Azərbaycanda sosial gərginliyin artması hakimiyyətin tarixin bütün zamanlarında diqqəti daxili problemlərdən yayındırmağın ən ideal üsulu sayılan müharibəyə maraq göstərməsinə səbəb ola bilərmi? Ola bilərmi ki, mövcud rejim xalq-hakimiyyət qarşıdurmasının açıq müstəviyə keçməsini əngəlləmək üçün son anda Qarabağda yeni bir savaşa start versin?
Bununla bağlı
Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən Müsavat Partiyası
başqanlığına sabiq namizəd, tanınmış ictimai-siyasi xadim Səxavət Əlisoy bu
ehtimalı real hesab etmədiyini vurğuladı. S.Əlisoyun qənaətincə, bir qrup
monopolistlə mübarizə apara bilməyən hakimiyyətin müharibə aparması
mümkünsüzdür:
“Birincisi, arxasında əsasən
neftin və qazın dayandığı manatın ucuzlaşması normaldır və bundan sonra bu
iqtidar nə qədər çalışsa da nə manatın devalvasiyasının, nə də bahalaşmanın
qarşısını ala bilməz. Bu
yalnız o halda baş verə bilər ki, iqtidar epidemiya kimi yayılmış korrupsiyaya,
rüşvətə və monopoliyaya qarşı müharibə elan etsin. Bir ovuc monopolistin və
korrupsionerin qarşısında aciz durumda olan iqtidarın Qarabağda yeni bir
müharibəyə start verməsi absurddur. Tarix sübut edir, dövlətin təməli içəridən
təhlükəyə məruz qalırsa, onun düşmənə müharibə etməsi mümkün deyil. O fikirdəyəm
ki, Qarabağ uğrunda savaşa start verilmədən öncə dövlətin təməlini dağıdanlara
qarşı müharibə elan olunarsa, cəmiyyət iqtidara böyük dəstək olar və bununla da
vətəndaşın dövlətə olan inam reytinqi yüksələr. Vətəndaşın dövlətə inamı
artması çox böyük amildir və bu inam müharibənin zəfərlə başa çatmasında müstəsna
rol oynayır”.
Seymur
Əliyev