Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 123 saylı avtobusun şəhərə girişini yasaqlayıb. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, icra başçısının məlum qadağası vətəndaşların ciddi narazılığına səbəb olub:
"123 saylı avtobusun
son dayanacağı əvəllər Sumqayıtın Corat
qəsəbəsi olsa da, son bir həftədir ki, adıçəkilən avtobuslar Sumqayıt ərazisinə
ümumiyyətlə daxil olmur. Səbəb E.Əzizovun bu avtobusların şəhərə girişinə
qoyduğu qadağadır. Məhz bu qadağanın gündəmə gəlməsindən sonra 123 saylı
avtobuslar Novxanı çimərliyinə qədər gəlir və oradan da geriyə -
"Azadlıq" metrosuna qayıdır. 123 saylı avtobusla bağlı tətbiq edilən
bu qadağa Sumqayıt ərazisində məskunlaşan və son günlərə qədər bu avtobusun
xidmətindən istifadə edən insanların narazılığına səbəb olub. Vətəndaşların
sözlərinə görə, minlərlə insana nəqliyyat
problemi yaradan bu qadağa dərhal aradan qaldırılmalı və 123 saylı avtobusun əvvəlki
qrafik üzrə fəaliyyəti bərpa edilməlidir".