Soğan olsun, nağd olsun!
Oxunub: 5351
17 Apr 2015 | 16:28
 Soğan olsun, nağd olsun!

                      

                                                             "Harda ki, güc şahlıq edir, orda qanunlar gücsüzdür”                                

Menandr

 

Baş prokurorun keçmiş müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli Moderator.az-a rəsmi Bakının xarici siyasət kursunun mahiyyəti və bu siyasətin doğurduğu fəsadlarla bağlı maraqlı yazı göndərib. Həmin yazını olduğu kimi oxuculara təqdim edirik:

Bu günlər, yenə aləm dəyib bir- birinə. Başı rüşvətə, alverə, müxalifəti əzib suyunu içməyə, seksə, əlbəttə ,ömürlük  saxta prezident  seçkilərinə qarışmış müsəlman ölkələrindən cəmi bir-ikisi yaxasını cırır ki, bəs deməzsən, cuppulu bir dövlətin  başçısı, roma papası   (hirsimdən, həmrəylik nümayiş etdirərək  mən də adları  kiçik hərflərlə yazıram) bir qələt eləyib. Əslən ermənilərin tüğyan etdiyi Argentinadan olan Fransisk , yatıb-yatıb birdən durub bəyan edib ki, bəs, deməzsən, 1915-ci ildə Türkiyə  “erməni soyqırımı” törədilib. Burda faciə  təkcə onda deyil ki, romanın 266-cı papası  vəzifəyə  keçən kimi  özünün “Xorse Marto Berqalito “ adını  kənara tullayıb  Fransisk oldu. Bədbəxtçilik  həm də onda oldu ki, bizim və türklərin ona qoyduğu maya tamamilə batdı, kəllə-mayallaq oldu. Bizimkilər hələ da baş aça bilmirlər ki, görəsən , Fransiskini yoldan çıxaran nə oldu? İnsafən desək, bizim  yol-yolağ bilən, özgələrə yarımaqda pərgar olan hakimiyyət ona bərk girişmişdi və nəticəsi də var idi, pis deyildi . Məsələ təkcə onda deyildi ki, bizim başbilənlər hər il Romaya  gedir, onları ziyarət edib əllərini sıxır, pay püşklərini verib kefi kök, damağı saz  geri qayıdırdılar. Məsələ həm də onda idi ki, bu üzlərini mürdəşir yumuş ermənilərdən fərqli olaraq biz o nankorlar  üçün  hambal kimi gecə-gündüz  iş görürdük, acından qarnı paravoz  kimi fit çalan xalqın pulunu  onlara xərcləyirdik. Söz vaxtına çəkər, keçən ilin bu vaxtları,  H.Əliyev fondunun prezidenti M.Əliyeva Roma papası ilə görüşmüş, Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini demişdi. Düzünə qalsa, Həzrət Abbas haqqı, mən göz dəyməsinə o qədər də inanmıram, amma, bu faktdır ki, bizə göz dəydi, nəzərə gəldik, özü də çox pis nəzərə gəldik. İnsafən, o vaxt ,indi olmasın, hamımızın sevimlisi  papa da fondun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpasına yüksək qiymət vermişdi. Başqa cür də ola bilməz, biz öz millətimizə bir qəpik də xərcləməsək heç nə olmaz, dünya dağılmaz. Həm də, bütün dünya bilir və şahiddir  ki, bizim xalq dözümlü xalqdır, acından ölər, amma, quru bəyliyindən əl çəkməz. Əsas odur ki, var-yoxumuzu ona buna, özgələrə peşkəş edək, əliaçıqlığımızı, səxavətimizi  dünyaya nümayiş etdirək. Az qala, dövlət büdcəsi qədər pulu olan və bu pulların mənbəyinin dövlət sirrindən də artıq gizli saxlanılan fondun hesabından 50 min avro Berlin qəsrinin bərpası üçün bağışlamadıqmı? Bağışladıq, qoy, nemeslərin halal xoşları olsun. Rimin Kapitoliya muzeyində “Filosoflar zalı”nı bərpa ermədikmi? Etdik, bu da  katoliklərin sağlığına qismət  olsun.Müqəddəs Marçellino və Pietro katakombaları  külli miqdarda xərc hesabına (rəqəm dövlət sirri olduğundan, açıqlaya bilmərəm ) bərpa etdikmi, bəli ,necə lazımdır  bərpa etdik. Biz qətiyyən bununla kifayətlənə bilməzdik,necə ki,  kifayətlənmədik də. Fondun rəhbərliyi onu da diqqətə çatdırdı ki, Vatikan Apostol kitabxanasında mövcud olan bir çox əlyazmalar fondun dəstəyi ilə bərpa olunmuşdur.Hələ, bu harasıdır, görünür, onlar bizi  o qədər də yaxşı tanımırlar. Fondun rəhbərliyi ilə Vatikan Apostol kitabxanasının rəhbərliyi arasında ” 2015- 2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması”na dair daha bir müqavilə imzalamışıq. H.Əliyev fondunun  rəhbərliyi hətta onu da vurğulamışdır ki, Müqəddəs Roma katakombalarının bərpası ilə yanaşı, digər layihələr də həyata keçirilə bilər. Bəli, biz beləyik, biz humanistik, əl tutmağı  bacarırıq, çünki, əl tutmaq Əlidən qalıb. Burda bütün imamlarımız üçün bir salavat zikr edək.                                                   Hə, nə olsun ki,rəsmi dövlət statistikasına malik Vatikan ən kiçik cırtdan dövlətdir, əhalisinin sayı min nəfəri keçmir,  cəmi 530 daimi sakini vardır. Nə olsun , “zat to” , dünyanın təxminən 7 milyard insanından 1,2 milyard katolikini idarə edir. Bundan başqa,  Roma yepiskopu katolik kilsəsinə aid 300 milyard (!)  dollarlıq sərvətə nəzarət edir, ki, biz də  onun  xəzinəsinin başının pozulmasına, azalmasına imkan verə bilməzdik, vermədik də.                                                                                       

İndi, siz deyin,möhtərəm oxucu, gəl , əyri oturaq, düz danışaq: biz bunlara pul xərcləməyək, bəs, nə edək?                                                                                                                                               Nə olsun ki, onlar öz milyardlarına toxunmur, bizi hərif yerinə qoyub   bir “ malades”ə görə dərimizi soyurlar. Nə olsun ki, bir çox rayonlarımızda uşaqlarımız məktəb əvəzinə at tövləsinə bənzəyən uçuq-sökük  xarabalıqlarda  dərs keçir?  Nə olsun ki, şəhid ailələri, qarabağ əlillərimiz acından köpük qusur, imkansızlıqdan  adam kimi ağıllı başlı müalicə  ala bilmir, qocaların aldıqları qəpik-quruş pensiya  da heç onların dərman puluna  bəs etmir. Eybi yox, biz dünyanın ən dözümlü xalqıyıq. İstəsəniz ,sizinlə mərc gələrəm ki, (bəri başdan deyirəm, mərc gəlməyin, uduzarsız)  dünya üzrə  dözümlülüyə görə yarış keçirilsə,birinci yer nağd bizimdir.                

İndi də,dünyanın işinə baxın, görün, Papanın  axmaq soyqırım söhbəti nə həddə çatıb ki, hətta, siyasətdən uzaq adamlar belə, səbrini saxlaya bilmir,  papanı hax yoluna dəvət edirlər. Elə, götürək YAP-ın icra katibinin müavini, Milli Məclisə təyin olunmuş Siyavuş Novruzovu. İş o həddə çatıb ki, həmişə ağır oturub batman gələn, müxalifətin mitinqlərini  siçan deşiyindən izləməklə beynəlxalq dərəcəli ekspert, iki daşın arasında “hüquq elmləri doktoru”  elmi dərəcəni qapazlayıb diplomunu cibişdanına dürtən əkə bircə cümlə ilə bütün xalqın arzularını, istəklərini dilə gətirib ki, “ Roma papası bu bəyanatı verməzdən əvvəl gərək götür-qoy edəydi.” Təmiz söhbət!  Düz sözə nə deyəsən ki?                              

Yaxud da ,hamımızın sevimli müğənnisi, ömürlük deputat  Zeynəb xanım Xanlarova  bir az da uzağa germiş , quşu dimdiyindən vurmuşdur.Xanım millətin vəkili demişdir ki, ” Mən belə hesab edirəm ki, qırxı çıxmış papa haqqında danışmağa dəyməz, çünki, onun ətrafı bizə qarşı olan insanlardır.”                                                                                                                                          Ah, əzizim Zeynəb xanım, siz nə edirsiniz, bizi dünya ilə  üzbəüz qoyub düşmənmi eləmək istəyirsiniz? Birincisi, papa hələ  ölməyib, onda ki, bu üz var, çətin  ölər. İkincisi  də , bu papa helə belə papa deyil, dünyanın əhalisinin 1,2 milyard katolikinin  papasıdır, axı?!                                                                               

Bir də ki, ...bəlkə, heç bunu deməyim,Zeynəb xanım ? Yaxşı da, bir halda ki, söz gəldi, qoy deyim, amma, bəri başdan  xəbərdar edirəm ki, təkcə bu sözünüzə görə siz bir də  deputat mandatı görməyəcəksiniz.O mandatı verən şəxs sizin bu siyasi səhvinizi bağışlayarmı? Durub deyirsiniz ki, papanın ətrafındakılar pis adamlardır, bizə qarşı olan insanlardır. Vay, dədəm vay! Bu, nə sözdür siz demişiniz? Məgər, siz hələ də  bilmirsiniz ki, papanın ən-ən  yaxınında  duran  Müqəddəs Arxelogiya üzrə Şuranın Sədri , papanın can ciyəri kardinal Can-Franko Ravazi bizim “ Dostluq “ ordeni ilə təltif edilib? Belə çıxır ki,  prezidentimiz belə yüksək ordeni pis , bizi sevməyən adama verib?  Çox heyif o ömürlük deputat mandatına. Mən sizi qarğamıran, amma, bəri başdan 100 faiz əminliklə deyirəm ki,  gələn il  siz təmtəraqla 80 yaşınızı  qeyd edəndə 30 il cibinizdə gəzdirdiyiniz deputat mandatını bir də görməyəcəksiniz.                                                                                                                  

Bəli, indi, hamı baş sındırır ki, bu necə oldu, papa niyə belə etdi. Əşşi, Papa cəhənnəm,soyqırım cəhənnəm,bizin çəkdiyimiz o qədər xərc niyə batdı, səbəbkar, günahkar kim oldu? Bəziləri, hətta, heyifsilənirlər ki, heyif o  antikvar xalçalara, zərli-zibalı dolçalara, qiymətli əşyalara, katakombalara  çəkilən xərclərə (dövlət sirri olduğu üçün rəqəmləri deyə bilmərəm.)                                                                                                                            

Sizi çox da intizarda qoymaq istəmirəm, bunun əsas səbəbini  bilmirsinizsə , bilin və  agah olun. Bunun əsas günahkarı elə biz özümüzük, ona görə ki, nağdı qoyub nisyənin dalınca qaçmışıq. Başqa sözlə, katakombalara çəkilən mənasız xərclər Roma papasının, adını dəyişmiş bu kişinin nəyinə lazım idi?  Xaricdən gəlib bizdə pul qoymaq istəyən, abidələrimizə xərc çəkmək istəyən birisinə( hələ ki, belə hərif  bizə rast gəlməyib) şərait yaradarıqmı? Əsla, qətiyyən,heç bir zaman!  Ã–lkəmizə iş görmək üçün gələn hərifə biz həmişə qaz kimi baxmışıq, baxırıq,baxacağıq. Qoy, nə verirsə,  nağd versin, ən azından, 50-nin 50-yə  bizimlə şərikinə getsin. Sözümün canı odur ki, bu xərcləri  vaxtında, poezd getməmişdən əvvəl  şəxsən Fransiskin özünə çəkməli idik. O vaxtı bütün dünya bar-bar bağırırdı ki, a kişilər, bu Fransiskonun ağ ciyərinin biri yoxdur. Bu yerdə, keçmiş səhiyyə naziri Əli İnsanovun atası Binnət kişiyə gecə-gündüz rəhmət oxutduran, səhiyyədən  xəbərsiz, indiki səhiyyə nazirinin kreslosunu bekara yerə zanit edən , səhiyyəni it gününə qoyan, bu sahəni rüşvətlə bərk bərk şirələyən  Oqtay Şirəliyev təcili tədbir görə bilməzdimi? Ən azından,  çoxlarının dad etdiyi  ağ ciyər institutundan bir ciyər təşkil edə bilməzdimi? Bu nə çətin iş idi ki ? Bu da o deyil ki, bu boyda ölkədə Sumqayıta adi cərrah  göndərməyə gedəsi, 30 min dollar verəsi birisi tapılmır. Bu da o deyil ki, hökumətin sonuncu müşavirəsində dərmanların həddən artıq baha olmasına görə səhiyyənin ünvanına  prezident tərəfindən itin sözü deyilmiş, səhiyyə naziri isə, heç, tükünü də darağa verməmişdi. Çünki, bu  şoğərib dərman biznesinin ona qətiyyən aidiyyəti yox idi və  haqlı olaraq belə fikirləşir ki,bu biznes də onu söyənlərin öz  sahəsidir,çörək ağacıdır.                                                                                                                             

Yaxud da, bizdən  başqa bütün dünya əzbər bilirdi ki, Roma papası Fransisk həkimlərin pəhriz rejimi ilə bağlı tövsiyyələrinə riayət etməyərək həddən artıq makaron yeyir. Ah, necə də əldən buraxılası mümkün olmayan məqam idi! Axı, biz bilməli idik ki, həkimlər makarona qarşı ifrat sevgisi olan papaya həftədə yalnız iki dəfə  onun dadına baxmağa icazə verirdilər. Biz belə bir fürsəti əldən buraxmışıq ki, bizim özünü bərk gedən hesab edən, əslində isə, hakimiyyətə yaltaqlanmaqdan,öz biznesini inkişaf etdirməkdən başqa işi -gücü  olmayan   bir televiziya kanalının (kanalizasiya yox ha) rəhbərliyinin halallıca makaron fabrikindən çoxluca makaron tədarük edib Romaya göndərə bilməzdikmi ? Necə olsa,atalar demiş, qarın qardaşdan irəlidir, axı. Əlbəttə, göndərə bilərdik, ağlımız kəsməyib,  gözəl ideya  rüşvətsevər beynimizə girməyib.                                                                                                                   

Hələ bunu da bağışlamaq olardı, bunun sonrası olmasaydı. Adını dəyişmiş bu kişi  vaxtilə bizə və bizim kimi həriflərə siqnal vermişdi, bəyan etmişdi ki, onun dünyada yeganə arzusu -Vatikandan çıxıb, kənarda bir pizza yeməkdir. Pah atoynan, dünyanın işinə bir bax: 300 milyard dollar dəyərində sərvətin ola, buna baxmayaraq, bir pizzadan ötrü ürəyin gedə? Sən allah,əziz oxucu, düzünü de, heç belə şansı da əldən buraxmaq olardımı ?  Bu milyardçı yetim oğlu yetim  bundan da artıq ,bundan da aydın daha nə deməli idi ki? Məgər, bütün işi gücü buraxıb,mənasız və lazımsız birinci  Avropa oyununu,pula tələ qurulmuş bu oyunu  bir kənara tolazlayıb papanı təcili Bakıya dəvət etmək olmazdımı, pizzanı qabağına doldurmaq mümkün deyildimi ? Bəli,bu şansı da belə buraxdıq. Mən tam  əminəm ki, biz onu burda yüksək səviyyədə qəbul edə bilərdik. Əlbəttə, mən  ona da əminəm ki, filosof Əbülhəsən müəllimin sözü olmasın , ”ustad administrator” Ramiz Mehdiyev bu işi elə belə başlı başıbına buraxmazdı, durub onu  hansısa əntər pizzəxanaya aparmazdı? Ən azından, prezidentin ailəsinə məxsus olduğu deyilən “Park Bulvar”a aparar, “bəsdi” deyənə qədər kişinin qarnın doydurardı. Sonra da Rusiya prezidenti, papa kimi ermənilərin dayağı  Putinin  hərbi gəmilərinə qoyduqlarından papanın da gəmisinə qoyardı. Bununla da  məsələ əla, əladan da əla tamamlanardı.                                                                                                                                                              Heyif, çox heyif, mayamızın batması bir yana, bu dəfə öz doğma prinsiplərimizə də naxələf çıxdıq. Bu bizə  ömürlük acı bir dərs olmalıdır. Bundan sonra bütün biliyimizi, bacarığımızı, səriştəmizi səfərbər edib  ortaya qoymalıyıq ki, növbəti dəfə belə  kobud, bağışlanılmaz və axmaq  səhvə yol verməyək.Var gücümüzlə çalışıb papanın şəxsi etimadını qazanaq, onun özünə, oğul-uşağına, öz işimizə xatir ,lap elə bütün qohum əqrabəsinin cibinə mülayimliklə, belə də istəməsələr ,lap zorla dollar, qır-qızıl dürtək.                                                                                                                  Axı, hamımız bilirik ki, bu dünya “ver” dünyasıdır.                                                                                                                     Bir  də , atalar demiş,  soğan olsun,nağd olsun!”                                                                                                                                                                                                  

Oxşar xəbərlər
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:06, Bu gün
Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 22:12
Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 20:32
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
22 Apr 2024 | 20:27
"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"
22 Apr 2024 | 20:25
Erməni politoloq: “Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir”
22 Apr 2024 | 20:20
Rusiya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır - FOTO
22 Apr 2024 | 20:16
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22 Apr 2024 | 20:14
"Azərreyl"in baş məşqçisi: "Sonadək mübarizə apardıq və qalib gəldik"
22 Apr 2024 | 20:02
XİN: Gürcüstan Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
22 Apr 2024 | 20:01
UNEC-də “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib - FOTO
22 Apr 2024 | 19:59
Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO
22 Apr 2024 | 19:59
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
22 Apr 2024 | 19:56
"NATO-nun nüvə silahı getdikcə Rusiyanın sərhədlərinə yaxınlaşır" - Polşa prezidenti
22 Apr 2024 | 19:53
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
22 Apr 2024 | 19:37
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - FOTO
22 Apr 2024 | 19:35
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 19:24
Qaribaşvili Azərbaycan səfiri ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 19:09
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:01
Sarvan Cəfərov: Şirkətlərlə 100,5 min hektar sahədə pambıq istehsalı üçün müqavilə bağlanılıb
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:37
Qaradağ rayonunda içməli suyun verilməsi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA
22 Apr 2024 | 18:34
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir
22 Apr 2024 | 18:20
“Robotex Türkiyə”nin qalibi olan BDU komandaları böyük coşqu ilə qarşılanıb - FOTO
22 Apr 2024 | 18:15
Prezident İlham Əliyev: “Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq"
22 Apr 2024 | 18:12
“Meta”nın mətbuat katibi Rusiyada azadlıqdan məhrum edilib
22 Apr 2024 | 18:08
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
22 Apr 2024 | 18:04
Azərbaycanlı bankir Vyanada vəfat etdi - FOTO
22 Apr 2024 | 18:00
Politoloq Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərini müqayisə etdi
22 Apr 2024 | 17:55
Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR
22 Apr 2024 | 17:50
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH + FOTO
22 Apr 2024 | 17:48
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
22 Apr 2024 | 17:45
Məktəblərdə laborant ştatı lazımdırmı? - Ekspertdən İLGİNC rəy
22 Apr 2024 | 17:40
BDU-da IFLA-nın fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
22 Apr 2024 | 17:35
Azərbaycanlı idmançı erməni rəqibini məğlub etdi
GÜNLÜK
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 11:14
Nimesil bu şəxslərin həyatı üçün təhlükəlidir - QƏTİ OLMAZ 
22 Apr 2024 | 11:30
8 yaşlı qızın beynindən  bir metr tük çıxarıldı
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 11:14
Nimesil bu şəxslərin həyatı üçün təhlükəlidir - QƏTİ OLMAZ 
22 Apr 2024 | 11:30
8 yaşlı qızın beynindən  bir metr tük çıxarıldı
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL