Xəbər lenti
08/07/2020 [13:49]:
TIR-da 63-ü uşaq olmaqla, 221 miqrant aşkarlandı – FOTO
08/07/2020 [13:47]:
"Özlərinin seçdikləri partiyalarla dialoq xalqda ikrah hissi doğura bilər, ona görə də..."
08/07/2020 [13:44]:
Kərə yağı adı altında bitki yağı satışının qarşısı alındı
08/07/2020 [13:41]:
Koronavirusa yoluxmuş deputat evə buraxıldı: "Karantində olacam"
08/07/2020 [13:40]:
Koronavirusa yoluxmuş jurnalistlər sağalaraq evə buraxılıb
08/07/2020 [13:39]:
Tibb işçiləri ictimai nəqliyyatın olmadığı həftə sonları işə necə gəlməlidir? - RƏSMİ AÇIQLAMA
08/07/2020 [13:38]:
Asfaltı dəlib çıxmış göbələklər müzakirələrə səbəb oldu - VİDEO
08/07/2020 [13:35]:
Maskasız alıcıların ticarət obyektlərinə daxil olmasına icazə verilməyəcək - RƏSMİ
08/07/2020 [13:19]:
Alimlər depressiya yaradan məhsulları AÇIQLADILAR
08/07/2020 [13:15]:
İbadulla Ağayev vəzifəsindən istefa verdi - VİDEO
08/07/2020 [12:50]:
Hulusi Akardan Liviya açıqlaması: "Bu iddiaları heç bir halda qəbul edə bilmərik"
08/07/2020 [12:48]:
"Korrupsiya yolu ilə əldə edilmiş pullar sizə bu qədərmi əzizdir, ləzzətlidir..?"
08/07/2020 [12:48]:
Pensiyalarda 27 faizə yaxın artım olub
08/07/2020 [12:47]:
"Surət Hüseynovun verdiyi məlum müsahibə onun boş başının məhsuludur"
08/07/2020 [12:47]:
KİV: Futbolda 5-ci əvəzetmə qaydası növbəti mövsümdə də tətbiq olunacaq
08/07/2020 [12:45]:
Vəzifəli qadına cinayət işi açıldı
08/07/2020 [12:43]:
1 500 nəfər əhalisi olan kənddə 72 göydələn inşa edilib - FOTO
08/07/2020 [12:42]:
DTX-nin əməliyyatı ilə tutulan XİN vəzifəliləri məhkəməyə müraciət etdilər
08/07/2020 [12:41]:
Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu: İdarə karantinə alındı...
08/07/2020 [12:32]:
Deputatlar koronavirusa görə dövlətdən maliyyə yardımı alıb?
08/07/2020 [12:30]:
Zirvənin yolunu gözüyumulu tapan əsl qəhrəman...
08/07/2020 [12:19]:
Bakıda bazarda gizli fəaliyyət göstərən kafe aşkarlanıb, 8 qadın saxlanılıb - FOTO
08/07/2020 [12:16]:
Məktəb seçiminə başlanılıb
08/07/2020 [12:15]:
Pay torpaq sahəsində narkotik yetişdirən şəxs tutuldu - FOTO
08/07/2020 [12:11]:
İlham Əliyev Abşerona 8,5 milyon manat ayırdı - SƏRƏNCAM
08/07/2020 [12:05]:
"Bu, Birinci Pyotr gorbagorun vəsiyyətidir ki, həmin ərazidə türk qalmamalıdır..."
08/07/2020 [12:04]:
“"On minə toya gedirəm" deyən müğənniyə görün heç min manat verən olacaqmı?”
08/07/2020 [12:03]:
"Azərbaycan mətbuat tarixində Əbdürrəhman Fətəlibəyli-Düdənginski" - Nəsiman Yaqublunun araşdırması
08/07/2020 [11:56]:
Azərbaycanda karantin rejimi 60 günədək uzadılacaq? - RƏSMİ
08/07/2020 [11:51]:
“Yaxşı ki, Njde ermənidir, yaxşı ki, bizim qəhrəmanımızdır və onun heykəli hər zaman ucalacaq”
08/07/2020 [11:40]:
DİM rəsmisi imtahansız attestat alınması məsələsinə aydınlıq gətirdi
08/07/2020 [11:31]:
Qənirə Paşayeva Prezidentin yerli TV-lərə müsahibəsində işğalçı Ermənistanla bağlı toxunduğu mühüm məqamlardan yazdı
08/07/2020 [11:30]:
Ərdoğanı təhqir edən məşhur türk aktyorlarına cinayət işi açıldı
08/07/2020 [11:26]:
Tarixdə QİÇS-dən sağalan 3-cü insan
08/07/2020 [11:25]:
"Ölkəmizdə bu tədqiqat aparılsaydı, müsbət təsirlərini görəcəkdik" - Azərbaycanlı həkim + VİDEO
08/07/2020 [11:20]:
"O, çox cəfalar görsə də, uğrunda mübarizə apardığı dmüstəqilliyimizi görmək nəsibi oldu"
08/07/2020 [11:19]:
Pandemiya ərzağa tələbatı artıb - Azərbaycanı varlandıran üç məhsul
08/07/2020 [11:16]:
Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib
08/07/2020 [11:14]:
Şahmatçımız dünya çempionu ilə qarşılaşacaq
08/07/2020 [11:10]:
Həkim Bəhram Bağırzadənin vəziyyəti barədə: “Aktiv hərəkətlərə cəhd edir”
08/07/2020 [11:04]:
2-ci sinif şagirdindən pandemiya ilə mübarizə aparan tibb işçilərinə dəstək: “Həkimə məktub”
08/07/2020 [11:00]:
BDU-nun Hüquq fakültəsində magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib
08/07/2020 [10:57]:
Türkiyə S-400-ü ABŞ qırıcılarına qarşı sınaqdan keçirdi
08/07/2020 [10:57]:
Həyətində narkotik yetişdirən şəxs saxlanılıb
08/07/2020 [10:54]:
Texniki baxış müddəti başa çatmış avtomobil sürücüləri nə etməlidir? - VİDEO
08/07/2020 [10:47]:
“Ərə getməyimizə mane olmayın!” - Nişanlı qızlar ayağa qalxdı
08/07/2020 [10:46]:
Mirşahinin vəziyyəti necədir? - Açıqlama
08/07/2020 [10:43]:
Ürək xəstələrinə nə qədər stend qoyula bilər? - Açıqlama
08/07/2020 [10:38]:
Cəlilabadda COVİD-19-a yoluxmuş şəxs saxlanılıb
08/07/2020 [10:37]:
"Ölkənin siyasi mühitində sağlam əməkdaşlıq üçün olduqca əlverişli şərait meydana gəlib"
08/07/2020 [10:36]:
“İkinci gün dedim, özümü pəncərədən atacam” - VİDEO
08/07/2020 [10:33]:
Kəbəyə toxunmaq və öpmək qadağan edildi
08/07/2020 [10:30]:
"Günün pik saatlarında Bakıda mövcud olanlardan on dəfə çox avtobus lazımdır..."
08/07/2020 [10:20]:
"Azərbaycan pandemiya ilə mübarizədə regional və qlobal miqyasda əməkdaşlığın gücləndirilməsinə töhfələr verir"
08/07/2020 [10:15]:
"Roskosmos"un sirləri Qərbə satılırmış?
08/07/2020 [10:14]:
Ostankino teleqülləsini ildırım vurdu
08/07/2020 [10:12]:
Yas mərasimi keçirənlər həbs olundu - FOTO
08/07/2020 [10:09]:
Azərbaycan nefti bahalaşmaqda davam edir
08/07/2020 [09:59]:
Uşaqlarımızı pandemiyadan qoruyaq...
08/07/2020 [09:55]:
“Koronavirus hava ilə ötürülə bilir” - ÜST
08/07/2020 [09:53]:
Türkiyədə müalicə olunan Vahid Əhmədovdan yeni xəbər var
08/07/2020 [09:52]:
Müdafiə naziri ön xətt bölmələrində olub - FOTO/VİDEO
08/07/2020 [09:49]:
İlham Əliyev BMT-nin Baş katibinə zəng etdi
08/07/2020 [09:47]:
Ermənistan silahlı qüvvələri atəşkəsi 78 dəfə pozub
08/07/2020 [09:25]:
Ronaldu Corcina Rodrigesin çimərlik geyimində paylaşdığı fotoya şərh yazdı - FOTO
08/07/2020 [09:23]:
Azərbaycanda yanğınsöndürən maşın qəza törətdi: Yaralılar var
08/07/2020 [09:21]:
Milyonları düşündürən sual: yeni dərs ili...
08/07/2020 [09:18]:
Paşinyan ölkəni xunta rejimindən çıxarıb hara aparır? - kritik gəlişmə
08/07/2020 [09:14]:
Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
08/07/2020 [09:10]:
Uhan laboratoriyası virusun yayılması ilə bağlı məlumatları şərh edib - FOTO
08/07/2020 [09:06]:
Meksikada son sutkada 895 nəfər koronavirusdan ölüb
08/07/2020 [09:05]:
Bərdədə dörd, Zaqatalada beşotaqlı ev yandı
08/07/2020 [03:02]:
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
08/07/2020 [02:29]:
Paparatsilərə yaxalanan aktrisa bikinidə görüntülənmək istəmədi, dəsmala büründü...
08/07/2020 [02:23]:
"“Dexametazon” immun sistemini zəiflədən dərmandır və xüsusi hallarda verilməlidir..."
08/07/2020 [00:50]:
"Adamları o qədər “mandraja” salırlar ki, bir-birinin üzünə baxmağa da qorxurlar..."
08/07/2020 [00:29]:
Mətbəxin qısa tarixi - Müasir və qədim yemək bişirmə texnologiyası...
07/07/2020 [23:56]:
Voleybol üzrə avrokubokların başlama vaxtı dəqiqləşib
07/07/2020 [23:53]:
ABŞ-ın ÜST-dən çıxacağı tarix məlum oldu
07/07/2020 [23:52]:
Serbiya komendant saatına keçir, xəstəxanalarda yer yoxdur
Bütün arxiv bir sırada
06/02/2015 [09:48] - Köşə - ( 4804 dəfə baxılıb)

1-ci sort ölülər

Yaxud, kasıblar üçün yeni and yeri
Seymur Əliyev
[email protected]

Yaxın gələcəkdə Azərbaycandakı yoxsullara varlıların nəinki dirisinə, hətta ölüsünə belə yaxın düşmək mümkünsüz olacaq. Belə ki, ölkəmizdəki məzarlıqların dövlət, bələdiyyə və özəl qəbiristanlıqlara bölünməsi planlaşdırılır ki, bunların arasında yalnız özəl qəbiristanlıqlar xüsusi statusa malik olacaq. Pullu qəbiristanlıqlar kimi fəaliyyət göstərəcək bu məzarlıqlarda dəfn xərcləri yüksək olmaqla yanaşı, mərhum və onun yaxınlarına  hər cür “imtiyaz və səlahiyyət” veriləcək. Məlumata görə, dövlət qəbiristanlığında məzarlar standart formada ”“ eyni boy və ölçüdə olsa da, özəl qəbiristanlıqlarda dəfn edilənlərin məzarların üzərində mərhumun yaxınları istənilən formada abidə ucalda, müxtəlif formalı kompleks inşa edə biləcək. Bir sözlə, ölkəmizdə artıq sadəcə dirilər deyil, ölülər də sortlaşdırılacaq ki, bununla da hər kəs sərvət piramidasındakı yerinə görə qəbir sahibi olacaq.

Artıq indidən əminliklə demək olar ki, yaradılacaq özəl məzarlıqlar varlı ailələrin yeni rəqabət müstəvisinə çevriləcək. Hər kəs öz maddi gücünü başqalarına bütün əzəməti ilə göstərmək üçün dəyəri yüz minlər və ya milyonlarla hesablanan heykəl və komplekslər, dəbdəbəli abidələr inşa ediləcək ki, onların bir çoxunun bahalı daş-qaş, qızıl-ziynət əşyaları ilə göz oxşayacağı şübhəsizdir.

Dünyanın müxtəlif ölkələrindən gətiriləcək ekzotik ağac və kollarla əhatə ediləcək, çay, şəlalə, göl, meşə və s. kimi təbiət mənzərələrinin təqlidi fonunda ucaldılacaq bu abidələr qısa müddət ərzində bütün dünyanın diqqətinə səbəb olacaqdır. Qərbin aparıcı telekanalları açıq səma altında muzey təsiri bağışlayan bu qəbiristanlıqlarda 1-ci sort ölülərin məzarı üzərində tikiləcək möhtəşəm abidə və heykəllərdən reportajlar hazırlayacaq, bu abidələrdən insan görməmişliyinin, sərvət hərisliyinin və dərrakə kasıdlığının daşlaşan nümunələri kimi bəhs edəcəkdir.

Özəl qəbiristanlıqlar həm də iri məmur-oliqarxların qazanc mənbəyinə çevriləcək, onların malik olduğu obyektlərin siyahısına daxil olacaqdır. Özəl restoran və otellər, fabrik və zavodlar, avtomobil salonları və iri ticarət mərkəzləri, xəstəxana və doğum evləri kimi, həm də özəl qəbiristanlıqlara malik olduqları ilə fəxr edən məmurlarımız, ölü pullarından əldə etdikləri gəlirlə övladlarını bəsləyəcək, onlara insanların ölüsündən belə pul qazanmağın sirlərini öyrədəcəkdir. Başqa sözlə desək, xalqın diri kəsiminin malını və qanını soran məmurlarımız, nisbətən ortabab təbəqənin ölüsündən belə pul qazanacaq, bununla da xalqa fədakarcasına xidmət etməyin nümunəsini sərgiləyəcəkdir.

Özəl qəbiristanlıqlarla bağlı məlum həqiqətlərdən biri də, bu məzarlıqların əhalinin yoxsul təbəqəsinin and yerinə, bağça uşaqları və məktəblilərin isə gəzinti məkanına çevriləcəyi ilə bağlıdır. Yəqin ki, minimal ehtiyaclarını belə min bir zillətlə qarşılayan kasıb təbəqənin önəmli bir qismi mağaza və dükanlardan nisyə çörək alarkən satıcı və sahibkarları aldıqları çörəyin pulunu zamanında qaytaracaqlarına inandırmaq üçün məhz varlı qəbiristanlıqlarına, oradakı qızıl və gümüş heykəllərə and içəcək, pulun Allah statusunda çıxış etdiyi bu məmləkətdə qarşı tərəfi öz niyyətinin ciddiliyinə daha çox bu formada inandırmağa cəhd edəcəkdir.

Azyaşlı bağça uşaqları və məktəblilər isə müəllim, yaxud valideynlərinin müşahidəsi altında bu məzarlıqlardan ən maraqlı və əyləncəli park kimi istifadə edəcək, möhtəşəm memarlıq və incəsənət nümunələrindən, ekzotik gül və ağaclardan zövq alacaqdır.

Bəli, bundan sonra ağlar öz ölülərini belə qaralardan ayıracaq, onlarla eyni məkanda dəfn edilmək həqarətindən yaxa qurtaracaqlar. Bu, varlılar üçün qurtuluş olsa da, əksər kasıblar üçün  əsl məşəqqət, növbəti zillət olacaq. Çünki artıq adi qəbiristanlıqda uyuyan heç bir kasıb varlı qonşusunun olması ilə fəxr edə bilməyəcək, digər kasıb ölülər qarşısında bu “qazancla” qürrələnməyəcəkdir.

Özəl qəbiristanlıqlarla bağlı məsələnin özəlliklərindən biri də bu ideyanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən irəli sürülməsi ilə bağlıdır. Adından da məlum olduğu kimi, vəzifəsi dini qurumlarla işləmək və bu səbəbdən də dinlərin mahiyyətini bilmək olan bu qurum əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu Azərbaycanda İslam dininin mahiyyətinə zidd olan, dini nöqteyi-nəzərdən əsla qəbul edilməyən bir layihə irəli sürüb ki, bu layihə İslamın tələbləri ilə aşkar şəkildə ziddiyyətdədir. Nədənsə, İslamın ayrıcı deyil, birləşdirici din olduğunu “unudan” komitə, ölülərin bütləşdirilməsini qanuniləşdirir ki, bu da məlum dövlət qurumunun həm də öz mahiyyətini təhrif etdiyini göstərir.

Yəqin bu gün dünyada elə bir müsəlman ölkəsi yoxdur ki, orada vəzifəsi insanları dini baxımdan düzgün maarifləndirmək, təhlükəli dini sekta və təriqətlərin fəaliyyətini əngəlləmək olan bir dövlət qurumu ölüləri sortlaşdırmaq təklifi ilə çıxış etsin. Hər halda, hələ ki, bu novatorluq Azərbaycana, daha dəqiq desək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məxsusdur. Lakin ümid edək ki, digər müsəlman ölkələri də yaxın gələcəkdə  Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu ideyasından lazımınca bəhrələnəcək və bu zaman ölkəmizə minnətdarlıq ünvanlamağı da unutmayacaqdır.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

 

loading...
Ostankino teleqülləsini ildırım vurdu
Ölüm riskini artıran genlərin 28 min illik miras olduğu ortaya çıxdı - MARAQLI ARAŞDIRMA
200-dən çox mağazası olan məşhur geyim markası iflas etdi - FOTO
Dünyanın ən yaşlı yapışıq əkizləri həyatını itirdi - FOTOLAR
Azərbaycanın strateji nöqtələrini vurma təhdidinə ermənilərin qənimindən CAVAB...
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
“"On minə toya gedirəm" deyən müğənniyə görün heç min manat verən olacaqmı?”
Siyasət
"Ölkəmizdə bu tədqiqat aparılsaydı, müsbət təsirlərini görəcəkdik" - Azərbaycanlı həkim + VİDEO
Müsahibə
"Adamları o qədər “mandraja” salırlar ki, bir-birinin üzünə baxmağa da qorxurlar..."
Gündəm
"Koronavirusa qarşı kollektiv toxunulmazlıq mümkün deyil" – Pandemiya daha bir ümidə son qoydu...
Gündəm
“Karantin rejimində insanların evdə oturmasını təmin etmək üçün müəyyən işlər görülməlidir”
Yazar
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
"Siyasi leksikonumuzdan “Dağlıq Qarabağ” və “münaqişə” məhfumlarını birdəfəlik çıxarmalıyıq"
Həftənin ən çox oxunanları
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247