Kamal Abdulla: “Birtəhər dözürəm...”
Oxunub: 2471
22 Mar 2015 | 13:26
Kamal Abdulla:  “Birtəhər dözürəm...”

Moderator.az axar.az-a istinadən yazıçı Kamal Abdulla ilə müsahibəni təqdim edir.
 
”“ Kamal müəllim, hansı zərurətdən elmi yaradıcılıqdan bədii yaradıcılığa keçdiniz? Bu işdə sizə Umberto Eko faktorunun təsiri olubmu?
 
”“ Mənim Mirzə Cəlilə həsr etdiyim şeirim ilk dəfə “Bakı” qəzetində (o zamanların məşhur qəzeti idi) çap olunanda bilirsən neçə yaşım vardı? On altı yaşım vardı və mən orta məktəbin 9-cu sinfində oxuyurdum. Müəllimim rəhmətlik Zərbəli Səmədov təkcə pedaqoq deyildi, alim, ustad idi və 6-cı sinifdən başlayaraq mənə səbirlə şeir yazmağın sirlərini agah edirdi. 8, 9, 10-cu siniflərdə mən yeganə televiziya kanalı olan AzTV-də öz şeirlərimi oxumuşdum. O zaman, əlbəttə ki, alim deyildim, amma görkəmli alim Əli Sultanlının yunan miflərilə bağlı əsərlərini artıq “höccələmişdim”. İndi mən hardan-hara gəlmişəm, özün söylə. Bu barədə Salam və Etimadla söhbətlərimdə ətraflı danışmışam. Sənin sualın məni təkrara saldısa, necə deyərlər, qüsura baxma.
 
Ekoya gəlincə isə... bu çox sonralar baş verdi. Əlbəttə, Ekonun da təsiri oldu, Borxesin də, Bulqakovun da... Onlardan əvvəl Servantesin, Tolstoyun, Turqenevin, Dostoyevskinin, Mirzə Cəlilin, Əbdürrəhimbəyin, Cavidin, Müşfiqin... Kimlərin təsiri olmadı?!
 
”“ Elm, şeir, dram, nəsr ”“ bu çarmıx əzablarına necə dözürsünüz? Hansında özünüzü suda balıq kimi hiss edirsiniz?
 
”“ Birtəhər dözürəm. Heç birinə özümü zorlamadığım üçün hər birində rahatam. Amma zaman keçdikcə şeir və dram, elə bil, məndən yavaş-yavaş uzaqlaşdılar.
 
”“ Azərbaycan ədəbiyyatında bir Kamal Abdulla imzası var. Aydın məsələdir, kamalınıza heç kimin şübhəsi yoxdur, istər elmi müstəvidə, istər də bədii yaradıcılığınızda. Bəs Abdulla məsələsində necə, özünüzü Allahın qulu hesab edirsinizmi?
 
”“ Təkcə mən deyil, hər kəs Allahın yaratdığı bəndədir. Ata-anasının yaratdığıdır. Əcdadlarının  yaratdığıdır. Bizi o qədər yaradan var ki. Saymaqla qurtarmaz.
 
”“ “Gizli Dədə Qorqud” monoqrafiyanızda Dədə Qorqudu ilahiləşdirmisiniz. Amma “Yarımçıq əlyazma” romanında bu statusu onun əlindən almısınız. Bu fikir dəyişkənliyini nə ilə izah edirsiniz?
 
”“ Biz yenə əvvələ qayıdırıq. Bu sualı mənə həm aşkar, həm gizli şəkildə çox veriblər. Heç bir yerdə “ilahiləşdirmək” olmayıb. Heç bir yerdə “aşağılamaq” da olmayıb. Sadəcə, mən məsələni mifoloji registrdən tarixi (insani) registrə keçirməyə cəhd eləmişəm. Kiminsə nəzərincə bu, alınıb, kimsə bunu anlamayıb. Bu qədər.
 
”“ “Yarımçıq əlyazma” romanınıza reaksiyalar gözlədiyinizdən yaxşı oldu, yoxsa gözlədiyinizdən lap yaxşı oldu?
 
”“ Əslində nə bunu, nə də onu gözləyirdim. Amma reaksiya çox oldu ”“ bunu etiraf etmək lazımdır. Hətta bu dərəcədə olması bəzilərini qıcıqlandırdı, bəziləri də “təskinliklərini” hədyan yazmaqda tapdılar. 
 
”“ “Yarımçıq əlyazma” Nobelin darvazalarından içəri keçdi. Maraqlıdır, mükafatı alacağınıza nə qədər inanırdınız?
 
”“ Heç inanmırdım. Mənim üçün bəs olan o idi ki, mənim Dastanımdan, mənim Şahımdan danışan bir roman, sən demiş, o darvazadan keçdi, namizədliyi qeydə alındı.
 
”“ Mənə elə gəlir ki, sonrakı romanlarınızda postmodernist mövqeyinizdən geri çəkildiniz. Buna səbəb nə oldu? Yoxsa, fikrimlə razı deyilsiniz? Bəlkə, birinci romanınıza ictimai reaksiya sizi buna vadar etdi. Yoxsa, öz daxilinizdən gələn başqa səbəblər var?
 
”“ Mən dəfələrlə demişəm. Postmodernizmin müxtəlif istiqamətləri var, o birmənalı bir proses, yaxud dəyər deyil. Bir istiqaməti hər hansı mətnlə öz münasibətini qurmaq, o mətni tamam başqa “dildə” danışdırmaqdı. Ən “salamat” məqam budur. Mən bu istiqamətdə, belə deyək, göründüm. Sakrallığa, mistikaya, fantastik qurmalara meyil hələ postmodernist olmaq deyil. Postmodernizmin ən kəsə, “riyazi” tərifi, məncə, budur: Zorən də olsa, heç kimə oxşamamaq. Herostrat da heç kimə oxşamamaq üçün məbədi yaxmışdı. Postmodernistlər bir bucaqdan baxanda Herostratın nəvələridilər.
 
Birinci romana ictimai reaksiyaya gəldikdə isə demək lazımdır ki, bu reaksiya son dərəcə müsbət idi. Söyənlər, “vətən xaini” deyənlər də var idi, amma əqlinə, qələminə, vicdanına inandığım adamlar romanı təqdir etdilər. “Dədə Qorqud” deyərkən ağzına çullu dovşan sığışmayanlar gedib Dastanı bir də oxudular ki, görən Kamal Abdulla romanın bu yerini necə yazıb. Hətta məndə belə şübhə var ki, bəzisi ilk dəfə oxudu. Xaricdə çox ciddi alimlər bu roman haqda söz dedilər. Özü də son dərəcə dəqiq, burda çoxunun ağlına gələ bilməyən dəqiq mühakimələr irəli sürdülər. Bax, bunu həzm edə bilməyənlər var. Çünki romana qarşı sxem belə qurulmuşdu: burda tərifləyənlər mənə yarınmaq üçün bunu edirlər. Ordakılara isə əl çatmır, ün yetmir. Bəs nə etməli? Ağzına gələni çirkab kimi axıt getsin. Metod bu idi. Mən bir daha əsər barədə vicdanlı sözünü vicdanla deyənlərə (hətta əsəri qəbul etməyənlərə) təşəkkür edirəm. Həm bizdə, həm xaricdə belələri oldu. Amma elələri də oldu ki, əleyhdarlarımın dəyirmanına dolayısı ilə su tökdülər. Onların “gülünc” ittihamlarına tuş gəlməmək üçün  geri çəkilib ürək sözlərini mənimlə şəxsi söhbətlərinə saxladılar. Acınacaqlıdırmı? Bəli. Həyatdı, mən hamını anlayıram, ən azından, anlamağa çalışıram.
 
”“ Son illər niyə  dram yaradıcılığınıza fasilə vermisiniz?
 
”“ Bilmirəm. Yəqin, ona görə ki, dram əhvalı məni tərk edib. Dramatik situasiyalar artıq məni cəlb eləmir. Bir də ki, mən bir şeyi dəqiq bilirəm. Mən səhnə üçün yazan dramaturq deyiləm. Mənim pyeslərimi oxumaq, bəyənmək, yaxud bəyənməmək olar. Səhnə isə bir az başqa aləmdir. Məni bu işə üç rəhmətlik dostum həvəsləndirmişdi. Biri böyük teatr xadimimiz Həsən Turabov idi, o biri Vaqif İbrahimoğlu, üçüncüsü Natiq Səfərov. Zaman keçdi, onlar artıq yanımda deyillər. Beləcə, teatr da məndən yavaş-yavaş uzaqlaşmış oldu.
 
”“ Siz Şərq yazıçısısınız. Amma elmi, bədii yaradıcılığınızda yunan mədəniyyətinə böyük sevginizi hiss edirik. Sizcə, yunanların nəyi bizdən üstündür? 
 
”“ Sualın beləcənə sürüşkən qoyuluşu düz deyil. Hər şeyi üstündür və eyni zamanda, heç nəyi üstün deyil. Mən bilmirəm, bu sualın harasından yapışım tutum ki, düz-əməlli cavab verə bilim.
 
”“ Həmişə yüksək vəzifələrdə çalışmısınız. Maraqlıdır, irihəcmli romanlarınızı necə yazırsınız? Birnəfəsə, yoxsa hissə-hissə?
 
”“ Birnəfəsə! Ancaq birnəfəsə!
 
”“ Sizin üçün ədəbiyyat “həyat” deməkdir, yoxsa həyat “ədəbiyyat” deməkdir? 
 
”“ Yəqin ki, həyat ədəbiyyat deməkdir.
 
”“ Siz bədii yaradıcılığa başlayanda özünü təsdiq etmiş bir sıra imzalar var idi. Siz onları bir tənqidçi, ədəbiyyatşünas kimi həmişə təqdir etmisiniz. Bəs onlar necə, sizin bədii yaradıcılığınızı xoş qarşıladılarmı?
 
”“ Müxtəlif hallar oldu. Bəziləri xoş qarşıladı, bəziləri yox.
 
”“ Necə düşünürsünüz, yazıçı üçün rektorluq daha yaxşıdır, yoxsa dövlət müşavirliyi?
 
”“ Hər ikisi.
 
”“ Artıq peyğəmbər yaşını keçmisiniz, Kamal müəllim, amma mənə elə gəlir, gənclik emosiyalarınız hələ keçməyib. Hansısa “baycanların” fikri doğrudan sizin üçün önəmlidir?
 
”“ Yox, qəti önəmli deyil. Fikrini bilməyə çalışdığım bir qisim (az sayda) adam var. Onlardan başqa kim nə deyir, desin. Hədyan deyənlərlə bağlı artıq belə düşünürəm ki, nə etmək olar, oracan anlamışlar. 
 
”“ Sizə deyirlər ki, Kamal Abdulla kitabdan gəlib. Yazdıqları beyin məhsuludur. Sizcə, bu fikri deyənlərin özləri hardan gəliblər?
 
”“ Ustad Borxesi yada salmaq istəyirəm. O deyirdi, mən ədəbiyyata kitabdan gəlmişəm və bununla fəxr edirəm. Mən isə soruşmaq istəyirəm: kitabdan gəlməyənlər də olurmu? O zaman bəs onlar hardan gəlirlər, təzəkdən?!
 
Mən kənddə böyüməmişəm, bu, belədi. Amma mən Bakıda məhlədə böyümüşəm. Səhər, axşam küçədə olmuşam. Mənim ilk vətənim küçədi. Bu yerlər koloritli yerlər idi. Təzəpir ətrafı, Nərimanov prospekti, Dağlı məhləsi... Orda həyatmı yox idi, münasibətmi başqa idi, nəydi?! O dövrün dostları ”“ məhlə uşaqları indi də mənimlədilər. Onlar üçün vəzifənin, adın-sanın əhəmiyyəti yoxdur. Onların kişi münasibətləri var. Əsas olan kişilikdir, yerdə qalan təfərrüatdır. Bax, mən həmin o kişiliyin ətə-qana dolduğu məkandan ”“ küçədən, məhlədən gəldim. Bir nəfər kənddən gələn çıxıb desin ki, yox, səninki əsl həyat olmayıb, səninki əsl sevgi, əsl nifrət, əsl qəzəb olmayıb, sən bunları kitab oxuya-oxuya öyrənmisən... Deyə bilməz!
 
”“ Bəzən müsahibələrinizdə istedadlı gənclər siyahınıza, doğrudan da, istedadlı imzalarla bərabər tamam təsadüfi adamlar da düşür. Necə düşünürsünüz, mərhəmət əsasdır, yoxsa ədalət?
 
”“ Mərhəmət.
 
”“ Kamal müəllim, cinlə şeytanın fərqi nədir?
 
”“ Biri mələkdir, o biri deyil.
 
”“ “Yarımçıq əlyazma” romanı böyük reaksiya doğurdu. “Unutmağa kimsə yox” da həmçinin. “Sehrbazlar dərəsi” haqda da eyni fikri demək olarmı? Yoxsa...
 
”“ Bunu mən deyə bilmərəm. Sən mənə ədəbiyyatla bağlı suallar verməyə çalışırsansa, ədəbi mənzərəni duymalı, bilməlisən. Cavabı sən verməlisən.
 
”“ Siz üç romanınızla nəsr evinin üç divarını tikmisiniz. Bəs romantik evinizin dördüncü divarı nə vaxt tikiləcək?
 
”“ Sənin romantik üslubunu davam etdirsək, ev üç divarlı ev olacaq. Belə getsə, deyəsən, dördüncü  divar tikilməyəcək. Arzusuna çatan çatdı. Hövsələdən çıxardılar, həvəsdən saldılar. Amma elə mövcud olan üç roman da bu “qəhrəmanların” hamısına bəs edər. 
 
”“ Son essenizdə Brodski ilə Səlim Babullaoğlunu, Yaşar Qarayevlə Elçin Səlcuqu müqayisə edirsiniz. Kamal müəllim, mən sizə inanıram, bəs sizcə, oxucular da bu müqayisənizə inanırmı?
 
”“ Brodski ilə Səlim yadımdadı, orda hələ Qismət də vardı. Amma Yaşar Qarayevlə Elçin Səlcuqun müqayisəsi yadıma gəlmir. Sən nəyisə qarışdırırsan. Bir də, mən fikrimi deyirəm, inanan da özü bilər, inanmayan da. Zatən, ədəbi proses dediyimiz mənzərə də bu fikirlərin cəmindən yaranır.
 
”“ Xalq yazıçısı Anar “Göz muncuğu” povestini yazdı. Demək olar, hamı bu əsər haqda yazdı. Maraqlıdır, keçmiş tənqidçilik ehtirasınız baş qaldırmadı ki, siz də bir məqalə yazasınız?
 
”“ Yox, belə bir “tənqidçilik ehtirası” məndə artıq yoxdur. Bəlkə də, nə zamansa yenidən qayıdacaq, deyə bilmərəm. Amma mən fürsətdən istifadə edib Anarı bu uğurlu əsərlə təbrik etmək istərdim.
 
”“ Kamal müəllim, sizcə, yarımçıq əlyazmaların yazıldığı sehrbazlar dərəsində doğrudanmı unutmağa kimsə yoxdur?
 
”“ Yoxdur!
Oxşar xəbərlər
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
18:50, Bu gün
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi