“İranla “altılıq” arasındakı anlaşma Azərbaycanın da marağına cavab verir”
Oxunub: 4699
06 Apr 2015 | 10:03
“İranla “altılıq” arasındakı anlaşma Azərbaycanın da marağına cavab verir”

Iranla “Böyük altılıq” ölkələri arasında əldə edilən nüvə razılaşması bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi müzakirələrə səbəb olmaqdadır.

Maraqlıdır, İrana qarşı tətbiq edilən sanksiyaların aradan qalxması bu dövlətin regiondakı aktivliyinin yüksəlməsinə, bölgə dövlətləri, eləcə də Azərbaycana təzyiqlərinin artmasına səbəb ola bilərmi?

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öncə İrana qarşı tətbiq edilən sanksiyalar tarixinə nəzər saldı:

“İrana qarşı sanksiyalar əslində 30 ildir ki, mövcuddur. İran İslam İnqilabından, yəni 1979-cu ildən sonra İranın Qərb və ABŞ ilə münasibətləri kəskinləşdi. İran daxilində insan haqları, demokratiya ilə bağlı problemlər meydana çıxdı. Bu səbəbdən də İrana qarşı müxtəlif sanksiyalar tətbiq edilməyə başladı. Amma 2000-ci ilin əvəllərindən başlayaraq İran həm də nüvə silahı əldə etməyə çalışdı ki, bundan sonra Amerika və Avropa ölkələri İrana qarşı daha sərt sanksiyalar həyata keçirdi. Təxminən 10 ildir ki, İranla Qərb ölkələri arasında danışıqlar gedirdi. Danışıqlar prosesi zamanı, hətta 2-3 il bundan öncə İsrail və ABŞ-ın İrana hava zərbələri endirməsinin mümkünlüyü ilə bağlı fikirlər səslənirdi. Təəssüflər olsun ki, bu məsələdə Azərbaycanın da adı hallanırdı. Bəzi Qərb ölkələri və İsrail mətbuatı yazırdı ki, guya Azərbaycan ərazisindən İrana qarşı istifadə oluna bilər. Bu fikirlər isə İrandakı hərbçilərin, din xadimlərinin Azərbaycanı hədəfə götürməsinə sanki əsas verirdi. Azərbaycanın adı bu şəkildə hallanırdı. Ona görə indiki razılaşma bizə də rahat nəfəs almağa şərait yaradır”.

E.Şahinoğlunun qənaətincə, İranla “Böyük altılıq” dövlətləri arasındakı razılaşmanın Azərbaycan üçün bir çox müsbət cəhətləri mövcuddur: 

“Birincisi, əgər sanksiyalar ortadan qaldırılsa, bölgədə siyasi münasibətlərdə bir yumşalma olacaq. İranla Azərbaycan arasındakı gərginlik də azala bilər. İkincisi, ABŞ-İran münasibətləri normallaşmağa başlayacaqsa, bu o deməkdir ki, İranın Rusiyadan asılılığı da azalacaq. Yəni İran-Rusiya ittifaqı da zəifləyəcək. Bu da Azərbaycanın xeyrinədir. Çünki İran-Rusiya ittifaqı hər zaman Azərbaycanın maraqları əleyhinə olub. Üçüncü, sanksiyalar aradan qaldırılandan sonra İran qazının Avropaya daşınması məsələsi aktuallaşacaq. İran üçün ən münasib variant Azərbaycan və Türkiyənin boru xətləri ilə, TAP və TANAP vasitəsi ilə bunu reallaşdırmaqdır ki, bu da ölkəmizin xeyrinədir”.

Politoloqun sözlərinə görə, İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının əsas mənfi nəticəsi dünya bazarında neftin qiymətinin daha da ucuzlaşması ola bilər: “Baş verənlərin ziyanlı tərəfi odur ki, sanksiyalar ortadan qaldırılandan sonra Iran dünya bazarına daha çox neft çıxaracaq ki, bu da neftin qiymətinə mənfi təsir edəcək. Artıq indidən, bu xəbər yayılandan sonra neftin qiyməti 5 dollar da aşağı düşüb. Amma bu, yalnız İranla bağlı bir məsələ deyil, digər amillərin də burada rolu var. Biz isə bu prosesə hazır olmalıyıq”.

Ekspertin fikrincə, İran-Qərb münasibətlərinin inkişafı İran daxilində demokratikləşmə prosesini sürətləndirə bilər ki, bu da Azərbaycanın maraqlarına cavab verir: 

“Hesab edirəm ki, bundan sonra İran daxilində də ciddi proseslər gedə bilər. İranda azərbaycanlıların rolu arta bilər. Əgər İranın Avropa və ABŞ-la münasibətləri normallaşırsa, İranın daxili demokratikləşmə prosesləri də sürətlənməlidir. Bu da bizim xeyrimizədir. Biz istəmirik ki, İran Azərbaycan torpaqlarını işğal edən bir dövlətlə - Ermənistanla çox sıx münasibətlərə malik olsun. Biz istəyirik ki, İran dövləti Azərbaycanın haqlı marağını nəzərə alsın”.

E.Şahinoğlunun bildirdiyinə görə, İran hətta danışıqlar prosesinin gedişində belə regiondakı aktivliyini azaltmadı: 

“Hətta danışıqların getdiyi bir zamanda belə İranın bölgədəki aktivliyini hiss etməmək mümkün deyildir. Təsəvvür edin ki, İran Livanda aktivlik göstərir. Orada Hizbullaha maliyyə və silah verir. Onun vasitəsi ilə İsrailə zərbələr endirir. İran Suriyada Əsəd rejimini dəstəkləyir. Əsədin bu gün hələ də hakimiyyətdə qalmasının əsas səbəblərindən biri İranın ona verdiyi dəstəkdir. İraqa nəzər salın. Vaxtilə ABŞ Səddam Hüseyni ona görə devirdi ki, İraqda elə bir hökumət formalaşdırsın ki, həmin hökumət Qərblə əməkdaşlıq etsin. Amma şiələr İraqda çoxluq təşkil etdiyi üçün onlar hakimiyyəti formalaşdırdılar və İranla müttəfiq oldular. İran üç dövlətdə öz maraqlarını qoruya bilir ki, bunlar Livan, Suriya və İraqdır. Indi dördüncü dövlət də peydə olub ki, bu dövlət də Yəməndir. Yəməndə də İrana rəğbət bəsləyən qruplar fəallaşıblar. Sanksiyalar ortadan qaldırılandan sonra İranın imkanlar daha da genişlənəcək. Bu isə daha çox Səudiyyə Ərəbistanı və İsraili narahat edir”.

Politoloqun fikrincə, hazırkı durum ABŞ-ın özü üçün də kifayət qədər mürəkkəbdir: 

“Mövcud situasiya ABŞ üçün də çətindir. Barak Obama bir tərəfdən İranla bağlı sanksiya məsələsini həll etməlidir. Lakin daxildə də ona qarşı güclü müxalifət var. Konqres İrana qarşı sanksiyaların aradan qaldırılmasını istəmir. Bütün hallarda hesab edirəm ki, iyunun 30-na qədər nüvə probleminin həlli ilə bağlı yekun sənəd imzalanacaq”.

 

Seymur Əliyev 

Oxşar xəbərlər
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq