“İndi rektorlar universitetlərə şəxsi mülkiyyəti kimi baxır”
Oxunub: 5307
27 Feb 2015 | 19:54
“İndi rektorlar universitetlərə şəxsi mülkiyyəti kimi baxır”

Moderator.az Kulis.az-a istinadən Şərif Ağayarın Xalq şairi Sabir Rüstəmxanlı ilə söhbətini təqdim edir.

 

 

- Təzə kitablarınızdan başlayaq... Vaxt darlığına baxmayaraq, məhsuldarsınız... “Sunami” romanından sonra publisistik kitabınız, xarici ölkələrdə şeir kitablarınız çap olundu.

 

- Hə. “Dərdə əyilmə” adlı publisistik kitabım çıxdı. Son 20 ildə yazdığım ən seçmə yazılar toplanıb. Bu dövrdə yazılanlar iki-üç kitaba sığmaz, şübhəsiz. Hələ müsahibələri demirəm... Seçib çap eləmişəm. Bu, “Ömür kitabı”, “Bu sənin xalqındır”dan sonra üçüncü publisistik kitabımdır. Kitablar biri-birinin davamıdır.    

 

- Niyə daha bir roman yox, publisistika?

 

- Oxucuların reallığa marağı daha çoxdu zamanımızda. İndi romanların özündə də, bədiilik qalmaq şərtiylə real faktlar daha geniş yer tutmağa başlayır.

 

- Siz heç vaxt imzanızın altına fəxri ad yazmırsız...

 

- Xaric üçün yazanda, olur.

 

 

- Məsələn, Musa Yaqub xalq şairi deyil, siz xalq şairisiz...

 

- Əlbəttə, mənim dostlarım var ki, onlar bu ada layiqdir. Onların yanında bunu xüsusi olaraq vurğulamağa ehtiyac yoxdur. Əlimdə imkan olsa, hamıdan əvvəl Musa Yaquba verərdim bu adı. O da mənə verərdi, əmin olun.

 

- Türklər xalq şeiri yazan şairlərə “xalq şairi” deyir.

 

- Bizdə təkcə dil və janrla bağlı deyil. Bu rəsmi addır və şübhəsiz ki, veriləndə dövlətin müəyyən maraqları da nəzərə alınır. Yeri gəlmişkən, bir şey deyim, 1983-cü ildə rəhmətlik Nüsrət Kəsəmənliylə mənim kitabımı (“Gəncə qapısı” ”“ Ş.A.) komsomol mükafatına təqdim etmişdilər. Mərkəzi Komitənin katibi Həsən Həsənov kitab çıxan kimi oxuyub mənə zəng eləmişdi. Demişdi, şeirlərin məni dəli elədi, səhərəcən yatmamışam. Mükafata təqdim olunanda bir gün hansısa tədbirdə görüşdük. Qoluma girib dedi, dostunu da, səni də komsomol mükafatına göndəriblər, yer də bir dənədir, necə düşünürsən? Dedim, ikimizə də verin, pulu da aramızda bölərik. Məəttəl qaldı, dedi, ilk dəfə görürəm ki, bir yazıçı dostunu bu qədər müdafiə edir.                     

 

- Gənc nəsil sizi daha çox siyasətçi kimi tanıyır...

 

- Elədir. Əvvəl şair kimi daha çox görünürdük. Görüşlərdə, televiziyada və s. İndi rektorlar universitetlərə şəxsi mülkiyyəti kimi baxır. Görüşlər olmur. Televiziyaya da daha çox millət vəkili kimi çıxıram.

 

- Bir şeirinizi uşaqlıdan heç unutmuram:

 

Xoşbəxt ol ”“ söylədin, ayrılaq daha,

Bu sözlər qarğışmı, həsrətmi, qəmmi?

Sənsiz ömür sürüb xoşbəxt olmağa,

Dünyaya təzədən gələcəyəmmi?...

