Xəbər lenti
03/12/2020 [15:16]:
“Mehman şəhid olanda əsgəri ağlayıb deyirdi ki...” - Şəhid mayorun iş yoldaşı...
03/12/2020 [15:13]:
Vətən Müharibəsində əməyi olan igidlərimizi tanıyaq
03/12/2020 [15:10]:
ATƏT sədri Qarabağla bağlı danışıqları Minsk qrupu çərçivəsində davam etdirməyə çağırdı
03/12/2020 [14:47]:
"Bundan sonra bir millət iki dövlətin bayramları da, matəm günləri də bir olmalıdır"
03/12/2020 [14:45]:
MN: Vətən müharibəsində 1245 hərbi qulluqçumuz yaralanıb
03/12/2020 [14:44]:
MN: Vətən müharibəsində həlak olmuş 103 hərbçinin DNT yolu ilə şəxsiyyəti müəyyənləşdirilir
03/12/2020 [14:43]:
Kəlbəcər və Laçına komendantlar təyin edilib
03/12/2020 [14:42]:
MN: Vətən müharibəsində həlak olan hərbçilərin adı, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə məlumat ictimaiyyətə açıqlanacaq
03/12/2020 [14:40]:
İtkin düşən hərbçilərimizin sayı elan edildi - Təcili
03/12/2020 [14:29]:
Azərbaycanın Vətən müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı - RƏSMİ
03/12/2020 [14:29]:
Türkiyədə oteldə silahlı insident nəticəsində 5 nəfər yaralanıb
03/12/2020 [14:27]:
"Əsirlikdə olan Dilqəmin, Şahbazın qapısını öz əllərimlə açacam" - VİDEO
03/12/2020 [14:17]:
“8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır”
03/12/2020 [14:03]:
Trampdan Baydenə “xoş gəldin" hədiyyəsi: Nüvə silahlıları ilə “minalanmış” İran sahəsi...
03/12/2020 [13:59]:
“RİA Novosti”dən ikiüzlülük: Separatçıya “DQR”-də Rusiya bazası qurulması haqda sual...
03/12/2020 [13:55]:
Şəkidə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi barədə araşdırmalara başlanılıb
03/12/2020 [13:53]:
Buş, Klinton və Obama kamera qarşısında peyvənd olunacaqlar
03/12/2020 [13:52]:
Sabahın hava proqnozu
03/12/2020 [13:46]:
Azərbaycanda Zəfər Gününün tarixi Atatürkə sonsuz ehtirama görə dəyişdirildi - RƏSMİ
03/12/2020 [13:42]:
Türk əsgəri şəhid oldu
03/12/2020 [13:40]:
Paşinyan daha bir məmuru işdən çıxardı
03/12/2020 [13:38]:
Suqovuşan və Talış kəndlərində sahə inspektorları təyin edilib, xidməti post qurulub - FOTO
03/12/2020 [13:21]:
Ev şəraitində koronavirusa yoluxma riski nəqliyyatda olduğundan daha yüksəkdir
03/12/2020 [13:17]:
“Dedi ki, ya qələbəylə qayıdacam, ya da məni kimlərsə qaytaracaq...”- Əlif Hacıyevin bacısı...
03/12/2020 [13:16]:
Zəngilanda yol qəzası olub, ölən var
03/12/2020 [12:55]:
Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin videogörüntüləri - VİDEO
03/12/2020 [12:53]:
AAYDA-nin qəhrəmanlarının bəzilərini siz də tanıyın... - VİDEO
03/12/2020 [12:48]:
100-dən çox əsgəri əməliyyat edən həkim: “Gözlərini açan kimi..."
03/12/2020 [12:47]:
Ülvi Mehdiyev ASAN əməkdaşları ilə görüşüb
03/12/2020 [12:46]:
Bakıda hərbi parada hazırlıq işləri görülür - VİDEO
03/12/2020 [12:45]:
Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək
03/12/2020 [12:40]:
"Öncə elə bildim gürcüdür, amma sonra məlum oldu ki, ermənidir, izah etməyə çalışdı ki..."
03/12/2020 [12:38]:
"Bilgisiz, cahil insanlarımızı da bu prosesə qoşmaq çox asanlaşıb"
03/12/2020 [12:33]:
Həftənin bu günü işlər dayandırılsın - Komitə sədrindən TƏKLİF
03/12/2020 [12:31]:
“Laçının işğaldan azad olunması Azərbaycanın tarixi Qələbəsinin təsdiqi və post-müharibə dövrünün başlanğıcıdır”
03/12/2020 [12:29]:
“Bu addım ölkə başçısının şəhid ailələrinə olan diqqət və qayğısının göstəricisidir”
03/12/2020 [12:25]:
Yevlaxda COVID-19 xəstəsi karantin qaydasını pozub
03/12/2020 [12:24]:
Ucarda müalicə aldıqları ünvanı tərk edən 2 nəfər aşkarlandı
03/12/2020 [12:21]:
"Camaatın işi-gücü yoxdur oturub sizin şəkillərinizi seçəcək?" - Azərtaşdan yeni layihə
03/12/2020 [12:10]:
İrina Vlax: "Azərbaycan Moldovanın Qaqauziya bölgəsinin sosial infrastrukturunun inkişafına böyük töhfə verir"
03/12/2020 [12:07]:
Laçında Ağoğlan məbədinin üzərində erməni dilində 26 saxta "tarixi" lövhə yerləşdirilib
03/12/2020 [12:01]:
Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
03/12/2020 [12:00]:
Dilqəmlə Şahbaz koronavirusa yoluxub? - AÇIQLAMA
03/12/2020 [11:59]:
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
03/12/2020 [11:55]:
Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir
03/12/2020 [11:53]:
“Bu qələbəyə ən çox sevinən elə şəhidlərimizdir...” - Milli Qəhrəmanın atası...
03/12/2020 [11:46]:
Avropa Trampın yenidən prezident seçilməməsinə sevinir
03/12/2020 [11:39]:
“Bu texnologiya rus sülhməramlılar və ya ermənilərin təxribatına imkan verməyəcək...” 
03/12/2020 [11:31]:
Əsir götürülmüş əsgərin anası: "Övladımın həsrətinə dözə bilmirəm"
03/12/2020 [11:27]:
Azərbaycan nefti 49 dollara qədər bahalaşıb
03/12/2020 [11:16]:
İvanka Tramp atasından sonra da siyasətdə qalacaq?
03/12/2020 [11:11]:
Əlilliyi olan şəxslər üçün 160-dan çox küçədə 2200-dən artıq pandus quraşdırılıb - FOTO
03/12/2020 [11:10]:
Reabilitasiya Müəssisələrində müharibədən zərər çəkənlərə sosial-psixoloji xidmətlər göstərilir
03/12/2020 [11:03]:
Zərdabda yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb
03/12/2020 [11:02]:
Oğuzda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
03/12/2020 [11:02]:
Ermənilər indi də “Qarabağ-Rusiyadır” şüarı ilə mövcud olmağa çalışır...
03/12/2020 [11:00]:
Ermənistanda son sutkada 26 nəfər COVID-19-dan ölüb
03/12/2020 [10:59]:
“Hər bir evin qarşısına polis qoya bilmərik” - Polisdən əhaliyə XƏBƏRDARLIQ
03/12/2020 [10:58]:
Zəfər yürüşlərində Rusiya bayraqları niyə göründü - SƏBƏB...
03/12/2020 [10:42]:
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
03/12/2020 [10:30]:
Biri Şanlı aprel, digəri isə İkinci Qarabağ Savaşında şəhid oldu- İki şəhid qardaşın həyat hekayəsi...
03/12/2020 [10:09]:
Koronavirusla bağlı SON STATİSTİKA
03/12/2020 [10:08]:
Türkiyədə zəlzələ olub
03/12/2020 [10:07]:
“COVİD-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib
03/12/2020 [09:52]:
"10 noyabr atəşkəs müqaviləsi, işğalçının ibrətamiz aqibəti kimi dünya tarixinə keçdi"
03/12/2020 [09:49]:
Laçın şəhərinin görüntüləri - VİDEO
03/12/2020 [09:43]:
Ərdoğan Azərbaycanın Qələbə paradında iştirak edəcək
03/12/2020 [09:38]:
Moskvada Beynəlxalq Onkoloji Mərkəzdə yanğın: Ölənlər var
03/12/2020 [09:37]:
Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub
03/12/2020 [09:37]:
“Bu gün Laçın şəhəri də daxil olmaqla, Laçın rayonu Azərbaycanın nəzarətindədir”
03/12/2020 [09:34]:
Bakı-İrəvan yekun sülh müqaviləsi: şərtləri yenə Azərbaycan diktə edəcək!
03/12/2020 [09:33]:
Fransanın sabiq prezidenti koronavirusdan öldü...-FOTO
03/12/2020 [09:30]:
Ürəyindən yaralanan Qazi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əməliyyat olundu
03/12/2020 [09:27]:
Soyuqdəymədən tez qurtulmağın 3 əsas ÜSULU
03/12/2020 [09:26]:
Azərbaycan əslli eks-senatordan Rusiya-Türkiyə ittifaqının güclənməsi üçün ilginc təklif
03/12/2020 [09:24]:
Arvad fərasəti ilə ərini vəhşi fildən xilas etdi
03/12/2020 [09:20]:
Kürdəmirdə avtomobil su kanalına düşdü, xəsarət alan var
03/12/2020 [09:16]:
Ermənistan Paşinyanın yerinə namizəd müəyyənləşdirdi
03/12/2020 [09:13]:
Balasanyanın “Artsax Ordusu” planı, sülhməramlılar və bizim limitimiz haqqında...
03/12/2020 [08:29]:
İnsan niyə əbədi yaşaya bilməz?..
Bütün arxiv bir sırada
07/02/2015 [11:29] - Ədəbiyyat - ( 1974 dəfə baxılıb)

İsopiya



Moderator.az gənc yazar Günel Eyvazlının hekayəsini təqdim edir:

 

Yanma! Atəş soyuqdur. Ondan qorxduğundan səni yandırar. Kibrit çöpünün  üzrərində gəzişən alova diqqətlə bax, istəsən barmağını yandırmaz.  Bəlkə yaxınlaşıb dərinə yüngülcə toxuna bilər. O səni sevsə, qoymaz ki, kül olasan. Necə ki, minilliklər öncə əlləri bağlı şəkildə atəşə atılan İbrahimi,  alov salamat saxladı. Azərin oğlu yana bilməzdi. Onun daxilində qığılcım var idi. Od onu sevirdi. Əgər, daxilində qığılcım varsa birgə atəşlənəcəksən. Buza bənzəsən qarla, istiyə bənzəsən günəşlə dost olacaqsan. Bax, içində nə gəzdirisən?

 

Yol səni hara istəsən apara bilər. Sən hara getmək istədiyini bilirsənmi?

 

Zənci qadın gecənin qaranlığında görünmür. Bəyaz əndamlı xanım, günəşli səhərlərin birində dar küçə ilə harasa gedir. Eyvanda bir kişi siqaret yandırır. Qurşağa qədər soyunmuş, gecənin istisindən soyumuş.  Atəş barmağını yandırır. O isə hiss etmir. Xanımın ətəklərinə toxunan sərin meh donunu yellədir. Eyvandan baxan kişi evdəki qadınını  unudub. Bəyaz əndamlı bu xanım haradan gəlir?

 

Süpürgəçi eyvanıma baxır. Deyəsən mən hər səhər bu qadını gözləyirəm. Sabah olacaq, yenə bu xanım buradan keçəcək. Gecələr zənci qadın kimi gizlənib, gündüzlər görünəcək.

 

Bu günün sualı. Bu qadın haradan gəlir?

 

Bu məhlənin ağsaqqallarıı qadınlara inanmırlar. Düşünürlər ki, bu da yüngüləxlaqlı qadınlardan biridir.

Zaman isə heç nə demir. Susur.

 

Hər səhər eyni saatda, eyni dəqiqədə, eyni əhvalda eyvanda görünən kişi  bu xanımı nəzərləri ilə küçənin sonuna qədər ötürür. Xanım isə heç kimi görmür.

 Bəlkə kimsə qonşu küçədə avtomobilini saxlayıb? Hə, o avtomobil bu dəqiqə oradan uzaqlaşdı. Həmişə bu saatda buradan keçir. Çox güman ki, bu xanım qonşu küçədə bu avtomobildən enib öz evinə gedir. Fərziyyə.

 

Saatın əqrəbləri sənin üçün dövr edir. Eynilə yer kimi. Bəs onun enerjisi tükənsə necə olacaq? Hər gün eyni sualla bir gənc özünə müraciət edir. Onun başqa dərdi yoxdur. Yerin qatlarını araşdırır. Nüvə, mantiya. O, coğrafiya, geologiya ilə maraqlanır. Ağlagəlməz təcrübələr keçirir evində. Saat, batareya ilə işləyir. Bəs yer? Bəs sən? Enerji. Hardandır bu enerji? Niyə insanı yandırmır? Bəlkə yandırır?

 

Hindistanda bir insan öldü. Bir ulduz alışa-alışa yerə süzülür. Böyük tonqal qaladılar. Mərhumu ataşlə qovuşdurdular.

 

Od-alov-atəş-tonqal. Eyni məfhumun, müxtəlif adları. Bəlkə də 100 adı var. Kim bilir?

 

Sən hərəkətdə olduqca, dünya dönür. Dünya hərəkətdir. Hərəkətdə olmağın, yaşayırsan deməkdir. Saatın əqrəbi rəqəmlər üzərində yeriyir. Zamanın hansısa naməlum bir vaxtı, sən artıq dünyada olmayacaqsan. Harda olacaqsan? Olacağın yer, bu yer qədər maraqlıdır. Bəlkə naməlum olduğundan maraqlıdır. Bəlkə gözəl olduğunu bilsən, daha tez oraya getmək üçün tələsərsən. Amma, axirətə getmək üçün İsopiyadan mütləq keçəcəksən.

 

İsopiya. Orada günəş sənin ixtiyarındadır. Onun harada durması səndən asılıdır. Sən fikrən onun istiqamətini dəyişə bilirsən. Bəlkə doyunca yatmaq üçün günəşi uzun müddət qürubda saxlayacaqsan. Amma, deyilənə görə oralar o qədər gözəldir ki, sən heç yatmaq istəməzsən. Gözlərini boynundan asıb, sinən üstə gəzdirərsən. Hətta qulaqlarını belə əlinlə qopara bilərsən. Sən orada hissələrə bölünə və yenidən birləşə bilərsən.

 

Bir-ləş. Tam-laş. İki nəsnə qovuşur. Birləşir. Bir olur.

 

Budama əlindəki zərb alətinə bərk-bərk vuraraq ruhları köməyə çalışır. Bu gün o öləcək. İsopiyaya yol alacaq.

 

Yol alacaq- yol onu aparacaq - o yola gedəcək- yol olacaq.

 

Burada bəziləri axar çay olar. Bəziləri şam kimi əriyər. Bəziləri torpaq olar.

 

Burada gözlərini bağlasan da görərsən. Vaxtilə arzuladıqların sənin qarşında dayanar. Sən ən çox arzuladığını seçərsən. Bəlkə nə vaxtsa, uca dağları görüb, kaş bu hündürlüyü aşardım demişdin. İndi ayaqların səni istədiyin yerə aparar. Əlçatmaz zirvələr, əlçatan olar. Körpəlikdə arzuladığın oyuncaqlar göydən tökülər. Günəşli günlərin birində sərinləmək üçün qar istəmişdir. Bax, lopa-lopa yağar. Ən çox anan üçün darıxmışdın. O səni İsopiyada gəlib tapar. Ağbirçəkli, nur üzlü anan, bir ağacın kölgəsində oturar. Həzin səsi ilə lay-lay oxuyar. Sən enli gövdəli ağaca yaxınlaşarsan. Ananın qucağında özünü görərsən. Demək ki, anan da səni görmək istəmişdi. Amma, belə körpə, ufaq, dinməz şəkildə.

Çünki, günlərin bir günü acılamışdın ananı. O da dönüb “Dilin qurusun” demişdi sənə. Sonra yüz dəfə tövbə etmişdi. Sonra bağışlamışdı. Əvvəlki kimi qayğını çəkmişdi. Amma, dediyin sözü heç unutmamışdı. İndi eyni qayğı ilə səni yenidən böyütmək istəyir. Bəlkə yaşının hansısa çağında səhvə yol verib. Bəlkə sənə düzgün tərbiyə verməyib deyə düşünür. Keçmiş səhvləri düzəltmək üçün, səni yenidən doğdu, əzizlədi. Missiyasını rahat şəkildə həyata keçirdikdən sonra rahat gedəcək, o dünyaya.

 

İsopiya arzuların reallaşma məkanıdır. İsopiya səhvlərin bərpa edildiyi məkandır. Hamının yolu buradan keçəcək.

 

Orada insanlar enerjilərini birləşdirərək günəşi başlarının üzərinə qaldırarlar. Kölgələr məhv olar. İsopiyada sən, sənin ixtayarındasan. Bütün əzaların sənin əllərindədir. Təbiət belə sənə tabedir. Barmağınla səmanı qarışdırırsan. Buludları silirsən. Əlinlə ay çəkirsən. Ulduz çəkərsən. Söz yazarsan .

 

Hər şey gördüyün kimi deyil. Gördüyündəndə o tərəfi görməyi bacar.

Burada insanlar bir-birlərinin içindən keçərlər. Qapı döyməzlər, qapı açmazlar. Özlərinə çəkilib, başqaları üçün açılmağı bacararlar.

 

Bəlkədə bəyaz, havalı qadın İsopiyaya tələsirdi. O asta-asta, küləkdən dalğalanan saçları ilə dar küçədən keçir. Yüngül parfüm ətri, eyvanda dayanan kişini bihuş edir. O, quş olub eyvandan aşağı uçmaq istəyir. Qəflətən qağayıya dönür. Xanımın başının üzərində dövrə vurur. Bir nəfər isə, qağayılar dəniz kənarında olmalıdır, deyir. Kim deyir ki, qağayılar mütləq dəniz kənarında olmalıdır?

 

Xanım isə dar küçələrlə addımlayır, addımlayır. Qağayı yol boyu onu müşayət edir. Edir. Xanım arabir qolundakı saata baxır. Saat səkkizdir. Tam səkkiz.

 

Qağayı insan olub xanımın qarşısında dayanır. Əllərini bədəni üzərində çarpazlayır. Xanım onun içindən keçib evin girişinə daxil olur. Pillələr ilə yuxarı qalxır. Qalxdıqca pillələr bitmir. Əgər o bitməsini istəsəydi bitərdi. Uzun yol var qarşıda. Nəhayət binanın damına çatır. Ayaqları əsə-əsə hündürlükdən aşağıya boylanır.

Gedimmi? Getməyimmi? Düşünür. Nəhayət fikrini qətiləşdirir.

 

Ağ paltarlı qadın, bir bəyaz lələk kimi, bəyaz qar kimi yerə yaxınlaşır. Sükut...

 

Zənci qadın, oğlu Budamanı ölülər dünyasına yola salır. Oğlunun son dəfə çaldığı zərb alətini daha şiddətlə döyəcləyir. Qulaq batıran ritm altında var gücü ilə ağlayır. Hamı onun dəhşətli səsinə qulaq asır. Qaranlıqda heç kim onu görmür.

 

Budama hər gün eyni məhlədən keçən anasına yazığı gəlir. Onun ən böyük arzularından biri idi, anasını bəyaz görmək. Elə də görürdü. Hər gün pillələri qalxan və özünü atmaq istəyən anası, son anda fikrini dəyişib evə dönürdü. Bu dəfə isə dönmür. Budama, İsopiyadan həmin dar küçəyə boylanıb, zərif addımlarla irəliləyən anasına baxır. Bir qağayının onun başının üzərində dövrə vurduğunu görür. Anasını intihardan saxlaya bilmir.

 

Nə qədər çalışsa da, bu dünyaya müdaxilə edə bilmir. Sadəcə dua edir. Anasını, yerə sakit, ağrısız düşməsi üçün, bəyaz qara dönməsini arzulayır. Belə də olur.

 

 Budama, ağacın kölgəsində uzun-uzadı oturub, köksündə balasını oxşayan, ona lay-lay çalan bəyaz qadına baxır. Və ikinci dəfə dünyaya gələrkən, zənci doğulmadığı üçün şükr edir.

 

Göyün üzünə günəş çəkir. Sonra ən sevimli oyuncaqlarını körpəyə verir. Anasının əllərindən öpür. Anası onu tanımasa da, o tanıyır. Onunla bir yerdə olduğuna sevinir.

 

İsopiya. Həm uzaqdır, həm də yaxın. Bəlkə sən dəfələrlə onun içindən keçmisən. Amma, hiss etməmisən. Bəlkə həmin anda nələrisə dəyişə bilərdin. Amma, dəyişmədin. Hər şey əllərində ikən, əlindən qaçırdın. Hər şey su kimi barmaqlarının arasından yerə töküldü. Həyatın nəfəs qədər ani oldu. Bitdi.

Çox keçmir ki, qocalırsan. Çox keçmir ki, yatağa məhkum olursan. Çox keçmir ki, gəncliyində etdiyin səhvləri düşünürsən. Aldatdığın qızı. Sevdiyin oğlanı. Üzünə qəzəblə sillə vurduğun oğlunu. Bəsdir əl çək, dediyin ananı. Aldatdığın insanı. Aldandığın məqamları. Yolu keçərkən bilərəkdən tapdadığın qarışqanı. Sənə əl açan və ovucları boş qayıdan dilənçini. Uzun illər üzərində oturduğun, sonra unutduğun skamyanı. Yarımçıq kitabını. Sevirəm demədiyin qızı. Sevirəm demədiyin oğlanı. Çox şeyi dəyişə bilərdin. Dəyişmədin. Amma, bu məkanın varlığına inan. İsopiya, səhvlərini düzəltmək üçün sonuncu şansındır. Yararlan.

 

Təngnəfəs evə qayıdan kişi, evində unutduğu qadını tapmır. Bütün evi gəzir. Bütün qapıları açır, onu tapmır. Qadını gedən görmüşdülər. Deyirlər laqeydlikdən çox bezmişdi. Hər səhər, otağından yoxa çıxmış sevdiyini axtarırdı. Sevdiyi kişini başqa bir xanımın ardınca gedən görmüşdü. Evə pərişan dönərkən, avtomobildən düşən insan, ona çiçək vermişdi. Əslində güllərin səbəbkarı görüşə gəlmədiyindən, bir başqa xanıma verilmişdi. Demək ki, qismət onun idi. Çiçəkləri aldı. Qonşu küçədən hər gün eyni saatda, eyni dəqiqədə keçən avtomobilə mindi. Bu dəfə həmişəlik getdi.

Budama hər şeyi görürdü. Onu isə, yalnız qağayılar görürdü.

 

loading...
Trampdan Baydenə “xoş gəldin" hədiyyəsi: Nüvə silahlıları ilə “minalanmış” İran sahəsi...
Azərbaycanda Zəfər Gününün tarixi Atatürkə sonsuz ehtirama görə dəyişdirildi - RƏSMİ
“Bu gün Laçın şəhəri də daxil olmaqla, Laçın rayonu Azərbaycanın nəzarətindədir”
"Bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə də dalğalanmalıdır, buna görə də..."
"Bunun üçün tək xalqla bir yerdə olmaq yox, xalqı üçün döyünən, “yanan ürək” lazımdır"
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Mehman şəhid olanda əsgəri ağlayıb deyirdi ki...” - Şəhid mayorun iş yoldaşı...
Cəmiyyət
“Dedi ki, ya qələbəylə qayıdacam, ya da məni kimlərsə qaytaracaq...”- Əlif Hacıyevin bacısı...
Cəmiyyət
“Bu qələbəyə ən çox sevinən elə şəhidlərimizdir...” - Milli Qəhrəmanın atası...
Cəmiyyət
Biri Şanlı aprel, digəri isə İkinci Qarabağ Savaşında şəhid oldu- İki şəhid qardaşın həyat hekayəsi...
Cəmiyyət
“Bu müharibədə başlıca psixoloji faktor bizim haqlı və ədalətli olmağımız idi...”

Yazar
İlham İsmayıl
Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?! -Paşinyanın şirin yuxusu
Həftənin ən çox oxunanları
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247