Xəbər lenti
01/12/2020 [21:57]:
“NATO Qarabağ münaqişəsinin tərəfi deyil” - Baş katib
01/12/2020 [21:55]:
İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyi ilə bağlı komitədən AÇIQLAMA
01/12/2020 [21:19]:
İrəvanda növbəti aksiya: Saxlanılanlar var
01/12/2020 [21:14]:
"Vətənpərvərliklə bağlı yazdığım 3 mahnı var ki, onlardan birini Almaxanım Əhmədli ifa edib"
01/12/2020 [21:09]:
Azadlıq meydanı Qələbə paradına hazırlaşır - FOTO
01/12/2020 [21:01]:
Çavuşoğlu NATO XİN rəhbərləri ilə Qarabağı müzakirə etdi - FOTO
01/12/2020 [21:00]:
“Cəsur döyüşçü” medalının Əsasnaməsi təsdiqlənib
01/12/2020 [20:46]:
Ayrı-ayrı ərazilərin işğaldan azad olunmasına görə medalların Əsasnamələri qəbul edildi
01/12/2020 [20:38]:
Sevgi məktublarını xanımından gizləyən Xalq şairi haqqında MARAQLI FAKTLAR...
01/12/2020 [20:30]:
“Mikoyan Moskvada Zod məsələsini saxtakarlıqla Ermənistanın xeyrinə həll etdirdi”
01/12/2020 [19:52]:
Mübariz Qurbanlı: “Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa səsləyirik”
01/12/2020 [19:40]:
Vilyam Hacıyevin həbs müddəti uzadılıb
01/12/2020 [19:39]:
Daha iki medalın statusu məlum oldu - FOTO
01/12/2020 [19:37]:
Şəhid ailələrinə 11 min, I qrup əlillərə 8800, II qrup əlillərə 6600, III qrup əlillərə 4400 manat veriləcək
01/12/2020 [19:32]:
"Laçına ailəlikcə sonuncu gedişimiz zamanı 5-cı sinifdə oxuyurdum..."
01/12/2020 [19:27]:
"Bu yırtıcı və amansız cəlladlar laçınlıların evlərinə soxularaq 28 il orada yaşayıblar”
01/12/2020 [19:20]:
"Ya tövbə deməyi bacarmalıyıq və yeni sivilizasiyaya getməliyik, ya da..." - VİDEO
01/12/2020 [19:08]:
101 yaşlı qadın 9 ayda 3 dəfə koronavirusa qalib gəldi - MARAQLI
01/12/2020 [19:02]:
Suqovuşan uğrunda şəhid olan müəllim
01/12/2020 [18:55]:
“Qarabağ” ordeninin statusu müəyyənləşib
01/12/2020 [18:46]:
“Zəfər” ordeninin statusu məlum oldu - FOTO
01/12/2020 [18:46]:
Koronavirus testi verən qadın tibb işçisinə hücum etdi - VİDEO
01/12/2020 [18:42]:
“Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək? - RƏSMİ
01/12/2020 [18:25]:
Vətən müharibəsində yüksək peşəkarlıq göstərən dəniz piyadaları geri qayıdıb - FOTO
01/12/2020 [18:19]:
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir - VİDEO
01/12/2020 [18:17]:
Laçın rayonuna dəymiş ziyan qiymətləndiriləcək
01/12/2020 [18:16]:
Qayalıqlara dırmaşan model suya düşdü "Təbiətin intiqamı "+FOTOLAR
01/12/2020 [18:10]:
Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert
01/12/2020 [18:07]:
Prezident medallarla bağlı qanunu təsdiqlədi
01/12/2020 [18:04]:
Azərbaycan əsgəri Zori Balayanın oğlunu dəhşətə gətirdi: “Anlamıram, onlar dayanmadan 8-9 saat...” - VİDEO
01/12/2020 [18:01]:
Karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlandı
01/12/2020 [17:59]:
Prezident “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanunu imzaladı
01/12/2020 [17:56]:
Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək
01/12/2020 [17:53]:
Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
01/12/2020 [17:53]:
ADAU-ya BP şirkətinin dəstəyi ilə TEAS-Press Nəşriyyatı evi tərəfindən nəşr olunmuş kitablar hədiyyə olunub
01/12/2020 [17:49]:
"Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın"
01/12/2020 [17:47]:
Lalə Məmmədova koronavirusa verilişdə yoluxduğunu açıqladı
01/12/2020 [17:39]:
Qaxda polislər qanvermə aksiyasına qoşulublar - FOTO
01/12/2020 [17:35]:
Sami Yusufdan Laçınla bağlı paylaşım - FOTO
01/12/2020 [17:34]:
"İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir"
01/12/2020 [17:32]:
“Milli-mənəvi dəyərlər Qarabağ mədəniyyəti konteksində” adlı tədbir keçirilib
01/12/2020 [17:31]:
Əsgərini canı bahasına xilas edən komandir - VİDEO
01/12/2020 [17:27]:
BDU bayrağı təhqir edən tələbə ilə bağlı qərar verdi
01/12/2020 [17:23]:
Qələbəmizin Laçın zirvəsi...
01/12/2020 [17:21]:
Bu gün Şəfiqə Əliyevanın 90 illik yubileyidir
01/12/2020 [17:11]:
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq
01/12/2020 [17:10]:
Rusiya MN Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb
01/12/2020 [17:07]:
Azərbaycan bütövdür!
01/12/2020 [16:51]:
“Anarı biabır elədim ki, əgər qisasın var idisə, heç dəfn mərasiminə də gəlməyəydin...”
01/12/2020 [16:45]:
Sevgilisi koronavirusa yoluxan Hadisədən ayrıldı
01/12/2020 [16:22]:
“SOCAR Türkiyə” Laçının qayıdışını piano ifası ilə qeyd etdi - VİDEO
01/12/2020 [16:14]:
Laçının səhiyyə müəssisələrinin sayı AÇIQLANDI
01/12/2020 [16:11]:
"Azərbaycan beynəlxalq hüquq praktikasında və bölgədə yeni reallıq yaratdı"
01/12/2020 [16:09]:
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
01/12/2020 [16:08]:
“İş yoldaşlarımın çoxunu əsir götürdülər, indiyə kimi xəbər yoxdu...” - FOTOLAR
01/12/2020 [16:01]:
"Çox təəssüf ki, Azərbaycanda olmamışam, amma özümü sizlərdən biri bilirəm" -FOTOLAR
01/12/2020 [15:51]:
Qarabağı kim minalayıb?
01/12/2020 [15:50]:
Laçın küçəsinə gündüz saatlarında  Azərbaycan bayrağı sancıldı...-FOTO
01/12/2020 [15:44]:
İranın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq
01/12/2020 [15:41]:
Paşinyanın blokundan daha bir deputat çıxdı
01/12/2020 [15:29]:
Açıq havada tibbi maskadan istifadə virusdan necə qoruyur?
01/12/2020 [15:26]:
“Hələ ki, cismim əyilməyib, əzrailə canımı vermərəm...”
01/12/2020 [15:16]:
Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzaladı
01/12/2020 [14:57]:
"Məhəbbətin və Laçın həsrəti ilə dünyadan köçənlərin ruhları şaddır"
01/12/2020 [14:56]:
Melania Trump sonuncu dəfə Ağ Evin Milad dekorunu nümayiş etdirdi - FOTOLAR
01/12/2020 [14:52]:
“44 günlük Vətən Müharibəsində ordumuz bir dəfə də olsun bir santimetr geri çəkilmədi”
01/12/2020 [14:47]:
Azərbaycanda 4 426 yeni yoluxma qeydə alındı
01/12/2020 [14:30]:
Pandemiya dövründə məhkəmə fəaliyyəti müzakirə olunub
01/12/2020 [14:29]:
“Qarabağ” Qəbələyə getməkdən imtina etdi
01/12/2020 [14:16]:
Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
01/12/2020 [14:13]:
“Anama yaxşı baxın, onu fikirləşməyə qoymayın...” - FOTOLAR
01/12/2020 [14:09]:
BDU tələbələri “Coğrafi imla” beynəlxalq aksiyasında iştirak ediblər
01/12/2020 [14:08]:
"Azərbaycanımızı təhqir edən fransız müəllimi işdən azad edən Qərb Universiteti mənim üçün dünyanın ən uca ali təhsil ocağı oldu"
01/12/2020 [14:03]:
Prezident: “Yaralı əsgərlərimiz hospitallarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə”
01/12/2020 [13:58]:
Laçın rayon ziyalıları Prezidentə müraciət ünvanladı
01/12/2020 [13:56]:
Laçını işğala qədər görmüş cavanların da hamısı yurd yerlərini yaxşı xatırlamırdı...
01/12/2020 [13:47]:
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
01/12/2020 [13:41]:
Rusiya hərbçiləri özlərinə xidmət üçün  Laçında 200 erməni saxlamaq istəyir?..
01/12/2020 [13:33]:
Qarabağın Alban kilsələri və bitməyən Erməni yalanları
01/12/2020 [13:25]:
“Sovet rəhbəri Stalin 1943-cü ildə Tehranda keçirilən konfransa bu yolla getmişdi”
Bütün arxiv bir sırada
31/01/2015 [10:07] - Araşdırma - ( 6036 dəfə baxılıb)

"Milləti hansısa oyun havasına oynatmaq tarixçiyə yox, zurnaçıya aid məsələdir"



Professor Cəmil Həsənlinin 5-ci sinfin "Ata yurdu" dərsliyində Talış xanlığından bəhs edilməməsi ilə bağlı səsləndirdiyi fikirlər elmi ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Tarixçi alimin Azərbaycan xanlıqlarından bəhs edilərəkən Talış xanlığının adının belə çəkilməməsini qınaması, bunu həmin dərsliyin qüsuru kimi nəzərə çatdırması bəzi ziyalıların, eləcə də həmin dərsliyin müəllifləri tərəfindən etirazla qarşılanıb. Hətta bəzi tarixçilər daha da uzağa gedərək hörmətli alimi təxribatçılıq toxumları səpməkdə ittiham edib. Bütün bu ittihamlara aydınlıq gətirmək məqsədilə professor C.Həsənliyə müraiət etdik.

 

"Həmin kitab dərslik olmasaydı, ordakı səhvlərin üzərindən keçmək olardı, amma..."

 

Moderator.az-ın sualını cavablandıran C.Həsənli səsləndirdiyi iradlarla bağlı əks arqument kimi ortaya qoyulan fikirlərin məntiq və reallıqdan uzaq olduğunu qeyd etdi:

"5-ci sinif “Azərbaycan tarxi. Ata yurdu” dərsliyi haqqında açılan müzakirə ilə bağlı kitabın ortaq müəllifləri olan Leyla xanım Hüseynova və  Hafiz Cabbarovun fikirləri ilə də tanış oldum. Hafiz bəy mənə açıq məktub yazmış, Leyla xanım isə “pedaqoji cavab”ında bizim iradlarımız tamamilə yersiz hesab etmişdir. Belə yanaşma onların hüququdur. Mənim dərslik haqqında dediyim iradlar tək Yaqub Mahmudova aid deyil, eyni zamanda ortaq müəlliflərə də aiddir. Ona görə eyni şeyləri təzədən təkrar etmək fikrində deyiləm. Lakin ortaq müəlliflər ünvanımıza bir sıra sual və ittihamlar səsləndirdiklərindən görünür bəzi məqamları yenidən xatırlatmaq lazımdır. Yeri gəlmişkən, haqqında söhbət gedən kitab dərslik olmasaydı, orada buraxılan səhvlərin üzərindən keçmək olardı. Əlbəttə, mən yaxşı bilirəm ki, dərsliyin konsepsiyasının müəyyən edilməsi və oradakı terminlərin necə işlədilməsi məsələsi nə Leyla xanımlıqdır, nə də Hafiz müəllimə aid məsələdir. Onların hər ikisini mən istedadlı müəllim kimi tanıyıram. Bunlar hamısı Yaqub Mahmudovun yeni “tarix doktrinasının” təzahür formalarından biridir. Leyla xanım məsələni “tarix fənni üzrə kurikulumun” tələbləri və “pedaqoji meyralrlarla” əlaqələndirib, fikrini siyasi ittihamlarla tamamlayır: “Orta məktəb dərsliyini siyasətdə istifadə etməklə siyasətə yeni tərz gətirmək və guya polemika yaratmaqla ictimaiyyət arasında ziddiyyət toxumu səpmək heç bir azərbaycanlıya yaraşmaz”. Amma insafən vəd verir ki, “Xanlıqlar dövrünü, eləcə də Lənkəran xanlığını məktəblilər 8-ci sinifdə daha geniş şəkildə öyrənəcəklər”. Hafiz müəllim isə daha dərinə gedərək mənim dərslik haqqında fikirlərimi nə az, nə çox təxribat hesab edir. Hörmətli ortaq müəlliflər xanlıqlar dövrü ilə bağlı müəllif olduğunuz dərslikdə 17 səhifə material verilmişdir. Əvvəlki yazılarımda qeyd etdiyim kimi Şəki, Qarabağ, İrəvan və Gəncə xanlıqları haqqında ayrıca mövzu verməyiniz tam normalıdır və burada qeyri-adi bir şey yoxdur. Lakin Azərbaycanın parçalanması paraqrafında mövqeyiniz yanlışdır. Ona görə yanlışdır ki, Azərbaycanın hazırkı hüdudları məhz, Gülüstan və Türkmən çay müqavilələrinin müəyyən etdiyi hüdudlar daxilində formalaşmışdır. Siz yazırsınız ki, bu müqavilələr ilə “Azərbaycanın Araz çayından şimaldakı bütün torpaqları Rusiya tərəfindən işğal olundu”.  Heç bir əlavə şərh vermirsiniz. Axı bu müqaviələrlə ölkəmizin tarixində və taleyində yeni bir dövr, yeni bir era başladı. Dünya tarix ədəbiyyatına “Şimal”, “Cənub”, “Rus Azərbaycanı”, “İran Azərbaycanı” terminləri gəlməyə başladı.  Bu məsələ ilə bağlı sizin qiymətləndirməniz  həm tarixi, həm də siyasi baxımdan natamamdır. Belə yanaşma vətənimiz haqqında ilkin tarixi biliklər alan 11-12 yaşlı məktəblilərin fikir və düşüncəsində “Arazdan şimaldakı” Azərbaycan təsəvvürlərini yaradır. Müəllifi olduğunuz dərsliyin üz qabığında verdiyiniz Azərbaycanın xəritəsinin konturlarına diqqətlə baxın. Araz çayının axın xətti həmin xəritədə çox aydın əks olunmuşdur və həmin xətdən cənubda qalan, qeyd edilən müqavilələrin subyekti olan ərazilərimiz harada qalır.

 

"Niyə səhv danışan yox, həqiqəti deyən "təxribatçı" olur?"

 

C.Həsənli həqiqəti dediyi üçün onu "təxribatçı" adlandıranların məntiqini də anlamadığnı qeyd etdi:

"Necə olur ki, Siz vətənimizin beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüdudları barədə şagirdlərimizə səhv məlumat verəndə “təxribatçı”, “ziddiyyət toxumu”səpən olmursunuz, amma bunları dediyimə görə mən təxribatçı oluram. Mən heç yerdə yazmamışam ki, 5-ci sinfin tarix dərsliyində Talış xanlığı haqqında ayrıca paraqraf verilməlidir. Mənim dediyim ondan ibarətdir ki, Şəki xanlığı haqqında dərslikdə 4 səhifə material verməklə yanaşı, bir cümlə ilə Talış xanlığını da xatırlatmaq pis olmazdı. Ən azından ona görə ki, bu xanlığın torpaqları Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiyanın işğal zonasına keçmişdi və Araz çayından şimalda deyil, məhz cənubda yerləşirdi. Axı Siz “Ata yurdun” hüdudları haqqında şagirdlərin təsəvvürlərini formalaşdırmaq kimi bir missiyanı öz üzərinizə götürmüşünüz. Necə olur ki, həmin ata yurdun Talış dağlarının ətəklərində olan binələrini, vətənimizin bir hissəsini diqqətdən kənarda qoyursunuz? Əvvəl bunu mən təsadüf hesab edirdim, amma müzakirələrin gedişində aydın oldu ki, 200-250 il bundan əvvəl mövcud olmuş “Talış xanlığı” ifadəsi ilə müəyyən problemləriniz var. Yurdun bir hissəsinin “unudulması” da məhz bununla bağlıdır. Bir daha təkrar edirəm ki, bu sizlik deyil, bilavasitə Yaqub Mahmudova aid məsələdir.  Hafiz müəllim açıq məktubunda yazır ki, digər xanlıqlar haqqında da məlumat verilmir, mən niyə məhz, Talış xanlığını diqqət mərkəzinə çəkirəm. Əvvəla dərslikdə qeyd edilən 4 xanlıqdan başqa Quba, Bakı, Naxçıvan, Dərbənd, Təbriz, Urmiyə xanlıqlarının və hətta Ordubad  mahalının adı müxtəlif konteksslərdə bir-iki dəfə çəkilir. Tamam diqqətdən kənarda qalan Şirvan xanlığı ilə Talış xanlığıdır. Şirvan xanlığı da müəyyən etdiyiniz Arazdan şimaldakı ərazilər məfhumuna hansısa formada daxil olur. Amma Talış xanlığı üçün Sizin çızdığınız hüdudlarda yer yoxdur.  Hafiz bəy bizə sual edir: “Rusiyapərəst siyasət yürüdən Mir Mustafa xan Lənkəran xalqı 1812-ci ildə işğalçılara qarşı qəhrəmancasına mübarizə apararkən  harada idi? Niyə azadlıq mübarizəsinə başçılıq etmirdi? Bu hansı yurduna bağlılıq idi?”  Tarix dərsliyi yazmaq iddiasında olan müəllif eyni məntiqlə gərək Qarabağlı İbrahimxəlil xan və Şəkili Səlim xana da bu sualları versin ki, işğalçılara qarşı Çavad xan kimi xalqın başında durub mübarizə aparmaq əvəzinə 1805-ci ildə Kürəkçay müqaviləsi ilə niyə Rusiya himayəsinə keçdilər.

 

"Hər bir tarixi hadisəyə öz zamanının şərtləri daxilində yanaşmaq lazımdır"

 

C.Həsənli tarixi olaylara o dövrün şərləri çərçivəsində baxmağın zəruri olduğunu vurğuladı:

"Hər bir tarixi hadisəyə öz zamanının şərtləri daxilində yanaşmaq lazımdır və tez-tez İran tərəfindən təhdid edilən Azərbaycan xanlarının Peterburqun simasında uzaq himayəçi axtarmaq dövrün sonralar özünü doğrultmayan ümumi tendensiyası idi. Digər tərəfdən, əgər Mir Mustafa xan Rusiyapərəst idisə, onun oğlu Mir Həsən xan 1826-cı ildə rus işğalçılarına qarşı mübarizə bayrağını qaldırıb 6 gün ”“ 6 gecə qızğın döyüşlərdən sonra, Lənkəran qalasını və  bütün Talış xanlığının ərazilərini Rusiya ordularından azad etməklə tarixə yaxşı bir vətənpərvərlik nümunəsi vermişdi. İşğalçılara qarşı ümumi mübarizə məqsədi ilə onun öz qardaşlarını Mirzə Adıgözəl bəyin yazdığı kimi Qarabağa göndərməsi də tarix üçün pis nümunə deyil. Hafiz bəy məktubunda “Lənkəran xalqı” ifadəsi işlədir. Bəlkə izah eləsin ki, o hansı xalq idi?  Gəncə, Qarabağ, Naxçıvan, İrəvan, Şəki, Bakı, Quba, Şamaxı, Lənkəran, Dərbənd, Təbriz xalqı yox idi, vahid bir Azərbaycan xalqı, müsəlman əhalisi var idi və onlar da yurdun müxtəlif guşərgələrində yaşayırdılar.  Daha sonra qeyd edir ki, guya mən “Lənkərana qarşı ayrı-seçkilik edildiyini və onun adının çəkilmədiyini iddia edirəm”. Mənim belə bir iddiam  yoxdur və mən Lənkərana qarşı ayrı-seçkilik edildiyini heç harada ifadə etməmişəm, sadəcə olaraq Azərbaycanın parçalanması paraqrafında məlum müqavilələrlə Rusiya idarəçiliyinə keçən ərazilərin düzgün göstərilməsi, yəni Talış xanlığının də xatırladılmasını yada salmışam. Bəziləri, o cümlədən Fazil bəy Mustafa  Lənkəran xanlığı ifadəsi ilə bağlı Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri xani Lənkəran”  komediyasını yada salırlar. Nəzərə almaq lazımdır ki, Mirzə Fətəli bədii əsər, komediya yazıb və o, öz əsərinə istənilən adı qoya bilərdi. Belə yanaşma müəllifin bədii təfəkkürünün məhsuludur və heç bir halda komediya tarix üçün mənbə rolunu oynaya bilməz. Amma elə haqqında söhbət gedən dərslikdə tarixçi mütəfəkkir Abbasqulu ağa Bakıxanov haqqında şagirdlərə gərəkli məlumat verilib, onun “Gülüstani-İrəm” kitabı örnək kimi göstərilir. Bu halda biz niyə tarixçiliyimizin təməl kitabını və digər mötəbər tarixi mənbələri görməməzliyə vurub,  özümüzdən müxtəlif adlar uydurmalıyıq.  Kim bunu iddia edirsə zəhmət çəkib dövrün tarixi proseslərini əks etdirən ikicə mənbə qoysun ortalığa və bununla da məsələ bitib qurtarsın. Bunu etmək əvəzinə Yaqub Mahmudov bəyan edir ki, “Azərbaycan dövlətçiliyinin mərkəzi olan cənub bölgəsi Azərbaycan havası ilə oynayır, onu təzədən çaşdırıb “Talışıstan” havası oynatmaq Vətənə xəyanətdir”. Sən demə Yaqub Mahmudovun bəstələdiyi bu oyun havası millətimizin nicat yolu imiş, dövlətimizin və xalqımızın birliyi və bərabərliyi də əl-ələ verib yallı getməkdən ibarət imiş.

 

"Milləti hansısa oyun havasına oynatmaq tarixçiyə yox, zurnaçıya aid olan məsələdir"

 

Tarixçi alim Y.Mahmudovun məsələyə bu cür yanaşmasının elmi məntiqdən tamamilə kənar olduğunu vurğuladı:

"Milləti hansısa oyun havasına oynatmaq tarixçiyə yox, zurnaçıya aid olan məsələdir. 37-ci ilin düşüncə və təfəkkür tərzinin acı təzahürdür belə yanaşma.

Bu adamlar başa düşmür ki, Şirvan xanlığını Şamaxaı xanlığı, Talış xanlığını Lənkəran xanlığı kimi təqdim etmək elmi cəhətdən doğru deyil, tarixi mənbələrlə ziddiyyət təşkil edir. Yolun düzünü qoyub niyə özlərindən oyun havası uydururlar. Kimlərinsə bundan istifadə edə biləcəyi mücərrəd ehtimallarla tariximizi səhv məcraya yönəltmək ziyanlı yoldur və bundan çəkinmək lazımdır. Kimlərsə bu inzibatçılıq dalğasında vətənpərvərlik nümunəsi göstərmək istəyirsə bu çox ucuz vətənpərvərlikdir.  Dərslik dövlət siyasətidir. Orada özfəaliyyətə yol vermək olmaz. Dərslikdə yalnız təsdiqini tapmış, heç bir mübahisə doğurmayan məsələlər yer almalıdır. Orada dəfələrlə təkrar olunan “Qacar dövləti” ifadəsi də yol verilməzdir. Müəlliflərin istinad etdiyi Gülüstan və Türkməncay müqavilələrində onu imzalayan dövlətlərin rəsmi adı verilmişdir. Əgər həmin tərəflərdən biri kimi İranı Qacar dövləti kimi verirsənsə, onda Rusiyanı da İvan dövləti kimi ver də. Bu adamlar anlamaq istəmirlər ki, dərslikdə belə ucuz şeyləri etmək olmaz. Gənc nəslin vətənpərvərlik tərbiyəsini saxta postulatlar üzərində qurmaq olmaz. Bu ziyanlı yoldur və bundan çəkinmək lazımdır".

 

 Seymur Əliyev    


  

loading...
Sevgi məktublarını xanımından gizləyən Xalq şairi haqqında MARAQLI FAKTLAR...
101 yaşlı qadın 9 ayda 3 dəfə koronavirusa qalib gəldi - MARAQLI
Koronavirus testi verən qadın tibb işçisinə hücum etdi - VİDEO
Qayalıqlara dırmaşan model suya düşdü "Təbiətin intiqamı "+FOTOLAR
Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“İş yoldaşlarımın çoxunu əsir götürdülər, indiyə kimi xəbər yoxdu...” - FOTOLAR
Cəmiyyət
“Bundan gözəl gün ola bilməz, Laçından çıxanda 11 yaşım var idi...” - Əməkdar artist...
Cəmiyyət
“Atam qaçqınçılıqdan əvvəl universitetdə müəllim işləyirdi və arzulayırdı ki, pensiyaya çıxıb Laçına qayıtsın...”
Araşdırma
Qarabağdakı 15 işləyən mədəndən 2-i hələ də ermənilərin əlindədir...-FOTOLAR
Hadisə
Azərbaycan Ordusu üzü Laçına girməyə başladı... - İlk görüntülər-VİDEO

Yazar
İlham İsmayıl
Düşmən dirçəlmək istəyir, düşməni dirçəldən var...
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Seymur Əliyev
Bayraq: Bizi biz edən dəyər...
Həftənin ən çox oxunanları
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247