İqtidar “siyasi məhbus kartı”-nı çox xəsisliklə xərclədiyini nümayiş etdirdi...
Cəmiyyət
Oxunub: 6237
23 Mar 2015 | 09:01
İqtidar “siyasi məhbus kartı”-nı çox xəsisliklə xərclədiyini nümayiş etdirdi...
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev dövlət başçısı tərəfindən imzalanmış son əfv sərəncamına özünün Facebook səhifəsində münasibət bildirib. Statusda deyilir;

“Bir neçə gün öncə İlham Əliyev növbəti əfv sərəncamı imzaladı. Bu dəfə də gözləntilər özünü doğrultmadı. Ölkə həbsxanalarında haqq etmədiyi cəzanı çəkən 100- dən çox siyasi məhbusdan yalnız bir neçə nəfər azadlığa çıxdı. Haqqında Avropa İnsan Haqları Məhkəməsinin qərarı olan Əli İnsanov və İlqar Məmmədov başda olmaqla azadlığa çıxacağı gözlənilən onlarla siyasi məhbus yenə həbsxanada qaldı. Hakimiyyət bir daha azadlıq, demokratiya, insan haqları ugrunda mübarizə aparan insanlara qarşı nə qədər qəddar, acımasız və qisasçı olduğunu ortaya qoydu. Eyni zamanda yerli və beynəlxalq ictimaiyyət üçün  “siyasi məhbus kartı”-nı çox xəsisliklə xərclədiyini nümayiş etdirdi...

Son əfv sərəncamında mənim diqqətimi bir məqam çəkdi. Əfv siyahısında yer alan 101 məhkumdan yarıdan çoxu (59 nəfər) ağır cinayət törətməkdə ittiham olunaraq Bakı və regionlarda yerləşən Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunublar (bax; //www.president.az/articles/14580). Onların bəziləri haqqında məhkəmə hökmü hətta 2013- və 2014- cü illərdə çıxarılıb və törətdikləri cinayətə görə ağır cəzaya məhkum ediliblər. Amma cəzalarının heç 1/3- ni, hətta elələri var 1/5- ni belə çəkməyiblər. Əlbəttə sosial ədalətsiziliyin hökm sürdüyü, oğruların, talançıların, mandat alverçilərinin hakimiyyətin yuxarı qatlarını zəbt edib özlərinə isti yuva saldıqları məmləkətdə həbsdə olan hansısa məhbusun azadlığa çıxmasına qarşı deyilik. Düşünürük ki, ölkədə sosial ədalət bərpa olunmalı, Qızıl Amnistiya tətbiq edilməli, cəza və həbs şərtlərinə yenidən baxılmalıdır. Amma qeyd edək ki, dövlət başçısının humanistlik və insanlıq nümunəsi göstərərək əfv sərəncamı imzaladığı iddiasını irəli sürənlərin iddiası əfv siyahısına baxanda elə ilk baxışda darmadağın olur. Çünki ani olaraq sual meydana çıxır; Necə ola bilir ki, dövlət başçısı vətəndaşın həyatına qəsd edən, insanları yaralayan, öldürən, başqalarının əmlakını ələ keçirən, dağıdan, xüsusi və dövlət mülkiyyətinə ziyan vuran, insan alveri ilə məşğul olan, hər növ qaçaqmalçılığı özünə peşə seçən, narkotika ilə cəmiyyəti zəhərləyən, onun satışını, ölkəyə idxalını və ixracını təşkil edən və s. şəxsləri bir günün içində bir sərəncamla azadlığa buraxır, amma bütün həyatını cəmiyyətin saflaşdırılması, insanların haqlarını, mülklərini, milli mənəvi dəyərləri qorumağı özünün həyat amalına çevirmiş İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqlı, İntiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov, Xədicə İsmayıl, Taleh Bağırzadə, Anar Məmmədli, Seymur Həzi, Sirac və Fərəc Kərimli qardaşları, Hilal Məmmədov, Nemət Pənahlı kimi fədakar insanları, “əsgər ölümlərinə son!” deyən NİDA- çı gəncləri, “Allah təkdir, şəriki yoxdur” deyən inanclı insanları və digərlərini azadlığa buraxmır? Onlara gen dunyanı dar edir, qaranlıq zindanda çürüdür, girov saxlayır. Bu necə humanistlik, necə insanlıq, necə ədalətdir? Belə çıxır ki, ölkə sərvətlərinin bir qrup şəxs tərəfindən talan edilib ofşar zonalara çıxarılması cinayət deyil, amma talançıları və oğruları ifşa etmək bağışlanmaz cinayətdir. İnsanların mülkini başına uçurtmaq, onların haqqını yemək gunah deyil, amma haqqı yeyilənlərin haqqını müdafiə etmək, onların səsini Avropa Məhkəməsinə daşımaq cinayətdir. Belə çıxır ki, seçicinin səsini, xalqın mandatını oğurlamaq, dövlət hakimiyyətini qanunsuz yolla ələ keçirmək cinayət deyil, amma seçkilərin saxtalaşdırmasına, hakimiyyətin qəsb olunması qarşı çıxmaq ən ağır cinayətdir, eləmi? Bu müqayisələri uzatmaq olar. Amma nəticə dəyişmir. Son əfv sərəncamı insanları və ölkəni tar- mar edib dağıdanlarla insanların və ölkənin haqqını qoruyanlara münasibətdə çox şey deyir...

Son əfv sərəncamı hakimiyyət və onun yandaşları tərəfindən “siyasi məhbus” məsələsində illərdir yürüdülən imitasiya siyasətini bir daha ifşa etdi. Bu sərəncam həm də keçən ilin oktyabrında yaradılmış İnsan Haqları üzrə Birgə İşçi Qrupunun da formal, gözdən pərdə asmaq üçün ortaya atılmış qurum olduğunu bir daha göstərdi.

Ölkədə siyasi məhbusların mövcudluğu bu hakimiyyətin mahiyyətindən, xarakterindən, fəlsəfəsindən irəli gəlir. Avtoritar rejimlər harda varsa orda hökmən ictimai- siyasi fəallara qarşı repressiyalar, qanunsuz həbslər olub və yenə də olacaq. Eynən Azərbaycanda olduğu kimi...

Əliyev rejimi siyasi məhbus problemini həll etmək əvəzinə bu siyahıya yeni insanları əlavə edir. Bir neçə həftə öncə Göyçayda hüquq müdafiəçisi Taleh Xasməmmədovun yenidən şərlənərək həbs olunması və həbsxanada işgəncələrə məruz qalması buna misal ola bilər. Hakimiyyət təkcə siyasi məhbusları həbsxanada saxlamaqla, onların sayını artırmaqla kifayətlənmir, həbsdə olan bu insanlara mənəvi əzab, işgəncə verir, onlardan qisas alır. Həbsdə olan tanınmış hüquq müdafiəçisi xanım Leyla Yunusun qanında hepatit C virusu  aşkar olunub, qara ciyərindən dağılma prosesi gedir. Yerli və beynəlxalq ictimaiyyətin, xüsusən onu müayinə edən Alman həkimlərinin təkidli tələblərinə baxmayaraq hakimiyyət onu nəinki azadlığa buraxmaq, hətta normal müalicəsini belə təşkil etmək istəmir. Keçən əsrdə faşist Almaniyasının öz əsirlərinə qarşı həyata keçirdiyi qəddarlıq, amansızlıq və qisasçılıq nümunəsini bu günki hakimiyyət başqa bir formada Leyla Yunusun timsalında həbsdə girov saxladığı siyasi məhbuslara qarşı həyata keçirir. AXCP sədri Əli Kərimlyə görə onun qaynı Elnur Seyidovu ağır xəstə olmasına baxmayaraq 3 ildir ki, həbsdə girov saxlayır. ABU- nun sabiq rektoru Elşad Abdullayevin yaydığı gizli “mandat alveri” videosuna görə onun sadə kənd həyatı yaşayan, günahsız qardaşı oğlu Mübariz Abdullayevi 10 il həbs cəzası verir, uşaqdan- böyüyə bütün qohumlarının ölkədən çıxışını yasaq edir. Başqa bir misal; bir neçə ay öncə 14 saylı CÇM- də məhkum Elşad Babayevi öldürənləri məhkəmə önünə çıxarıb cəzalandırmaq əvəzinə, bu vəhşiliyə, cinayətə etiraz edən günahsız məhkumları başda siyasi məhbus, jurnalist Araz Quliyev olmaqla “Tubzon”-a göndərib işgəncə verir, 3 aydır ki, onları işıq üzünə həsrət qoyub “kars”-da saxlayır. Ürəkləri bununla da soyumur, verilən məlumata görə bir neçə gün öncə 14 saylı CÇM- də qapalı məhkəmə keçirib həmin şəxsləri “krıtı” deyilən Qobustan Qapalı Həbsxanasına göndərilməsi barədə qərar çıxarıblar. Artıq neçənci dəfədir subut olunur ki, bu hakimiyyət cinayət törədənləri deyil, həmin cinayətə etirazını bildirib haqqını qoruyanları cəzalandırır, onlardan qisas alır. Çünki onlar Azərbaycanda tam müqavimətsiz, başdan- ayağa manqurtlaşmış cəmiyyət görmək istəyirlər. Bu isə heç vaxt mümkün olmayıb və olmayacaq!

... Hakimiyyətin həbsxana təfəkkürü, siyasi məhbus probleminə yanaşma düşüncəsi, tərzi budur. Bu təfəkkür, düşüncə tərzi dəyişməyincə ölkədə siyasi məhbusların mövcudluğu və problemə münasibət də dəyişməyəcək. Təfəkkürün və problemin köklü dəyişməsi isə rejimin dəyişməsindən keçir. Çünki yuxarıda qeyd olunduğu kimi siyasi məhbusların mövcudluğu Əliyev rejiminin mahiyyətindən və fəlsəfəsindən irəli gəlir. Siyasi Məhbuslarsız Azərbaycana gedən yol isə Əliyevsiz rejimdən- demokratik cəmiyyətdən keçir...”

Oxşar xəbərlər
22:27, Bu gün
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
22:20, Bu gün
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub - FOTO
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:35, Bu gün
Səhər Günəş doğandan sonra açılır...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
GÜNLÜK
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO