Manatı Samir Şərifov ucuzlaşdırıb, Elman Rüstəmov...?
Oxunub: 3572
04 Mar 2015 | 10:13
Manatı Samir Şərifov ucuzlaşdırıb, Elman Rüstəmov...?

Azərbaycan vətəndaşlarının gündəlik həyatına əhəmiyyətli şəkildə təsir edən manatın devalvasiyası qərarının qəfil verilməsinin hansı zərurətdən irəli gəlməsinə hələlik hökumətin aparıcı şəxslərinin inandırıcı izahatları yoxdur. Hökumət üzvlərinin ictimai müzakirələrdən yayınmasının səbəbləri hələlik bəlli olmadığı üçün manat qərarının verilməsində əsas səbəbkar olan şəxslərin “axtarışları” təbii olaraq davam edir. 


Bəzi ekspertlərə görə, yanvar müşavirəsində ölkə başçısının manat və avronun nisbəti ilə bağlı dedikləri əslində manatın ucuzlaşmasının anonsu olub. Belə ki, prezident Nazirlər Kabinetinin müşavirəsindəki çıxışı zamanı manatın avro ilə müqayisədə baha olmasını düzgün saymayaraq, valyutalararası bərabərliyin təmin edilməsini tövsiyə etmişdi. Lakin hesab olunur ki, bu barədə prezidentə maliyyə naziri Samir Şərifov məruzə edib və inandırıcı arqumentlər söyləyərək manatın ucuzlaşması qərarının verilməsini zəruri sayıb. Bu fikrin müəllifləri hökumətdə S.Şərifovun kifayət qədər peşəkar, aparıcı və ciddi fiqur olmasını, onun təklif və təşəbbüslərinin ciddi qəbul olunmasını, parlamentin büdcə müzakirələrində hökumətin əsas  nümayəndəsi olaraq iştirakını və s. amilləri xatırladıb manat qərarında da təşəbbüsün maliyyə nazirindən gəldiyində israr edirlər. Qeyd edək ki, ilin əvvəlində Maliyyə Nazirliyindəki geniş kollegiya iclasında S.Şərifov 2015-ci ilin dövlət büdcəsinin gəlirlərinin 19 milyard 438 milyon manat, xərclərin 21 milyard 100 milyon manat, kəsirin 1 milyard 662 milyon manat olduğunu xatırlatmışdı. Bu mənada iddia var ki, S.Şərifov neftin ucuzlaşması şəraitində büdcə kəsirlərinin artacağı ehtimalını əsas götürüb, manat ucuzlaşması  ilə ölkənin maliyyə durumuna düzəliş etməyin zəruriliyi təklifini irəli sürüb. Qeyri-rəsmi məlumata görə, manat əməliyyatından 4 milyon manat gəlir əldə olunub. 


İqtisadçı-ekspert Vüqar Bayramov isə əksini düşünür və hesab etmir ki, burada S.Şərifov faktoru var: “Əvvəla, monetar və o cümlədən, məzənnə siyasətinə məsul olan qurum Maliyyə Nazirliyi deyil, Mərkəzi Bankdır. 


Məzənnənin dəyişməsi ilə bağlı qərarı məhz sözügedən qurum verir. İkincisi, Maliyyə Nazirliyi daha çox maliyyə nəzarətini həyata keçirir və büdcənin gəlirlər hissəsinin formalaşmasına birbaşa məsul olan dövlət qurumları başqalarıdır. Üçüncüsü, Azərbaycan neftinin dünya bazarında qiyməti hər barel üçün, təxminən, 60 dollara yaxın olmasını və büdcədə neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutulmasına baxmayaraq, büdcə gəlirlərinin strukturu daxilolmalarla bağlı hətta devalvasiya olmadığı halda, ciddi çətinliyin olmayacağını göstərirdi. Belə ki, büdcə gəlirlərinin 10.3 milyon manatı, yəni 53.4 faizi dövlət neft fondunun payına düşəcək. 33 milyard dollar vəsaiti olan neft fondunun aktivləri bu ayırmaları etməyə imkan verir”. 


V.Bayramov xatırlatdı ki, büdcə gəlirlərinin 35 faizini qeyri-neft sektoru təşkil edir: “Bunun da neftin dünya bazarında qiyməti ilə birbaşa əlaqəsi yoxdur. Bu isə o deməkdir ki, büdcə gəlirlərinin 88.4 faizi artıq təmin olunmuş gəlirlərdir. 19.6 milyardlıq dövlət büdcəsinin 17.3 milyard manatdan artığını təmin olunmuş və sığorta edilmiş gəlirlər təşkil edir. Təxminən 2.3 milyard manata yaxın hissəsi neftin dünya bazarında qiymətindən asılıdır. Bu baxımdan devalvasiya olmadığı halda belə, Maliyyə Nazirliyi sekvestr tətbiq etməklə büdcədəki balansı qorumaq imkanlarına malik idi. Bütün bunları nəzər aldıqda, Maliyyə Nazirliyinin məzənnə siyasətinə təsir etdiyini söyləmək doğru olmazdı”.


“Turan” agentliyinin direktoru Mehman Əliyev deyir ki, əgər S.Şərifov bunu edirdisə, əvvəldən, ötən ilin sonunda, yaxud yanvarın ilk günlərində bu addımı atardı: “Əks təqdirdə, ona nə mane olurdu? Məncə, bu, daha çox kənardan gələn təhlillərə və proqnozlara əsaslanıb”. Ekspert bir məqamı xüsusi qeyd etdi: “Keçən ilin sonunda Azərbaycan banklarının xarici prezidentləri öz pullarını sürətlə çıxartmağa başladılar”. M.Əliyev manatın kursu ilə bağlı qərara neft qiymətlərinin də təsir etdiyi qənaətindədir: “Ola bilsin, İlham Əliyev artıq dəqiq informasiya əldə etdi ki, neftin qiyməti 90 dollara qalxmayacaq. Odur ki, artıq büdcəni və bütün xərcləri 60 dollarla hesablamaq lazım idi. 


Bu da onu göstərir ki, 30 faizlik devalvasiya büdcəni 19 milyard manat məbləğində saxlamaq məqsədi daşıyırdı. Çünki büdcənin gəlir hissəsi 25 milyard dollarla, 19 milyard manatla idi. Bunlar düşünürdülər ki, uzaqbaşı mart ayından neftin qiyməti 90 dollara gəlib çatacaq. Ancaq görəndə ki, bu, olmayacaq, onda hər şeyə yenidən baxmağa vadar oldular. Digər tərəfdən isə adətən bizdə iyun ayında büdcəyə təzədən baxılır. O zaman çox güman ki, büdcəyə təxminən 2 milyarda qədər vəsait yönəldəcəklər. Prezident həmin ərəfədə Davosda oldu və ciddi adamlarla görüşəndən sonra görünür, qəbul etdi ki, vəziyyət onun gözlədiyindən ağırdır. Azərbaycan hakimiyyəti manatın məzənnəsini saxlamaq istəyirdi.  Ancaq bu mümkün olmadı”.


AVP sədri, deputat Fəzail Ağamalı maliyyəçi olmadığını desə də, bəzi fikirlərini bölüşdü: “Hər halda, Samir Şərifov mənim hörmət etdiyim və hər kəsin ciddi, peşəkar maliyyəçi kimi tanıdığı şəxsdir. O, hər zaman bütün populizmdən, konyukturadan kənarda olan, reallığa söykənərək fikirlər irəli sürən, özünəməxsus nüfuza malik olan maliyyəçidir. Söylənilənlərin nə dərəcədə həqiqət olub-olmadığını deyə bilmərəm. Lakin kimliyindən asılı olmayaraq hər kəs devalvasiyadan qabaq cəmiyyətə bununla bağlı bir aydınlıq gətirməli idi”. 


F.Ağamalı 2015-ci ilin büdcə zərfinin parlamentdə müzakirəsini də xatırlatdı: “O zaman neftin bir barelinin 90 dollar həcmində müəyyənləşməsi ilə bağlı Milli Məclisdə müəyyən narahatlıqlar ifadə olundu. Bəzi iqtisadçılar öz narahatlıqlarını ifadə etdilər. Lakin büdcəni müzakirə edən tərəf heç bir narahatlığın olmadığını əsas gətirərək qiyməti 90 dollar götürdü. Bu da düzgün addım deyildi. Ola bilsin ölkə prezidentini inandırmışdılar ki, dünyada gedən proseslər heç bir halda neftin dəyərinin hətta 60 dollardan aşağı olmasına gətirib çıxartmayacaq”. Ancaq fakt budur ki, hökumətin mövqeyindən daha çox çıxış edən məhz maliyyə naziri olub. Belə çıxmırmı ki, burada da cənab Şərifovun mövqeyi üstünlük təşkil edib? F.Ağamalı: “Mən birbaşa Samir Şərifovun üstünə getmək istəmirəm. Çünki mən onu çox peşəkar maliyyəçi kimi tanıyıram və dövlət məmuru kimi ona çox böyük hörmətim var. Bununla bərabər, təklif Samir Şərifov tərəfindən irəli sürülsə də, digər qurumlar da var idi. Eyni zamanda Nazirlər Kabinetinin iqtisadiyyat, maliyyə şöbələri var, bunlar məsələyə daha dəqiq yanaşmalı idi. Onların təklifləri baş nazirə çıxarılandan sonra son sözü prezident deyir. Odur ki, prezidentə daha real təkliflər təqdim etməliydilər. Yəni Samir Şərifov burda tək deyil. Bütün yükü onun üzərinə qoymağın özü ədalətsizlik olardı”. F.Ağamalı düşünmür ki, devalvasiya qərarı ilə bağlı bizim böyük itkilərimiz olacaq: “Ən böyük itkilər fırıldaqçılar, yaramazlardan gəlir. Onlar 3-5 ay bundan qabaq aldıqları məhsulun üzərinə əlavə qiymətlər qoyub onu bahalaşdırır".


