Qoyun əti Azərbaycanda ən məşhur ət növüdür. Mal və dana əti ondan çox geridə qalır. Azərbaycanlı aşpazlar isə sevimli ətdən çox gözəl yeməklər hazırlamağı bacarırlar. Yemək növləri çoxdur. Onların hamısı əladır. Qoyun ətini burada ətirli göyərtilərlə qaynadır, süddə pörtür, köz üstündə basdırma edirlər... Küftəbozbaşın mütləq dadına baxın, bu qoyun ətinin şəffaf bulyonu, içində turşu olan iri küftədir. Ət, kartof və tərəvəzlərlə hazırlanmış sac qovurması da rəğbət qazanan yeməklərdəndir. Və əlbəttə ki, sizi müxtəlif kabablar və lüləkabab gözləyir.
Dönər-kabab
Azərbaycansayağı fast-food, ərəb şaurmasının analoqu. Amma alışdığımızdan fərqli olaraq, içlik lavaşın arasına deyil, çörəyin arasına qoyulur.
Qutab
Çox nazik yayılmış xəmirdən hazırlanan yeməkdir. Arasına isə göyərti və ya ət qoyulur. Həm əlüstü yemək kimi, eləcə də restoranlarda təqdim edilir.
Plov
Azərbaycan mətbəxinin şah yeməyi. Şərqdə plov ayrı bir fəlsəfədir. Əlbəttə, Azərbaycanda da. Onu burada bir qədər fərqli hazırlayırlar, düyünü ət ilə qarışdırmırlar. Həm də ətə çoxlu soğan və turş meyvələr əlavə edirlər. Nəticədə çox maraqlı və zərif dad ortaya çıxır. Qonaqlar isə plovu ağız dadlarına uyğun yemək imkanı qazanırlar.
Pendir
Onu çox və hər imkan düşdüyü halda yeyirlər. Bu, təəccüblü deyil, Azərbaycanda pendir çox dadlıdır. Suluqunini xatırladır, hətta brınzanı belə xatırladan növləri var.
Peçenye
Kurabiyə, Bakı mutakisi, şəkər çörəyi ”“ peçenye və şirniyyat növü burada həddən artıq çoxdur. Əgər nə vaxtsa kövrək, ağızda əriyən kurabiyənin və ya qoz içliyi olan mutakinin dadına baxsaz onu unuda bilməyəcəksiz.
Şərab
Biz keçmiş Sovet İttifaqının əsas şərab istehsalçılarının ”“ Gürcüstan və Moldova olduğuna alışmışıq. Çox az adam bilir ki, İçkilərin satışına dair qanuna qədər ölkənin büdcəsinin 40 faizi şərabçıların payına düşürdü. Yenidənqurmadan sonra bu sahə uzun müddət özünə gələ bilməyib. İndi də hər şey çox da yaxşı deyil, amma Azərbaycanda şərabın dadına baxmaq lazımdır. Ən məşhur markalar isə “Azərbaycan çələngi”, qırmızı quru şərab “Matrasa”, “Yeddi gözəl”, “Sadıllı” və “Gəncə”dir.