20 yanvar qətliamına həsr olunmuş xronologiya
Oxunub: 6729
20 Jan 2015 | 11:00
20 yanvar qətliamına həsr olunmuş xronologiya
Bu gün qanlı 20 yanvar hadisələrinin 25 ili tamam olur. 

Keçmiş döyüşçü Vaqif Əlisoy Moderator.az-da həmin qırğınla bağlı yaşadığı rayonda baş verənlərdən danışır:

Əvvəli burada---moderator.az/?xeber=67320

HÜZURUNA ALNIAÇIQ GƏLİRİK, CANIM CƏBRAYIL!

Camalın dalınca gedən adam hələ qayıtmamışdı. Qaraş nə qədər təkid etsə də, yeməyə oturmadıq. Dedim ki, evə zəng vuraq, üz-başımıza dəllək əl gəzdirsin, hamamlanaq, ona qədər Camalın adamı da gələr, sonra da rahat oturub çörək yeyərik. 
Rayona ”“ evimizə, anamgilə zəng vurduq. Gec olduğu üçün öz evimə zəng etmək istəmədim. Bir də ki, anamdan narahat idim, səsini eşitmək mənə bəs edərdi. Dəstəyi gəlinimiz Naibə götürdü, Qaraş onu muştuluqladı. Deyəsən, inanmamışdı. Dəstəyi özüm aldım. Səsimi eşidən kimi hönkürdü. Dəstəkdə anamın səsini aydın eşidirdim. ”“ Ay gəlin, sənə nə oldu, niyə ağlayırsan, a bala, bəlkə, Vaqifə bir şey olub? A bala, trubkanı ver mənə görüm! ”“ deyirdi.
HAŞİYƏ. Bütün analar kimidir mənim anam da. Bu hərakatda 1974-cü ildən varam. Bir dəfə də olsun məni bu qorxulu yoldan çəkindirmədi, əksinə, “yolun açıq olsun” ”“ dedı. Canım anam, ruhun şad olsun, bu yolda şəhid olana qədər varam. Rəhmətlik Mübariz İbrahimov demişkən, “bu şərəfsızlərin üstünə şəhid olana qədər gedəcəyəm”. Mübariz bunu ermənini nəzərdə tutub deyirdi. Amma mən deyirəm: “Bu dövlətə, bu millətə qarşı çıxan istənilən qüvvənin üstünə qardaşlarımla birgə şəhid olana qədər gedəcəyik. Azərbaycana zərbə vurmaq istəyən qüvvə qarşısında bizi görəcək. Haqqını halal et, ANA! İndi sən Haqq dunyasındasan. İnan, sənin yanına Şəhid kimi gələcəyəm. Əgər bunu etməsəm, südün mənə haram olsun!
- Ay bala, kimsən, danış, da. Alo”¦ Alo”¦
- Ana, canım anam, mənəm, Vaqifdir.
- Nə? Vaqif?
Qəhər məni boğur. Danışa bilmirəm. Qaraş əlimdən dəstəyi alib “Ə, kişisən, arvadın ürəyini üzmə” ”“ deyib anamla danışır:
- Ay Gülzar xala, mənəm, Qaraşdır. Gözün aydın, Vaqif bizdədir, Mamed və Xanış müəllim də burdadır. Onların da ailələrinə xəbər verin. Allah qoysa, özüm sabah günortaya qədər gətirib sizə təhvil verəcəyəm. Arxayın ol, lap yaxşıdırlar.
Qaraş dəstəyi yerə qoydu və mənə: ”“ Səni belə bilməzdim, ”“ dedi
- Yox, Qaraş, məni düz başa düş. Bu səs mənə bəs edər. Bizi aparanda vertolyotun dalınca anamın ayaqyalın, başıaçıq necə qaçdığını görsəydin, belə danışmazdın. Hələ yerə yıxıldığını demirəm. Bilirsən, bu bir ayda bizə nə cür əzablar veriblər? Sən bunu yalnız kinolarda görə bilərdin. Mən anama, bu millətə görə dözdüm bunlara. Mən deyəndə yekə çıxır, Mamed də, Xanış da bunu görüb. Camal, Vidadi və yüzlərlə qeyrətli Azərbaycan oğulları Rusiya həbsxanalarında nələr çəkir, Allah bilir. Onları rusa satanlar, balalarımızı al qana qərq edənlər bilsinlər, bu intiqam onlardan alınacaq. Buna əmin ol.
