Azərbaycanın 1920-ci ilin aprelində Rusiya tərəfindən işğal edilməsinin 95 ili tamam olur. Maraqlıdır, işğal və işğal dövrünün tarixi, onun gətirdiyi müsibətlər Azərbaycan tarixçiləri tərəfindən yetərincə öyrənilibmi? Habelə, bu işğaldan çıxartmalı olduğumuz hansı nəticələr var?
Moderator.az-a
açıqlama verən tanınmış tarixçi-pedaqoq, AMEA-nın Tarix İnstitunun əməkdaşı
Dilavər Əzimli hələ də öyrənilməsi gərəkən həqiqətlərin mövcud olduğunu
vurğuladı. D.Əzimlinin qənaətincə, bu işğaldan çıxarılması gərəkən nəticələr də
kifayət qədərdir:
“Bu
işğaldan 95 il ötür. Biz 24 ildir ki, müstəqilik. 1991-ci il 18 oktyabrdan bu yana.... Amma Azərbaycan
milli tarixşünaslığının sanballı tədqiqi təxminən, 2000-dən bu yana başlayıb.
Bu baxımdan xeyli iş görülüb. Bununla yanaşı hələ öyrəniləsi çox şeylər var.
Xüsusilə, Rusiya arxivləri tam tədqiq olunmayıb. Hesab edirəm ki, olunacaqdır.
Ümumən bu işğal, onun nəticələri yetərincə araşdırılmalıdır. Unutmayaq ki, Azərbaycan
Cümhuriyyəti iqtidarı Azərbaycan bolşeviklərinə şərt daxilində verdi. Yəni,
iqtidarda partiyalar əvəzləndi. Amma Rusiyanın müdaxiləsi nəticəsində vəziyyət
dəyişdi. Azərbaycan işğal olundu. Məşhur tarixçi Klyuçevski yazmışdır ki,
tarixi ondan ötəri deyildir ki, təkcə onu öyrənəsən, tarix həm də nəticədir. Məsələn,
tarixən bəllidir ki, papalar həmişə türk-müsəlman dünyasına qarşı nifrətləri ilə
seçiliblər. Türk-müsəlman dünyasına qarşı avropalıları səlib yürüşünə
çağırıblar. Ona görə də bu günki Papadan mərhəmət gözləmək yersiz idi. Onlar
yalnız məqsəd naminə addım atırlar. Məsələn, Avropa rəhbərləri özlərini çox nəzakətli
aparır, bunun daxilində özlərinin pis niyyətlərini gizlədirlər. Rusiya da belədir.
Baxın, hər yerdən təcrid olunan Rusiya son zamanlar türk-müsəlman dünyasına
doğru istiqamətlənirdi. Onlar özlərini Qızıl Ordanın varisi elan edirdilər. Dünənə
qədər Çingiz xanı barbar kimi təqdim edirdilər. Bu gün isə qəhrəman kimi verirlər.
Əslində, bu da oyundur. Bunu deyən Rusiya hökumətinin prezidenti V.Putin Ermənistana
səfər etdi və yalançı erməni soyqırımını tanıdı. Bax, bu nəticədir. Biz də bu nəticədən
nəticə çıxarmalıyıq. Əslində, tarix yenə tərar olunur. Buna görə də sayıq
olmalı və siyasətdə tarixə söykənib iş görmək lazımdır”.
Seymur
Əliyev