 

- Bunlar bir silsilə idi. Açığı, ortabab şeirlər hesab edirəm. Bir az Məmməd Arazın “Naməlum qadına məktublar”ının havasını xatırladır. O vaxtdan çox da bəyənmirdim, amma Məmməd Araz xeyli tərifləmişdi.

 

- Bəlkə, elə əsl şeir onlar idi?

 

- Belə şeirlər məni doyuzdurmur. Əvvəllər düşünürdüm ki, sosial problemlər qaldırdığım şeirlər problem həll olunandan sonra unudulacaq. Əvvəla, o problemlərin çoxu hələ də aktualdır. İkincisi, məsələn, Mirzə Ələkbər Sabirin qaldırdığı bəzi məsələlər bu gün həllini tapıb, lakin həmin şeirlər gücdən düşməyib.

 

- Bəzi adamlar düşünür ki, məqalədə və ya nəsrdə deyilə biləcək fikirləri şeirlə ifadə etmək lazım deyil.

 

- Bu yazarın ruhuyla bağlıdır. Bəzən problem şeirdə daha güclü ifadə olunur. Elə şair var ki, onun ruhu öz şəxsi duyğularına köklənir. Elə şair də var ki, doğuluşdan düşüncəsinin ictimai tərəfi daha ağırdır. Mən şair-yazıçıları millətin taleyindən, cəmiyyətin problemlərindən ayrı təsəvvür etmirəm. Amma, təbii ki, lirika da ciddi ədəbiyyatdır. Bunun hansı daha ciddidi, hansı daha uzunömürlüdü, demək çətindi. Vaqifin “Görmədim” müxəmməsi də yaşayır, aşiqanə qoşmaları da! Füzulinin qəzəlləri də yaşayır, “Salam verdim rüşvət deyildir deyə almadılar” fikri də. Amma o dövrü o qəzəllərdən çox, bu fikirlərlə xarakterizə eləmək olur. Bir misal da deyim: görüşlərdə mən daha çox vətəndaşlıq şeirləri oxuyurdum, Nüsrət Kəsəmənli lirik şeirlər. Onu məndən çox alqışlayırdılar. 80-ci illərdə vəziyyət dəyişdi, məni daha çox alqışlamağa başladılar. Hər dövrün öz ab-havası olur və bu zaman-zaman biri-birini əvəzləyir.   

 

 

- Nüsrət Kəsəmənlinin adını çəkdiniz... Nüsrət müəllim, siz və Çüngiz Əlioğlu çox yaxın dost olmusuz. Sizə “Üç müşketyor” deyirdilər... Amma Nüsrət müəllimin ömrünün son illərində aranızda bir balaca soyuqluq hiss edirdim.

 

- Mənnən yox, Çingizlə soyuq idi. Uzun müddət onları barışdırmağa çalışdım...

 

- Nə üstdə problem yaranmışdı?

 

- Vallah (gülür), mənasız söhbət idi...   

 

- Qadın söhbəti deyildi ki?

 

- Qadın da vardı (gülür). O xanım onların bir-birindən inciməyinə dəyməzdi. İncikliyə qədər əfsanəvi dostluğumuz oldu.

 

- Eşitdiyimə görə, bir dəfə Nüsrət Ramiz Rövşənlə də tutaşmaq istəyib Sabir adına kitabxanada, siz qoymamısız...

 

- Yox, bu söhbət mənim yanımda olmayıb. Nüsrət dalaşqan adam idi, ancaq belə bir şey xatırlamıram. Ramiz Rövşən sakit və ağıllı gənc idi. Dalaşmazdı kiminləsə... Nüsrət çox davakar idi. Kiminləsə mübahisə edirdim, bir də görürdüm vurub uzatdı. Yaxud, maşınım kiminsə maşınına dəyirdi, mən dönüncə Nüsrət adamı salırdı təpiyinin altına.    

 

- Gürcüstanda məşhur Gəncə qapısına görə də davanız olub bir dəfə...        

