanlarımızı, içi xəzinə ilə dolu gəmi kimi batırırıq. 2013-cü ildə belə böyük
potensialı olan aktyorlarımızdan biri, hansı ki, mənim üçün Babək, Nəsimi
obrazı idi. Onu batıranda
sənətindən əlavə onun şəxsiyyətini də içi xəzinə dolu gəmi bilib, müdafiəsinə
qalxmışdım. Çox yerlərdən axtarıldım, çox yerlərə dəvət olundum. Təkliflər, təqiblər,
təhdidlərlə üz-üzə qaldım...amma dediyimdən dönmədim. Dedim o içi xəzinə dolu
bir gəmidir. Əslində yanılmışammış. Bu içi xəzinə dolu sandığım Rasim Balayev
idi. Ləl-cəvahirat dolu gəmi hesab etdiyim böyük sənətkarımız, içi hava ilə
dolu kamer imiş. Boz kardinalın bir iynəsi onun havasını çıxartdı və bütün KİV
vasitəsi ilə bülbül kimi ötdü, hələ bir bizi də "özlərinə siyasi xal
qazanırlar" kimi şərh etdi. Nəsimi obrazını yaradan Rasim müəllim, həyatda
Şeyx Əzəmlik edib, kürəyimə xəncəri sapına kimi sapladı...O gün həyatımın ən
ağır günlərindən biri kimi yaddaşıma həkk olundu. Onun bəyənatını oxuyanda, əsəbimnən
bilmirdim nə edim. Gedib Şıxovda dəniz kənarında səhərə kimi canavar kimi
ulayırdım əsəbimnən...
Bu gün ”“mayın
24-ü "Güllələnmə təxirə salınır" filmində Azərbaycanın "Robin
Qud" orbazını yaradan, yaşayan və yaşadan Xanın doğum günüdü. Həyatda
olduğu kimi görünüb, göründüyü kimi olan Fuad Poladovun doğum günüdü. Fuad müəllim
yuxarıda qeyd etdiyim həmkarından fərqli olaraq, özünün böyük sərvətlə dolu bir
gəmi olduğunu həyat adlanan ən çətin imtahanda doğrultdu və o adı şərəflə
daşıdı. Hər şey bir yana dostlar, bu günkü Azərbaycan reallığında bizim Fuad müəllimin
yaratdığı Xan obrazına böyük ehtiyacımız var. Çünki ölkəmizdə qanunlar işləmir,
ədalətsiz məhkəmələr Allahsızlıq edir. "Banditski Peterburq"
serialında Antibiotikin dediyi kimi, eşalonlarla oğurlayanlar həbs olunmur,
amma bir velosiped oğurlayana 10 il həbs verirlər. Tez-tez isə günahı
günahsızlığı olan silahdaşlarımızın həbsinin şahidi oluruq. Bizim şahımız var,
amma Xanımız olmadığı üçün ölkədə jandarm rejimi böyük haqsızlıqlar edir.
Sözümün mustafası isə Fuad Poladovun bu gün doğum günü olmasına gəlib çıxır.
Fuad müəllim,
çox sağ olun ki, varsınız. Çox sağ olun ki, olduğunuz kimi
görünür, göründüyünüz kimi olursunuz. Siz elə bir gəmisiniz ki, öz xəzinənizlə
azadlıq sularında üzürsünüz. Öz simanızı bu simasızlığın hökm sürdüyü bir cəmiyyətdə
qoruyub saxlayırsınız. Sizə möhkəm cansağlğı və ürəyiniz istəyən arzularınıza
qovuşmağı arzu edirəm. Fikrimcə, sənətkar üçün doğum günündə onun sənətinə bir vətəndaşın
verdiyi dəyəri, sevgini, sayqını və səmimi hissləri eşitməkdən, oxumaqdan böyük
şərəf, böyük mükafat və böyük orden ola bilməz. Bir tamaşaçı olaraq, öz
payımdan sizə bu ad gününüzdə şərəf ordeninizi bu sətirlər vasitəsi ilə
imzalayıram. Fikrimcə,
dostlarımın da hamsı bura öz içlərindən gələn səmimiyyətləri ilə imza atmağa
beş əlli hazırdır.
Fuad müəllim,
həmişə var olun. Allah Agharahim balanızın xoş günlərini görmək, fərəh
dolu soraqlarını həmişə eşitməyi sizə nəsib etsin. Çox
sağ olun ki, öz adınızla böyüyüb, öz adınızla yaşayırsınız və ən nəhayəti isə Vətənə
öz adınıza layiq bir oğul bəxş etmisiniz. Sizin hər ikinizi öpüb, bağrıma basıram.
Var olun!
Daha güllələnməni təxirə salmaq lazım deyil.
Tapancam az qalır pas atsın. Bir az tələsək...”