musavat.com


Oxşar xəbərlər
22:27, Bu gün
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
22:18, Bu gün
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
22:10, Bu gün
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
21:59, Bu gün
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
21:49, Bu gün
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:29, Bu gün
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
21:25, Bu gün
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
21:22, Bu gün
Milyonçu səhvi ucbatından evsiz qaldı
21:17, Bu gün
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
21:15, Bu gün
Azərbaycanın U-17 millisi Belarusa uduzub
21:12, Bu gün
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
20:56, Bu gün
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
20:55, Bu gün
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
20:52, Bu gün
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
20:46, Bu gün
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
20:33, Bu gün
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
20:19, Bu gün
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
20:17, Bu gün
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
20:15, Bu gün
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
20:12, Bu gün
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
20:10, Bu gün
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
20:04, Bu gün
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
19:54, Bu gün
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
19:52, Bu gün
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
19:50, Bu gün
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
19:42, Bu gün
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
19:31, Bu gün
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
19:26, Bu gün
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
19:25, Bu gün
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:23, Bu gün
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
19:16, Bu gün
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
19:14, Bu gün
Xərçəngdən qorunmağın sadə yolu
19:11, Bu gün
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
19:09, Bu gün
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
19:07, Bu gün
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
19:05, Bu gün
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
19:02, Bu gün
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
19:01, Bu gün
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
19:00, Bu gün
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:58, Bu gün
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
18:48, Bu gün
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
18:43, Bu gün
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
18:41, Bu gün
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:32, Bu gün
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
18:31, Bu gün
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
18:31, Bu gün
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
18:00, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
17:54, Bu gün
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
17:51, Bu gün
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
17:48, Bu gün
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
17:46, Bu gün
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
17:45, Bu gün
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
17:43, Bu gün
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
17:42, Bu gün
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
17:39, Bu gün
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
17:35, Bu gün
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:28, Bu gün
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
17:25, Bu gün
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
17:21, Bu gün
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
17:17, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
17:14, Bu gün
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
17:11, Bu gün
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
17:08, Bu gün
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
17:05, Bu gün
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
17:04, Bu gün
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
17:00, Bu gün
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
16:55, Bu gün
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
16:53, Bu gün
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
16:50, Bu gün
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
16:48, Bu gün
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
16:46, Bu gün
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
16:45, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
16:40, Bu gün
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
16:16, Bu gün
Ağdamda əmək yarmarkası keçiriləcək
16:15, Bu gün
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:12, Bu gün
Başlayan delimitasiya prosesi: “Stəkanda fırtına”nı xatırladan maneələr - ŞƏRH + FOTO
16:08, Bu gün
Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
16:06, Bu gün
Putinin andiçmə mərasiminin vaxtı məlum oldu
16:04, Bu gün
Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini filmə xərclənir” - MÜSAHİBƏ + FOTO
16:00, Bu gün
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTO
15:57, Bu gün
“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür”
15:55, Bu gün
“Laçın” sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü - Tarixi proseslər necə başladı? - ŞƏRH + FOTO
15:52, Bu gün
İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır”
15:50, Bu gün
Azərbaycanda vəzifəli şəxs cərimə olundu
15:47, Bu gün
İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb
15:45, Bu gün
"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov
15:42, Bu gün
İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
15:40, Bu gün
İranda əxlaq polisləri qadınlardan rüşvət almağa başladılar: Həbs etməmək üçün nə qədər pul istəyirlər? - FOTO
15:35, Bu gün
Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, həbs olunan var - FOTO/VİDEO
15:30, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”
15:25, Bu gün
“Avro-2024”: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var - FOTO
15:20, Bu gün
“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO/VİDEO
15:15, Bu gün
İlham Əliyev: “Ermənistan istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”
15:10, Bu gün
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
15:07, Bu gün
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşdü - FOTO
15:05, Bu gün
Ukraynanın yeni səfiri Azərbaycana gəlib - FOTO
GÜNLÜK
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır