“Psixoqamma” praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı Moderator.az-a açıqlamasında Novruz fəlsəfəsi və
psixologiyası ilə bağlı maraqlı fikirlər səsləndirib.
Həmin açıqlamanı oxuculara təqdim edirik:
“Novruz bayramı gəldi, getdi. Hər il olduğu kimi bu il də Novruz fəlsəfəsinə
və psixologiyasına aid yeni, daha doğrusu tarixin köklərində ilişib qalmış pöhrələrin
boy atıb qalxması, müasir anlamda aydınlaşması arzusu ilə gözümüzü televiziya
ekranlarına dikdik, qulağımızı radio kanallarına şəklədik. Heyhat! Kosa və Keçəlin
yıpranmış deyişmələrindən uzağa gedə bilmədik. Bir neçə tədqiqatçının onlara
ayrılmış qısa vaxt ərzində tələsə-tələsə, aparıcıların "Vaxtımız
yoxdur" xəbərdarlıqlarının təzyiqi altında söyləyə bildikləri bir-iki cümlələr
istisna olmaqla. Ona görə də bildiyimiz, eşitdiyimiz, dünya mədəniyyəti ilə sıx
bağlı olan Novruz ənənələri haqqında bəzilərini sizinlə bölüşmək istədim.
Novruzda
dünyanı və özünüdərketmə ənənələri
XX əsrin 50-60-cı illərində tədqiqatçılar
(psixiatrlar) psixoparçalayıcı tədqiqatlar sahəsində qlobal mahiyyəti olan nəticələr
əldə etdilər. Bu coşqun prosesin katalizatoru İsveçrə kimyaçısı Albetr Hofmanın
1943-cü ilin aprelində LSD-25 dietilamid lizergin adlı psixoaktiv maddənl kəşf
etməsi oldu. Bu psixoaktiv vasitə alimlər üçün geniş imkanlar açdı.
Antropoloqlar və tarixçilər tərəfindən qədim zamanlarla bu dərmanlarla bağlı
olan hadisələrin bütün dünyada geniş miqyaslı, sistematik öyrənilməsinə
başlandı. Dərmanın mahiyyəti o idi ki, bir sıra maddələr nor-mal fərddə dərin
mistik və dini vəziyyət, eyni zamanda esxatoloji görüntülər yarada bilər.
Azərbaycan mədəniyyətində də insanın daxili qüvvələrinə,
hiss və emosiyalarına, mellərinə üstüngəlmə, özünü cənnətdə (o dünyada) hissetmə
marağı ilə bağlı bir sıra təsiredicilərdən istifadə olunub. Məsələn, Novruz ayinləri ilə bağlı aparılan tədqiqatlarda belə ayinlərin insan mənəviyyatını
saflaşdırmaq məqsədi ilə keçirildiyi aydın olmuşdur. Belə ayinlərdən biri ən qədım
dövrlərdə atəşpərəst məbədlərində yazın gəlişini qarşılamaq məqsədilə keçirilərmiş.
Həmin mərasimlərin mahiyyətində baharın başlanmasını müjdə verən əlamətın- çiçəyin,
quşun müqəddəsləşdirilməsi dururdu. “Belə müqəddəsləşdirilmiş çiçəklərdən biri
Qədim Azərbaycanda “həyat və əbədiyyət çiçəyi” hesab edilən səm (səmən) çıçəyi
olub. Qədim yazılı mənbələrdən aydın olur ki, səm yazın başlanğıcını, təbiətin
dirildiyini göstərdiyinə ...bir sıra tibbi-müalicəvi keyfiyyətlərinə, eləcə də
şirəsində (arağında) nəşələndirmək xüsusiyyəti olduğuna görə müqəddəs hesab
edilmişdir. Qədim Azərbaycanda bu çiçəyin ilk dəfə kütləvi şəkildə toplanması,
xüsusi məbədlərdə şirəsinin çəkilib içilməsi, xüsusi “xörək” hazırlanması adətləri
də...olmuşdur” (1, s.14). Qeyd: Səm çiçəyi məişətdə də becərilərək novruzda
ortaya çıxarlırdı. İslam dininin gəlişindən sonra o buğda ilə əvəzləndi. Adını
də səm çiçəyinin şərəfinə "Səməni" qoydular. Yəni, indi Novruzun əsas
atributu olan səməni özünün tarixi kökünü dəyişərək islamlaşdırıldı. Bu kimi
faktlar farmokoloji təsirlərlə insanın fiziologiyasında dəyişmələr nəticəsində
şəxsiyyətin şüuraltı matrisasını yaratmağın mümkünlüyünü göstərir. Belə
psixoparçalayıcı maddələrin qəbulu zamanı insanlar dərin həzzalma, yaxud vahimə
keçirirlər. Belə vəziyyətdə insanın təbii tarazlığı pozulur. Bioloji proseslərin
gedişi və intensivliyi dəyişir. Özünün təbii xüsusiyyətlərinə xas olmayan hərəkət,
davranış, nitq, özünədalma, meditasiya baş verir. Laborator şəraitində şüurda
dini-mistik vəziyyət əmələ gətirməklə keçirilən təcrübələrdə dini
psixologiyanı, psixopatologiyanı əhatəli öyrənmək mümkündür. Bu yolla müasir psixologiya
artıq şüuraltı prosesləri, puhi aləmi, meylləri nizamlayan qüvvələri
aydınlaşdıra bilir. Eyni zamanda, beyin mərkəzlərinə güclü təsir göstərən digər
amillər də var: keyfiyyətli və orqanizmə münasib qida, təmiz hava, sağlam
münasibətlər, gülüş, düzgün gün rejimi”.