Xəbər lenti
29/11/2020 [23:13]:
Türkiyədə koronavirusdan rekord ölüm
29/11/2020 [23:04]:
ABŞ-da səhrada aşkarlanan sirli sütun qəfil yoxa çıxdı - FOTO
29/11/2020 [23:01]:
Sabah bu ilin 4-cü Ay tutulması baş verəcək
29/11/2020 [22:45]:
"Bu gün Ermənistan da bizim Xasavyurdumuz, Paşinyan isə Yeltsinimizdir..."
29/11/2020 [22:34]:
Bayrağa görə BDU-dan qovulan tələbə bərpa olundu
29/11/2020 [22:14]:
"Biz qoyun sürüsüyük, düşünə bilmirik" - Asratyan
29/11/2020 [22:07]:
Ceyhun Bayramov Cavad Zərifə başsağlığı verib
29/11/2020 [21:58]:
Pənah Hüseynin zabit oğlu Kəlbəcərdə: atası oranı 2 aprel 1993-də tərk etmək məcburiyyətində qalmışdı
29/11/2020 [21:43]:
“Seçki saxtalaşdırıldı” - Tramp dövlət qurumlarını ittiham etdi
29/11/2020 [21:37]:
Maradonanın ölümündə şəxsi həkimi ittiham olunur
29/11/2020 [21:33]:
Kəlbəcər həsrəti ilə yaşayan və bu dərdlə ölən Vətənoğlu - VİDEO
29/11/2020 [21:30]:
Milli Məclisin bu tanınmışları da koronavirusa yoluxdu
29/11/2020 [21:20]:
Şuşanın azad olunmasını Prezidentə məruzə edən mayor Zaur Rəhimov - VIDEO
29/11/2020 [21:18]:
Türkiyə MN: Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik
29/11/2020 [21:04]:
“Komitədən bildirdilər ki, girovların azad edilməsi üçün dövlətlərarası razılaşma olmalıdır”
29/11/2020 [20:35]:
Rusiya sülhməramlılarının təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir
29/11/2020 [20:16]:
“İlk işim evimizə getmək, atamın, nənəmin, babamın, bacımın qəbirlərini ziyarət etmək olacaq”
29/11/2020 [20:02]:
Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - VİDEO
29/11/2020 [20:00]:
Azərbaycan və Ermənistan əsgərləri Zod mədənində üz-üzə - VİDEO
29/11/2020 [19:53]:
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
29/11/2020 [19:39]:
Tarixi səhvləri təkrar etməmək üçün qazandığımız qələbəni məntiqi sonluğa çatdırmalıyıq...
29/11/2020 [19:10]:
“Formula 1”də dəhşətli qəza: Bolid yandı, pilot içindən sağ çıxdı - FOTO/VİDEO
29/11/2020 [18:59]:
Ağdamdan maraqlı görüntülər: Mənsum İbrahimov oxudu, Aqil Abbas rəqs etdi - VİDEO
29/11/2020 [18:35]:
Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım: "Böyük bir müharibə başlaya bilər...
29/11/2020 [18:21]:
Atası xalq düşməni kimi güllələndi, 1 manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı...
29/11/2020 [18:19]:
Talış dağlarına qar yağdı, maşınlar yolda qaldı - FOTO/VİDEO
29/11/2020 [18:10]:
Ermənistan ordusunun nə üçün əlavə vaxt istədiyi ortaya çıxdı...+ VİDEO
29/11/2020 [18:03]:
"Qarabağ" heç-heçə ilə yenidən liderliyə yüksəldi
29/11/2020 [18:02]:
Bakıda iki azyaşlı su hovuzuna düşüb
29/11/2020 [17:29]:
Bakıda baş verən güclü yanğın söndürülüb
29/11/2020 [17:26]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [16:41]:
Şəbnəm Tovuzlu: “Bu gün sənətimi atsam...”
29/11/2020 [16:39]:
Qafqazşünaslıq İnstitutunun əməkdaşları Gürcüstanda keçirilən elmi simpoziumda məruzələr ediblər
29/11/2020 [16:35]:
”33 milyon borcu olan Maradonanın pulunun hara sərf olunduğunu bilmək istəyirisinizsə..."
29/11/2020 [16:33]:
7 milyon 800 min dollarlıq malikanəyə heç olmasa baxmaqla təsəlli tapın... - FOTOLAR
29/11/2020 [16:29]:
5 bacının tək qardaşı: Mayor Zeynalovun Qubadlıdakı son döyüşü + FOTOLAR
29/11/2020 [16:21]:
"7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi, nə edə bilərdim...?"
29/11/2020 [16:21]:
ANAMA: “İşğaldan azad edilən ərazilərə insanların qayıdışı daha tez olacaq”
29/11/2020 [16:18]:
Qurban Qurbanovun səhhətində problem yaranıb
29/11/2020 [16:18]:
Biləsuvarda şəhid gizir dəfn edilib
29/11/2020 [15:44]:
Qənirə Paşayeva bu dəfə də qəhrəman şəhidimiz Emin Mahmudovdan yazdı... - FOTOLAR
29/11/2020 [15:40]:
ABŞ-da son sutkada 155 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
29/11/2020 [15:35]:
“Ruhlar şəhəri”nə “quş baxışı” - FOTO
29/11/2020 [15:30]:
Ukrayna XİN rəhbəri: “Azərbaycanın suverenliyini dəstəkləyirik”
29/11/2020 [15:28]:
Şuşaya qar yağdı, 28 il sonra ilk dəfə görüntüləndi - VİDEO
29/11/2020 [15:26]:
Füzuli: Boş səhra, düşmənin həyat əlamətlərini sildiyi şəhər - FOTO
29/11/2020 [15:22]:
Uzun sürən həsrətdən sonra doğma yurda getməyin həyəcanı: Kəlbəcərdən eksklüziv görüntülər - VİDEO
29/11/2020 [15:08]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: Əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [15:07]:
"Qaçqınkom" Xırdalanda baş vermiş uçqunla bağlı məlumat yaydı
29/11/2020 [14:56]:
Canlı yayımda jurnalistə hücum edildi - VİDEO
29/11/2020 [14:54]:
“Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov
29/11/2020 [14:54]:
"Biz Birinci Qarabağ Savaşının gerçəkləri haqda bədii filmlər çəkə bilmədik, amma..."
29/11/2020 [14:49]:
"Möhtəşəmlikdən əsər-əlamət qalmayıb, geriyə ruhlar şəhəri, xarabalıqlar qalıb" - FOTOLAR
29/11/2020 [14:19]:
“Əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə” - FOTO
29/11/2020 [14:15]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma: 1985 nəfər sağalıb, 38 nəfər vəfat edib
29/11/2020 [13:29]:
Neymar İbrahimoviçin rekordunu qırıb
29/11/2020 [13:27]:
Rusiyadan Xankəndiyə 60-dan çox hərbi həkim gəldi - VİDEO
29/11/2020 [13:27]:
İsti su ilə limon virusu ağciyərə çatmadan öldürür... - HƏKİM MƏSLƏHƏTİ
29/11/2020 [13:25]:
Həftənin ilk iş gününün havası: Yağış, külək, şaxta, qar...
29/11/2020 [13:24]:
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
29/11/2020 [13:22]:
"Qurtuluş-93" itlərdən nə vaxt qurtulacaq?
29/11/2020 [13:18]:
Ağdamın Şahbulaq kəndi
29/11/2020 [13:15]:
Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
29/11/2020 [13:12]:
“Mənə nəfəsli mahnılarınız sevginin ilk göz yaşları kimidir!” adlı tədbir keçirilib
29/11/2020 [12:51]:
Müdafiə Nazirliyi Ağdamın Şahbulaq kəndindən videogörüntülər yaydı - VİDEO
29/11/2020 [12:46]:
İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyə qarşı təhdidlərin qarantıdır...
29/11/2020 [12:02]:
Ermənistanda 2 142 nəfər koronavirusdan ölüb
29/11/2020 [11:52]:
Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər danışdı: “Sözüm sözdür!” - VİDEO
29/11/2020 [11:42]:
Gələn ildən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
29/11/2020 [11:41]:
Gürcüstanda bir gündə 4 mindən çox yoluxma qeydə alındı
29/11/2020 [11:33]:
İqtisadçı alimdən ölkəni bürümüş koronavirusla mübarizədə hökumətə 5 TƏKLİF
29/11/2020 [11:22]:
Şabranda evlərini tərk edən koronaviruslu xəstələr saxlanıldı
29/11/2020 [11:21]:
Hacıqabulda gənc oğlan intihar edib
29/11/2020 [11:07]:
Gülnarə Xəlilova: “Milli ruhda yaratdığım kolleksiyalarla dünya çapında sevilirəm”
29/11/2020 [11:06]:
Əfqanıstanda növbəti terror, 21 hərbçi öldü
29/11/2020 [11:03]:
Bakıda doqquz nəfər liftdə qaldı
29/11/2020 [10:36]:
Düşmənin canına qorxu salan igidlərimiz - VİDEO
29/11/2020 [10:34]:
Amerikalılar “Qara cümə”də 9 milyard dollar xərcləyib
29/11/2020 [10:29]:
Müdafiə Nazirliyi Kəlbəcərə və İstisu sanatoroyasına gedən yolun görüntülərini yaydı - VİDEO
29/11/2020 [09:55]:
44 günlük müharibədə Azərbaycana dəymiş ZİYAN
Bütün arxiv bir sırada
14/02/2015 [10:25] - Araşdırma - ( 4042 dəfə baxılıb)

“Köhnə Qitə II Dünya Müharibəsində itirdiyi mövqelərini bərpa etdi”

Ukrayna böhranı yeni dünya düzəninin başlanğıcı kimi...


 Tanınmış iqtisadçı ekspert Qüdrət Quliyev Ukrayna böhranının çözümü istiqamətində atılmış son addımın nəticələri və bu böhranın diktə etdiyi yeni dünya reallıqlarıyla bağlı Moderator.az-a maraqlı təhlili yazı göndərib, onu oxuculara təqdim edirik:

"Fevralın 11-12-də Belarusun paytaxtı Minskdə Fransa, Almaniya, Rusiya və Ukrayna dövlət başçıları arasında Ukrayana böhranı ilə bağlı keçirilmiş 16 saatlıq danışıqlar dahi Konfutsinin dörd qapalı və qara divarlar arxasında qara pişiyi axtarmaq haqqında müdrük fəlsəfəsini xatırladırdı. Deyəsən, “qara pişiyi” tapmaq üçün işıq ucu görünməkdədir. Amma “qara pişiyin” həmin otaqda olub-olmaması hələ də sual altındadır...

2014-cü ilin əvvəlindən, Ukraynada vətəndaş müharibəsi başlayandan bəri keçən bir il ərzində artıq 5 500 nəfər mülki əhali həlak olmuşdur, 13 000 nəfər yaralanmışdır, bir milyon ukraynalı ölkəni məcburi tərk etmək zorunda qalmışdır. (mənbə: UN report,February 6)

“Normand Dördlüyü” adı ilə tarixə düşən Fevral danışıqları və əldə edilmiş razılaşmalar Avropa siyasi liderlərinin, ilk növbədə Almaniya, Fransa və Rusiyanın son bir ildə atdıqları bəlkə də ən doğru və düzgün addım sayıla bilər. Əgər münaqişə tərəfləri qəbul edilmiş beynəlxalq razılığa naxələf çıxmasalar, o zaman Ukrayna böhranının Qərblə Rusiya arasında qlobal qarşıdurmaya çevrilə bilmək şansları istisna edilmiş olacaqdır. Ümumiyyətlə, nə Almaniya, nə də Fransa üçün bu dövlətlərin cari davamlı inkişaflarına dağıdıcı zərbə vura biləcək qarşıdurmanın, müharibənin yeri yoxdur. Təbii qazı öz iqtisadiyyatının əsas enerji mənbəyi kimi istifadə edən və bu qazın 90%-ni Rusiyanın hesabına təmin edən Almaniya üçün belə müharibənin nə demək olduğunu izah etməyə belə ehtiyac qalmır.
Danışıqlar bitər-bitməz və “Normand Dördlüyü”nün qəbul etdiyi Bəyannamədə imzaların mürəkkəbi qurumağa macal tapmamış, Beynəlxalq Valyuta Fondundan Ukraynaya 17.5 milyard dollarlıq 4 illik dirçəliş kreditinin ayrıla biləcəyi xəbəri gəldi. Bu xəbər ABŞ tərəfindən Ukraynaya müharibəni davam etdirmək məqsədi ilə məhvedici silahlar göndərilə biləcəyi ehtimalından daha müsbət xəbərdir. Amma Ukraynanın öz ÜDM-nun 10%-nə bərabər olan borc boyunduruğu altına girə bilməsinin nə qədər real və nə qədər məqsədəuyğun olacağı sual doğurmaya bilmir. 
Ukrayna böhranı Qərbin Şərqə doğru qalibiyyətli yürüşünün yəqin ki son nöqtəsi olacaqdır.                      
Hər halda, bu böhran öz xarici sərhədlərini Berlindən Kiyevə qədər çəkib gətirmiş Köhnə Qitənin Ukrayna kimi çox strateji bir dövləti daha bir trofeyə çevirmək arzusunun uğursuz və faciələrlə yadda qalacaq səhifəsi oldu. Bununla belə, Köhnə Qitə II Dünya Müharibəsində itirmiş olduğu mövqelərini demək olar ki, bərpa etdi. Şərqi Avropa bütövlükdə Qərbin çətiri altına keçdi.  

Ukrayna böhranı həm də yeni dünya düzümünün başlanğıcı ola biləcək qədər əhəmiyyətlidir.                    
Bu böhran Şərqdə yeni qüvvələr nisbətinin formalaşmasını daha da sürətləndirəcəkdir.                            
İlk növbədə Rusiya, Çin, Türkiyə geosiyasi üçbucağının formalaşacağı şübhə doğurmur.
Dünya sanki fizikanın və hidrostatikanın Birləşmiş Qablar qanunu kimidir. Birləşmiş qablarda mayenin səviyyəsi eyni olduğu kimi, dünyada da güclərin səviyyəsi eyni olmaq zorundadır. Hətta beynəlxalq iqtisadi inkişafın səviyyəsi baxımından, ABŞ, AB və Avrasiya məkanında sanki həcmlər fizika qanununu xatırladır. Dünya Bankının məlumatlarına istinad etsək, 2014-cü ildə Aвrоpa İttifaqının Ümumi Daxili Məhsulunun pul vahidi ilə əksi 17.4 trilyon dollar, Birləşmiş Ştatlarda ”“ 16.4 trilyon dollar, Çində -9.7 trilyon dollar, Rusiyada - 2.5 trilyon dollar, Türkiyədə - 1.8 trilyon dollar təşkil etmişdir. 
Yeni Avrasiya geosiyasi üçbucağının yaranmasını hallandıran iqtisadi və siyasi səbəblər kifayət qədərdir.
Birləşmiş Ştatlar Çini özünün ən böyük iqtisadi rəqibi kimi dəyərləndirir. Çin ABŞ-in qiymətli kağızlarının 1 trilyon dollara bərabər həcminə sahibdir. ÇXR ilə ümumi ticarət dövriyyəsi 600 milyard dollar olan Birləşmiş Ştatların xarici ticarət kəsiri 300 milyard dollar həddindən yuxarıdır. Bu baxımdan ABŞ və ÇXR arasında azad ticarət zonasının yaradılması, və ya hər hansı başqa formada yaxınlaşma - absurddur. Bu yaxınlaşma ABŞ-ın sonu demək olardı. 
Çin enerji daşıyıcılarını, təbii qazı, nefti və neft məhsullarını, çeşidli xammalı əsasən qonşu Rusiyadan alır və bu vəziyyət onun üçün çox sərfəlidir. “Sibirin Gücü” adlanan II Rusiya-Çin qaz kəməri və mövcud kəmərlərlə nəql ediləcək 60-80 milyard kub metr qazın satışı/alışı haqqında iki dövlət arasında imzalanmış 10 illik müqavilə də qarşılıqlı əlaqələrdə yeni və təsirli səhifədir. 
Çinin ən böyük iqtisadi və ticarət tərəfdaşı olan Avropa Birliyi bazarlarına çıxışı üçün ən əlverişli yol Mərkəzi Asiya və Rusiya üzərindən keçir. ÇXR sürətlə inkişaf etməkdə olan şərq əyalətlərini Avropa bazarları ilə bağlayacaq müasir, sürətli və ən qısa dəmir yolu xətlərinin çalışmasında maraqlıdır. “İpəku Yolunun İqtisadi Kəməri” adlandırdığı bu nəqliyyat dəhlizinin yaradılması üçün Çin artıq 40 milyard dollar vəsait ayırmışdır. 2015-ci ildən Çinin Rusiya və Qazaxıstan ilə ortaqlıqda həmin projenin icrasına başlaması gözlənilir. 
Çin şərq incəliyi ilə seçilən siyasəti hesabına öz milli valyutasının və iqtisadi qüdrətinin həm regionda, həm də bütün dünyada təsbit edilməsinin fərqindədir. Elə bu baxımdan 2014-cü ilin oktyabr ayında ÇXR təsis fondu 600 milyard dollar olacaq Asiya İnfrastruktur İnvestisiyalar Bankının yaradılmasını elan etdi. Bu bank ABŞ-ın təsiri altında olan Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna bir başa alternativdir və dünya bazarlarında yeni maliyyə nizamın yaranacağından xəbər verir. Yeni beynəlxalq maliyyə institutu həm də çin Yuanisinin və rus Rublunun qarşılıqlı hesablaşma vasitəsi kimi dövriyyəyə buraxilmasını, bu milli valyutaların dəyərinin davamlılığını təmin edə biləcəkdir. 
Türkiyənin də mümkün ola biləcək yeni Avrasiya geosiyasi alyansında yer tutacağına dəlalət edən köklü dəlillər az deyildir. Avropa Birliyi Türkiyəni özünün potensial iqtisadi və siyasi rəqibi sayır. AB əsas dövlət dini İslam olan Türkiyəni onsuz da İslamın xeyli sürətlə yayıldığı Qoca Qitəyə buraxmağın nə demək olduğunun fərqindədir. Türkiyə dövlət başçısı R.T. Ərdoğanın bu baxımdan bir vaxtlar işlətdiyi ifadəni yada salmaq kifayətdir: “Türkiyəni Avropa Birliyinə nədən buraxmırlar ki? AB bir xristian klubudursa, desinlər biz də bilək...” Elə bu səbəbdən uzun illərdir ki, Türkiyənin AB-nə qəbul edilməsi məsələsi həll edilmir və edilməyəcəkdir. ABŞ-ın Yaxın Şərq siyasəti və regionda kürd kartını Türkiyənin mövqeyini saymadan, həqarətlə oynaması Türkiyənin Qərblə münasibətlərində öz mənfi rolunu oynamaqdadır.
AB-nin Rusiya ilə münasibətdə sabatsız siyasi addımları, “Cənub Axını” transmilli təbii qaz kəmərindən imtina etməsi Türkiyənin regionda yeni geosiyasi şanslarına təkan vermiş oldu. Türkiyəni Rusiya ilə birləşdirən və Qara Dənizin dibi ilə çəkilmiş “Mavi Axın” qaz kəmərinə daha birisi  əlavə olundu. Bu qaz kəmərləri Türkiyə-Rusiya münasibətlərində yalnız böyük iqtisadi məsələ deyildir. Həmin transmilli qaz kəmərləri bu dövlətlər arasında gələcək nəhəng geosiyasi əməkdaşlığın təməli ola biləcək qədər əhəmiyyətlidirlər. 
Eyni zamanda, Rusiya və Çin Türkiyənin xarici ticarət dövriyyəsində tərəfdaş olaraq birinci onluğa daxildirlər, idxalda isə bu iki dövlət Türkiyənin ilk iki tərəfdaşıdır. 
Rusiyanın özü üçün indiki tarixi durumda və gələcək strateji planları baxımından Çin və Türkiyə xüsusi əhəmiyyət kəsb edir. Çin cari iqtisadi və maliyyə böhranında Rusiyaya hava və su kimi əhəmiyyətlidir. Qafqazlarda və Yaxın Şərqdə öz cinahlarını möhkəmləndirmək baxımından isə Rusiyanın Türkiyə ilə strateji əməkdaşlığının əhəmiyyəti istisna edilməzdir.   
 Lakin hadisələrin gedişi hətta bu yazıda olduğu qədər asan olmaya da bilər. “Normand dördlüyü”nün Ukrayna böhranının həll edilməsi ilə bağlı əldə etdiyi razılaşmaların müvəffəqiyyəti münaqişə tərəflərinin 15 Fevraldan başlayaraq atəşkəsə əməl etməyə başlamasından və razılaşmaların sonrakı icrasından asılı olacaqdır. AB-dən və Rusiyadan fərqli olaraq bu sazişləri qəbul etməyən qüvvələr də yox deyildir. 
Rusiyanın Ukrayna böhranı ilə bağlı son razılaşmalardan siyasi planda qalib çıxması, imzalanan sənəddə münaqişənin tərəfi kimi qəbul edilməməsi, AB-nin mümkün sanksiyalarının dayandırılması, Krım məsələsinin üstündən sükutla keçilməsi və bunun yarımadanın Rusiyaya birləşməsinə razılıq kimi dəyərləndirilməsi, - bütün bunlar həm də Prezident Vladimir Putinin tarixi qələbəsi sayıla bilər. Vladimir Putinin bu qələbəsi dünyanın revanşıst dairələrində qısqanclıq doğurmaya bilməz və bu dairələr əlavə addımlar atmağa, hətta “Normand Dördlüyü”ndə əldə olunmuş razılaşmaların pozulmasına təşəbbüs göstərəcəklər. Hadisələrin bundan sonra hansı məcrada davam edəcəyini zaman göstərəcəkdir. Azərbaycan zərb məsəllərindən birində deyildiyi kimi: ”Sən saydığını say, gör fələk nə sayır”.

 
 P.S. Dünya Bankının məlumatlarına istinad etsək, 2014-cü ildə Aвrоpa İttifaqının Ümumi Daxili Məhsulu 18 trillion dollara yaxınlaşmış oldu. Bu rəqəmin 21%-i Avropanın aparıcı iqtisadiyyatı olan Almaniyanın payına düşür.  ABŞ ”“ 17 trln. ÇİN ”“ 9.7 trln. RF ”“ 2.5 trln. 0.9 trln."


 

loading...
Ermənistan ordusunun nə üçün əlavə vaxt istədiyi ortaya çıxdı...+ VİDEO
Müdafiə Nazirliyi Kəlbəcərə və İstisu sanatoroyasına gedən yolun görüntülərini yaydı - VİDEO
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
"YUNESKO saxta erməni propoqandasına aldanmamalıdır"
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“İlk işim evimizə getmək, atamın, nənəmin, babamın, bacımın qəbirlərini ziyarət etmək olacaq”
Cəmiyyət
Ağdamdan maraqlı görüntülər: Mənsum İbrahimov oxudu, Aqil Abbas rəqs etdi - VİDEO
Dünya
Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım: "Böyük bir müharibə başlaya bilər...
Cəmiyyət
"Qızım, hərbçilər pensiyaya çıxmaz, onlar Şəhid olurlar..." - FOTO+VİDEO
Maraqlı
"7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik" - Serjik Paşikdən uzaqgörən imiş...

Yazar
İlham İsmayıl
Düşmən dirçəlmək istəyir, düşməni dirçəldən var...
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Həftənin ən çox oxunanları
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247