Aytacın atası qızının nakam arzularından danışdı - Reportaj
Oxunub: 2034
05 May 2015 | 17:56
Aytacın atası qızının nakam arzularından danışdı  - Reportaj
17 yaşlı məktəbli Aytac Babayevanın 20 yaşlı sevgilisi tərəfindən qətlə yetirilməsindən bir həftə ötsə də, bu məsələ mətbuatın gündəmindən düşmür. Ölkə vətəndaşları Aytacın öldürülməsinə etiraz olaraq, sosial şəbəkələrdə qadın  haqlarını müdafiə edən statuslar paylaşır, gənc qızın yaxınlarına dəstək kompaniyası həyata keçirirlər. 

17 yaşlı gənc qızın həyatının ən gözəl çağlarında amansızlıqla qətlə yetirilməsindən təsirlənən həmyaşıdları da bu cinayətə səssiz qalmır, müxtəlif lokal aksiyalar keçirirlər. Təbii ki, Aytacın qətli Türkiyədə Özgəcan Aslan cinayətində olduğu qədər əks-səda doğurmasa da, qadınlara qarşı törədilən cinayətlərə etiraz üçün bir siqnal oldu. 

Bunun əksinə olaraq, sosial şəbəkələrdə mərhumun sevgilisi ilə olan foto və videolarını yayıb, gənc qızı məktəbli yaşında sevgi yaşadığı üçün ittiham edənlər də tapıldı. Hətta bir çoxları daha da irəli gedərək, bu qətli “namus-qeyrət” məsələsi kimi şişirdib, qatilə haqq qazandırmağa çalışdılar. Bu məsələdə bəzi xəbər saytlarının da mənfi rolu az olmadı. Gənc qızın sevgilisinin ad günündə çəkilmiş videolarının paylaşılması da etiraza səbəb oldu. 

Bütün bu baş verənlərin ardından musavat.com olaraq, Aytac Babayevanın ailəsinə baş çəkməyi özümüzə borc bildik. 

Mərhumun ailəsi Xətai rayonunda “Upede” adlanan qəsəbədə çox da dəbdəbəli olmayan sadə bir evdə yaşayır. Biz oraya çatanda Aytacın ailəsinə dəstək üçün gələn kimsə ilə rastlaşmadıq. Sosial şəbəkələrdə nə qədər müzakirələr getsə də, ailə bu böyük dərdlə baş-başa qalmışdı. 

Yas evində yalnız yaxın qohumlar var idi. Mətbuatda yazılanlardan, paylaşılan foto və videolardan qəzəblənən ailə üzvləri bizi də o qədər xoş qarşılamadı. Jurnalistlərdən qəzəbli olduqlarını deyib, foto-video çəkilişinə icazə vermədilər. 

Aytacın atası Nazim Babayev başsağlığı diləklərimizi qəbul etdikdən sonra birbaşa etiraza başladı: “Mənim qızım haqqında hər kəs ağzına gələni yazır. Bizim acımız, kədərimiz bizə bəs edir. Bir də yalan-yanlış materiallarla niyə bizə əzab verirsiniz? Mənim qızım oxuyan, ağıllı qız idi. Hər gün hazırlıqlara gedib, gəlirdi. Tibb Universitetinə daxil olmağı arzulayırdı. Sonuncu sınaq imtahanından 580 bal toplamışdı, yenə də nəticəsindən razı deyildi. O, hər iki saatdan bir mənimlə əlaqə saxlayıb, harada olduğunu məlumat verirdi, evdən icazəsiz heç yerə getməzdi. İndi biz nə deyə bilərik. Yalnız cinayətkarın layiq olduğu cəzanı almasını istəyirik. Qızımın qanı yerdə qalmamalıdır. Biz hamımız şok vəziyyətindəyik. Aytacın yoxluğuna inana bilmirik. Qoy, bizə bunu yaşadanlar da cəzasını alsın”. 

Mərhumun bacısı Ayşən Babayeva isə bacısı haqqında yazılan şərhlərə etirazını bildirdi: “Bizim üçün o yazılan ittihamların heç bir mənası yoxdur. Biz bacımın necə bir qız olduğunu bilirdik. Heç kim onun namusu haqqında artıq-əksik danışa bilməz. O şərhləri yazanlara yalnız bircə sözüm var, Aytacın taleyini yaşasınlar, bacılarının , qızlarının başına gəlsin, o zaman bizim acımızı anlaya bilərlər. O fotoları mətbuata çıxaranlar oğlanın (təqsirləndirilən şəxsin - L.N.) adamlarıdır. Bununla nəyə nail olmağa çalışırlar bilmirəm”. 

Övladını itirmiş ananı dinləmək isə daha da çətin idi. O, danışmır, fəryad edirdi: “Buraya niyə gəlmisiniz? Mənim qızımı öldürüblər, mən nə danışmalıyam? Qatilə ömürlük həbs cəzası tələb edirəm, məgər bunu verəcəklər? Yox, verməyəcəklər, bir neçə ildən sonra qızımın qatili azadlıqda olacaq, mənim balam isə qara torpaqda... Gedin, polisdən müsahibə alın, məhkəmədən müsahibə alın, qatilə ömürlük həbs verəcəklərmi?”

Burada artıq deyiləcək söz yox idi... Ailəni kədəri ilə baş-başa qoyub, ayrıldıq.  Ayrılarkən ailə üzvlərinin isə qızları haqqında yalan yazan mətbuata qarşı olan  bütün narazılıq və nifrətinə də tuş gəldik. 

Ananın verdiyi sualı isə hüquqşünas Müzəffər Baxış cavablandırdı. Qətldə təqsirləndirilən  şəxsə ömürlük həbs cəzası verilə bilərmi?

Hüquqşünas Müzəffər Baxış bildirdi ki, bu suala konkret cavab vermək mümkün olmasa da, qanunvericilikdə bu hal nəzərdə tutulub: “Mən konkret deyə bilmərəm ki, bu hadisəni araşdıran istintaq orqanı həmin hadisəni törədən şəxsin əməlini necə tövsif edib. Amma valideynlərin müsahibəsini oxumuşam və onların dedikləri həqiqətdirsə, mən ehtimal edirəm ki, cinayəti törədən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə “xüsusi amansızlıqla adam öldürmə” kimi tövsif edilsin. 

Şəxsin əməli bu maddə ilə tövsif  olunarsa, onda belə halda həmin şəxs törətdiyi əmələ görə 14 ildən 20 ilə qədər azadlıdan məhrumetmə cəzası və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Ancaq bunu dəqiq deyə bilərəm ki, məhkəmə həmin şəxsə ömürlük həbs cəzası verə bilər. Bu, məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Şəxsin əməlində cəzanın yüngülləşdirici halları da ola bilər. Cinayəti törətdikdən sonra könüllü təslim olubsa, bu, yüngülləşdirici hal kimi nəzərə alına bilər. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, şəxsin həbsinin onun ailəsinin həyatına təsiri və sair kimi məqamlar da nəzərə alınır. 

Bu hadisə insanda həmin şəxsə qarşı mənfi münasibət yaradır. Gənc bir qızı sadəcə, onun sevgisinə cavab vermədiyinə görə həyatdan məhrum etmək böyük bir azğınlıqdır. Bu insan cəmiyyət üçün nə qədər təhlükəlidir ki, sevgisinə yox deyən adamı öldürə bilər. Bütün bunları məhkəmə nəzərə almalıdır. Əgər, onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunsa, qanun imkan verir ki, ona ömürlük həbs cəzası verilsin”. 

Hüquqşünasın sözlərinə görə, cəza təyin olunarkən təqsirləndirilən şəxsin psixoloji durumu da nəzərə alınacaq: “Başqa bir məsələ də odur ki, hər bir halda bu qəbildən olan cinayətlərə görə istintaq tərəfindən onun həmin cinayəti anlaqlı və ya anlaqsız vəziyyətdə törətməsi ilə bağlı psixiatrik ekspertiza təyin olunacaq. Onun əməlinə hüquqi qiymət verilməsi üçün bu ekspertizanın rəyi də önəmlidir. Əgər, həmin şəxs bu əməli törədərkən anlaqsız vəziyyətdə olubsa, xroniki psixi vəziyyətində problem varsa, kəmağıllıq və sair psixi xəstəlik nəticəsində öz əməlini dərk etmirsə, onda onu cinayət məsuliyyətinə cəlb etməyəcəklər. Buna məhkəmə tibbi ekspertizası qərar verəcək ki, şəxs cinayəti törədən zaman anlaqlı, yoxsa anlaqsız vəziyyətdə olub. Anlaqsız vəziyyətdə olubsa, o cinayət məsuliyyətinə cəlb olunmayacaq, məhkəmə onu məcburi müalicəyə göndərəcək”. 

Qeyd edək ki, qətli törətməkdə təqsirləndirilən şəxs Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynovdur. Yayılan foto və videolar vasitəsilə onun Aytac Babayeva ilə sevgili olduğu iddia edilir. 

Qətlin dəqiq səbəbi istintaq araşdırmalarından sonra məlum olacaq. İ.Həsənovun sözlərinə görə, qızı məhz ona “yox” dediyinə görə bıçaqlayıb. 

Mərhumun ailəsinin verdiyi məlumata görə, qətl xüsusi amansızlıqla törədilib. Aytaca 9 bıçaq zərbəsi vurulub, üzü parçalanmış və tanınmayacaq halda olub.  

Mövzunu diqqətdə saxlayacağıq. 

qaynarinfo
Oxşar xəbərlər
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT