Milli Məclisin bu gün keçirilən toplantıısnda millət vəkili Fazil Mustafa XİN-ə müraciət edərək qondarma erməni soyqırımının tanınmasına səs verən Avropa Parlamentinin 171 parlamentarisinin Azərbaycana girişini yasaqlamağa çağırıb.
Bununla bağlı
Moderator.az-a açıqlama verən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif
Nağı millət vəkilinin bu təklifini dəstəklədiyini bildirib:
“Avropa Parlamentinin məlum
qərarı bizim üçün olduqca üzücüdür. Əslində, üzücü olan digər məqamlar da var
ki, bunlardan da biri 1915-ci il olaylarında ölən ermənilərlə bağlı sükut elan
edilən zaman Türkiyədən də olan iki deputatın ayağa qalxması oldu. Bunlardan biri
İnönünün nəvəsi, digəi isə kürd partiyasının təmsilçisi idi.
Bu məsələlərdə Azərbaycan
və Türkiyə prinsipiallıq göstərməlidir. Avropa Parlamentinin qəbul etdiyi qətnamə
də “erməni soyqırımı” iddiası kimi qondarmadır. Bu qərarın reallıqla bir əlaqəsi
yoxdur? O parlamentarilərdən soruşmaq laızmdır ki, siz həqiqəti bilib buna səs
verirsiniz, yoxsa bilmirsiniz? Biz onlarla düşmənçilik etmək fikrində deyilik. Onların
açıq şəkildə yalanın yanında yer almasına etiraz etməliyik.
Avropa və Amerikanın ən
sanballı alimləri də statistik məlumatlar əsasında ortaya qoyublar ki, 1915-ci
ildə Osmanlı dövlətinin ərazisində bir milyon yüz min erməni yaşayırdı. Onun da
600 mini Livan, Suriya və s. ərazilərə köçürülüb. Madam ki, Osmanlı dövləti ərazisində
toplam bir milyon yüz min erməni olub, bir milyon yarım erməninin öldürülməsi
necə mümkün olub? Azərbaycan yalanın yanında yer alanlara qarşı kəskin mövqe
ortaya qoymalıdır. Azərbaycan bundan heç nə itirməyəcək. Mən Fazil bəyi
alqışlayıram. Şəxsən mən, bu təklifin qəbul edilməsinin tərəfdarıyam”.
Seymur Əliyev