Azərbaycanın mürəkkəb geosiyasi məkanda yerləşdiyi, imperiya maraqlarından çıxış edən dövlətlərlə əhatələndiyi və məhz bu səbəbdən də zaman-zaman böyük faciə və müharibələrlə üzləşdiyi hər kəsə bəllidir. Maraqlıdır, bizə qonşu olan ölkələr içərisində Azərbaycan üçün daha böyük təhlükə vəd edən dövlət hansıdır? Hansı dövlət ölkəmizin və xalqımızın təhlükəsizliyi üçün digərlərindən daha ciddi təhlükə vəd edir.
Moderator.az saytı və “Hürriyyət”
qəzetinə açıqlama verən Müsavat Partiyası Divanının üzvü Vəfa Cümşüdlü Rusiyanı
digər qonşulardan daha təhlükəli hesab edir:
“Qonşu dövlətlərdən ən təhlükəlisi
Rusiyanı hesab edirəm. Çünki onun işğalçılıq siyasəti hələ də qalmaqdadır. Qonşularla
bərabərhüquqlu, dinc yanaşı yaşamaq Rusiya siyasətinə yaddır. Qarabağ, Abxaziya,
Krim hadisələri dediklərimin sübutudur”.
Seymur Əliyev