“Hakimiyyət maliyyə xəyanətlərini bağışlamayacaq”
Oxunub: 4909
19 May 2015 | 09:49
“Hakimiyyət maliyyə xəyanətlərini bağışlamayacaq”

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas və politoloq İlqar Altay Moderator.az-a açıqlamasında son vaxtlar bəzi iş adamlarının həbsinə  münasibət bildirib. İ.Altayın məntiq və müqayisələrlə zəngin mülahizələrini oxuculara təqdim edirik:

 

“Azərbaycanda bir sıra iş adamlarının son həbs dalğası doğrusu, ictimaiyyət üçün gözlənilməz oldu. Mən deyərdim ki, əksər insanlarımız üçün şok təsiri bağışladı. Bu sahibkarlar ölkə özəl iqtisadi sektorunun iri sahələrini idarə edirlər. Adi insanların təsəvvür edə bilməyəcəyi qədər milyon və milyardlarla həcmdə iş görən tutarlı biznesmen hesab edilirlər. Səviyyə və imkan baxımından "topdağıtmaz" hesab edilirdilər.

 

Digər tərəfdən, o da məlumdur ki, hakimiyyət nəzarəti bizim ölkədə güclüdür, hərtərəflidir. Səviyyəsiz və necə deyərlər, həlləm-qəlləm adama bu dərəcədə işgüzar şərait yaradılmaz. Dövlət özü maraqlıdır ki, bütün sivil inkişaflı dünyadakı kimi özləl sektor vicdanlı və bacarıqlı sahibkarlar hesabına iqtisadi sahənin yükünün çox hissəsini üzərinə götürsün, ümumi inkişafa xeyir versin. Bu saat suyu üfürə-üfürə içən, adi bir serjant vəzifəsinə işə götürdüyü şəxsi min bir cür yoxlamadan keçirən hakimiyyət on milyonlarla manatı, bu cür bahalı iş və layihələri  firıldaq keçmişli insanlara necə etibar edib? Necə olub ki, ölkəsinin imici üçün əlindən gələni etməyə çalışan hakimiyyət Bakı Avropa Oyunları ərəfəsi bu cür skandallı həbslər aparmağa məcbur qalıb? 

 

Bu ətrafdakı neçə günlük qalmaqallı proseslərin təhlili bunu göstərir: bir sıra insanlara özəl sektorun inkişafı naminə geniş sahibkarlıq fəaliyyəti üçün etimad göstərilib, həmin insanların bir qrupu sahibkar donuna girmiş fırıldaqçı-dələduz cıxıb, digərləri isə iş adamları olsalar belə, tamahlarını boğa bilməyib, bu qədər etimaddan başları gicəllənib, cəzalanmayacaqlarına, ölkənin sərvət içində üzdüyünə və bu baş qarışıqlıqda hər şeyin buraxma, başlı-başına mümkünlüyünə arxayın olub, külli miqdarda mənimsəmə törətmişlər. Düşünmüşlər ki, təki siyasi hakimiyyətə rəqib olma, müxalifətlə əlaqədə qurma, başını aşagı sal, öz işində ol və qalan nə istəyirsən et, get kef elə! Başa düşməyiblər ki, dövlətin qılıgına girib, aldadıb milyonlarını oğurlamaq, ölkədə iqtisadi sarsıntı yaratmaq  siyasi hakimiyyətə qarşı qatı ekstremist olmaq deməkdir. Və bunların ölkə iqtisadiyyatına, dövlətə vurduğu ziyan nə qədər böyük və nə qədər son həddə çatmış imiş ki, görüləcək hüquqi əks-tədbirləri Avropa Oyunlarından sonraya, yəni bir ay belə, təxirə salmaq mümkünsüz olub”.

 

İ.Altayın bildirdiyinə görə, baş verənlər bəzi işbazların onlara göstərilən etimaddan sui-istifadə etdiyini göstərir: “Təəssüflər olsun ki, zaman göstərdi ki, sahibkarlığa yaradılan müsbət şəraitdən istifadə edən bəzi qeyri-səmimi işbazlar iqtisadiyyatımızın böyük həcmli sferalarına dürtülə bilmişlər. Planlı surətdə maliyyə fırıldaqları törədib müxtəlif mənimsəmələr hesabına ölkənin maliyyə-bank və digər iqtisadi sistemlərinə külli miqdarda ziyan vurmuşlar. Düşünürəm ki, bir qədər dərindən aparılacaq istintaq araşdırmaları zamanı həmin möhtəkir işbazların minlər, bəlkə də yüzminlərlə sadə vətəndaşımıza vurduğu ziyanlar da ortaya çıxacaq. Qətiyyən inkar etmək olmaz ki, yuxarıları aldatmağa “hünər” tapmış bir kimsə aşagıları aldatmaqdan, sadə, sıravi insanların vəsaitlərini mənimsəməkdən vaz keçsin. Ola bilməz ki, azacıq bilik, qabiliyyət, beyin tutumu potensialına malik insan birdən-birə hədsiz var-dövlət və fəaliyyət meydanına yiyələnmiş halda “müvəffəqiyyətdən” başı gicəllənməsin və öz davranışı ilə ölkənin, cəmiyyətin müxtəlif sferalarında özbaşınalıqlar törətməsin.

 

Bu başabəla "sahibkarların" hansısa dairələrdə məmur himayədarları belə olubsa, əminəm ki, onları da bu işbazlar bacardıqca aldadıblar. Üstəlik, onları zəmanətlərilə birlikdə dövlət və rəhbərlik qarşısında pis vəziyyətdə qoyublar. Bilirsiniz, dələduzluq özü bir ictimai xəstəlikdir, maniyadır ki, anındaca  tutma tutdusa, ehtiras gəldisə, bu hal digər qorxu və məsuliyyət hissini üstələyir. Bu xəstələr üçün müqəddəs heç kim və heç nə ola bilməz. Nə vətən, xalq, nə partnyor, nə də ki, himayədar. Araşdırma praktikamda şahidi olmuşam ki, professional dələduz “sənətkar” öz ehtirasını saxlaya bilməyib və hətta, polis rəisini aldadıb, inandırıb, bahalı maşınını götürüb, satıb aradan çıxıb. Sonra tapılıb, tutulub, 8 il iş alıb. Sonra da... 8 il işi şərtiyə çevrilib və azadlığa buraxılıb... Buraxılan kimi yırtıcılığını davam etdirib, vətəndaşlara yenidən külli miqdarda ziyan vurub, yenidən tutulub, yenidən 10 il iş alıb. Indi, vay o halda ki, bu xiffətli insanlara inanılıb, 10 və 100 milyonlarla miqdarda vəsait, 100 milyon və hətta, milyardlarla həcmdə layihələr etimad edilir!

 

Məsələ də orasındadır ki, bu cür adamların əli çox yerə, çox səviyyəyə çatır. Belələri ilə aşağıdan tutmuş, yuxarılaradək nədənsə, daha asan kontakta girilir. Fikir versəniz, məsələn, eyni bir mənzili, ya maşını yaramaz birisindən daha rahatlıqla alırlar nəinki, vicdanlı təmiz insandan. İmkanlı insanlarımız elə bil ki, düzgün və qaydalı insanlarla kontaktdan, iş birliyindən, alış-verişdən çəkinirlər. Bilirlər ki, filankəsin 10 manatlıq mülkünün üstünə aradakı “işbaz” 5 manat da qoyub ona satır, amma buna razıdır, təki mülk sahibi olan doğru düzgün insanla kontakta girməsin. Bu bizim, bu gün fırıldaqçı və dələduzlara meydan verib, onların ölkədə tüğyan etməsinə şərait yaradacaq dərəcədə təəccüblü ictimai problemimizdir.  Və maraqlıdır, bu pataloji sindrom siyasi, ictimai, incəsənət, təhsil, tibbi və sair sahələrimizdə də varmı?”

