Son vaxtlar ölkə mətbuatında anası və ya həyat yoldaşı erməni olan məmurlarla bağlı mütəmadi yazılar dərc olunmaqdadır. Yazılarında bu cür şəxslərin yüksək vəzifələrdə təmsil olunmasına etiraz edən müəlliflər, Azərbaycanın başına gələn bütün müsibətlərin əsas müqəssiri qismində bu insanları qələmə verir.
Şübhəsiz, ermənilərlə bu
və ya hər hansı formada bağlantısı olan şəxslərə önəmli postların həvalə edilməsi
yanlışdır. Sadəcə ona görə yox ki, bu, dövlətin mənafeyi baxımından son dərəcədə
risklidir. Həm də ona görə ki, Qarabağdakı bunca faciələr və Xocalı
soyqırımından sonra ailə üzvləri arasında ermənilərin də olduğu şəxslərə ciddi
vəzifələr həvalə etmək bu savaşda həlak olan, doğmalarını itirən hər kəsə, eləcə
də bayrağa və toparğa hörmətsizlik deməkdir.
Lakin bununla belə Azərbaycanın
üzləşdiyi bütün faciələrin günahını da məhz həyat yoldaşı, yaxud anası erməni
olan şəxslərin, yaxud Ermənistanın üzərinə qoymaq da kifayət qədər yanlış və əsassızdır.
Bəli, ermənilər yalnız Azərbaycan
xalqının deyil, bütün türk dünyasının düşmənidir və bu düşmənçilik xeyirlə şərin
mübarizəsi kimi əzəli və əbədidir. Fəqət Azərbaycanın Qarabağdakı torpaqlarını
itirməsindən tutmuş xalqın düşdüyü ağır sosial duruma görə məsiliyyət ermənilərdən,
yaxud ermənilərlə qohumluq əlaqəsinə malik olan şəxslərdən daha çox sapı
özümüzdən olan baltaların, xalqa ermənidən daha betər qənim kəsilən
“doğmaların” üzərinə düşür.
Ermənilər Qarabağı savaş
meydanlarında, öz döyüşkənlikləri və mətinlikləri ilə qazanmadı. Onlar Qarabağ
adlı cənnətə ermənidən betərlərin Azərbaycana xəyanəti nəticəsində, boşqabda ”“
hazır yemək formasında sahibləndi.
Qarabağ savaşında həyatını
itirə şəxslərin ailələrinin, müharibə əlili və veteranlarının müəyyən bir kəsiminin
hələ də öz qanuni haqqını ala bilməməsinin, dəhşətli aclıq və səfalət içərisində
yaşamasının səbəbkarı ermənilər deyil.
Azərbaycanın neft-qaz
ehtiyatını, qızıl mədənlərini şəxsi əmlakı kimi idarə edən, enerji
resurslarının satışından əldə edilən milyardları nəfəs belə almadan ac mədəsinə
endirən, xarici ölkələrdə bütöv adalar, kəndlər, qəsəbələr alan da ermənilər
deyil.
Azərbaycan qadınlarının dəstə-dəstə
Dubaya, kişilərinin isə Rusiya, Qazaxıstan və s. ölkələrə üz tutmasının da ermənilərlə
yaxından uzaqdan bir əlaqəsi yoxdur.
Bu gün xalqın az qala yarısının
banklara borclu olmasının, kütləvi işsizlik və səfalətin baş alıb getməsinin,
korrupsiya və rüşvətin tüğyan etməsinin, məmur və oliqarxların hər addımda
qanunları zorlamasının də kökündə erməni faktoru dayanmır.
Sərbəst toplaşmaq, söz və
ifadə azadlığını boğan, hər cür hüquq və azadlığa qənim kəsilən, günahsız
insanları siyasi ambisiyalarına görə tutduran, həbsxanalarda siyasi məhbuslardan
ibarət ordu formalaşdıran insanlar da ermənilər deyil.
Quba, Göygöl, İsmayıllı və
s. ərazilərdəki meşə, çay və gölləri, dəniz sahillərini, çimərlik ərazilərini
hasara alaraq xalqı bu gözəlliklərdən məhrum edənlərin də ermənilər olmadığı hər
kəsə yaxşı məlumdur.
Sadəcə yuxarıda
sadalananlar kifayətdir ki, xalqımızın ən böyük düşməninin ermənilərmi, yoxsa
ermənidən betərlərmi olduğu aydınlaşsın.
Bu gün Azərbaycan
xalqının yaşadığı bütün məhrumiyyətlərə səbəb erməni deyil, ermənidən betərlərin
fəaliyyəti və ya fəaliyyətsziliyi həqiqətidir. Doğma adlar altında gizlənən,
doğma dildə danışan, fəqət xalqa ermənidən daha qəddar münasibət sərgiləyən,
onun sadəcə çörəyini deyil, ümid və xəyallarını, düşünmək və hayqırmaq
azadlığını belə əlindən alan ermənidən betərlərdrir. Azərbaycan xalqının ilk ən
böyük düşməni onlardır. Əgər bu faktor neytrallaşarsa, o zaman erməni faktoru
avtomatik olaraq öz əhəmiyyətini itirəcək. Çünki tarix heç vaxt sandıq
tulasının canavara qalib gəlməsi hadisəsinə şahid olmayıb.
Seymur Əliyev
e-mail: [email protected]