Daşkəsənda Rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının təşklatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.
Tədbirdə
rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar, həkim və səhiyyə işçiləri,
müəllimlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə YAP Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının sədri Rəna Aslanova açmış və Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Zərifə xanım Əliyevanın keçdiyi şərəfli, mənalı, keşməkeşli ömür yolu haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.
YAP
rayon təşkilatının Qadınlar Şurasının sədri Rəna Aslanova geniş məruzə ilə çıxış
etmişdir. Məruzədə bildirilmişdir ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı,
intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə
əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və
yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri
oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş
etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.
Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü
boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə
olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının
mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə
hüdudsuz idi. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu
istedadını tam gerçəkləşdirə bilirdi.
Aprelin
28-də XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım
Əliyevanın anadan olmasının 92-ci ildönümü tamam olur. Zərifə xanım 1923-cü il
aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət
xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır.
Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib. Tale Zərifə xanıma
onu sevən, ona dəyər verən, yolunda hər cür fədakarlığa hazır olan qüdrətli bir
insanı ”“ müasir müstəqil Azərbaycanın qurucusu, bütün ömrü boyu xalqına,
Vətəninə sədaqətlə xidmət etmiş Heydər Əliyevi bəxş etdi. Bu iki insanı
bir-birinə təkcə sonsuz məhəbbət hissi bağlamırdı, onlar ruhən də çox yaxın
idilər. Zərifə xanım Heydər Əliyev kimi bir dahi üçün təkcə sədaqətli ömür-gün
yoldaşı olmamışdı, həm də mənəvi dayağa, əsl dosta çevrilmişdi. Həyatının
sonunadək onu qorumuşdu...
Ulu
öndər Heydər Əliyevin düz 14 il əvvəl, 2001-ci il aprelin 28-də Zərifə xanımın
xatirəsinə həsr olunmuş gecədə çox kövrəkliklə söylədiyi bir fikri xatırlatmaq
istəyirəm: “....Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım
sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı,
mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır.”
Bir-birini üzvi surətdə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün
cəmiyyət üçün milli dəyərlərimizi əks etdirən nümunədir. Onlar çətinliklərin
öhdəsindən birgə gəlib, uğurlara birgə sevinirdilər. İki ləyaqətli övlad
böyütdülər.
Zərifə
xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq
hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu,
möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və
bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə
yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük.
Akademik
Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin
tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və
əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr
edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.
Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib
hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın
müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin
müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli
istifadə etməyin öyrənilməsinə həsr edib.
YAP
Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının Şura üzvü Səidə Məmmədova da çıxışında
bildirdi ki, məhz peşə xəstəliklərinin elmi araşdırmalarının uğurlu
nəticələrinə görə professor Zərifə Əliyeva oftalmologiya sahəsində ən mötəbər
mükafata ”“ SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq
görüldü. Diqqətəlayiqdir ki, o, bu mükafatla təltif olunan ilk qadın alim idi.
Zərifə
xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib. Zərifə
xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə
münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki,
xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər
dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək
həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı
qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Professor
N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: “Biz onu sevmişik,
sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii
istedadı bənzərsiz idi. Dünya oftalmologiya elminin digər tanınmış simaları da
Zərifə xanım Əliyeva haqqında tarixi fikirlər söyləyiblər. Görkəmli oftalmoloq,
akademik A.Nesterov deyib: “Zərifə Əliyeva çox ağıllı insan və böyük
professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm.
Oftalmologiyada o, bir nömrəli idi”. Akademik N.Puçkovskaya “xeyirxahlıq Zərifə
xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyətlərə malik
olduğunu vurğulayıb. Professor A.Brovkina onu “nəciblik və mənəvi paklıq
timsalı” adlandırıb. Professor V.V.Şmelyeva demişdir: “Əgər mən peşəkar
ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç
şübhəsiz ki, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım”.
Belə
bir fikir vardır: əzmlə işləyən insanların günləri qısa, ömürləri uzun olur. Bu
mənada, Zərifə xanım Əliyevanı uzunömürlü hesab etmək olar. Onun elmi əsərləri,
tədqiqatları, çoxsaylı kitabları yaşadığı 62 illik ömrünə sığmır. İşıqlı
xatirəsi bu gün də insanların yaddaşında, təkcə yaxınlarının və həmkarlarının deyil,
həm də gözlərinə rəngarəng dünyanın nurunu bağışladığı xəstələrinin qəlblərində
yaşayır. Həyatda belə böyük sevgi qazanmaq, özündən sonra belə əziz duyğular,
nurlu xatirələr qoyub getmək ”“ belə xoşbəxtlik çox az adamın taleyinə yazılır
Zərifə xanım Əliyeva az yaşadı. O, istedadı və
həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi
o, həyatla, gələcək planlarla yaşayırdı. Zərifə xanım Əliyeva 1985-ci il
aprelin 15-də Moskva şəhərində vəfat edib. Zərifə xanımın işıqlı obrazı yüksək
vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq
xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
Daha
sonra A.Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Duman Mahmudovad da Zərifə
xanım Əliyevanın görkəmli alim, nəcib insan, mehriban ana, sədaqətli ömür-gün
yoldaşı kimi həyat və fəaliyyəti barədə danışmışdır.
Sahib
Əhmədov
Daşkəsən
rayonu