 

İ.Altay dövlətin milyonlarını mənimsəyən şəxslərin ciddi şəkildə cəzalandırılacağına əmin olduğunu qeyd etdi: “Bəzi insanlara təbii ki, ölkə iqtisadi inkişafına töhvə vermək ümidilə o cür böyük layihələri etibar etmək risklidir. Görün, məsuliyyət hissini gərək nə qədər itirəsən ki, dövlətin bankının 57 milyon manat borcunu qaytarmaq üçün deyəsən ki, 100 milyon daha versin, aparım işlədim ki, sonra 57-ni qaytarım! Çoxları düşünər ki, bu adam düşünərəkdən qəsdən zarafat edir, bəlkə də bankı ələ salır. Əslində isə, bu adam heç zarafat etmir, sadəcə ehtirasdan fikirləri, düşüncəsi korlanıb. Ona elə gəlir ki, bu, belə də olmalıdır, bu absurdluq bir normadır onun üçün. Bəlkə də ona göstərilmiş artıq inam, etimad, verilmiş geniş meydan onu bu hala çıxarıb. Və qəribə də burasıdır ki, bu adam bu durumla hələ, 100 milyardlıq layihə həyata keçirir! Təxminən, Rusiya Federasiyasının iki illik hərbi büdcəsi qədər!!

 

Heç şübhə yoxdur ki, hakimiyyət bu cür, külli miqdarda mənimsəmə faktlarını, maliyyə xəyanətini bağışlamayacaq, dövlətin və dövlətçiliyin sarsıdılmasına imkan verməyəcək. Təbii ki, hüquq-mühafizə orqanları mənimsənilmiş vəsaitlərin qaytarılmasını və günahkarların cəzalandırılmasını təmin edəcək. Ancaq burada itirilmiş bir şey var ki, onun yerini doldurmaq çətin olacaq. Bu, nədir?

 

Biznesmen, sahibkar, iş adamı olmaq xüsusi bacarıq, qabiliyyət və zəhmət tələb edən sahədir. İdman, incəsənət, siyasət sahələri kimi. Hər alim, siyasətçi, hüquq-mühafizə işçisi və ya ki, həkim gəlib yaxşı biznesmen ola bilməz. Elə professor var ki, iri-iri biznesmenlərə biznesdən mühazirə oxuyur, amma cıxıb bayırda bir dükan işlədə bilmir. Dünyada iki sahəyə: biznes və siyasət məkanına girmək üçün heç bir diplom tələb edilmir və ya şərt qoyulmur. Qapılar hamı üçün açıqdır, girmək asandır. Amma orada nə yer tutmaq və ya sonradan oradan nə cür çıxmaq böyük problemdir. Çünki bu məkanlar yalnız təbii istedadı tanıyır və şöhrətli olduğu qədər də amansızdır”.

 

İ.Altay bütün sahələrdə olduğu kimi iqtisadi sektorda da vicdanlı və dürüst insanların fəaliyyət göstərməsinin vacibliyini vurğuladı: “Hər bir ölkənin, xalqın içərisində xüsusi bacarıqlı seçmə insanlar var ki, yalan və fırıldaq yapmağa ehtiyacı olmadan, öz şəxsi  qabiliyyəti hesabına böyük sahibkara, biznesmenə çevrilə bilər. Həm özünə və həm dövlətinə böyük xeyir gətirə bilər. Amma bəzən bir ölkədə həmin sağlam şərait olmadıqda, həmin potensiallar sıxılır, əriyir və ya başqa bir ölkəyə gedib çalışmağa məcbur olur. Onlarınsa yerinİ, ədalətsiz bir mühitin nəticəsi olaraq, layiqsiz və yalançı "sahibkarlar" tutur. Nəticədə xalqın milli burjuaziya deyilən vacib, qiymətli təbəqəsi zədələnir, ləkələnir.

 

İndi, gəlin hesablayaq ki, bu gün iqtisadi sektorumuzda aşkar olunan yalançı, qurama "sahibkarların" tutduğu yerlərin hesabına nə qədər istedadlı, vicdanlı, xeyirxah iş adamlarımızı itirmişik?! Bu itkilər olmasaydı, bizim ümumi iqtisadiyyatın qeyri-neft sektoru hansı inkişaf tempində olardı? Və iqtisadiyyatın dünyaya hakim kəsildiyi müasir dövrdə siyasi, ziyalı, incəsənət, idman elitalarımızla müqayisədə bu gün milli burjuaziya elitamız nə səviyyədədir və kimlərdən ibarətdir? 

 

Ümid edək ki, bu son sarsıdıcı mənfi maliyyə təzahürləri ölkədə yeni iqtisadi islahatlar dövrünün başlangıcı olar. Həyatda bəzən, mənfi, arzuedilməz hadisə müsbət dəyişikliklərin səbəbi ola bilir. Necə ki, deyirlər, səbəb Allahdandır”.

 

 

Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA