Xəbər lenti
03/12/2020 [14:47]:
Hulusi Kılıç: “Bizim bayramlarımız da bir olmalıdır”
03/12/2020 [14:45]:
MN: Vətən müharibəsində 1245 hərbi qulluqçumuz yaralanıb
03/12/2020 [14:44]:
MN: Vətən müharibəsində həlak olmuş 103 hərbçinin DNT yolu ilə şəxsiyyəti müəyyənləşdirilir
03/12/2020 [14:43]:
Kəlbəcər və Laçına komendantlar təyin edilib
03/12/2020 [14:42]:
MN: Vətən müharibəsində həlak olan hərbçilərin adı, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə məlumat ictimaiyyətə açıqlanacaq
03/12/2020 [14:40]:
İtkin düşən hərbçilərimizin sayı elan edildi - Təcili
03/12/2020 [14:29]:
Azərbaycanın Vətən müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı - RƏSMİ
03/12/2020 [14:29]:
Türkiyədə oteldə silahlı insident nəticəsində 5 nəfər yaralanıb
03/12/2020 [14:27]:
"Əsirlikdə olan Dilqəmin, Şahbazın qapısını öz əllərimlə açacam" - VİDEO
03/12/2020 [14:17]:
“8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır”
03/12/2020 [14:03]:
Trampdan Baydenə “xoş gəldin" hədiyyəsi: Nüvə silahlıları ilə “minalanmış” İran sahəsi...
03/12/2020 [13:59]:
“RİA Novosti”dən ikiüzlülük: Separatçıya “DQR”-də Rusiya bazası qurulması haqda sual...
03/12/2020 [13:55]:
Şəkidə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi barədə araşdırmalara başlanılıb
03/12/2020 [13:53]:
Buş, Klinton və Obama kamera qarşısında peyvənd olunacaqlar
03/12/2020 [13:52]:
Sabahın hava proqnozu
03/12/2020 [13:46]:
Azərbaycanda Zəfər Gününün tarixi Atatürkə sonsuz ehtirama görə dəyişdirildi - RƏSMİ
03/12/2020 [13:42]:
Türk əsgəri şəhid oldu
03/12/2020 [13:40]:
Paşinyan daha bir məmuru işdən çıxardı
03/12/2020 [13:38]:
Suqovuşan və Talış kəndlərində sahə inspektorları təyin edilib, xidməti post qurulub - FOTO
03/12/2020 [13:21]:
Ev şəraitində koronavirusa yoluxma riski nəqliyyatda olduğundan daha yüksəkdir
03/12/2020 [13:17]:
“Dedi ki, ya qələbəylə qayıdacam, ya da məni kimlərsə qaytaracaq...”- Əlif Hacıyevin bacısı...
03/12/2020 [13:16]:
Zəngilanda yol qəzası olub, ölən var
03/12/2020 [12:55]:
Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin videogörüntüləri - VİDEO
03/12/2020 [12:53]:
AAYDA-nin qəhrəmanlarının bəzilərini siz də tanıyın... - VİDEO
03/12/2020 [12:48]:
100-dən çox əsgəri əməliyyat edən həkim: “Gözlərini açan kimi..."
03/12/2020 [12:47]:
Ülvi Mehdiyev ASAN əməkdaşları ilə görüşüb
03/12/2020 [12:46]:
Bakıda hərbi parada hazırlıq işləri görülür - VİDEO
03/12/2020 [12:45]:
Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək
03/12/2020 [12:40]:
"Öncə elə bildim gürcüdür, amma sonra məlum oldu ki, ermənidir, izah etməyə çalışdı ki..."
03/12/2020 [12:38]:
"Bilgisiz, cahil insanlarımızı da bu prosesə qoşmaq çox asanlaşıb"
03/12/2020 [12:33]:
Həftənin bu günü işlər dayandırılsın - Komitə sədrindən TƏKLİF
03/12/2020 [12:31]:
“Laçının işğaldan azad olunması Azərbaycanın tarixi Qələbəsinin təsdiqi və post-müharibə dövrünün başlanğıcıdır”
03/12/2020 [12:29]:
“Bu addım ölkə başçısının şəhid ailələrinə olan diqqət və qayğısının göstəricisidir”
03/12/2020 [12:25]:
Yevlaxda COVID-19 xəstəsi karantin qaydasını pozub
03/12/2020 [12:24]:
Ucarda müalicə aldıqları ünvanı tərk edən 2 nəfər aşkarlandı
03/12/2020 [12:21]:
"Camaatın işi-gücü yoxdur oturub sizin şəkillərinizi seçəcək?" - Azərtaşdan yeni layihə
03/12/2020 [12:10]:
İrina Vlax: "Azərbaycan Moldovanın Qaqauziya bölgəsinin sosial infrastrukturunun inkişafına böyük töhfə verir"
03/12/2020 [12:07]:
Laçında Ağoğlan məbədinin üzərində erməni dilində 26 saxta "tarixi" lövhə yerləşdirilib
03/12/2020 [12:01]:
Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
