Novruz Bayramının ilk təşkilatçısı Şıxəli Qurbanov kimdir?
Oxunub: 2365
21 Mar 2015 | 00:25
Novruz Bayramının ilk təşkilatçısı Şıxəli Qurbanov kimdir?
AzadlıqRadiosunun 2009-cu ildə Şıxəli Qurbanovla bağlı hazırladığı yazı
«1967-ci il bu vaxtlar - iyun ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) növbədənkənar plenumu keçirilməli və Şıxəli Qurbanov Mərkəzi Komitənin birinci katibi seçilməli idi. Amma”¦ Mayın 24-də onu aradan götürdülər”¦Â»
Şıxəli Qurbanovun həyat yoldaşı Xavər Qurbanovanın dedikləridir bu. Xavər xanımla söhbətə qayıdacağıq. Əvvəlcə”¦

KİMDİR ŞIXƏLİ QURBANOV?

Şıxəli Qurbanov 1925-ci ildə Bakıda doğulub. Ədəbiyyatşünas-alim, dramaturq, şair, yazıçı, dövlət və ictimai xadim olub. A.S.Puşkinin Azərbaycan poeziyasına təsirinin tədqiqatçısı, XIX əsr Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələlərinə dair monoqrafiyanın, onlarla məqalənin, publisistik əsərlərin, povest, şeir və poemaların müəllifidir. Və bütün bunlarla yanaşı Şıxəli Qurbanov uzun illər Azərbaycan KP MK-da rəhbər vəzifədə çalışıb.

NOVRUZ BAYRAMI DEYƏNDƏ”¦ 

«Şıxəli Novruz bayramı ilə bağlı hazırlıq işləri görəndə heç ailəsinin də bundan xəbəri yox idi. Bilirdi ki, mənim xəbərim olsa, həyəcanlanacağam, narahat olacağam. Axı o dövrdə belə bir addım atmaq çox təhlükəli idi”¦Â» Həyat yoldaşı Xavər Qurbanova belə deyir. Təhlükəli olsa da, Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq oldu.

«Məqsədi Azərbaycan xalqının milli şüurunu oyatmaq idi. Şıxəli bu istəyinə nail oldu. Həmin gün sanki bütün insanlar oyanmışdı, kim olduqlarını dərk etmişdilər. Qız qalasına doğru insanların axını dayanmırdı, hamının üzündə ürkək sevinc hissləri var idi. Şıxəli istəyinə nail olmuşdu, amma həyatı bahasına...»

"BAYRAMDAN SONRA HƏYATINA ÜÇ DƏFƏ QƏSD OLUNDU"

Xavər xanım danışır ki, bayramın axşamı Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. «O zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər doldurdular ki, Şıxəlini ora izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil». Amma təhlükə hələ də sovuşmamışdı, Qurbanovlar ailəsi hər an səksəkədə idi, bilirdilər ki, Şıxəli Qurbanovun başı hələ çox ağrıyacaq. «Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar ona, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər alınmayıb».

HƏKİM DİŞİNƏ İYNƏ VURARKƏN ŞIXƏLİ QURBANOV ÖLÜR...

Novruz bayramından iki ay keçmişdi. Bir gün, daha doğrusu may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir. Və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölür, həkim pəncərədən qaçır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: «Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. Novruz bayramı onu aradan götürmək üçün sadəcə səbəb idi.

O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar».

"ATAMIN ÖLDÜRÜLMƏSİNDƏ ƏLİ OLAN HƏKİMLƏ BİR EVDƏ GECƏLƏMİŞƏM"

Gülnarə Qurbanova: «Atam səhər saat 9.40-da rəhmətə getmişdi, saat 10-da isə Vəli Axundovun göstərişi ilə ailəsinə xəbər vermədən yarmışdılar onu. Moskvadan təyyarə ilə komissiya Bakıya gəlmişdi, amma ailəsi hələ də xəbərsiz idi. Gülnarə xanımın dediyinə görə, atasının cənazəsi bir gecə evlərində qalıb və həmin gecə övladlarının başqa yerdə gecələməsi məsləhət görülüb: «Məni həmin gecə Vəli Axundovun evinə göndərdilər. O vaxt qızı ilə bir sinifdə oxuyurdum. Sonradan bildim ki, həmin gecə qonşu otaqda da atamın dişinə iynə vuran həkim yatıbmışÂ».

"XALQ QOYMAZ Kİ, QANIM YERDƏ QALSIN"

Gülnarə Qurbanova danışır ki, atası son bir ildə öldürüləcəyini bilirdi: «Anama demişdi ki, bilirəm məni öldürəcəklər, amma xalq elə həmin gün qatili parça-parça edib tikələrini qapımızın ağzına qoyacaq. Xalq qoymaz ki, qanım yerdə qalsın».

"ANAFİLAKTİK ŞOK"

Şıxəli Qurbanovun ölümündən 40 gün sonra xanımı Xavər Qurbanova Moskvada prokurorluqda olur. Onun təkidindən sonra prokurorun müavini məsələni aydınlaşdırmaq üçün Bakıya göndərilir. Amma nəticədə Xavər xanıma onun fikirləri ilə şərik olduğunu desə də, həqiqət rəsmi surətdə üzə çıxarılmır. Çünki ixtisasca həkim olan Mərkəzi Komitənin birinci katibi Vəli Axundov diaqnozunda israrlı idi ”“ Şıxəli Qurbanovun «anafilaktik şok»dan ölməsi ilə bağlı dörd nəfər mütəxəssisin imzası ilə qəzetdə yazı da dərc olunmuşdu.

İSTİNTAQLA RAZILAŞANLAR DA VAR


Novruz bayramı ilə bağlı araşdırmaların müəllifi, filologiya elmləri doktoru, professor Azad Nəbiyev Şıxəli Qurbanova qəsd olunduğu və onun Novruz bayramının təşəbbüskarı olması ilə bağlı deyilənlərlə razılaşmır. Onun dediyinə görə, 1967-ci ildə bayramın Azərbaycanda keçirilməsi elə sovet ideoloji sisteminin təşəbbüsü idi. «Bu təkcə Şıxəli Qurbanovun təşəbbüsü ola bilməzdi. O zaman ona kim icazə verərdi ki, belə bir addım atsın? Elə bayramdan öncə - açıqçalar çap etdirəm zaman onu aradan götürərdilər». Azad Nəbiyev deyir ki, Şıxəli Qurbanovun həyatına qəsd olunmasydı, bu mütləq üzə çıxardı: «Vəli Axundov dəfələrlə öz açıqlamalarında deyib ki, Şıxəli Qurbanovu onlar hakimiyyətə gətirmişdilər, onun xalq arasında çox böyük hörməti var idi. İnana bilmirəm ki, bu boyda qəsd təşkil olunsun. Belə olsaydı istintaq mütləq nəsə üzə çıxarardı».

"BƏYƏM ÖLDÜRMÜŞDÜLƏR Kİ, ÜSTÜNÜ AÇSINLAR?"

İndi Şıxəli Qurbanovun ölümündən 42 il keçir. Amma onun ölümü ilə bağlı hələ də ciddi istintaq aparılmayıb. Gülnarə xanım deyir ki, hətta müstəqillik illərində də bu qətlin üstünün açılmasına maraq göstərən olmadı. Qurbanovlar ailəsinin bu yolda göstərdikləri bütün cəhdlər daşa dəydi. Amma həmsöhbətim deyir ki, atasının öldürülməsinə şübhə ilə yanaşanlara nəyisə sübut etmək fikrində deyil: «Mən gedib kimdən nə tələb edim, kimin qarşısında bu məsələni qaldırım? Bu günədək onun ailəsi təqib olunur, incidilir. Mənim üçün və bir çoxları üçün hər şey aydındır. Zaman gələcək bu özünün rəsmi təsdiqini də tapacaq».

"SƏNSİZ»Ə BAXARSIZ MƏNSİZ”¦"

Mayın 24-ü ”“ vəfat edən günü Azərbaycan Dram Teatrında Şıxəli Qurbanovun «Sənsiz» dramının ictimai baxışı idi. Gülnarə Qurbanova deyir ki, hələ bir gün öncə - mayın 23-də Şıxəli Qurbanov tamaşanın məşqini yarımçıq qoyub getməli olmuşdu, xaricdən qonaqlar gəlmişdi. Qapıdan çıxanda isə demişdi ki, ««Sənsiz»ə baxarsız mənsiz»... Elə belə də oldu. Gülnarə xanım danışır ki, səhəri gün tamaşaya gələnlərin hamısı xəstəxanada idi: «Tamaşaya gələnlərə elan etmişdilər ki, müəllif rəhmətə gedib».
Oxşar xəbərlər
19:59, Bu gün
Bağanis Ayrımın müdafiə zonası minalardan təmizlənir
19:56, Bu gün
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
19:50, Bu gün
Bakıda hoteldə yanğın olub - YENİLƏNİB
19:41, Bu gün
Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT
19:35, Bu gün
Bakıda taxta bazarındakı yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-4
19:30, Bu gün
Mərkəzi Afrika Respublikasında gəminin batması nəticəsində azı 60 nəfər ölüb
19:27, Bu gün
İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var
19:23, Bu gün
Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir
19:22, Bu gün
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
19:05, Bu gün
Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb
19:00, Bu gün
Xidmət rəisi: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb
18:56, Bu gün
Niyə hər gün darçın istehlak edilməlidir?
18:52, Bu gün
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
18:48, Bu gün
Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”
18:42, Bu gün
Aktrisa illər sonra etiraf etdi: "Yoxsa saçsız qalacaqdım" - FOTO
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
GÜNLÜK
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı