Azərbaycan dilinin tələblərinə istənilən sahədə, xüsusilə də mediada lazımınca əməl edilməsi olduqca vacibdir. Çünki media sadəcə insanlara informasiya çatdırmır, həm də onları dilin imkanları, orfoqrafik yazılış qaydaları və s. ilə tanış edir.
Bəs çağdaş Azərbaycan
mediasında dilin tələblərinə lazımınca əməl edilirmi?
“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri,
media eksperti Arif Əliyev Moderator.az-a açılışında bu sahədə vəziyyətin ürəkaçan
olmadığını vurğuladı:
“Bu məsələnin bir neçə
aspekti var. Bir var dilin qrammatik tələbləri. Bir də var ümumiyyətlə, dili
bilmək və ondan istifadə etmək bacarığı. Mən dilin qramatikasından danışmaq istəmirəm.
Çünki bu, bizim üçün bir nömrəli məsələ deyil. İkincisi, qrammatika ilə bağlı
bu saat mütəxəssislərin özü arasında bir çox mübahisəli məsələ var. Amma Azərbaycan
dilinin istifadəsi mediada olduqca qüsurludur. Bu, xüsusi ilə radioda, daha
sonra isə televiziyada rast gəlinən arzuedilməz bir haldır. Dildən çox bəsit
istifadə olunur. Sözlərin mənası təhrif olunur. Ondan düzgün istifadə edilmir.
Onların təqdimatında dilin heç bir zənginliyi gözə çarpmır. Dar bir söz dairəsi
ilə ən müxtəlif fikirlər ifadə olunur. Bəzən adama elə gəlir ki, səsləndirilən
mətn aşağı sinif şagirdlərinin yazısıdır. Mövcud reallıq bundan ibarətdir”.
Seymur Əliyev