Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəsmi internet saytına yerləşdirilən məlumata görə bundan sonra türk əsgərləri mobil telefonlardan istifadə edə biləcək. Belə ki, əsgərlər Türkiyə Silahlı Qüvvələri tərəfindən təsdiq olunan mobil nömrələrlə müəyyən şərtlər və vaxtlarda danışa biləcəklər.
Əsgərlərin mobil
telefondan istifadəsinə verilən izahat Baş Qərargah tərəfindən aşağıdakı amillərlə
əsaslandırılıb:
“Türk Silahlı Qüvvələrinə
əmanət edilmiş vətən övladlarının ailələri ilə ünsiyyətini inkişaf etdirmək, mənəvi
və motivasiyası yüksəltmək məqsədiylə onlara mobil telefondan istifadə edilməsi
istiqamətində aparılan işlər sona çatdı”.
Maraqlıdır, Türkiyə
ordusunda həyata keçirilən bu yenilik eyni dəyişikliyin Azərbaycan ordusunda
da tətbiqini gündəmə gətirə bilərmi? Azərbaycan
əsgərlərinin də mobil telefonlardan istifadəsinə icazə verilməsi mümkündürmü?
Belə bir yeniliyin müsbət və mənfi tərəfləri nəədn ibarət ola bilər?
Bununla bağlı Moderator.az
saytı və “Hürriyyət” qəzetinə açıqlama verən “Hərbi Jurnalistlər” İctimai
Birliyinin rəhbəri, hərbi ekspert polkovnik Üzeyir Cəfərov Türkiyə ordusunda həyata
keçirilən islahat və yeniliklərin hər zaman Azərbaycan üçün örnək olduğunu
bildirib:
“Xəbər verildiyi kimi, bundan sonra rəsmi olaraq türk əsgərlərinə mobil
telefonlardan istifadəyə icazə veriləcək. Nəzərə alsaq ki, Azərbaycan Silahlı
Qüvvələri bizə dost-qardaş olan Türkiyə ordusunun son model yeniliklərindən hər
zaman bəhrələnib və zaman-zaman öz ordusunda da tətbiq edib, demək olar ki,
inşallah yaxın vaxtlarda bizdə də bu metoddan istifadə edilməsini düşünmək
olar. Sözsüz ki, bu son dərəcə düşünülmüş və sınaqdan keçirilmiş formada olmalıdır.
Əvvalla, bu gün SQ-in əksər hərbi hissə və birləşmələri səhra şəraitində, düşmənlə
üzbəüz mövqelərdə yerləşir, yəqin ki, mənim narahatçılığımın nədən
qaynağlandığını çox da açıqlamağa ehtiyac yoxdur. Hesab edirəm ki, uzun illərin
təcrübəsinə malik Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yalnız indi bu haqda
müsbət qərar qəbul edibsə, deməli bu iş illərlə sınaqdan keçirilib və sonda belə
bir qərar verilib”.
Ü.Cəfərov
məlum yeniliyin müsbət və mənfi cəhətlərə malik olduğuna da diqqət çəkdi:
“Əlbəttə
ki, burada müsbət və mənfi cəhətlər də olacaqdır. Amma bu xəbərin ən önəmli və
diqqətçəkən məqamı əsgərlərin yalnız yuxarı komandanlıq tərəfindən təsdiq
olunan mobil nömrələrlə müəyyən şərtlər və vaxtlarda danışa biləcəkləri məsələsidir.
Çox düzgün və ağıllı qərardır. Mobil telefonlardan elə kim gəldi, necə gəldi
istifadə yox, yalnız və yalnız yuxarı komandanlığın müəyyən etdiyi bəlli mobil
rabitə və ondan istifadənin konkret günləri, saatları olacaqdır. Azərbaycan
ordusunda Müdafiə Nazirliyinin, o cümlədən digər güc strukturlarının rəhbərlərinin
bu məsələ ilə konkret tapşırıqları və göstərişləri olmasına baxmayaraq, açıq
etiraf etmək lazımdır ki, şəxsi heyətin hamısı da olmasa, müəyyən hissəsi mobil
telefonlardan istifadə edir. Bunun müsbət tərəfləri də var, mənfi tərəfləri həmçinin”.
Hərbi
ekspert mobil telefonun önəmi ilə bağlı konkret misallara diqqət çəkdi:
“İki
konkret misal gətirəcəyəm. Ötən il Ermənistan SQ məxsus döyüş helikopterlərinin
mövqelərimizə həmlələri zamanı vurulan vertolyotun görüntüləri olmasaydı, biz bədnam
qonşularımıza və onların havadarlarına heç cürə sübut edə bilməzdik ki,
gühankar kimdir. Nə yaxşı ki, ortalıqda bu video görüntü oldu deyə, biz bütün
dünyaya sübut edə bildik ki, biz yox, erməni qaniçənləri bizim mövqelərimizə
soxulmuşdular və layiq olduqları cavabı da aldılar. Yaxud, bu yaxınlarda düşmən
ordusunun bizim tərəfə könüllü keçən əsgəri Baqdasaryanın video görüntüləri də
bizə çox böyük dəstək oldu”.
Ü.Cəfərovun
qənaətincə, ön xətdə xidmət edən əsgərlərin hamısına olmasa da bəlli bir kəsiminə,
yaxud gizir-zabit kontingentinə mobil telefonlarun verilməsi faydalı olardı:
“Şəxsən
mən düşünürəm ki, indiki halda, ön xəttdə bütün əsgər və zabitlərə də olmasa,
bir qrup seçilmiş əsgərlərə, yaxud çavuşlara, yaxud da zabit və ya gizirlərə rəsmi
olaraq mobil rabitədən istifadə etməyə icazə vermək məsələsinə baxılsaydı,
yaxşı effekti olardı. Əlbəttə ki, məxfiçilik prinsipləri ən sərt formada
qorunmaq şərti ilə bu işlər öz həllini tapmalıdır. Ən əsası isə, vətən
qarşısında öz övladlıq borcunu yerinə yetirən övladlarımızın ailələri,
doğmaları, əzizləri ilə ünsiyyət qurmaları, mənəvi-psixoloji hazırlıqlarının
daha da yüksəlməsi və digər məişət, sosial yönümlü irili-xırdalı məsələlərin həlli
üçün onlara mobil telefondan istifadə edilməsi istiqamətində işlər görülməlidir.
Bunun xeyrinin ziyanından daha çox olacağına şəxsən mən tam əminəm. Onu da başa
düşürəm ki, ola bilsin ki, kimlərsə bu yeniliyə bir az ehtiyatla yanaşsınlar.
Onları da başa düşürəm. Çünki Türkiyə SQ kimi nəhəng NATO təcrubəsi və örnəyi
olan bir dövlət bu işi illərlə bütün detallarına kimi incələdikdən sonra indi qərar
verdi. Hər halda qardaş dövlətin təcrübəli generaliteti nə etdiklərinin çox
yaxşı fərqindədirlər”.
Ü.Cəfərovun
fikrincə, bu yenilik həyata keçirilərkən danışıq xərcləri də dövlət vəsaiti
hesabına həyata keçirilməlidir:
“Mən
Azərbaycan SQ-də də mobil rabitənin bəlli şərtlər və ciddi nəzarət altında
istifadəsinin tərafdarıyam. Ən sonda da onu qeyd etməyi vacib sayıram ki, bu
işdə müsbət qərar qəbul ediləcəyi təqdirdə, mobil telefonlardan istifadəyə görə
xərclər də dövlətin hesabına ödənilməlidir. Bu onsuz da lazımsız konturyükləmə
söz-söhbətinə son qoymuş olar”.
Seymur
Əliyev