Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun gecə 5-8, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 24, dağlarda gecə 0-4, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə isə aprelin 08-09-da Abşeron yarımadasında gözlənilən komfort temperatur şəraitli mülayim yaz havası meteohəssas insanlar üçün əlverişlidir.