 

- Kutaisidə Gəncə qapılarına baxmağa getdik. Gürcü xanım turistlərə deyirdi ki, bizimkilər Gəncəni işğal edəndə bu qapını qənimət kimi gətiriblər. Dözmədim, dedim, elə deyil, o vaxt Gəncədə zəlzələ baş vermiş, şəhər yerlə yeksan olmuşdu. Siz qonşu kimi kömək eləmək əvəzinə, gedib qapını oğurlamısız. Turistlər gülüşdü, qız pərt oldu. Banketdən sonra avtobusda keflənmiş gürcü cavanları mənə sataşdılar. Birini vurdum, dava düşdü. Nüsrətlə kürək-kürəyə verib xeyli vuruşduq (gülür). Onlar çox içmişdilər deyə, yaxşıca çırpdıq. Səhəri ayılanda səhv elədiklərini anladılar və gəlib üzr istədilər. Amma nəticəsi o oldu ki, komsomoldan bu cür görüşlərə getməyimizi qadağan elədilər. 

 

- Axırıncı görüşünüzü necə xatırlayırsız?

 

- Oğlum zəng elədi ki, xəbərin var, Nüsrət əmi qəzaya düşüb ölüb. Heç nə düşünmədən telefonu alıb Nüsrətin nömrəsini yığdım. Cavab verdi. Dedim, sağsan? Güldü, dedi, sağ olmasam necə cavab verərəm? Dedim, düş evin qabağına, gəlirəm. Görüşdük. Məlum oldu ki, qatar maşınını vurub, xeyli sürüyüb, təsadüfən sağ qalıb. Dedim, gedək sağ qalmağını qeyd edək. Kənd yeməkləri istədi, “Qəbələ” restoranına getdik. Bir az kefimizi düzəldəndən sonra, dedi, tabutumun üstündə nə deyəcəkdinsə, de, sağkən eşidim (gülür). Mən də zarafata salıb bu çıxışı tost kimi elədim. Ölümünə inanmırdım. Elə ağır deyildi. Təbrizdə əməliyyatı uğurlu olmuşdu. Nəsə qəfil vəziyyəti pisləşdi. Çox təəssüf...

 

- Yuxunuza girir heç?

 

- Girir, amma təfərrüatı xatırlamıram. Bu yaxınlarda Çingiz Əlioğlunun 70 yaşında da yada saldım onu. Dedim, Nüsrət sağ olsa ən gözəl sözü deyərdi. Biz həqiqətən yaxşı dost olmuşuq.                                             

 

- Hansınız daha çox pul xərcləyirdiniz?    

 

- Bu, bir az şəxsi məsələdir axı (gülür).

 

- Deməyə bilərsiz, sadəcə Çingiz Əlioğlunun xəsis olduğunu bilirəm, ona görə soruşdum.

 

- Deyə bilmərəm (gülür). Ən səxavətlisi mən idim şübhəsiz. İmkanım da yaxşı idi.

 

- Çingiz Əlioğlu şair kimi necədir?

 

- Bu yaxınlarda Çingizin kubist şeirlərini, axtarışlarını gördüm, cavanlıqda mənə qəribə gəlirdi bəlkə də, ancaq bunun bir xətt olduğunu bilmək lazımdır.     

 

- Məncə o, həmişə axtarıb elə...

 

- Şair həmişə axtarışda olmalıdır. Lorka həmişə eksperiment edirdi.

 

- Çingiz müəllimə texnar demişəm bir dəfə, məndən inciyib...

 

- Mənim yanımda etirazını bildirdi... Orda idim (gülür).

 

- Yadınızdadırsa, orda zarafata salıb dedi ki, sizə texnar bir yumruq vurmaq istəyirəm... Sizcə vura bilər məni?

 

- (Gülür) Çingizin vuran əli var. Sən də, maşallah, bazburutlu oğlansan. Hər halda ehtiyatlı olmağını məsləhət görürəm (yenə gülür). Amma çalışın dalaşmayın... O zarafat edirdi. Sizi çox istəyir.

 

- Bayaq Gəncə qapısı söhbətini elədiniz. Bəzən yumruq vurmaq qaçılmaz olur. Sizcə ədəbi müzakirələrdə şillə-təpikdən istifadə eləmək olar?

 

- Olmaz, əlbəttə.

 

- Siz bir çox dostlarınızdan fərqli olaraq tənqidə dözümlüsüz. Amma müşahidə etmişəm, sizi sərt tənqid eləmirlər. Necə edirsiz ki, belə olur?

 

- Bizim təhsil və tərbiyə sistemimizdə ən böyük problem budur ki, çox vaxt tərbiyə ilə ələbaxanlığı qarışıq salırıq. Bizdə bağçadan tutmuş ali məktəbəcən bütün fənlərdən yuxarı duran bir fənn var: Qorxu fənni! Biz uşaqlarımıza qorxu öyrədirik. Mən fransız, yapon uşaqlarını görmüşəm... Dağıdırlar ətrafı, sonra sakitləşirlər. Onlara təpinən yoxdur. Bizim uşaqlar gözüqıpıqdır. Məncə, bütün məğlubiyyətlərimizin kökündə bu qorxu amili dayanır. Şəxsiyyət azadlığı vacibdir. Yaltaqlıq və qorxaqlıq bizim milli əxlaqımızı pozan bir şeydir. Təəssüf ki, bu, ədəbiyyata da yol tapıb. Azərbaycan yazıçılarının ən böyük bəlası onların qorxaqlığıdır. Yazıçı ömrünü öz içindəki senzurayla mübarizəyə həsr etməməlidir.

 

- Azad Yazarlar Ocağında qorxmayan yazarlar var, amma 15 ildi o təşkilatı qeydiyyata almırlar. Qorxmayanda da belə olur...

 

- Mənim eş başqanı olduğum Dünya Azərbaycanlıları Konqresi də Azərbaycanda qeydiyyatdan keçməyib. Məncə, bu o qədər də vacib deyil.

 

- Ölüm fitvanızın axırı necə oldu? Eşitdim bir az qorxmusunuz... Səhərlər idmana getmirsiz...      

 

- Hökmü səsləndirənlər həbs olunandan iki-üç gün sonra qardaşım və dayımla Nardarana getdik. Məscidə girdim, ağsaqqallarla söhbət elədim. Orda çox dəyərli insanlar var və biri-birimizi çox rahat başa düşdük. Gördülər ki, mən özünü əsl azərbaycanlı sayan insanlarla heç vaxt düşmən ola bilmərəm. Kəndə də ona görə getdim ki, görsünlər, camaatla heç bir problemim yoxdur. Tutulanlarla bağlı nə şikayət vermişdim, nə də buraxılmaları üçün xahiş etdim. Dedim, qoy, qanunda necədirsə, o cür də tədbir görülsün.                         

 

- Rafiq Tağını öldürdülər amma... Ona da fitva verilmişdi... Bu xəbəri eşidəndə nə hiss keçirdiniz?                   

 

- Hərənin öz taleyi var. Rafiq Tağıya görə çox üzüldüm.

 

- Qatili də tapılmadı...

 

- Tapılmadı, təəssüf...

 

- İnciməyin, bu işin mənəvi məsuliyyəti bir az da sizin üstünüzə düşür. Şair, publisist, millət vəkili, partiya sədri, bunlardan ötə bir ziyalı, bir vətəndaş kimi...

 

- Son 25 ildə Azərbaycanda baş verən bütün hadisələrə görə mənəvi məsuliyyət daşıdığımı bilirəm. Dəfələrlə xalqın qınağını da eşitmişəm. Amma inanın, əlimdən gəldiyi qədər çalışmışam həmişə.   

 

 Davamı olacaq...

Oxşar xəbərlər
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 10:36
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 10:36
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"