Azərbaycanın işğal edilmiş ərazilərinə Livan, Suriya və s. ölkələrdən ermənilərin köçürülməsi ölkəmizdə rəsmilər səviyyəsində də etiraf olunmaqdadır. Maraqlıdır, Qarabağda məskunlaşdırılan “gəlmələr” anti-terror əməliyyatları zamanı Azərbaycan ordusu üçün əlavə problemə çevrilə bilərmi?
Bununla bağlı
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli hesab edir ki, işğaldakı
torpaqlara çökürülən ermənilərin hərbi əməliyyatlar zamanı Azərbaycan ordusuna
müqavimət göstərib-göstərməyəcəyi Sərkisyan hökumətinin mövqeyindən asılı
olacaq. Ekspert, gəlmələrin müharibə və münaqişələrdən kifayət qədər yorğun
düşdüyünü vurğulasa da, rəsmi Bakının köçürülmə prosesini əngəlləmək üçün ciddi
addımlar atmasının vacibliyini vurğuladı:
“Hər şey Ermənistan hökumətinin,
Sərkisyan hakimiyyətinin mövqeyindən asılı olacaq. Bir də ki, bu insanlar
müharibədən yorulmuş insanlardır. Sadəcə olaraq, Azərbaycan Dağlıq Qarabağ ərazisində
məskunlaşan gəlmə ermənilərə bəyanat verərək bildirməlidir ki, sizin hərəkətlər
sizin özünüz üçün çox böyük fəlakətə səbəb ola bilər. Çünki sizin məskunlaşdığınız
bu ərazi Azərbaycan torpaqlarıdır. Biz bu torpaqları gec-tez, hətta qanımız
bahasına da olsa azad edəcəyik. Mənə elə gəlir ki, bu məsələdə həm beynəlxalq təşkilatlara
müraciət eləmək, həm də digər vasitələrdən yararlanmaq lazımdır. Cəbhədə atəşkəs
rejiminin yoxlanılması və işğal edilən ərazilərdəki vəziyyətlə bağlı hesabat
aparan beynəlxal təşkilatlara, onların yetkililərinə də bildirmək lazımdır ki, əgər
işğaldakı torpaqlarda məskumlaşma prosesi sürətlə getsə, biz torpaqlarımızı
azad etmək üçün hərbi əməliyyatlara başlayacayıq. Hərbi əməliyyatlar nəticəsində
işğaldakı ərazilərdə məskunlaşan ermənilər də ciddi problemlə üzləşəcəklər. Onları
indidən xəbərdar etmək lazımdır”.
Seymur Əliyev