SDU-nun mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, mayın 8-də Sumqayıt Dövlət Universitetinin Böyük akt zalında Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminə baxış keçirildi.
Universitetin
rəhbərliyinin, profesor-müəllim və
tələbə heyətinin iştirakı ilə keçirilən təqdimatda bildirildi ki, faşizm
üzərində Qələbənin 70 illik yubileyinə həsr olunmuş layihənin rəhbəri Arzu
Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert
Maqnerotdur (Robert Mugnerot).
Filmin
nümayişindən əvvəl çıxış edən rektor Elxan Hüseynov bildirdi ki, bu il bütün
dünya faşizm üzərində Qələbənin 70 illik yubileyini qeyd edir. Azərbaycan
faşizm üzərində tarixi qələbədə xüsusi fədakarlıq göstərmişdir. Bu şanlı
qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 700 mindən çox oğul və qızını
yola salmışdır. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmamışdır.
Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-a qədər Azərbaycan
vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. İkinci Dünya
müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci
illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu,
benzinin 80 faizi Azərbaycanın payına düşmüşdür.
Ümummilli
lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının
problemlərinə xüsusi diqqət yetirib və onlara hərtərəfli qayğı ilə yanaşılıb.
Məhz Ulu öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi
iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarıldı
və 1994-cü ildən başlayaraq Azərbaycanda Qələbə günü qeyd olunmağa
başladı. Ulu öndərin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident
İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından
keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır.
Heydər
Əliyev Fondunun dəstəyi ilə “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə
uduzdu” filminin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində
qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti
gələcək nəsillərə çatdırmaq olduğunu vurğulayan rektor bildirdi ki, bu film
universitetin fakültələrində tələbələr arasında da nümayiş olunmalıdır.
Arzu
Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində sənədli filmin üzərində iş zamanı
Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində
videomateriallar, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb. Tarixi
keçmişimizin şanlı səhifəsini gələcək nəslin yaddaşına köçürdüyünə görə Arzu
Əliyevaya təşəkkür edirik.
Sonda
film nümayiş olundu.