Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları
Oxunub: 2206
19 May 2015 | 10:51
Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları














Əvvəli bu linkdə: //moderator.az/index.php?xeber=78121

 

Digər tərəfdənsə, unutmaq olmaz ki, aşıqlığın özünəməxsus ədəb-ərkan qaydaları var və bunlardan, bəlkə də, ən birincisi təvazökarlıq məsələsidir. Ustad aşığın özündən əvvəlki hər hansı xalq qəhrəmanı, eləcə də ustad sənətkar haqqında neçə-neçə dastan yaratması onun təvazökarlığına heç bir xələl yetirmir. Lakin özü haqqında geninə-boluna danışaraq dastan yaratması haradasa öyünmək, qürrələnmək anlamına gəldiyi üçün ustadın təvazökarlıq edərək, özü ilə bağlı dastan yaratmağı, düzüb-qoşmağı şagirdlərinə, özündən sonra gələn aşıqlara buraxması, həvalə etməsi, fikrimizcə, daha ağlabatan ehtimal variantıdır. Müasir zamanımıza nisbətən yaxın dövrlərdə yaşamış Miskin Abdalın, Aşıq Alının, Aşıq Ələsgərin və digərlərinin özləri haqda heç bir dastan yaratmamalarının məlum olması da bu fikri söyləməyə bizə cəsarət verir. Bundan əlavə, “Abbas−Gülgəz”, “Qurbani”, “Xəstə Qasım”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s. məhəbbət dastanlarımıza heç bir başqa aşığın adının daxil edilməməsi də, güman ki, onları düzüb-qoşan aşıqların ustadlarına sədaqətləri ilə yanaşı, onların klassik dastançılıq ənənəsini qoruyaraq, öz ədəb-ərkan qaydalarını gözləmələrindən, təvazökarlıqlarından irəli gəlmişdir

 Bir daha vurğulayaq ki, bizə elə gəlir, istedadlı insanların, böyük şəxsiyyətlərin, Tufarqanlı Abbas, Qurbani və bu kimi saz-söz nəhənglərinin öz adları ilə bağlı dastan yaratmaları, məclislərdə özlərindən danışmaları qətiyyən ağlabatan görünmür. Qurbaninin özü haqda deyil, misal üçün, mürşidi adlandırdığı Şah İsmayıl Xətai haqqında dastan (hətta dastanlar!) yaratmasını iddia etmək, bizcə, daha inandırıcıdır. Qaldı professor Məmmədhüseyn Təhmasibin yuxarıda göstərdiyimiz kəskin və kinayəli sualına (“Məgər süjetli, konfliktli, surətli, səciyyəli, aşiqli, məşuqəli, “bağlama” və “açma”lı, “duvaqqapma” və ustadnaməli dastan yaratmaq kiçik şeirlər, qoşmalar yaratmaqdan çox asandırmı ki, bu ikincini ustadlara, birincini isə təsadüfi “naməlum”lara bağlayırıq?” (14, 20), burada bəzi incə məqamlara fikir verək. Əvvəla, folklorşünaslıq elmimizə olduqca dəyərli töhfələr vermiş, xüsusən dastanlarımızın toplanıb yazıya alınması, nəşri, tədqiqi sahəsindəki xidmətləri misilsiz olan görkəmli bir professorun qoşma və gəraylılarımızı “kiçik şeirlər” adlandıraraq aşağılaması, onları yaratmağın asan olduğunu söyləməsi acı təəssüf hissi doğurur. Bizcə, əksinə, gözəl, poetik qoşmalar, gəraylılar yaratmaq ”“ az sözlə böyük mətləblər ifadə etmək sənətkardan daha böyük istedad, məharət tələb edir, nəinki dastan yaratmaq. Yüz-yüz ustad aşıq yüz-yüz dastan yaratsın, fikrimizcə, yenə Qurbaninin təkcə aşağıdakı sətirləri daha qiymətli mənəvi sərvətimiz, daha dəyərli sənət incimizdir: 

 

“Qurbanı olduğum, bağa gəl, bağa, 

O gözəl hüsnündən bağa nur yağa.

Dərib, dəstə-dəstə taxar buxağa, 

Bənövşə qız iylər, qız bənövşəni” (3, 85).

 

Digər tərəfdənsə, dastanın canını-qanını, özəyini elə bu “kiçik şeirlər” ”“ qoşma və gəraylılar təşkil edir. Ustad aşığın qoşma və gəraylıları, təcnisləri əsasında dastan yaratmaq, hesab edirik, hazır materialdan (daş, qum, sement və s.) ev tikmək kimi bir şeydir.

