Dilimizin bəlası
Oxunub: 2790
04 Apr 2015 | 17:31
Dilimizin bəlası


 

Dünən Azərbaycan Turizm və Menecment Universitetində bir hadisə ilə rastlaşdım. Bir amerikalı ilə ATMU-nun Beynəlxalq Əlaqələr şöbəsi əməkdaşlarının müzəkirəsinə şahid oldum. ATMU-da tələbələrin belə bir neçə xarici dildə sərbəst danışması adi hal olmasına baxmnayaraq, şöbənin əməkdaşı Orxan Musanın amerikalı ilə çox sərbəst və sürətli şəkildə ingiliscə söhbət etməsi çox xoşuma gəldi. Ancaq bir anda mən bir anlaşılmazlıq yaşadım. Bayaqdan universitetin əməkdaşı Orxan Musa sürətlə və sərbəst şəkildə ingiliscə danışdığı halda indi həmin amerikalı çox sərbəst şəkildə və sürətlə azərbaycan türkcəsində danışırdı. Öncə düşündüm ki, yəqin amerikalı dilimizdə bildiyi beş-on kəlməni  qəsdən işlədir ki, bizdə özünə rəğbət yaratsın. Amma söhbətin davamında gördüm ki, bu amerikalı bütün fikirlərini, nəinki təkcə elm və təhsillə bağlı, digər məsələlərlə bağlı olan fikirlərini də Azərbaycan türkcəsində çox sərbəst və səlis ifadə edir. Düşünə bilərsiz ki, yəqin Amerikada yaşayan türklərdən biridir bu bəy. Xeyir. Təmiz  ingilisdir. Virgil Tanner, Xəzər Universitetində dərs deyir. Bu amerikalı ingilisin dilimizdə belə gözəl danışması məndə iki sual yaratdı?

1. Nədən bizim caamatın böyük bir hissəsi, xüsusi ilə aydınlar- sənətçilər, yazarlar, təhsil işçiləri, iş adamları, məmurlar dilimizə belə laqeyd, umursamazdılar?

2. Kütləvi informasiya vasitələrində, xüsusi ilə televiziya kanallarında çalışanların əksəriyyətində niyə dilimizə sevgi yoxdur, onlar niyə milli düşüncədən yoxsundular?

Məncə, bu suallar cəmiyyətimizdə ciddi və geniş şəkildə müzakirə olunmalır. Fikrimcə, bu gün dilimizin inkişafının qarşısı nəinki alınıb, hətta deyərdim ki, dilimiz sürətlə məhv olmağa doğru gedir. Kimlərsə mənə etiraz edə bilər. Amma nə yazıq ki, bu etirazlar realığa yox, özünümüdafiəyə və duyğusallığa söykənimş olar.

Onu qeyd edim ki, son vaxtlar ölkədə dilimizini qorunması, tətbiqi və inkişafı ilə bağlı çoxlu qanun və dövlət proqramı qəbul edilib, Prezident tərəfindən fərman və sərəncamlar verilib. Amma bütün bunlar dilimizi gözləyən təhlükədən qurtarmağa, üzləşdiyi sorunları çozməyə yetərli olmayıb. Cəmiyyətə təsir imkanı olan şəxslərin, xüsusi ilə təhsil işçilərinin, sənətçilərin, yazarların, məmurların və . b. dilimizə laqeyd, umursamaz münasibəti, danışıqlarında dilimizdə qarşılığı olduğu halda çoxlu yabançı söz işlətmələri, hətta bəzi hallarda isə dilimizi aşağılayan ifadələri cəmiyyətin digər təbəqələrində dilimizə qarşı, yumşaq desək, bir kasıblıq, zəiflik, imkansızlıq, ehtinasızlıq fikri yaradır, dilimizi sevmək və qorumaq instiktini  öldürür. İndi siz düşünün ki, böyük bir tədbirdə adlı-sanlı, tanınmış, nüfuzlu bir alim, təhsil işçisi və ya sənətçi çıxış edir. Hər sözü cəmiyyətə təsir edən bu adamın çıxışında, danışığında, müraciətində ya da cavabında işlətdiyi yabançı sözlər əhalidə, onu dinləyənlərdə hansı təsiri yaradır. İndi siz düşünün ki, “Xalq” və “Əməkdar xadim” titullu bir çox sənətçi var ki, ən azından aldığı titula belə hörmət etmir, o titulun sahibi olan xalqın dilinə hörmətsizlik edir.

Yaxud, xüsusi fərman imzalayıb ona belə yüksək adı verən dövlət başşısının dilimizin qorunması,  tətbiqi və inkişafı ilə bağlı imzaladığı digər fərmana hörmətlə yanaşmır.  Eyni sözləri bəzi yüksək rütbəli məmurlar, hətta hökumət  üzvləri haqda  da demək olar.

Təsəvvür edin ki, elə hökumət üzvüləri var, Azərbaycan dilində normal danışa bilmir, danışdığını dinləyənlərin çoxu anlamır. Naziri, tanınmış iş adamı, alimi, sənətçisi bu gündə olan xalın sabahını düşünəndə adamı çarəsizlik bürüyür. Fikirləşirəm, görən bu nazirlər, məmurlar, bu tanınmış adamlar-alimlər, sənətçilər, iş adamları görüşdükləri, münasibət qurduqları qonşu dövlətlərdən olan həmkarları və ya tanınmışlarla ünsiyyətdə olanda bir zərrə də olsa özlərinin də bir dövləti təmsil elədiklərini düşünüb təmsil etdikləri dövlətin dövlət dilində səlis danışa bilmədikləri, ya da danışarkən çoxlu sayda yabançı kəlmə işlətdikləri üçün azca da olsa utanc hissi keçirirlərmi?

Görən, onlar bircə dəfə də olsa fikirləşirlərmi ki, Azərbaycanın yox, deyək ki, qonşu dövlətlərin hər hansı birinin -Rusiyanın,  İranın,  Türkiyənin hökumətində təmsil olunsaydılar  (bu başqa məsələdir ki, bu adamların çoxu həmin dövlətlərdə heç vaxt indiki mövqeyə yaxın buraxılmazdılar), o dövlətin dilinə qarşı belə abırsızlıq, hörmətsizlik edə bilərdilərmi? Bunu etsəydilər nələrlə üzləşərdilər? Məncə yox. Çünki bu hiisləri keçirsəydilər, yaxud da düşünsəydilər ən azından dövlət dilinə hər dəfə etdikləri hörmətsizliyi davam etdirməzdilər. Bir də siz diqqət edin ki, mən ana dili yox, məhz dövlət dili terminini işlədirəm. Ola bilər ki, Azərbaycan dili bu adamların (istər nazir, ya məmur olsun, istərsə də alim, sənətçi, ya iş adamı) ana dili olmasın.

Azərbaycan dili  hətta bu adamların nə ana dili, nə də ata dili ola bilər. Bu da kimsəni narahat etməməlidir.  Ona görə ki, hər bir Azərbaycan vətəndaşı kimi onların da seçmək, seçilmək və hansısa vəzifəyə təyin olunmaq haqqı var. Bu dediklərimiz Azərbaycan dili nə ana, nə də ata dili olan hər bir Azərbaycan vətəndaşının haqqı olduğu kimi, Azərbaycan dilini bilmək,  bu dildə səlis yazmaq və danışmaq da həmin adamların bir vətəndaşlıq vəzifəsi və borcudu. Dərd burasındadır ki, dilimizi başqa millətlərə məxsus Azərbaycan vətəndaşlarından çox, özünü sırf azərbaycanlı, hələ yeri gələndə özünü aşırı millətçi və dövlətçi sayanlar daha çox korlayır.

Bu amerikalı ingilis Virgil Tannerin danışığından sonra mənim cavab axtardığım ikinci sual isə televiziyalarda çalışanlarımızıla bağlıdır. Kütləvi informasiya vasitələri ədəbi dilin formalaşmasında həllidici vasitədir. Xüsusi ilə də televiziya kanalları, internet televiziyaları və saytlar. Lakin çox acınacaqlı haldır ki, dilimizin qorunmasında, tətbiqində və  inkişaf etməsində, eyni zamanda ədəbi dilin formalaşmasında mühüm rol oynamalı olan bu KİV quruluşları, dilimizi qorumaq və inkişaf etdirmək, ədəbi dili formalaşdırmaq bir yana, dilimizin  amansıscasına məhvinə istiqamətlənmiş fəaliyyət göstərirlər. Bu hal təkcə birbaşa, canlı yayımlarda olsaydı, bəlkə də kanallara müəyyən qədər haq vermək olardı ki, kanal yönəticiləri və ya aparıcıları kimlərinsə köntöy danışığına  ya da ifadələrinə müdaxilə edə bilmir. Ancaq bu halın video yazılarda da və daimi baş verməsi, bu abırsızlıqların (biabır abırsız deməkdir) qarşısının alınmamasına yönəlik heç bir əlamətin görünməməsi bu işin sistemli və düşünülmüş oması fikrini yaradır.

Yuxarıda da qeyd etdik ki, dilimiz bağlı çoxlu sayda qanun, dövlət proqramı olması, fərman və sərəncam verilməsi yetərli olmayıb. Bütün yuxarıda deyilənləri nəzərə alaraq düşünürəm ki, bəlkə Dövlət dilinə qarşı olan bu saymazlığın, hörmətsizliyin və abırsızlığın qaşısını almaq üçün ayrıca Dil qurumu yaradılmalı, ya da AMEA-nın Dilçilik İnstitutunun səlahiyyətləri genişləndirilərək  Dövlət dilini umursamayanlara, saymazyana yanaşanlara qarşı ciddi tədbirlər görülməlidir?! Bəlkə bütün nazirlik, komitə, baş idarələrdə, Ali təhsil müəssiələrində, böyük şirkətlərdə Dövlət dilinin işlədilməsi, inkişaf etdirilməsi və bir çox yabançı sözün qarşılığının tapılması və ya yeni sözlərin yaradılması üçün bir struktur (bu Dil şöbəsi, Terminologiya şöbəsi və s. adlana bilər) yaradılmalıdır?!

Yaxud hər bir adamın işə götürülməsində əsas tələblərdən biri də Dövlət dilində səlis və sərbəst yazıb oxuya bilməsi olmalıdır?!

Bu dediklərimin hansı olmalıdır, ya olmamalıdır, yaxud da bəlkə hamısı olmalıdır, bilmirəm, bu dövlət orqanlarının işidir. Amma onu bilirəm ki, əgər bu sürətlə və genişmiqyaslı şəkildə  ki dilimiz korlanır, təcili tədbirlər görülməsə, tezliklə dilimiz həftəbecərə çevriləcək. Bugünə qədər olan istər tarixi, istər elmi və istərsə də bədii ədəbiyyatı oxuyub başa düşmək üçün gələcək nəsillərimizin xüsusi dilmanca,  yaxud da  lüğətlərə ehtiyacı olacaq.

     

                                                                                 Bünyamin Qəmbərli

Oxşar xəbərlər
21:06, Bu gün
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
21:05, Bu gün
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
20:52, Bu gün
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
20:47, Bu gün
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
20:30, Bu gün
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
20:08, Bu gün
Şagirdlərin tətil günləri AÇIQLANDI
20:05, Bu gün
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:55, Bu gün
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
GÜNLÜK
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO