Siyasi şərhçi Elxan Mehdiyev Moderator.az-a açıqlamasında uydurma erməni soyqırımının dünya dövlətləri tərəfindən qəbuluna nail olunması və bununla Ermənistanın çatmaq istədiyi hədəfləri şərh edib. Ekspertin qənaətincə, qondarma soyqırımın beynəlxalq aləmdə tanınması Qarabağın itirilməsindən tutmuş digər bir sıra ağır nəticələrə səbəb ola bilər:
“Məsələ bundadır ki,
Türkiyədə bəzi həqiqətləri hələ də anlamırlar. Genosid təbliğatı erməni
işğalını pərdələmək üçün Ermənistanın indiki faşist, hərbi-cinayətkar rəhbərliyinin
siyasətidir. Onlar dünyanın gözünə ermənilərin genosidə uğraması ilə bağlı pərdə
çəkərək erməni işğalına haqq qazandırmağa çalışırlar. 1998-ci ildən Köçəryan bu
yöndə ciddi şəkildə fəaliyyətə başlayıb və öz müsahibələrində açıq şəkildə
deyib ki, genosidin tanınması Qarabağ işğalı məsələsində Ermənistanı
sığortalayacaq. O bildirirdi ki, bu, Ermənistanı işğala görə ona verilə biləcək
mümkün cəzalardan və qınaqlardan qoruyacaq. Bunu Azərnbaycan da, Türkiyə də
başa düşməlidir. Təəssüf ki, Türkiyə heç zaman bu məsələni lazımi ciddiliklə
qoymayıb. Ermənilər bununla faktiki olaraq işğala haqq qazandırır. Dünyanın
gözünü ancaq ermənilərin genosidə uğramasına yönəldir. Ermənilər Qarabağdakı
işğal və vəhşilikləri diqqətdən yayındırmağa çalışır, bu işğalı başqa cür təqdim
edirlər”.
E.Mehdiyevin qənaətincə,
qondarma soyqırımın tanınması Türkiyəni digər müstəvilərdə də tərk-silah etmək
deməkdir:
“Uydurma soyqırım
iddiasının tanınması Ermənistanın təhlükəsizliyini təmin edən kampaniya və
gedişdir. Türkiyəni Ermənistan qarşısında suçlu olan bir dövlət durumuna salır.
Bu, gələcəkdə Türkiyənin ermənilərə qarşı mümkün hərbi müdaxiləsini önləyən ən
böyük səddir. Ermənistan onlar üçün göydəndüşmə fürsət olan bu imkandan
ustalıqla istifadə etməkdədirlər”.
Seymur Əliyev