Rusiyanın Qafqaz siyasəti
İqtisadi, siyasi, geostratejik önəmi və hələ də həll
edilməmiş etno-demografiq problemlərindən dolayı potensial konflikt riski altında
olan bölgələriylə Qafqaz bu gün formalaşmaqda olan yeni dünya dəngəsində önə
çıxmaqdadır. Rusya imperialist iddiaları, xarici siyasətdəki “yaxın çevrə”
doktrinası baxımından Qaradəniz və Xəzər ətrafını iqtisadi ”“siyasi, hərbi”“stratejik
olaraq tarixi, vaz keçməsi mümkün olmayan bir hakimiyət bölgəsi olaraq görməkdədir.
Rusyanın Ukrayna, Krım ətrafında gedən proseslərdə
bütün yaşananları özünü çevrələyən Qərb təhlükəsi, Avrasyada küncə sıxışdırılma
və Rus imperialist maraqlarının təhdit altına alınması kimi qəbul etdiyini
gördük. Ortada bir də mübarizəsi əsrlərlə davam edən Türkiyə və ümumiyyətlə
türk faktoru var.
Rusya kürəsəl güc olma yürüşünə tarixi Türk
torpaqlarını işğal edərək Xəzərə, Qaradənizə çıxış əldə etməklə başlamışdır. Post
”“sovet dönəmi yeni müstəqil türk cümhuriyətləri ortaya çıxsa da Rusya üçün
yaxın çevrə ölkələrində var olmaq, Rusya Federasyası sərhədləri daxilində var
olmaqla paralel olaraq qəbul edildiyi üçün bütün bu coğrafiyalarda Türk ”“Rus rəqabəti
də davam etməkdədir. Qarabağ problemi də daxil, bölgədəki bütün məsələlərin həlli
Rusyanın Qafqaz siyasətinin təməllərini, olmazsa olmazlarını anlayaraq ona görə
siyasət formalaşdırmaqdan keçir.Rusyanın Qafqaz siyasətinin tarixinə göz
atmaqla bu gün nə etmək istədiyi haqda da aydın təsəvvürə malik ola bilərik.
Moskovanın Türk coğrafiyalarına doğru genişləməsi
davam etdikcə özünə sosyal dayaqlar formalaşdırmaq və işğal etdiyi torpaqlarda
qalıcı ola bilmək üçün bölgənin etno-demografiq, dini mənzərəsini də tarixi
seyrindən qopararaq dəyişdirdiyini görürük. Bu gün meydana çıxan reallıqlar bu
dövlətin zamana yayılan imperialist siyasətinin nəticəsində ortaya çıxıb və biz
bu reallıqları, konflikt və qarşıdurma risklərinin siyasi, kültürəl, tarixi təməllərini
öyrənmək məcburiyətindəyik.
Unutmayaq ki, Güney Qafqaz eyni zamanda Rusyanın zəif
nöqtəsidir. Dəyişən dünya dəngəsində bütövlükdə Qafqazda stabillik və hüzurun təmin
olunması üçün bu coğrafiyada yaşayan xalqlara yönəlik Türkiyə və Azərbaycanın
birgə strategiya formalaşdırması vacibdir. Bu xalqlarla olan tarixi, kültürəl
iqtisadi bağların gücləndirilməsi eyni zamanda Rusyanı da bütövlükdə Türk
gücüylə hesablaşmağa, Qarabağ kimi problemlərin həllində Azərbaycanın haqlı tələbini
qəbul etməyə sövq edə bilər.
Türkiyənin və Azərbaycanın bölgədəki maraqları,
xüsusilə Güney Qafqazın müsəlman xalqlarının birliyinin dəstəklənməsini, onların
radikal dini cərəyanlara meyillənmələrinin əngəllənməsini, normal, mötədil bir
çizgidə- İslam qardaşlığı çizgisində vəhdətin təmin edilməsinin vacibliyini
ortaya qoyur. Tarixi, etnik ve sosio-kültürəl olarak bir-birinə qohum millətlər
halına gəlmiş Güney Qafqazda sabitlik və huzur Türkiyəylə, Azərbaycanla əlaqələrin
daha da inkişaf etməsinə və bölgə xalqlarının daha müstəqil hərəkət etməsinə səbəb
olacaqdır. Qafqazdakı Qarabağ, Osetya, Abxazya kimi problemlərin yaranma səbəbləri
və həlli yollarının daha yaxşı anlaşılması için rus işğalı ve bölgənin
etno-demografiq həqiqətləri üzərində düşünməkdə fayda var. Qafqaz iç-içə və
qarışıq etno-demografiq strukturuyla tarihin bütün dövrlərində etnik ve kültürəl
birlik tələb etmiş, bir ”“biriylə qohum olan toplumlar sülh və hüzur içində
yaşamışdır.
İslamiyyətin bu bölgədə yaşayan xalqlar arasında
yayılmasıyla bu din coğrafiyamızda zəngin etnik mozaikanı birləşdirən bir dəyər
rolunu oynamış, əsrlərdir, Qafqaz xalqları müsəlman kimliklərini əsas dəyər
olarak önə çəkərək imperialist hücumlara qarşı birgə müqavimət göstərmişlərdir.
Başda M. Ə. Rəsulzadə olmaqla XX əsr Azərbaycan aydınlarının müdafiə etdikləri
Qafqaz Birliyi tezisi də əslinda rus totalitarizminə və bölgədə həyata keçirilmək
istənilən etnik-demografiq, dini təxribatlara qarşı bütün Qafqaz xalqlarında
bir birlik, müqavimət və müstəqil yaşam şüuru formalaşdırmağı hədəfləməkdəydi. Bu
birliyin alternativi isə Rusyanın imperialist maraqları çərçivəsində Qafqazda yaratdığı
yeni durumla etnik ve kültürəl təməlli konfliktləri qızışdıraraq buralarda at oynatması
və beləcə hər kəsi öz idarəsi altında almasıdır.
Sovet dövlətinin dağılmasından sonra Rusyanın
birbaşa düyməyə basmasıyla Qafqazda etnik çatışmaların baş verdiyini gördük.
Bölgədəki stratejiq mövqeyi, zəngin neft ve gaz rezervləriylə Qafqazın lideri olmaq
potensialına sahib Azərbaycanın və önəmli tarnzit ölkə mövqeyiylə Gürcüstanın formalaşmağa
başlayan yeni dünya düzənində aktiv rol alma ehtimalları, əlbəttə ki, Qafqazda
həyati əhəmiyyətli maraqları olan Rusyanı qorxutmaqdadır.
Azərbaycan Qafqazda , Orta Asyada, Balkanlarda əsrlərlə
dabam edən rus-türk nüfuz mübarizəsi baxımından da stratejik önəmə sahibdir. Üstəlik,
rus dövlət hafizəsində də türk varlığı, əsrlərdir, əsas təhdid ünsürü olaraq da
yer almaqdadır.
Rusyanın coğrafi mövqeyi və hazırkı etnik ”“dini
mozaikası göz önündə canlandırılanda bu narahatçılıq daha yaxşı anlaşılır.
Sovet sonrası müstəqilliklərini elan eden türk cümhuriyətləri və onların sahib
oldukları təbii zənginliklər,Türkiyəylə əlaqələrin inkişafı Rusyanın
arzulamadığı proseslərdir. Bu mənada Rusya üçün bütövlükdə Qafqazda varlığını qoruya
bilmək üçün Azərbaycan və Gürcüstanda var olmaq, bu iki ölkəni nəzarət altında
tutmaq vacibdir. Tarixi Azərbaycan torpaqlarında Rusyanın qurduğu Ermənistan
dövləti və erməni amili adı altında təcavüzkarlığın sürdürülməsi də Azərbaycanı
cilovlamaq məqsədinə xidmət edir.
Qarabağ probleminin Rusyanın əlində Azərbaycana
daima təsir edəcək milli dövlətçiliyi savaş, yeni ərazilərin işgalı riskiylə təhdid
edərək Moskvaya bağlı hala gətirəcək bir riçaq olaraq tutulduğu sirr deyil. Eləcə
də Güney Osetya və Abxazya da Gürcüstanın müstəqilliyinin və dövlətçiliyinin
başının üstündə asılan demokl qılıncıdır.
Bu günkü statüs-kvonu; Rusyanın bölgə üzərindəki
niyətlərini daha yaxşı anlamaq üçün Qafqazın işğalından sonra Çar Rusiyasının
bölgədə həyata keçirdiyi siyasətə də əsas çizgiləriylə toxunmaq lazımdır. Çünkü
Çar Rusyasının bu bölgəni işgal etdikdən sonra həyata keçirdiyi müstəmləkəçi
köç və asimliyasiya siyasəti etnik və dini konfliktlər baxımından daha təhlükəli
Qafqaz həqiqətini ortaya çıxarmış , potensial konflikt riski daşıyan problemlər
meydana gəlmişdir. Güney və Quzey Qafqazdakı bu potensial konflikt bölgələrinin
tarixi- sosioloji təməllərini anlamaq üçün də bir az geriyə qayıtmaq lazımdır.
