Helli Berri - 48 yaş
Onun “Miss USA -1986” olmasından illər keçib. Şəkərli DİABET və gec ana olmasına baxmayaraq aktrisa hələ də gözəl görünür.
Meril Strip - 65 yaş
Aktrisa heç bir zaman öz xarici görünüşünə fanatik yanaşmayıb.
Panelopa Krus - 40 yaş
“Mən heç bir zaman öz yaşımı gizlətməyə çalışmamışam. Hörmət etdiyim aktrisalara baxdıqda onların da öz yaşlarından utanmadıqlarını görürəm. Sofi Loren və odri Helbern kimi aktrisalar gözəl yaşlanıblar”.
Salma Hayek - 48 yaş
Salma özünə qulluq etməyi nənəsindən öyrəndiyini deyir.
Renata Litvinova - 48 yaş
“Bəzən öz şəkillərimə baxır və aman Allahım, necə də gözəl qocalıram” deyə düşünürəm.
Ancelina Coli - 39 yaş
Aktrisa dəfələrlə planetin ən gözəl qadını elan edilib.
Culiya Roberts - 47 yaş
Hamının Culiyanın gözəlliyində genetikanın və ya botoksun rol oynadığı barədə mübahisə edərkən aktrisa özü düzgün qidalanmadan danışır.
Madonna - 56 yaş
Yaşına baxmayaraq Madonna gözəl görünməyə davam edir.
Cenifer Lopes - 45 yaş
Lopes əvvəlki qədər gözəl olduğunu sübut etməkdən yorulmur.
Sindi Krouford - 47 yaş
Modellərin 25 yaşında kariyeralarına son qoyduqları halda, 90-cı illərin məşhur modeli indiyə qədər tələb olunan modellərdəndir.
Keyt Blanşett - 45 yaş
Hündür, qamətli, mərmər dərili gözəl. Öz gözəlliyinin səbəbi olaraq genlərini və ana olmasını göstərib.
Qvinet Peltrou - 42 yaş
“Mən öz qırışlarımı sevirəm. Əlbəttə, hərdən öz mümkün çatışmazlıqlarımı görməzdən gəlirəm. Mən həyatı, eləcə də yaşadığım illər ərzində qazandığım təcrübəni də qiymətləndirirəm”.
Karmen Dell`Orefays - 84 yaş
84 yaşlı model elə indidə öz populyarlığının pik nöqtəsindədir.
Eva Mendes - 41 yaş
Aktrisa bütün şəkillərində möhtəşəm görünür.
İngeborge Dapkunayte - 52 yaş
50 yaşında formada olmaq və belə xoşbəxt görünmək? Bəli bu mümkündür! Əsas olan ətrafındakı insanlar və sevimli işindir.
Haydi Klum - 41 yaş
Klum öz gözəlliyini elə qoruyub ki, bu sabiq super modelin, 4 uşaq anasının və tanınmış televiziya aparıcısının 27 yaşlı gənclə görüşməsi təəccüb doğurmur.
Demi Mur - 52 yaş
Hər zaman baxımlı və gözəl. Deminin gəncliyinin sirri ”“ həyəcanlı şəxsi həyatıdır.
Şarliz Teron - 39 yaş
Öz yaşına baxmayaraq Şarliz Teron fəal yaradıcılıq kariyerasına davam edir. Onun sirri ”“ fəal həyat tərzindədir: səhərlər qaçır və mümkün qədər çox piyada gəzməyə çalışır.
Sofi Loren - 80 yaş
İtalyan filminin əfsanəsi Sofi Loren hələ də özünə dekolte və əyninə oturan paltarlar geyinməyə icazə verə bilir.