03/12/2020 [12:00]:
Dilqəmlə Şahbaz koronavirusa yoluxub? - AÇIQLAMA
03/12/2020 [11:59]:
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
03/12/2020 [11:55]:
Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir
03/12/2020 [11:53]:
“Bu qələbəyə ən çox sevinən elə şəhidlərimizdir...” - Milli Qəhrəmanın atası...
03/12/2020 [11:46]:
Avropa Trampın yenidən prezident seçilməməsinə sevinir
03/12/2020 [11:39]:
“Bu texnologiya rus sülhməramlılar və ya ermənilərin təxribatına imkan verməyəcək...” 
03/12/2020 [11:31]:
Əsir götürülmüş əsgərin anası: "Övladımın həsrətinə dözə bilmirəm"
03/12/2020 [11:27]:
Azərbaycan nefti 49 dollara qədər bahalaşıb
03/12/2020 [11:16]:
İvanka Tramp atasından sonra da siyasətdə qalacaq?
03/12/2020 [11:11]:
Əlilliyi olan şəxslər üçün 160-dan çox küçədə 2200-dən artıq pandus quraşdırılıb - FOTO
03/12/2020 [11:10]:
Reabilitasiya Müəssisələrində müharibədən zərər çəkənlərə sosial-psixoloji xidmətlər göstərilir
03/12/2020 [11:03]:
Zərdabda yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb
03/12/2020 [11:02]:
Oğuzda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
03/12/2020 [11:02]:
Ermənilər indi də “Qarabağ-Rusiyadır” şüarı ilə mövcud olmağa çalışır...
03/12/2020 [11:00]:
Ermənistanda son sutkada 26 nəfər COVID-19-dan ölüb
03/12/2020 [10:59]:
“Hər bir evin qarşısına polis qoya bilmərik” - Polisdən əhaliyə XƏBƏRDARLIQ
03/12/2020 [10:58]:
Zəfər yürüşlərində Rusiya bayraqları niyə göründü - SƏBƏB...
03/12/2020 [10:42]:
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
03/12/2020 [10:30]:
Biri Şanlı aprel, digəri isə İkinci Qarabağ Savaşında şəhid oldu- İki şəhid qardaşın həyat hekayəsi...
03/12/2020 [10:09]:
Koronavirusla bağlı SON STATİSTİKA
03/12/2020 [10:08]:
Türkiyədə zəlzələ olub
03/12/2020 [10:07]:
“COVİD-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib
03/12/2020 [09:52]:
"10 noyabr atəşkəs müqaviləsi, işğalçının ibrətamiz aqibəti kimi dünya tarixinə keçdi"
03/12/2020 [09:49]:
Laçın şəhərinin görüntüləri - VİDEO
03/12/2020 [09:43]:
Ərdoğan Azərbaycanın Qələbə paradında iştirak edəcək
03/12/2020 [09:38]:
Moskvada Beynəlxalq Onkoloji Mərkəzdə yanğın: Ölənlər var
03/12/2020 [09:37]:
Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub
03/12/2020 [09:37]:
“Bu gün Laçın şəhəri də daxil olmaqla, Laçın rayonu Azərbaycanın nəzarətindədir”
03/12/2020 [09:34]:
Bakı-İrəvan yekun sülh müqaviləsi: şərtləri yenə Azərbaycan diktə edəcək!
03/12/2020 [09:33]:
Fransanın sabiq prezidenti koronavirusdan öldü...-FOTO
03/12/2020 [09:30]:
Ürəyindən yaralanan Qazi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əməliyyat olundu
03/12/2020 [09:27]:
Soyuqdəymədən tez qurtulmağın 3 əsas ÜSULU
03/12/2020 [09:26]:
Azərbaycan əslli eks-senatordan Rusiya-Türkiyə ittifaqının güclənməsi üçün ilginc təklif
03/12/2020 [09:24]:
Arvad fərasəti ilə ərini vəhşi fildən xilas etdi
03/12/2020 [09:20]:
Kürdəmirdə avtomobil su kanalına düşdü, xəsarət alan var
03/12/2020 [09:16]:
Ermənistan Paşinyanın yerinə namizəd müəyyənləşdirdi
03/12/2020 [09:13]:
Balasanyanın “Artsax Ordusu” planı, sülhməramlılar və bizim limitimiz haqqında...
03/12/2020 [08:29]:
İnsan niyə əbədi yaşaya bilməz?..
03/12/2020 [02:02]:
Suqovuşana çəkiləcək avtomobil yolu minalardan tamamilə təmizlənildi
03/12/2020 [01:58]:
Hacıqabulda koronaviruslu xəstə taksi fəaliyyəti ilə məşğul olub
03/12/2020 [00:50]:
İran kəşfiyyatı nüvə aliminin qətlində iştirakda şübhəli şəxsləri müəyyən edib
Bütün arxiv bir sırada
24/01/2015 [22:33] - Ədəbiyyat - ( 2357 dəfə baxılıb)

Mən, kirayə dərdi və o adam



Yayın bitməsinə bir neçə gün qalmışdı. İstanbulda, Harbiyedə apartlardan (hər otağı ayrıca kirayəyə verilən hündür binlardan) birində qalırdım. Doğrusu artıq bir ayım tamam olurdu və növbəti ayın kirayəsini ödəməli idim. Mənimsə pulum tükənmişdi. Bütün günü fikirləşirdim ki, mən bu kirayə pulunu hardan tapacağam, necə verəcəyəm?

Bakıdakı tanışlarla əlaqə saxlayırdım. Dostlarımı kitablarımın satıldığı ünvanlara göndərirdim. Bu ünvanların heç birindən müsbət nəticə əldə edə bilmədim. Bəziləri deyirdi ki, “pullar mağazalardan götürülməyib”, bəziləri “hesabat aparılmayıb” deyirdi, bəziləri də mühasibatın işləmədiyini bəhanə gətirirdi. Beləcə Azərbaycandan bir qəpik də ala bilməyəcəyimi konkretləşdirib bütün axtarışlardan əl çəkdim.

Axı kimdən pul istəyə bilərdim? Qələm dostumdan? Bugünkü Azərbaycan yazıçısından? Hər kitabının pulu ancaq “çubuş” almağa çatan bu kasıb ziyalılardan? Yoxsa, aktyor, aktrisa dostlarımdan? Taksilərə xərclədiyi pul aldığı maaşdan artıq olan bu sənət fədailərindən? Ümumiyyətlə, yazıçılarla, şairlərlə, aktyor və aktrisalarla puldan danışmağa xəcalət çəkirəm. Bilirəm ki, bu əl çirki həmin insanların ən böyük problemi, ən yaralı yeridir.

Beləliklə, evə qayıda da bilmədim. Taksimdə, “Gezi parkı”nda oturub siqaret çəkməyə başladım. Bilirdim ki, o on beş mərtəbəli binanın girişinə çatan kimi ev sahibi deyəcək ki, “ya kirayəni ver, ya da çıx get!” Elə ordaca oturub pul tapanacan siqaret çəkəcəkdim. Ən azından iki paket “Mavi Lark” (Türkiyədə ən ucuz siqaret) alacaq pulum var idi. Pul tapandan sonra da evə gedib doyunca yatacaqdım. Amma pul necə və hardan tapacaqdım? Elə bunu düşünürdüm ki, bir ortayaşlı kişi əyləşdiyim skamyada, mənim yanımda oturmaq üçün icazə istədi. İcazəmi alıb əyləşdi. Sonra cibindən “Malbro” paketini çıxarıb bir siqaret qoydu damağına. Sonra da məndən alışqan istədi. Alışqanı çıxarıb siqaretini özüm yandırdım.

Araya sükut çökdü. Park insanlarla dolu idi. Özü də hər millətin, hər cinsin nümayəndəsi vardı bu parkda. Fikirlərimə meydan oxuyan “pul tapmaq” dərdi içində siqaret çəkə-çəkə bu adamlara tamaşa edirdim. Birdən yanımdakı kişi Türkiyə türkcəsi ilə hardan olduğumu soruşdu. Bu onlarda bir adətdir. Tanımadıqları insanın adından, yaşından əvvəl məmləkətini soruşurlar. Öyrəşmişdim bu suala. Azərbaycandan olduğumu dedim. Kişi mehribanlıqla gülümsədi. Sonra İstanbulda nə iş gördüyümü soruşdu. Mən də heç bir iş görmədiyimi, boş-bekar olduğumu dedim. O inadla mənim işimi-peşəmi öyrənmək istəyirmiş kimi:

-Bəs Azərbaycanda nə iş görürdün? ”“ deyə soruşdu.

-Orda da bir iş görmürdüm. ”“ dedim.

Kişi təəccüblənmişdi. Yarızarafat, yarıcidddi:

-Oğlum, sənin bir işin-gücün yoxmu? ”“ deyə sual etdi.

Mən də yazıçı olduğumu dedim. Təəccübləndi və daha ciddi şəkildə maraqlanmağa başladı:

-Kitabların varmı?

-Bəli, var.

-Yanındamı?

-Yox, evdədir. ”“ dedim.

-Evin hardadır? ”“ deyə soruşanda elə bil söydü məni.

Bilmədim onun sualına nə cavab verim. Doğrusu xeyli düşündüm. O da yəqin cavab vermək istəmədiyimi fikirləşib üzünü başqa tərəfə çevirdi. Özünü elə apardı ki, sanki, bu sualı heç verməyib. Bir xeyli sükutdan sonra:

-Harbiyedə. Apartda qalıram. ”“ dedim.

-Eee, bura yaxındır. Mən sənin kitablarını oxumaq istəyirəm. Xahiş edirəm ki, mənə öz kitablarını satasan.

Satım? Doğrudan da bu insan iki kitaba pul verib almaq və oxumaq istəyirdi? Özü də həmin kitablar Azərbaycan türkcəsi ilə yazılmışdı və bəlkə də çətinliklə anlayacaqdı. Elə bu sualı ona ünvanladım:

-Axı siz anlamayacaqsız. O kitablar Azərbaycan türkcəsi ilə yazılıb.

-Anlamaq mənim işimdirsə, sən mənim işimə niyə qarışırsan? Dilinizə aşinayam. Mən Azərbaycan ədəbiyyatını onların öz dilində oxuşam. Hə, de görüm, kitablarını mənə satırsan ya yox?

“Bu adam mənimlə məzələnir” deyə düşündüm. Amma ona kitab sata bilməzdim. Çünki, o iki kitaba toplam maksimum 30 Tl (10 manat, 50 qəpik) pul ödəyəcəkdi və mən həmin pulla uzaqbaşı 4 paket “Mavi Lark” alacaqdım. Evin pulu düzəlməyəcəkdi amma ev yiyəsi məni əşyalarımla birlikdə küçəyə atacaqdı. Özümə yer olmasa da, əşyalarımın yeri var idi. Evdən tamamilə çıxarılsaydım, əşyalarla küçələrdə qalmaq çətin olardı. Bunu da kişiyə izah edə bilmirdim. Aciz görünmək istəmirdim, doğrusu. Onu bu fikrindən daşındırmaq üçün bir bəhanə axtarırdım. Elə bu vaxt:

-Bir kitab üçün sənə 100 Tl (35 manat) ödəyəcəyəm. ”“ dedi.

Əməlli-başlı güldüm. Hətta, onun məzələndiyini qətiləşdirmişdim. Axı mən iki kitabı almaq üçün bu qədər dil tökən, yaxın da olsa, o məsafəni qət edib birinə 35 manat ödəmək istəyən bir adamı ilk dəfə görürdüm. Gülüşümü yığışdırıb ciddiyyətlə soruşdum:

-Zarafat edirsiz? Bir kitaba 100 TL kim ödəyər?

-Oğlum, mən bu kitabı mağazadan alsaydım, ordakı qiymətə alardım. Çünki, orda nə qədər pul ödəsəm, çoxu mağazanındır, yazıçının yox. Amma mən bu kitabı yazıçının özündən alıram. Bu əslində müəyyən bir məbləğlə ölçülməyəcək qədər böyük bir şeydir. Amma az da olsa, bu məbləğə almaq istəyirəm o kitabları. Bu mənim üçün bir tarix olacaq, mən bir yazıçının özündən kitab almışam. Ödədiyim 200 TL nədir ki, bunun müqabilində?

Kişinin ciddiyyətinə əmin oldum. O kitabların ikisini alıb 200 TL (70 manat) ödəməkdə qətiyyətli idi. Amma bu pul mənim ev sahibinə verəcəyim məbləği tamamlamırdı. Nə edəcəyimi bilmədim? 70 manatdan imtina edə bilməzdim. Nəticədə, bu pul mənim ev sahibinə verəcəyim 140 manatın (400 TL) yarısı idi. Fikirləşdim ki, iki kitabı bu adama sataram. Həmin pulu ev

sahibinə verib qalan yarısını da ertəsi gün verməyə razı salaram. Ertəsi gün də bir kitab alan tapardım yəqin...

Bu kişi ilə birlikdə mənim yaşadığım evə yollandıq. Otağın qapısını açıb içəri girdim. Onu da dəvət etdim amma içəri girmədi, qapıda gözlədi. Kitablarımın hərəsindən bir ədəd gətirib ona verdim. Hər iki kitabın üz qabığına baxdı, ikisini də biraz vərəqlədi. Sonra isə:

-Bu kitabların hərəsindən iki ədəd də gətir. ”“ dedi.

Təəccübdən əməlli-başlı tərlədim. İçəri girib hərəsindən iki ədəd də gətirib ona verdim. Kitabları alandan sonra əlini cibinə atdı. Pullarını çıxarıb hesablayaraq danışdı:

-Mənim iki yaxın dostum var. Onlar da kitab pərəstişkarıdır. Hərəsindən bir ədəd onlar üçün hədiyyə alıram. Amma səndən bir xahişim var ki, bu kitabların hamısını imzalayasan.

Sözünü bitirən kimi 600 TL (210 manat) uzatdı mənə. Əlim titrəyə-titrəyə pulu aldım. Sonra da qələm götürüb kitabların hamısını imzaladım. O əlimi sıxıb təşəkkür etdi. Məni tanımağa sevindiyini də deyib sağollaşdı. O gedəndən sonra otağa keçib pulları diqqətlə saymağa başladım. Tam 600 TL pul idi və mən bu pulu 6 ədəd kitabdan qazanmışdım. Azərbaycanda isə mən bu pulu ən az 100 kitabımın satışından qazana bilərdim. O hadisənin təəccübü hələ də məni tərk etməyib.

Sevincək aşağı düşüb ev sahibinə 400 TL verdim. Sonra bir kafedə yemək yedim. Sonra da bir mağazaya girib özümə ən çox sevdiyim yaşıl rəngdə köynək aldım. Həmin köynəyi uzun müddət idi geyinmirdim. Bu gün o köynəyi geyinəndə həmin adam düşdü yadıma və bu hadisəni olduğu kimi yazmağı qərara aldım.

Həmin andan indiyə qədər düşünürəm: görəsən, mənim ölkəmdə hansı adam özünə və dostlarına hədiyyə etmək üçün 6 ədəd kitab alıb 600 Tl (yəni 210 manat) pul da ödəyər. Siz bunu edərsiz?

Orxan Bahadırsoy

loading...
Trampdan Baydenə “xoş gəldin" hədiyyəsi: Nüvə silahlıları ilə “minalanmış” İran sahəsi...
Azərbaycanda Zəfər Gününün tarixi Atatürkə sonsuz ehtirama görə dəyişdirildi - RƏSMİ
“Bu gün Laçın şəhəri də daxil olmaqla, Laçın rayonu Azərbaycanın nəzarətindədir”
"Bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə də dalğalanmalıdır, buna görə də..."
"Bunun üçün tək xalqla bir yerdə olmaq yox, xalqı üçün döyünən, “yanan ürək” lazımdır"
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Dedi ki, ya qələbəylə qayıdacam, ya da məni kimlərsə qaytaracaq...”- Əlif Hacıyevin bacısı...
Cəmiyyət
“Bu qələbəyə ən çox sevinən elə şəhidlərimizdir...” - Milli Qəhrəmanın atası...
Cəmiyyət
Biri Şanlı aprel, digəri isə İkinci Qarabağ Savaşında şəhid oldu- İki şəhid qardaşın həyat hekayəsi...
Cəmiyyət
“Bu müharibədə başlıca psixoloji faktor bizim haqlı və ədalətli olmağımız idi...”
Cəmiyyət
“Bu günün tariximizə Zəfər Günü kimi yazılması əlbəttə ki, xalq olaraq bizim üçün böyük bir qürur qaynağıdır...”

Yazar
İlham İsmayıl
Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?! -Paşinyanın şirin yuxusu
Həftənin ən çox oxunanları
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247