Üstəlik, hələ dastandakı qıfılbəndlər, bağlama və açmalar da dastan qəhrəmanı olan ustad aşıqların özlərinə məxsusdursa və hər bir qoşmanın, gəraylının, təcnisin, müxəmməsin, qıfılbəndin, bağlamanın, açmanın ən azından qısa tarixçəsi (yurd yeri) məlumdursa (aydındır ki, ustadlar əksər hallarda əksər şeirlərinin, digər ustad və ya ustad olmayan aşıqlarla qabaqlaşıb, deyişmələrinin, başlarına gələn əhvalatların, maraqlı, qeyri-adi hadisələrin tarixçəsini ən azından öz şagirdlərinə açıqlamış, danışmış olurlar), daha burada həmin ustad haqqındakı dastanı yaratmaq üçün hansı böyük istedad və məharət tələb oluna bilər ki, dastanı yaratmaq yüksək sənətkarlıqla gözəl poeziya nümunələri ”“ dəyərli sənət inciləri yaratmaqdan asan olsun?! 

İkinci bir tərəfdənsə, Qurbanidən, Tufarqanlı Abbasdan və b. sonra gələn aşıqları təsadüfi “naməlum”lar adlandırmaq üçün də əlimizdə heç bir əsas yoxdur və buna haqqımız çatmır. Çünki bu cür dastanları həmin ustadlardan sonra yaşayıb-yaratmış istənilən görkəmli ustad aşıq (və ya aşıqlar) quraşdırıb, mükəmməl dastan halına gətirmiş və təvazökarlıq, etika xatirinə öz adlarını gizli saxlamış ola bilər.   

Professor Məmmədhüseyn Təhmasib, “bizcə, “Qurbani” elə Qurbaninin, “Abbas−Gülgəz” də elə Abbasın özü tərəfindən yaradılmış dastanlardır” (14, 20-21) mülahizəsinə söykənəcək, dayaq olaraq sovet aşıqlarını misal göstərib, dastanın ustad aşığın özü tərəfindən yaradılması yolunun ən əsaslı yol olduğunu yazır: “H.Araslının göstərdiyi üçüncü yol, yəni “daha doğrusu, dastanı aşıq özü yaradırdı” (2, 13) yolu və F.Qasımzadənin “ustad aşıqlar haqqında sevgi dastanları bəzən onların özləri tərəfindən, həyatda ikən yaradılırdı” (12, 137) qeydi isə, fikrimizcə, dastan yaradıcılığında ən əsaslı yol olmuşdur ki, indi də sovet aşıqları tərəfindən davam etdirilməkdədir” (14, 21). Hesab edirik, bu barədə də bir qədər ətraflı və dərindən düşünmək lazımdır. Birincisi, sovet aşıqlarının yaratdıqları dastanlar keyfiyyətcə klassik məhəbbət dastanlarımızdan müqayisəyə gəlməyəcək dərəcədə fərqlənir, aşağıda dayanır. Onların əksəriyyətində istifadə olunmuş qoşma və gəraylılar da poetik cəhətdən olduqca zəif və sönük şeirlərdir. Bu dastanların nəsr − təhkiyə hissəsi şeir hissəsini üstələyir və ondan yüksəkdə dayanır. Bugünkü faktlara əsasən dastanda şeirlərin nəsr (hadisə və əhvalatlar, macəralar), yoxsa nəsrin şeirlər xatirinə yaradılmış olması problemi hələ tam həllini tapmış olmasına baxmayaraq, sovet dövründə yaradılmış məhəbbət dastanlarında surətlərin həddindən artıq zəifliyi, sönüklüyü onu göstərir ki, sözügedən dastanlarda istifadə olunan şeirlərin əksəriyyəti süjet xəttinin, uydurulan hadisələrin, bir sözlə, nəsr hissənin xatirinə yaradılıb. Başqa sözlə desək, yəni dastan şeirlər əsasında deyil, şeirlər dastan əsasında yaradılıb. Bu yanlış üsulla isə, bizə elə gəlir,  heç vaxt uğurlu, dəyərli sənət əsəri yaratmaq mümkün ola bilməz. Çünki şeir yazmaq istəyəndə yazılmır, zamanı yetişəndə  özü doğulur. Əgər şeir zəif alınıbsa, fikrimizcə, hökmən müəllif özünü zorlayıb, ilhamın gəlməsini, şeirin doğulma zamanının yetişməsini gözləməyib. Sovet aşıqları da, görünür, dastan yaratmaq həvəsinə düşüb, nələrinsə naminə özlərini zorlayaraq, məqsədli şəkildə yazılmış sönük şeirlər, bəsit qoşma və gəraylılarını fikirləşdikləri, uydurduqları hadisələrə uyğunlaşdırmışlar. Bir daha vurğulayırıq: bu yanlış yol, üsul, bizcə, klassik məhəbbət dastanlarımızın yaranma üsulunun qətiyyən  davamı ola bilməzdi. Professor Təhmasibinsə bu incə məqamı nəzərdən qaçırması sadəcə təəssüf doğurur.

Yeri gəlmişkən onu da qeyd edək ki, sovet ideologiyası mədəniyyətimizin, mənəviyyatımızın bütün sahələri kimi, ədəbiyyatımızı, folklorumuzu da öz təbliğat-təşviqat maşınının tərkib hissəsinə çevirmişdi. Şair və yazıçılarımız kimi, aşıqlarımızı da müxtəlif adlar, mükafatlar, qonorarlar və s. vasitələrlə öz tərəfinə çəkib, şirnikdirərək, istədiyi istiqamətə yönəldirdi. Artıq bu dövrdə şair şeirini, yazıçı roman, povest və hekayələrini, dramaturq dram əsərini, aşıqsa qoşmasını, dastanını təmənnalı şəkildə yaradırdı. Ad almaq, şöhrət qazanmaq, dolanışığını təmin etmək əsər yaratmağın başlıca məqsədlərinə çevrilmişdi. Təbii şəkildə, təmənnasız, məqsədsiz halda öz-özünə dəyərli sənət əsərlərinin yaranmasına imkan verilmirdi. Qarşıya olduqca gülünc, mənfur tələblər qoyulmuşdu. Məsələn: şairsənsə bu mövzuda şeirin, yazıçısansa nəsr əsərin, aşıqsansa dastanın olmalıdır və s. Əvəzindəsə səni mükafatlar, adlar, imtiyazlar, nə bilim nələr gözləyir və s. Abbas Tufarqanlının, Xəstə Qasımın, Qurbaninin dövründə isə belə şeylər yox idi. Onların şeirləri zamanı gələndə özləri doğulurdu. Ən mümkün variant budur ki, həmin şeirlər məclis-məclis, el-el, oba-oba yayılıb, dildən-dilə düşərək, təbii şəkildə özlərinə əhvalat, hadisə və rəvayətlər, macəralar toplayır, son nəticədə isə sonrakı dövrdə yaşayıb-yaradan ustad aşıqlar tərəfindən təmənnasız olaraq sistemləşdirilib, mükəmməl dastanlara çevrilirdi. Beləliklə, bütün bu qeydlər söyləməyə imkan verir ki, dastan yaradıcılığında ən əsas, aparıcı üsul məhəbbət dastanlarımızın ustad aşıqların şeirləri − qoşma, gəraylı, təcnis, qıfılbənd, bağlama, açmalarından, sevgi-məhəbbət macəralarından, başlarına gələn qeyri-adi hadisə və əhvalatlardan, onların haqqında el-oba içində dolaşan rəvayətlərdən və s. istifadə edilməklə onlardan sonra gələn aşıqlar tərəfindən yaradılması üsuludur.

Lakin məhəbbət dastanlarımızın araşdırılması məsələləri bütün bu qeyd olunanlarla da yekunlaşmır. Bu mövzuda daha bir çox müəlliflərin müxtəlif, özünəməxsus mülahizələri mövcuddur. Və bu mülahizələrin də, fikrimizcə, heç biri məhəbbət dastanlarının yaranma yolları, təsnifatı, bir sıra digər xarakterik xüsusiyyətləri ilə bağlı birmənalı, yekun qənaət hesab edilə bilməz. Əgər bu mümkün olsaydı, artıq məhəbbət dastanlarının araşdırılması prosesi başa çatmış olardı. Lakin bununla yanaşı, hər bir fikir, mülahizə, bölgü, qruplaşdırma, təsnifat özlüyündə nə dərəcədə ağlabatan olub-olmamasından asılı olmayaraq, qiymətləndirilməyə, hətta alqışlanmağa və folklorşünaslıq elmimizdə bu sahədə irəliyə doğru növbəti addım kimi dəyərləndirilməyə layiqdir. Bu baxımdan AMEA-nın müxbir üzvü, BDU-nun “Folklor” kafedrasının müdiri, professor Azad Nəbiyevin də fikir və mülahizələri, təsnifat, müddəa və qənaətləri özünəməxsusluğu ilə seçilir.

“Alp Ər Tonqa”, “Şu”, “Oğuz Xaqan”, “Ərgənəkon”, “Manas”, “Alpamış”, “Maaday Qara”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi qədim türk xalq nəsri nümunələrini epos adlandıraraq,  məhəbbət dastanlarımızdan ayıran müəllif fikrini belə əsaslandırır ki, “eposda bütün elat hamını birləşdirən vahid bir məram ”“ elin, tayfanın şərəf və ləyaqətinin qorunmasına səfərbərdir. Belə nümunələrdə baş qəhrəman döyüşən, vuruşan, öz mənliyini, bütövlüyünü, vətəninin sərhədlərini, məişət və birgəyaşayış qaydalarını, əxlaq və rəftar normalarını qoruyub saxlamaq üçün hər cür cəfalara dözməyə hazır olan bütöv tayfa, eldir, xalqdır...

 

Ardı gələn sayımızda

Cəmilə Çiçək (İsbəndiyarova)

                                               

                                                                                             AMEA Folklor İnstitutunun doktorantı

Oxşar xəbərlər
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi