Azərbaycanda Cennifer Lopesin pulu necə oğurlanır?- Araşdırma
Araşdırma
Oxunub: 4663
19 Mar 2015 | 10:13
Azərbaycanda Cennifer Lopesin pulu necə oğurlanır?- Araşdırma

Azərbaycanın mobil rabitə operatorlarının reklam roliklərində və müxtəlif kampaniyalar zamanı dünya estrada ulduzlarının ifasındakı mahnıları uzun illərdir eşidirik. Bundan başqa onların foto və videotəsvirlərini də nümayiş etdirirlər.

Lakin heç birimiz bu məsələnin üzərində bircə dəfə də düşünməmişik ki, belə roliklər çəkən mobil operatorların bu hərəkətləri qanunidirmi, bu şirkətlərin həmin çarxları nümayiş etdirməsi qanuna uyğundurmu?

Əlbəttə, ürəyəyatan, həzin, xoşagəlimli musiqi dinləyəndə bunun hüquqi aspektləri yada düşmür. Hərçənd hər bir müğənninin, illah da ki, məşhur ifaçının onun müəllif hüquqlarını qorumalı olan vəkillə müvafiq müqavilə bağladığını hamımız yaxşı bilirik.

Əlbəttə, xarici müğənnilər toylar, orada yığdıqları şabaş hesabına yaşamırlar. Onların gəlir mənbələri konsertlər, çəkildikləri reklam çarxları və s. tədbirlərdən gələn qazancdır. Və müəllifin mahnısından istifadə üçün ona qonorar düşür.

Təəssüf ki, Azərbaycanda bu nüansa son vaxtlara qədər heç kim fikir vermirdi. Burada heç özümüzünkülərlə heç kim hesablaşmaq istəmir, o ki ola, tutalım, Cennifer Lopes. Bakıda Lopesin hüquqları ilə kim məşğul olası idi ki...

Lakin belə görünür ki, bu sahədəki özbaşınalığın və qanunsuzluğun da sonu çatır.

Əksər dünya estrada ulduzlarının müəllif hüquqlarının qorunması ilə məşğul olan Avropa şirkəti - “Universal music group” Azərbaycanda öz nümayəndəliyini açıb. “Ominkomo music group” adlanan bu qurum artıq üçüncü ildir ki, ifaçıların müəllif hüquqlarının pozulması faktlarını aşkarlayır və bu kimi hallarla mübarizə aparmağa çalışır.

Lakin “Ominkomo music group”un bu fəaliyyəti nə qədər effektivdir? Bu haqda həmin şirkətin yardım üçün tanınmış vəkil Kamandar Nəsibova müraciət etməyə məcbur olması faktı əsasında mülahizə yürütmək olar.

Ötən ilin sonlarından etibarən bütün mobil rabitə operatorlarının ünvanına rəsmi sorğular göndərilməyə başlanır. Onlardan biri belə cavab verib ki, bu məsələ ilə reklam və klipləri çəkən istehsalçı şirkətlər məşğul olur. Digəri isə sorğuya bu günədək heç cavab verməyi də lazım bilməyib. Halbuki vəkil öz iddia və sorğularında “Azercell Telekom”, “Bakcell Ltd” və “Azerfon” şirkətlərinin rəhbərlərinə açıq mətnlə anladıb ki, bu şirkətlər müəllif hüquqları qanunla qorunan ifaçıların mahnılarından bir ildən çoxdur istifadə edirlər. Vəkil mobil rabitə operatorlarına bu ifaçılara dəyən zərərə görə kompensasiya ödənilməsini, bundan sonrakı illərdə isə həmin ifaçılarla müqavilə əsasında işləməyi və onlara bu müqavilənin nəzərdə tutduğu qaydada qonorar ödənilməsini təklif edib.

Lakin Azərbaycanın mobil rabitə operatorları bunun əvəzində kontent-provayderlərlə müqavilələrinin olmasında israr edir, bu zaman onların adlarını açıqlamaqdan da imtina edərək bunu kommersiya sirri adlandırırlar.

Məsələn, “Bakcell” şirkəti əməkdaşlıq etdiyi firmaların adlarını açıqlamaqdan qətiyyətlə imtina edib. “Azerfon” isə vəkilin sorğusuna cavab verməyə həvəs göstərməyib.

Yalnız “Azercell”dən bu şirkətlərin bəzilərinin adlarını öyrənmək mümkün olub. Bunlar “Digital services” ASC, “Mobiski” ASC və “LSİM” ASC-dir.

K.Nəsibov bunu əlində ipucu edərək işin mahiyyətini araşdırmağa qərar verib. Bu işin detektiv süjetə çevrilməsi də mümkündür.

“LSİM” ASC-dən vəkili başqa kontora - “Azərbaycan müəllifləri” İctimai Birliyinə yönləndiriblər. Bu birlik onunla bağlanmış müqaviləyə əsasən müəllif hüquqlarının qorunmasına görə məsuliyyət daşıyır. Məlum olur ki, “LSİM” ASC Müəllif Hüquqları Agentliyinə də müraciət edibmiş. Agentlikdən ona bildirilib ki, firma bu ictimai birliyin hüquqlarının şamil edilmədiyi mahnılar üzrə özü müvafiq müqavilələr bağlamalıdır.

Vəkilə mübahisəli mahnıları yaymağa artıq son qoymuş “Digital services” şirkətindən də eyni cavab verilib.

Lakin ən maraqlı hadisələr K.Nəsibovu “Azərbaycan müəllifləri” İB-də gözləyirmiş. Orada vəkilə deyiblər ki, onların əvvəllər mobil rabitə operatorları ilə müqavilələri olub, 2014-cü ildən isə belə müqavilələr bağlanmır. Müəlliflərə və ya onları təmsil edən şirkətlərə qonorarları isə özləri verirmişlər. Halbuki bu deyilənlərin xarici müəlliflərə tətbiq olunması heç cür mümkün olmaması özlüyündə də aydındır.

Vəkil burada işlərin nəsə qaydasında olmadığını hiss edincə Ədliyyə Nazirliyindən “Azərbaycan müəllifləri” İB barədə arayış almağa qərar verib. Nazirlikdən aldığı məlumat isə onun narahatlığını daha da artırıb. Məlum olub ki, İsmayıl Məmmədkərimov 2011-ci ildə “Azərbaycan müəllifləri” İB-nin sədri seçilib. Özü də bir il müddətinə. O vaxtdan bəri isə bu qurum başsız qalıb, rəhbəri yoxdur. Yalnız K.Nəsibovun onlara müraciətindən sonra İB-də narahat olmağa başlayıblar. Onlar Ədliyyə Nazirliyinə müraciət edərək sənədlərdə dəyişiklik etməyə icazə istəyiblər.

Üstəlik, Ədliyyə Nazirliyindən o da bildirilib ki, İB-nin sənədlərində xarici müəlliflərlə müqavilə bağlanmasına dair bircə cümlə də yoxdur.

“Bundan əlavə, ictimai birliklər haqqında qanun “Azərbaycan müəllifləri” İB-yə kommersiya əməliyyatları ilə məşğul olmağa, o cümlədən əldə olunan gəliri öz üzvləri arasında bölüşdürməyə icazə vermir. İB-nin vergiödəyicisi olub-olmaması da məlum deyil” - deyə K.Nəsibov öz mövqeyini izah edir.

Vəkil bildirir ki, bu məsələyə müxtəlif məhkəmə instansiyalarında baxılmasına nail olmaq üçün artıq iddia ərizələri də hazırlayıb.

K.Nəsibov başladığı işin kifayət qədər mürəkkəb olduğunu və bu “xəmirin hələ çox su aparacağı”nı anlayır. Aydın məsələdir, hansısa şirkətlər, özü də mümkündür ki, saxta firmalar məşhur ifaçıların klip və çarxlarını pulsuz götürüb yaymaqla yaxşıca pul qazanıblar. Bu gün - mahnı müəlliflərinə hesabat vermək lazım olduğunu biləndə isə məsuliyyətdən yayınmağa çalışırlar.

Doğrudur, vəkil əmindir ki, bunu etmək həmin firmalara nəsib olmayacaq, çünki necə deyərlər, ədalət çarxının təkərləri qanunsuzluq mexanizminin təkərlərindən daha güclü fırlanır.

K.Nəsibov müəllif hüquqlarını qoruyan və Azərbaycanın da müxtəlif illərdə qoşulduğu beynəlxalq müqavilə və sazişlərdən ətraflı danışır, bu sənərlərin tələblərini pozan şəxsləri hansı cəzaların gözlədiyinə dair çoxsaylı nümunələr gətirir. Deyir ki, Azərbaycan Konstitusiyasının 30-cu maddəsi də hər bir kəsin intellektual mülkiyyət hüququnu (müəllif, ixtiraşılıq və intellektual yaradıcılığın digər növləri) birbaşa təsbit edir. Sonralar bunun əsasında da bir sıra qanunlar qəbul olunub. Bu hüququn qorunması sayəsində beynəlxalq əməkdaşlıq əlaqələri yaradılıb.

Azərbaycan qanunları bununla bağlı nə deyir?

“Müəllif hüquqları haqqında” qanunun 34-cü maddəsini yada salmaq kifayətdir. Həmin maddəyə görə, fonoqramın istehsalçısı ondan istifadə etmək və ondan başqalarının istifadəsinə görə ödəniş almaq kimi müstəsna hüquqa malikdir. Bu maddənin tələblərinə əməl olunmaması isə İnzibati Xətalar Məcəlləsinin 50-ci və Cinayət Məcəlləsinin 165-ci maddələri tərəfindən qanun pozuntusu kimi təsbit edilir və müvafiq olaraq inzibati və cinayət məsuliyyətini nəzərdə tutur.

Vəkil K.Nəsibov indi bir şeyi anlamadığını deyir: nüfuzlu və ciddi şirkətlər günahı niyə digər firmaların üzərinə atır? Axı bu baş verənlərdən belə nəticə çıxır ki, mobil rabitə operatorları bütün məsuliyyəti istehsalçılar olan hüquqi və fiziki şəxslərin üzərinə atır. Çünki müqaviləyə görə, məsuliyyət onların üzərində qalır. Bu şirkətlərin çoxsaylı təcrübəli hüquqşünasları var. Onlar belə müqavilələr tərtib olunarkən belə nüansları nəzərə almağa borcludurlar.

Elə istehsalçılar da gah “Azərbaycan müəllifləri” İB-yə, gah da Müəllif Hüquqları Agentliyinə istinad edir, bununla da müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar. Başqa sözlə, ciddi hüquqi şəxslər məsuliyyəti bir-birlərinin üstünə atmaqla məşğuldurlar. Nəticədə çoxsaylı xarici müəlliflər qonorar ala bilmirlər. Halbuki məhz elə Müəllif Hüquqları Agentliyi qanunun bu tələblərinə riayət olunmasını təmin etməlidir.

Bu mürəkkəb məsələni bir yazıda əhatə etmək çətindir. Amma K.Nəsibov da ümidini itirmir. Vəkil belə mürəkkəb işlərlə ilk dəfə deyil üzləşdiyini deyir. O əmindir ki, bu işi də öz məntiqi sonluğuna çatdıra biləcək. Bununla da qanun pozuntularının baş alıb getməsi ucbatından daha çox cinayət mühitini xatırladan Azərbaycanın musiqi sənayesi sahəsində qayda-qanun yaradılmasına öz töhfəsini verə biləcək. //haqqin.az

Oxşar xəbərlər
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 09:57
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
18 Apr 2024 | 10:09
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
18 Apr 2024 | 10:09
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 09:57
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
18 Apr 2024 | 10:09
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
18 Apr 2024 | 10:09
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