Əslində Rusların Xəzər bölgəsinə olan marağı qədim
dönəmlərə qədər uzanmaqdadır. X. və XI. əsrlərdə Kiyev knyazlığı dönəmində
Ruslar Xəzər bölgəsinin təbii zənginlikləriylə maraqlanmağa başlamışlar.
Rusyanın Qafqaz siyasətinin formalaşmasında bu bölgədə yaşayan xalqlarla olan
ticarət də önəmli rol oynamışdır. İbn Fadlan, X. əsrdə qələmə aldığı seyahatnaməsində
Xəzərlərin İtil şəhərində qurulmuş olan bazarlarda Ruslara rast gəldiyini
yazmaqdadır. Hətta Rusların, 944 ”“də Quzey Azərbaycanın ən böyük şəhərlərindən
olan Bərdəni yağmaladıqları da bilinməkdədir. 16.əsrə gəldiyimizdə Ruslar Xəzər
dənizində ticaret filotları qurmuşlar və Ağqoyunlular dönəmindən sonra isə Azərbaycan
coğrafyasında get-gedə güclənmişlərdir.
Səfəvilərlə Ruslar arasında xüsusiylə Şamaxı üzərindən
ticaret aktif bir şəkildə davam etmişdir. Ruslar Avropalıların da Rusya vasitəsiylə
Doğuyla əlaqə qurmaq niyətində olduğunu və onların da doğu ticarətinə maraq göstərə
bildikleri üçün bu avantajlarından istifadə etmişlər. IV İvan dönəmində bəzi
İngilis şirkətlərinin Moskova”™dan icazə alaraq Xəzərin o tayına ticarət səfərləri
təşkil etdikləri bilinməkdədir. Elə bu dönəmdən etibarən də Ruslar, öz xarici
siyasət doktrinaları istiqamətində strategiyalar formalaşdırmaqla Osmanlını
bölgədən çıxartmanın planlarını qurdular.
Bu strategiyada ilk əngəl Astarxan Xanlığıydı.
Astaraxana xəritədə baxdığımızda dönəmin doğu ve batı ticarətini birləşdirəcək
qovşaq nöqtəsi olduğu açıqca görülməkdədir. Rusların bölgəyə hâkim olması
yolundakı ən böyük maneyələrdən biri də, Müsəlman olan bölgə xalqının
Osmanlı”™ya təbii bağlılıq və simpatiyasının olması, Rusların isə xiristian
inancına ait olmalarıydı. Daha sonraları Müsəlman olan dağlı xalqlarının müqəddəs
cihat adı altında Rus işğalına qarşı dirənişinin bir əsrə qədər davam etdiyini
nəzərə aldıqda din faktorunun münasibətlərdə müəyənləşdirici bir amil olduğu
daha yaxşı anlaşılmaqdadır. Qazan və Astarxan xanlıqlarının işğalıyla birlikdə
Moskvanın Güney Qafqaza doğru genişlənən hərəkatının qapıları da açılmış oldu. Rusya
Güney Qafqazda daimi dislokasiyalı hərbi bazalar qurdu və buradan da Qafqazın qəlbinə
doğru irəliləməyə davam etdi.
Pyotrun XVIII əsrin əvvəllərində başlatmış olduğu Xəzər
yürüyüşlərində iştirak edən zabit və kəşfiyatçıların raportlarında Rusyanın
bölgədə qalıcı ola bilməsi üçün yeni dini ”“etnik coğrafi dizayn həyata keçirilməsinin
vacib olması haqda qeydlərə rast gəlinir. Rusya bölgədə özünə bağlı xiristian əhali
reallığını meydana gətirmək üçün buranın etnik xəritəsiylə oynamaqla yanaşı
etniq fərqlilıklərin reallığında suni sərhədlər və torpaq ixtilafları
çıxarmaqla bütün yerli etniq grupları özündən asılı vəziyətə gətirmənin də
yollarını araşdırmağa başlamaışdır. Bu gün Qafqazda baş verən bütün
ixtilafların təməllərinə baxdığımızda işğal sonrası Rusyanın etno- demoqrafiq planlarının,
yenidənqurma hərəkətlərinin əsas səbəb olduğunu görürük.
Qazan və Astarxan xanlıqlarının işğalı sonrası kilsə
-dövlət ittifaqı tatarlar, başkurdlar, çuvaşlar, udmurtlara qarşı yönəlmiş işgəncə
və zülümlərlə həyata keçirilinən asimilasiya, xiristiyanlaştırma siyasəti
yürütdü. Bu haqda elə Rus tarixçiliyində onlarla elmi iş, bu məsələnin ayrı
ayrı aspektlərini ortaya qoyan əsərlər qələmə alınmışdır. Onlardan sonra sıra
Güney Qafqazın müsəlman dağlı xalqlarındaydı.Burada da əsas hədəf bu xalqların
İslamiyətlə bağlarını qoparmaq, asimiliyasiya etmək və tarixi kültürəl dəyərlərindən
uzaqlaşdırmaqdı.İşğal sonrası birbaşa çarın himayəsində qurulmuş olan məhşur
Osetin komissiyası və Qafqazda Pravoslavlığı Yayma Cəmiyətinin fəaliyətləri
bütün Qafqazın müsəlman dağlı xalqlarının xristiyanlaşdırılmasını əsas hədəf
olaraq qarşıya qoymaqdaydı.
Türkmənçay müqaviləsindən sonrasında Osmanlının şərq
vilayətlərindən və İrandan yüz minlərlə erməninin gətirilərək Azərbaycan
torpaqlarına yerləşdirilməsi yenə Qafqaza tam hakim olmaq strategiyasının tələbiydi.
Pyotrdan bu yana Rus dərin dövlət çevrələrində Qafqazda növbəti xiristian dövlətinin
qurulması qızğın bir şəkildə müzakirə edilməkdə, bu dövlətin Bakıda, Dərbənddə,
Gilanda, yoxsa Mazandaranda qurulması istiqamətində təkliflər ortaya
atılmaqdaydı. Bu məsələdə yenə də əsas rol ermənilərə verilməkdəydi. İrəvan
xanlığının işğalından sonra isə Osmanlının şərq vilayətləriylə də bağlı
Rusyanın planlarının həyata keçirilməsi baxımından bu yeni xiristian dövlətinin
İrəvan xanlığının torpaqlarında qurulması qərarlaşdırılmışdır.
Rusyanın Azərbaycanla bağlı planları bu böyük
projenin həyata keçirilməsiylə də yekunlaşmırdı. Rusya Muğan ”“Mil projesiylə də
1 milyondan artıq rusu Quzey Azərbaycan topraqlarına yerləşdirərək burdakı
Türk-müsəlman varlığına birdəfəlik son qoymaq istəyirdi. Birinci dünya müharibəsi
və ardınca baş verən bolşevik inqilabı Azərbaycanı bu qorxunc aqibətdən
qurtardı. Ancaq Sovet dövründə də gizli yürüdülən imperialist siyasət bu
torpaqlarda davam etdi. Sovet dövründə Qarabağda olduğu kimi bir sıra yerlərdə
yaradılan muxtariyətlər, süni sərhədlərlə bölünən şəhərlər, qəsəbələrlə potensial
ixtilaf strategiyası yürüdülmüşdür.
İki qardaş xalq olan Osetinlər və İnquşlar
misalında Rusyanın siyasəti daha yaxşı anlaşılmaqdadır. Tarixən Tərək çayının
sol sahilində İnquşlar sağ sahilində isə Osetinlər qardaşlıq mühiti içində
yaşamışlardır. İndi Vladiqafqaz şəhəri süni sərhədlərlə İnquşlar və Osetinlər
arasında bölünmüş bu iki qardaş xalq arasında ayrılıq toxumları əkilmişdir.
İnquşlarla Osetinlərin Priqorodnı uğrundakı mübarizəsi hələ də davam etməkdədir.
İllər boyu qardaşca birlikdə yaşayan Gürcülərlə Abxazların arasındakı problem də
Rus siyasətinin bir nəticəsidir. İllər boyu ruslar Qafqazda bütövlükdə müsəlman
gücünü, türk gücünü parçalayaraq, zəyiflədərək, onlar arasındakı birliyə mane
olaraq hakimiyətinin davamlılığını təmin etmişdir.
Bu gün tarixdə yaşanılan bu proseslərin arxa
planını yaxşı idrak etməklə, süni şəkildə bir-birinə qarşı qoyulmuş xalqların
birliyini təmin etməklə Türkiyə, Azərbaycan və Gürcüstanın Qafqazın bütününə
yönəlmiş birgə siyasətiylə bu oyunu pozmaq mümkündür.
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247