ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bu gün ölkə rəsmiləri ilə keçirdiyi görüşdə KİV-in problemlərinin müzakirə edildiyini bildirib.
Maraqlıdır, Nulandın KİV-dəki problemləri gündəmə gətirməsi bu problemlərin həll üçün az və ya çox dərəcədə sitimul ola bilərmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev istənilən halda KİV-lə bağlı məsələnin müzakirə edilməsinin müsbət olduğunu vurğuladı:
“Bu görüş və qaldırılan məsələnin KİV-lə bağlı problemlərin həllinə yardım edib-etməyəcəyini indidən iddia etmək olmaz. Lakin yəqin ki, V.Nuland KİV-dəki problemlər haqqında ümumiyyətlə danışmazsaydı, bu, daha məyusedici olardı. Bu baxımdan hesab edirəm ki, bütün hallarda Nulandın açıqlaması KİV-dəki problemlərin gündəmdə olduğunu göstərir və bu baxımdan müsbət dəyərləndirilməlidir”.
Seymur Əliyev