Məlum olduğu kimi Qazaxıstan paytaxtı Astanada keçirilən sammitdə Rusiya Prezidenti
Vladimir Putin Avroasiya İttifaqının ortaq pul vahidinə keçməsi ilə bağlı təklif irəli sürüb. O, öz
təklifini ittifaqa daxil olan subyektlərin xaricdən gələn iqtisadi basqılara qarşı müqavimət gücünü artırmaq arqumentiylə əsaslandırmağa çalışıb. Bəs, bu arqument
nə qədər əsaslıdır?
Mövqeyini öyrəndiyimiz iqtisadçı ekspert Elçin Qurbanov arqumenti əsaslı saymır. O, Moderator.az-ın suallarını cavablandırarkən deyib:
“Düzdür,
Avroasiya vahid
iqtisadi məkanının yaradılması üçün onun hökmən vahid valyutası da olmalıdır.
Buna baxmayaraq yeni valyutanın xarici təzyiqlərə qarşı dayanacağını düşünmürəm.
Nəzərə almaq lazımdır ki , Avropa kimi etibarlı məkan belə finans baxımından
ABŞ dolları qarşısında duruş gətirə bilmir. Dünya təsərrüfat sisteminin vahid
valyutası hələ də dollar olaraq qalır”.
Gecikmiş bir layihə olduğundan
Rusiya planının effekt verəyəcəyinə inanmayan ekspertə görə, Putinin keçmiş
SSRİ xülyası onu yenidən beynəlxalq aləmdən
təcrid edilmiş məkana doğru aparır: “Bununla da öz gücünü o, qapalılığı, ərazisi
və kənardan asılılığının olmaması ilə nümayiş etdirmək istəyir. Bəli, bu işdə
qismən uğurların əldə edilməsi üçün planın tərkibinə Şərqi Asiya nəhəngi olan
Çin Xalq Respublikası da daxil olmalıdır. Amma göründüyü kimi, bu, hələlik
mümkün deyil. Hətta ABŞ-ın son dərəcə ilginc siyasi addımları onu göstərdi ki,
hərbi yolla da olsa Rusiyanın hegemonluq siyasətinə yol verilməyəcək. Şimal
qonşumuzun Baltikyanı əraziyə, Fin körfəzinə hərbi texnika və silahlı birləşmələrini
yerləşdirilməsi buna açıq- aşikar misaldır”.