KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.az saytına açıqlamasında Azərbaycan üçün təhlükə vəd edən qonşu dövlətlərlə bağlı maraqlı fikirlər səsləndirib.
M.Mirəlioğlu hesab edir
ki, həm Rusiya, həm də İran Azərbaycan üçün olduqca ciddi təhlükə vəd edir və
onların hər ikisinin ölkəmizlə bağlı yürütdüyü siyasət kifayət qədər təhlükəlidir:
“Mən həm şimal, həm də cənub qonşumuzu Azərbaycan üçün daha təhlükəli hesab
edirəm. Şimal qonşumuz Kuzey Azərbaycan üçün cənub qonşumuza nisbətən daha təhlükəlidir.
Cənub qonşumuz isə Azərbaycanın bütöv bir hissəsini öz nəzarətində saxlayır. Azərbaycanın
böyük bir hissəsi orda qalıb. Cənub qonşusu ordakılar üçün daha təhlükəlidir.
Bu dövlətlərin heç biri Azərbaycana qarşı sərgilədiyi düşmən münasibətə görə
bir-birlərindən geri qalmırlar. Onlar hər zaman Azərbaycana qarşı düşmən siyasət
yürüdən, əleyhimə yaranan hər fürsətdən istifadə edən dövlətlərdir. Lakin bu məsələdə
təbii ki, hər kəs fərqli fikirdədir. Məsələn, kim ki, rus dilində yaxşı
danışır, rusu özünə dost hesab edir. Və ya kimsə fars dilində danışır, farsın
özünə dost olduğunu düşünür. Bunlar ayrı məsələlərdir. Lakin bir həqiqət var
ki, həm şimal, həm də cənub qonşularımız Azərbaycanın əzəli və əbədi düşmənləridirlər.
Onlar özlərini bizə düşmən elan ediblər. Bizim onlarla heç vaxt düşmənçiliyimiz
olmayıb”.
Seymur Əliyev