“Puşkinin ürəyi varisinin rüsvayçılığına dözmədi”
Oxunub: 5778
29 Mar 2015 | 10:04
“Puşkinin ürəyi varisinin rüsvayçılığına dözmədi”
Tale poltavalı yazıçı Renata Smirnovaya görünməmiş hədiyyə bəxş edib ”“ o, A.S.Puşkinin nəticəsi Sofya Nikolayevna Danilevskaya ilə rəfiqə olub.
 
Renatın valideynləri Böyük Vətən Müharibəsindən dərhal sonra Poltavaya köçür. Sofya Nikolayevna Danilevskaya qızları ”“ Mariya, Natalya və Marina ilə birlikdə N.B.Qoqolun bacısının onun kitablarından aldığı qonorarın hesabına tikdirdiyi birmərtəbəli geniş evdə yaşayırdı. Həmin vaxtdan Renata Smirnovanın həyatı iki dahi yazıçının ”“ Puşkin və Qoqolun varisləri ilə sıx bağlanır. Renata xanım onlar haqqında heç kimin bilmədiklərini və heç yerdə yazılmayan məqamları bilir...
 
1877-ci ildə adyutant Nikolay Bıkov ”“ Qoqolun bacısı Yelizaveta Vasilyevna Qoqolun oğlu süvari general-leytenantı Aleksandr Aleksandroviç Puşkinin -  Aleksandr Sergeyeviçin tarixə rus sərkərdəsi və dövlət başçısı kimi daxil olan oğlunun yanında xidmət edirdi. Onlar Bolqarıstanın Osmanlılardan azad olunması uğrundakı döyüşlərdə birgə iştirak etmişdilər. Polk Voronej quberniyasına köçdükdən sonra isə bütün subay zabitlər komandirin evinə nahara dəvət olunurlar. Elə gənc adyutant (Qoqolun bacısı oğlu) general-leytenantın on səkkiz yaşlı qızı Mariya ilə (Puşkinin nəvəsi) orada tanış olur.
 
Tezliklə gənclər evlənirlər, Nikolay Vladimiroviç hərbi xidmətdən gedir və zövcəsini irsi malikanələri Vasilyevkaya (indiki Poltava vilayətinin Şişak rayonunun Qoqolevo kəndi) aparır. Yeni evlilər orada özlərinə ev tikirlər, doqquz uşaq böyüdüb boya-başa çatdırırlar.
 
Sofya Nikolayevna ailənin üçüncü uşağı idi. 1913-cü ildə Puşkinin oğlu Vasilyevkaya gəlir. O, layiqli ev təhsili almış nəvələrini gördüyü üçün xoşbəxt idi. Uşaqların hamısı fransızca danışır, mütaliə edir, musiqi ilə məşğul olurdular. 
 
Sofya Nikolayevna babası Aleksandr Aleksandroviç Puşkini ilk dəfə Moskvada görmüşdü. O zaman anası onu - Poltava Nəcib Qızlar İnstitutunun məzununu konservatoriyaya qəbul olmaq üçün (Sofya böyük müsabiqədən keçərək konservatoriyaya qəbul olmuşdu) Moskvaya aparmışdı. Onlar babasının Nikolo-Plotnikov döngəsindəki evinə düşmüşdülər. Qohumlar nahar süfrəsi ətrafına toplaşmışdılar, söhbət Aleksandr Sergeyeviçdən düşür. O zaman Sonya təəccüblənmişdi ki, yalnız Aleksandr Aleksandroviç dahi Puşkin haqqında, - “Atam deyərdi ki...”, “Atam filan şeyi geyməyi xoşlayardı” ”“ deyirdi. Çünki şairin bütün uşaqlarından yalnız o, atasını xatırlayırdı... 
 
Sofya Nikolayevnanın söylədiyinə görə, babasının kabinetində stolun üstündə Puşkinin gündəliyi var idi. Lakin Aleksandr Aleksandroviç heç kimə onu vərəqləməyə icazə vermirdi, çünki şairin haqqında mənfi fikirlər yazdığı insanlar hələ sağ idilər. Onun sözlərinə görə, babası tənbəlliyi, özgənin əməyi ilə dolanmağı sevmirdi, uşaqlara səhər tezdən oyanmağı, soyuq su ilə yuyunmağı, ayaqyalın gəzməyi öyrədərdi. Qızlara erkən uşaqlıq yaşlarından ev təsərrüfatı ilə məşğul olmağa, tikiş tikməyə alışdırardılar. Bir sözlə, həyata hazırlayardılar. O, bir hərbçi kimi birinci dünya savaşını və inqilabı görmüşdü.
 
Yeri gəlmişkən, Sofya Nikolayevna babasının əsl ölüm səbəbi haqqında da danışmışdı. Məlumdur ki, bu, uzun illər ailə sirri kimi gizlədilirdi. Hamı elə hesab edirdi ki, general-leytenant Aleksandr Puşkin 1914-cü ildə vəfat edib, Birinci  Dünya savaşının başlanmasını görməyib. Əslində isə onun ürəyi rüsvayçılığa dözmədi ”“  oğullarından biri orduda xidmət etməkdən boyun qaçırdı.                
 
Renata Smirnova bütün suallara məmnuniyyətlə cavab verir: 
 
- İndi Puşkinin varisləri harada yaşayırlar? 
 
- Tale onları bütün Yer kürəsinə səpələyib. Onlar Rusiya və ABŞ-da, Avstraliya və Marokkoda, Çində və Fransada, Almaniyada, İsveçrədə, Qonolulada... kök atıblar. Ukraynada da çoxdurlar, əsasən də Poltavada. Təkcə Mariya Aleksandrovnanın altmış varisi var.    
 
- Onların arasında yazıçı və ya şair olanı var? 
 
- Aleksandr Sergeyeviç Puşkin varislərinə yazıçılıqla məşğul olmağı qadağan edib. “Məndən yaxşı yaza bilməyəcəksən”, - o deyərdi. Ancaq bildiyim qədərilə demək olar ki, hamısı az-çox yazır. Lakin bu şeirlər ev arxivindən kənara çıxmır. İndi genetiklər Puşkinin varislərinin səkkizinci nəslinə çox böyük ümidlə baxırlar. Güman edirlər ki, məhz bu nəsildən kimdəsə qüdrətli poetik istedad üzə çıxacaq. Ancaq ümumiyyətlə, şairin varisləri arasında həkimlər üstünlük təşkil edirlər. Görünür, həkimlik istedadı onlara Vasilyevka kəndinin sakinlərini müalicə edən Mariya Aleksandrovnadan, şairin nəvəsindən keçib. Yeri gəlmişkən, Sofya Nikolayevnanın kiçik qızı Marina Sergeyevna Çalik könüllü olaraq cəbhəyə gedib və Böyük Vətən Müharibəsinin başlanğıcından 1946-cı ildə yaponların darmadağın edilməsinədək hərbi həkim işləyib. Məhz Onun varisləri Poltavada yaşayırlar. 
 
- Puşkinin ən yaxın varisləri ona bənzəyirdilərmi?
 
- Mən birinci dəfə Sofya Nikolayevnanın qızlarından biri Mariya Danilevskayanı görəndə onun Aleksandr Sergeyeviçə inanılmaz bənzərliyindən heyrətə gəldim. O da alçaq boylu, eynilə qıvrım saçlar, domba boz-mavi gözlər. Ancaq hər şeydən çox onun mimika və hərəkətlərinin zirəkliyi məni heyran qoydu ”“ bütün bunlar eynilə Puşkinin təsvirini xatırladırdı. Ona görə də, məlum olduğu kimi, rəssamlar onun portretini yaratmaqda çətinlik çəkirdilər. Şairin ölümündən sonra isə onlar “natura” kimi nəvəsi Anna Aleksandrovnadan “istifadə edirdilər”.
 
Mən Anna Aleksandrovnanın Moskvada yaşayan bacısı oğlu Sergey Borisoviç Puşkinlə də tanış idim. İnfaktdan sonra kardioloji klinakada yatanda SSRİ Yazıçılar Birliyinin üzvü kimi ona kömək etmişdim. Dünya şöhrətli şairin varisini xəstəxananın dəhlizinə qoymuşdular ”“ palatada  yer yox idi. Gəncliyində demək olar ki, eynən Aleksandr Sergeyeviçə bənzəyirdi. Sofya Nikolayevna deyirdi ki, burnunun solundakı ət xalı       şairdən ona irsən keçib. Anna Aleksandrovna və qızı Mariyada da eynilə elə bir xal var idi. Əlləri də Puşkininkinə bənzəyirdi ”“ nazik və uzun. Bundan başqa, Puşkindən onlara uzunömürlülük geni də miras qalıb. Belə ki, Sofya Nikolayevna Danilevskaya 1984-cü ildə, ömrünün 98-ci ilində, bacısı Tatyana isə 90 yaşında vəfat edib.     
 
- Sofya Nikolayevnanın xatirələrində sizi ən çox təsirləndirən nə idi? 
 
- Məni bir məsələ narahat edirdi ki, zadəgan bir nəslin nümayəndəsi inqilab illərində necə sağ qalıb və onun ailəsi sovet hakimiyyəti illərində necə yaşayıb. Onun bu barədəki söhbətləri çoz təsirli idi. Mənə qədər bu barədə heç kimə danışmamışdı.
 
“1919-cu ildə mülkədar malikanələrinə od vurulanda mən Oliferovkada (indi Poltava vilayətinin Mirqorod rayonu) yaşayırdım, - Sofya Nikolayevna deyirdi. ”“ Otuz iki yaşım var idi, beş körpə uşaqla tək qalmışdım: ərim spankadan (influensanın (qripin) ən ağır forması ”“ tərc.) yenicə rəhmətə getmişdi. Soyuq bir oktyabr gecəsində talançılar qonşu evə soxuldular. Mən əyinləri çılpaq, yuxulu uşaqları götürüb arabadakı samanın arasında gizlətdim. Poltavaya getməyi qərara aldım, anam orada yaşayırdı (atam tifdən rəhmətə getmişdi), ancaq silahlı qruplaşmaların əlindən ora keçmək mümkün deyildi, Mirqoroda qayıtmalı olduq.  
 
Mirqorodda bazarda paltarımı çörəyə dəyişəndə təsadüfən Vasilyevkadakı ev qulluqçumuzla rastlaşdım. O, bizi öz evində gizlətdi. Orda da başqa bir bəla üz verdi ”“ uşaqlar bir-birinin ardınca skarlatinaya yoluxmağa başladılar. Axır ki, onları birtəhər Poltavaya çatdıranda enkevedenin adamları əllərində tapança evə soxuldular. Mən heç onlara demədim ki, biz Puşkin və Qoqolun varisləriyik. Onlar heç bu adları tanımırdılar. Xoşbəxtlikdən bizə sovet hökumətinin hörmət etdiyi yazıçı Vladimir Qalaktionoviç Korolenko yardım etdi. O özünün çörək, yarım litr yağ payını bizə gətirirdi. O, bizə Qoqolun bütün əşyalarını Poltava proletar xalq muzeyinə təhvil verməyi təklif etdi. Biz onları səksən il idi ki, evimizdə saxlayırdıq. Yazıçının kitabxanasındakı fransız, italyan və alman dillərindəki iki min beş yüz kitab, onun əlyazmaları ilə dolu qovluq, Fyodor Müllerin fırçasının məhsulu olan Qoqolun portreti də bu əşyalar arasında idi. Onu da qeyd edim ki, həmin portreti rəssam İtaliyada məxsusi olaraq Nikolay Vasilyeviçin anası üçün çəkmişdi. Belə bir qiymətsiz bəxşişin müqabilində hökumət bizə şəhər kənarında dəri zavodunun yarımzirzəmisində yerləşməyə icazə verdi. Puşkinin nəvəsi və general qızı olan anam sevinirdi ki, bizi başqaları kimi küçəyə atmayıblar. Uşaqlar isə bu yarımzirzəmidən yalnız bayırdakı çamuru və gəlib-keçənlərin ayaqlarını görürdülər”. 
 
Nəvələrinin təhsili ilə məhz Mariya Aleksandrovna özü məşğul olurdu, çünki onları sovet məktəbinə qəbul etmirdilər. Oxu və yazıdan əlavə o, uşaqlara fransız dilini də öyrədirdi. Öz paltarlarından uşaqlara paltar tikirdi. Ancaq heç zaman özünün zadəgan əsilli olduğunu danmırdı. “Heç bir qüvvə bizi Puşkin və Qoqoldan imtina etməyə vadar edə bilmədi”, - həmişə qürurla deyərdi. Sofya Nikolayevna həmişə çox sadə geyinərdi. Lap son günlərinədək jabo (köynək yaxasında kisəyi və ya krujevadan büzməli haşiyə - tərc.) və kameya (daş və ya balıqqulağından düzəldilən bəzək ”“ tərc.) geyərdi. “Yalnız belə özümü insan hiss edirəm”, - onun libası ilə maraqlanan hər kəsə belə deyərdi. Qonağı həmişə mütləq qapıyacan ötürər və deyərdi: “Nəzakət göstərib gəldiyiniz üçün sizə minnətdaram”. Sofya Nikolayevna uzun və şərəfli bir ömür yaşayıb. O, Poltava quberniyasında ilk dəfə 1912-ci ildə Vasilyevkada uşaq başçası açdı. Sovet hakimiyyəti illərində Poltavada yetim uşaqlar üçün uşaq bağçasında musiqidən dərs dedi. Almanlar gələndə və bütün əməkdaşlar 29 körpəni taleyin hökmünə buraxıb qaçanda o, uşaqları tərk etmədi. 
 
Faşistlər yəhudi ovuna çıxanda Sofya Danilevskaya öz həyatını təhlükə altında qoyaraq infeksion xəstəxananın bir neçə həkimini öz evinin zirzəmisində gizlədərək onları xilas etmişdi. Böyük qızının əri isə onlara saxta sənədlər düzəltmişdi.
 
- Hökumət iki dahinin varislərini nə vaxtsa “bağışladımı” ? 
 
- Sofya Nikolayevnanın böyük oğlu yalnız on yaşında məktəbə getdi. Bununçün o, Poltavaya gələn xalq maarif komissarının qəbuluna getməli oldu. Sonra isə ali məktəbə qəbulla bağlı problemlər ortaya çıxdı ”“ onlar yalnız qiyabi təhsil ala bilərdilər.   
 
Sofya Nikolayevna bütün ömrü boyu leninqradlı məşhur tarixçi, akademik Boris Qrekova minnətdar idi. Akademik onun böyük oğlu Aleksandrı öz ailəsinə qəbul edir və bunun sayəsində də o, universiteti bitirə bilir. Ancaq 1934-cü ildə Sergey Kirovun qətlindən sonra şəhəri zadəgan ailələrindən “təmizləməyə” başladılar və Aleksandrı da başqaları ilə birlikdə yük vaqonları ilə Karakandaya sürgünə yolladılar. Onun nənəsi, Puşkinin nəvəsi düz bir il nəvəsini xilas etmək üçün SSRİ xalq müdafiə komissarı Voroşilovun qəbuluna düşməyə çalışdı və yalnız 1936-cı ildə, yeri gəlmişkən, Puşkin və Qoqolun varisləri içərisində ilk dəfə professor, elmlər doktoru adını almış Aleksandr sürgündən qayıtdı. Bunda akademiklər qrupunun hökumətə etdiyi müraciətlər də böyük rol oynadı.  
 
- Hardasa yazmışdılar ki, guya Puşkinin varisini şairin qızıl saatını verməklə azad etdiriblər. 
 
- Yox, bunlar şayiədir. 1937-ci ildə Puşkinin anadan olmasının 100 illiyi qeyd edilirdi. Leninin keçmiş məsləkdaşı, Moskvadakı Dövlət Ədəbiyyat muzeyinin direktoru Vladimir Bonç-Bruyeviç şairin qohumlarına məktubla müraciət edir. O, Puşkinin qızıl saatını Leninqradda Moykadakı ev-muzeyinə təhvil verməyi xahiş edirdi və o, elə indi də orada saxlanılır. Ailə bu xahişə razılıqla cavab verdi.
 
- Bəs saat Mariya Aleksandrovnaya necə çatmışdı?  
 
- Puşkin özü hələ liseydə ikən onu imperatriçə Mariya Fyodorovnadan şairin şeirlərindən məmnunluq əlaməti olaraq hədiyyə almışdı. Sonra o, uzun illər məşhur rus yazıçısı, son anadək Aleksandr Sergeyeviçin yatağının yanında olan və şairin ürəyi dayanarkən saatı da dayandıran Vasili Jukovskidə qalır. Qoqol “Ölü canlar”ın ikinci hissəsi üzərində işləmək üçün Almaniyaya onun yanına gələndə isə qonağın Puşkinə necə ürəkdən pərəstiş etdiyini bilərək saatı ona bağışlayır. 1851-ci ildə Nikolay Vasilyeviç qiymətsiz hədiyyəni Vasilyevkaya gətirir, saxlamaq üçün bacısı Olqaya verir. Otuz il keçdikdən sonra Puşkinlə Qoqolun varisləri qohum olanda Olqa Basilyevna onu gənclərə hədiyyə edir.     
 
İki dahi yazıçının varisləri inqilab, vətəndaş və vətən müüharibələri, aclıq illərində qoruyub saxladıqları bütün qiymətsiz əşyaları müxtəlif muzeylərə hədiyyə etmişlər. Ancaq bu eksponatların heç birində, xüsusilə də N.V.Qoqolun Şişansk rayonundakı muzey-qoruğunda bütün dünya təcrübəsində olduğu kimi, onların kimin tərəfindən təhvil verilməsi haqqında informasiya yoxdur.
 
Bu məşhur ailənin üzvləri çox sadə insanlardır, onlar öz əsil-nəcabətlərini gözə soxmurlar. Bir dəfə 1980-ci ildə Sovet İttifaqının müxtəlif tərəflərindən yığışıb gələn nəvə-nəticələri Puşkinin Mixaylovskidəki muzey-qoruğuna buraxmamışdılar ki, muzeyin bağlanmağına 20 dəqiqə qalıb, kassa artıq işləmir! 
 
- Renata Arsentyevna, siz dediniz ki, Puşkinə aid bir tapıntı əldə etmisiniz. O nədir? 
 
- Bu, əqiq (qırmızı və narıncı rəngli qiymətli daş ”“ tərc.) qaşlı möhürlənmiş (yazısı olan) üzükdür, üzərində A.S. inisialı var. Onu Puşkinə 1826-cı ildə dekabrist Sergey Volkonskinin arvadı ərinin ardınca sürgünə yollanarkən onları dəstəklədiyinə görə minnətdarlıq əlaməti olaraq bağışlayıb. Puşkinin oğlu bu üzüyü qızı Anna Aleksandrovnaya, o isə öz övladı olmadığından bacısı oğlu Sergey Barisoviçə verib. Çox qoruduğu yadigarı da mənə məhz o göstərib. Bu üzük Puşkinlər ailəsində qalan çox az nadir əşyalardan biridir. 
 
axar.az
Oxşar xəbərlər
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
28 Mar 2024 | 16:40
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..