- Yaxşı, bəsdir, dəllək gəlib. Durun üz-başınızı qırxsın, hamam da yanır. Ona qədər də Camalın adamları gələr.
Üz-başımızı qırxanda dəllək xeyli əziyyət çəkdi. Laxtalanmış qan ona işini görməyə çətinlik törədirdi. Hərdən sual dolu nəzərlərlə yerə tökülmüş qanlı tüklərə baxıb, sanki Qaraşdan “bu nə deməkdir”, ”“ deyə soruşmaq istəyirdi. Qaraş da “Usta, narahat olma”, ”“ deyə onu sakitləşdirirdi. İşini qurtardıqdan sonra ona yaxşı hörmət elədi, bizim barəmizdə məlumat da verdi. 
Hamamdan çıxmışdıq ki, Camalgilin adamlarının gəldiyini dedilər. Biz onlara Camal haqqında ətraflı məlumat verdik. Ancaq çox təəssüf ki, onlar bu haqda Camalın ailəsinə xəbər verməmişdilər. Bu barədə mart ayının 23-də Camalı ziyarət etmək üçün Qərvəndə gedərkən onun özü danışdı. Bir də ki, bizim onunla görüşümüzə Ağdamda ən müxtəlif səviyyələrdə mane olmağa çalışırdılar. Həm cəbhədə, həm də Ağdamdakı müəyyən qüvvələr bizi saxlayanda Cəbrayıldan gəldiyimizi, həbsdə Camalla bir yerdə yatdığımızı, sonradan azad olduğunu eşidib onun görüşünə gəldiyimizi demişdik. Bu da ildırım sürəti ilə Ağdama yayılmışdı. Ancaq biz görüşə bildik. İstər Qərvənddə, istərsə də Ağdamda necə nüfuz sahibi olduğunu sadə adamlarla görüşlərdə gördük.
HAŞİYƏ. Camal birinci Qarabağ müharibəsində necə KİŞİ olduğunu sübut etdi və bu gün də həmin yoldadır. Millət faiqləri, namiqləri, aygünləri, brilyantları, ilhamələri yox, belə KİŞİLƏRİ tanımalıdır. Allah sənə ömür versin, Qərvənd Camal, Qarabağı azad görməyincə, Xankəndində o müqəddəs bayraq dalğalanmayınca ölmək yoxdur, qardaş! Söz verirsənmi?
Qərvəndliləri yola salandan sonra üçümüz də rahat olduq. Missiyamızın bir qismini yerinə yetirmişdik. İndi yeyib-içmək olardı. Doyunca yeyib-içib yatağa girdik. İsti yorğan-dösək: bu xəyal idimi? Yatmaqmı olardı?! Axı səhər Cəbrayıla gedəcəkdik”¦
Səhər Qaraşın səsinə oyandıq. Azad olduğumuza hələ də inanmırdıq. Hətta Mamed “Əlisoy, bu yuxudur, yoxsa gercək?”, ”“ deyə soruşdu. Yaxşı nahar etdik. Məsləhət oldu ki, Martuni yolu ilə yox, Horadiz yoluyla gedək, çünki Martuni yolu təhlükəli idi, eyni zamanda, Qaraş milis kapitanı olduğundan, ona problem yarana bilərdi. Sağollaşıb çıxmaq istəyəndə Qaraşın yoldaşı Nazilə xanım bir bağlama “qırmızı onluq” gətirib ona verdi. Qaraş da gözəyarı üç yerə bölüb dedi:
- Bu pulları halallıqla qəbul edin. Ağdam bazarına gedəcəyik. Ürəyiniz nə istəyir, alarsınız. Uşaq yanına gedirsiniz. Qoy elə bilsinlər ki, gəzməkdən gəlirsiniz. Ağdam bazarından yaxşıca bazarlıq edib, Qaraşın “Jiquli”sinə (VAZ-2103) oturub Cəbrayıla yola düşdük.
Horadizi keçdikdən sonra həyəcanımız daha da artırdı. Xanış Mərcanlıdan olsa da, onu Sarıcallıya (yoldaşı həmin kənddən idi, məktəb direktoru işləyirdi), Mamedi ısə Alıkeyxalı kəndinə aparmalı idik. Siqaret almaq üçün Mahmudlu dairəsində yerə düşdüm. Birdən kimsə: ”“ Ay camaat, Əlisoy, ”“ deyə qışqırdı. Bir anda yüzlərlə adam maşını dövrəyə aldı. Tanıyan da, tanımayan da bizi göyə atıb tuturdu. Ağlayanlar da vardı. Onlara təşəkkür edərək, əvvəl Xanışı, sonra da Mamedi evlərinə qoyub Cəbrayıla üz tutduq.

MÜBARİZƏ DAVAM EDİR

Tulusu keçəndə həyacanım daha da artdı. Qaraş isə məni sakitləşdirməyə çalışırdı. Bu da “El Yolu”. Qaraş üzünü mənə tutur:
- Nə deyirsən, sizə gedirik, yoxsa anangilə?
- Yox, anamgilə gedək. Onu görməmiş, ondan halallıq almamış evə gedə bilmərəm. Bir də “Äžörüs”də( Vəlixanov bulağı) saxlayarsan, doyunca o sudan içmək istəyirəm.
Bu da bulaq. Onu vaxtilə Cəbrayılda katib işləyən Vəlixanov tikdirdiyindən, camaat da onun adı ilə adlandırmışdı. 
Bulağın on beş gözü var idi. Suyu ətraf rayonlarda da məşhur idi. Maşından düşüb bulağa tərəf gedırəm. Qaraş da mənim arxamca gəlir. Bulağa çatıb ovuclarımı doldurub üzümə vururam. Dodaqlarımı su kranlarından birinə yaxınlaşdırıram. Göz yaşlarım bulağın suyuna qarışır Birdən kiminsə:
- Ay Həziyev, xoş gördük, sən hara ,bu hara. Sən də Ağdamlı olub getdin ki, ”“ dediyini eşitdim. Səs mənə tanış gəldi. Dönüb baxdım. Çörək zavodunun müdiri, B.Mərcanlıdan olan Pəli idi (çox qeyrətli kisilərdən biri idi. Allah rəhmət etsin) Məni görmürdü. Başı Qaraşla söhbətə qarışmışdı. Birdən məni gördü. Səmimi münasibətimiz var idi. Yazıq karıxıb qalmışdı. İrəli gəlib məni qucaqladı
- Boy, qadan alım, ay Əlisoy, bu sənsən? Ə, qağa, nə yaxşı sag- salamatsan. Xanışı da buraxdılar? Sən öl, sizi buraxan deyiləm. Qaraşı da çoxdandır görmürdüm.Uşaqlar Müseyibin yanında (“Turacda, bulağın arxasında) yaxşı stol açıblar, oturacağıq. Gəlin gedək. İndi deyəcəklər ki, Pəli harda qaldı. 
Ona təşəkkür edib ayrılmaq istəyirdik. Pəli rəhmətlik çox çörəkli adam idi. O olan yerdə heç kəs əlini cibinə sala bilməzdi. İndi təkidlə bizi stola dəvət edirdi. Birdən Pəlinin gəlmədiyindən narahat olan dostları çölə çıxdılar. Mən Pəlinin, Pəli də mənim qolumdan tutduğundan, onlara elə gəldi ki, biz mübahisə edirik. Üzüm Pəliyə tərəf olduğundan məni görmürdülər. Pəli bunu hiss edib onlara dedi:
- Ay Şamo (Mərcanlıdan olan muəllim), gəl gör kim gəlib. Ə, Əlisoydur, buraxıblar, Xanış da gəlib. Oturmaq istəmirlər. Ordan bir araq, bir də Əlidən (kababçı) bir şiş kabab al gətir, ayaq üstü qeyd edək.
Etiraz edə bilmədik. Bu səs-küyə “Turac”da oturanlar, başda Müseyib dayı olmaqla, hamı çölə çıxdı. Çərəkənə, Mahmudluya, rayon mərkəzinə gedənlər maşını saxlayıb görüşür, azad olmağımıza görə təbrik edirdilər. Kaş bu qələbəliyi görəydiniz. Gəlişimizi ayaqüstü qeyd etdik. Ordakı hər kəsə təşəkkürümüzü bildirib, maşına minərək avtovağzala tərəf yola düşdük. Mənim uşaqlıq və gənclik illərim burda keçib. Evimiz vağzalın üstündəki hökumət evi idi. 
Vağzalda bizi bir qələbəlik qarşıladı. Bizi “Turac”da görənlər vağzaldakılara xəbər vermişdilər, onlar da marşrutlardan düşüb bizimlə görüşmək istəmişdilər. Ətraf evlərdəki qonşular da burda idilər. Maşından düşüb hamıya təşəkkür etdim və bildirdim ki, rayonda fövqəladə vəziyyət davam edir. Bu üzdən də ehtiyatı əldən vermək olmaz. Komendant da bundan istifadə edə bilər. Qaraş maşınla, mən isə asağı qonşular Əliqulu, sürücü Tofiq və Nazimlə birlikdə piyada binamızın həyətinə daxil olduq. Bütün qonşular, uşaqlıq dostlarım, anam, gəlinimiz həyətdə idi. İrəli gedib anamı qucaqladım. ”“ Haqqını halal et, canım anam, nələr çəkdiyini yaxşı bilirəm, sənə bunları yaşatdığıma görə məni bağışla, ”“ dedim. Anam isə “Mən səninlə fəxr edirəm, südüm sənə halal olsun”, ”“ deyə cavab verdi.
Anamın bu sözlərini ətrafdakılar alqışlarla qarşıladılar. Gəlinimiz öz əli ilə toxuduğu xalçanı Qaraşa bağışladı. 
Köhnə qonşularla görüşüb, anam və gəlinimizlə birgə maşına oturaraq öz evimə yola düşdük. Mən müəllimlər evində yaşayırdım. Ora getmək üçün məşhur “Çinar”ın yanından keçməli idik. Bura mərkəz idi. Azadlıq meydanında, Ağakişi dayının qəzet budkasının yanında adamlar dəstə-dəstə durub söhbət edirdilər. Maşından hamıya əl etdim. Komendantlığa işarə edərək, dayana bilməyəcəyimi dedim. Onlar da mənə əl etməklə salamladılar.
Bu da müəllimlər evi. Həyətə girəndə gözlərimə inanmadım. Sanki mitinq idi. Maşından düşən kimi məni əllərinə alaraq atıb-tutmağa başladılar. Alqış səsləri kəsmək bilmirdi. Düşünürdüm ki, axı mən bu adamlar üçün nə etmişəm ki, bunlar məni belə qarşılayır. Xahiş etdim ki, məni yerə qoyub dinləsinlər. Aradan neçə il keçsə də dediyim sözləri bu gün də sözbəsöz xatırlayıram:
- Mən hamınıza təşəkkür edirəm. Biz sizin sayənizdə azad olduq. Bir daha inandım ki, Azərbaycan xalqı öz azadlığına qovuşacaq. Bizim heç kəşin törpağında gözümüz yoxdur. Bir qarış torpağımızı da güzəştə getməyəcəyik. İndi isə hər birinizi evə dəvət edirəm. Fövqəladə vəziyyətdir. Deyəsən, Yelovski də burdadır. Yəqin gəlişimizdən xəbər tutub. Ona bəhanə vermək olmaz. 
Evdə hər şey təşkil edilmişdi. Heyvan kəsilmiş, gəlib-gedənlər üçün lazım olan nə varsa alınmışdı. Elə bu vaxt isıqlar söndü. Ətrafa baxdım. Təkcə bizim binadan başqa hər yerdə işıq yanırdı. Hər şey aydın idi. Şəxsən şəbəkəyə zəng vurdum. Dedilər ki, komendantın əmridir. Lampa və şam gətirdilər. Gecə saat 12-yə qədər qonaqlar gəlib-getdilər. Başımıza gələnlərlə maraqlanırdılar. 
Qonaqlar yenicə getmişdilər ki, zəng gəldi. Dəstəyi götürdüm. Zəng edən adam nədənsə danışmaq istəmirdi. Dəstəyi yerə qoymaq istəyirdim ki, xəttin o başından səs gəldi:
- Əlisoy, mənəm.

Səsindən tanıdım. Rəis Rəşid Məmmədov idi.
- Salam, rəis, xoş gördük. Eşidirəm. Nə yaxşı gəlmədiniz. Mən onsuz da sabah görüşünüzə gələcəkdim. Buyurun, eşidirəm, ”“ dedim
Hiss edirdim ki, danışmaqda çətinlik çəkir. O, hirslənəndə bir az kəkələyirdi. Dedi:
- Bu düdük indi mənim yanımdaydı. Sən məni bağışla. Məni necə əsəbləşdiribsə, hec sənə “xoş gəldin” də demədim. Həmişə evində, eşiyində. Sən gedəndən sonra Fuad (İndi mayor rütbəsində Binəqədi PŞ-də işləyən oğlunu nəzərdə tuturdu. Mən ona 2 il fərdi qaydada evimdə dərs demişdim) bir həftə mənim üzümə baxmadı, mənimlə danışmadı. “Müəllimimi niyə tutdunüz”, ”“ deyib dururdu. Bir təhər basa saldim ki, bunlar mənlik deyil.
- Təşəkkür edirəm, rəis. Nə isə demək istəyirdiniz.
- Vallah, başımı itirmişəm, bu camaatın qınağı, bir də bu şərəfsiz ermənilərin basqıları olmasaydı tüpürərdim hər şeyə. Sənin və Mamedlə Xanış müəllimin gəlişini mənə Yelovski (komendant) dedi. Deyir ki, bu gün azad olub yol boyu Mahmudluda, “Turac”da, avtovağzalda, “Müəllimlər evi”nin qabağında mitinq təşkil edib. Sabah səni onun yanına aparmağımı tapşırıb. Bir az bundan qabaq dalınca əsgərləri göndərmək istəyirdi. Birtəhər başa salmışam ki, bu gün gəlib, onu indi bura gətirtsən, camaat yaxşı qarşılamayacaq. Səhər gəl, bir yerdə gedək, görək nə deyir.
- Rəis, gəlməyinə gələcəyəm. Amma onun dediyi yerlərdə mitinq və toplantı olmayib. Sadəcə camaat mənimlə gorüşmək istəyib, mən də görüşmüşəm. Evimin qabağında da danışmışam və bundan imtina etmirəm. 
- Yaxşı da, qurtaraq. Sabah görüşərik. Yəqin anan da sizdədır. Ona da salam de. Qeyrətli qadındır. Polyaniçkoya bir divan tutdu ki, gəl görəsən! Yaxşı, sağ ol.
Evdəkilərin başı yır-yığışa qarışdığından rəislə söhbətimi eşitmədilər, yoxsa narahat olacaqdılar. Evdə isə atam öləndən sönra nəslimizın ağsaqqalı hesab olunan əmioğlu Ələkbərov Məhəmməd və oğlu Fəxrəddin (Maxi), qardaşım Firudin, qaynatam Mustafa kişidən başqa heç kəs yox idi. Onlar da rəislə danışığımı eşidirdilər. Ancaq heç biri bir söz demədi. Məhəmməd əmim yalnız bir kəlmə dedi ki, ehtiyatlı ol. 
Səhər qonşum Yavərin (rəhmətlik Əmir Qasımovun yeznəsi. Əfəndilər kəndindən idi) maşını ilə milisə getdim. Bütün milis işçiləri ilə səmimi görüşdüm. Yeri gəlmişkən, deyim ki, Cəbrayıl polisi erməniyə qarşı döyüşən rayon polis şöbələri içərisində ad çıxarmışdı. Azərbaycanın Milli Qəhrəmanları S.Aslanovu, K.Məmmədovu unutmaqmı olar? Xoşbəxtəm ki, onlara qəhrəman adının verilməsində mənim xüsusi rolum olub. Hələ Mirələmi, Nazim müəllimin oğlu Faiqi demirəm. Çox təəssüf ki, hakimiyyət dəyişikliyi onların Milli Qəhrəman adını almağa mane oldu. İndi Mubariz İbrahimovdan çox danışılır. Qeyrətli oğul idi. Ruhu qarşısında baş əyirəm. Amma bu sətirləri yazarkən Mirələmlə Faiqdən yazmasam, Allah bunu mənə bağışlamaz.Bu sətirləri oxuyan hər kəsdən üzr istəyirəm ki, bəzən mövzudan kənara çıxıram. Amma buna məcburam. Çünki o şəhidlərin qarşısında bir mənəvi borcum var. Tam məsulliyyətimlə deyirəm, Cəbrayılda 1988-ci ildən 1993-cü ilə qədər baş verən hadisələri mənim qədər bilən ikinci bir şəxs tanımıram. Buna görə Cəbrayıllılar qarşında məsuliyyətimi dərk edir, bu hadisələri ən xırda detallarına qədər sizlərə çatdırmaği özümə borc bilirəm. Kimsə də mənim yazdıqlarıma şübhə edirsə, fakt ortaya qoysun, O zaman mən ondan üzr istəməyə hazıram. Bu bir tarixdir və onu heç kəsin saxtalaşdırmağa haqqı yoxdur. Bir də ki, adları çəkilənlərin bəziləri dünyasını dəyişsə də, yaxınları sağdır və mən günaha bata bilmərəm.
Deməli, Mirələmlə Faiqin qəhrəmanlığından mənə ermənilərin özləri, konkret desək, erməni komandiri Edik danışmışdı. Cəbrayıllıların hamısı mənimlə efirdə bu adı eşidib. Çünki bizim istifadə etdiyimiz ratsiyaların çoxu kənd təsərrüfatı üçün idi. Danışıq bütün rayon ərazisində, hətta Beyləqanda eşidilirdi. O şəhidlərin hər birini mən qucağıma alıb gətirmişdim. Erməni vəhşiliyini, o uşaqların cəsədlərini nə günə qoymuşdular, bunu mən, yaxınları, bir də Yarəhmədlidən Seyfəddin dayı yaxşı bilir. 
Deməli, Şişqaya əməliyyatında 33 şəhid vermişdik. 200-dən artıq yaralı var idi. Şəhidlərin 25-nin cəsədi erməni tərəfdə qalmışdı. Əgər Mirələmlə Faiq olmasaydı, bu itki daha çox ola bilərdi. Həmin gün onlar başqa mövqedə olsalar da, əməliyyat keçirildiyini eşidib döyüşə atılmış və qəhrəmanlıqla şəhid olmuşdular. Boyları balaca olsa da, PK pulemyotunu və qumbara atanları məharətlə işlədirdilər. Onlar ayrılmaz dostlar idilər. 
Ediklə üzun danışıqdan sonra meyitlərin dəyişdirilməsı barədə razılıq əldə olundu. Füzulinin Qaradağlı kəndi yaxınlığında Köşbək deyilən yerə rəisin sürücüsü Rafiq və rəhmətlik Qəhrəman Həmidovla bir yerdə getdik. Meyitlərin dəyişdirilməsi prosesi başladı. Mən bizimkilərlə, Edik də ermənilərlə əlaqə saxlayırdı. Meyitləri qəbul edəndə məlum oldu ki, Mirələmlə Faiqin cəsədi yoxdur. Edik onların meyitlərini verməyəcəklərini bildirdi. Onunla mübahisə etməyə başladım. Bu zaman Levon (Hərəkül ermənisi idi. Cəbrayıllılar onu yaxşı tanıyırlar. Özü də yaxşı futbolçu idi. Rayon yığmasında da oynamışdı. Uşaqlıqdan bir-birimizi tanıyırdıq. Onun haqqında gələcəkdə bəhs edəcəyəm) mənə müraciətlə: 
- Vaqif, dediyin o adamlar dəli zad deyildilər ki? ”“ deyə soruşdu.
- Levoncan, indi gör nə günə qalıblar ki, döyüşə dəliləri göndərirlər, ”“ Edik dedi və özündən razı halda gülməyə başladı.
Mən onun üstünə yeridim. Heç nədən qorxmurdum. Ətrafımda onlarla silahlı erməni var idi. Bütün Cəbrayıl bilir ki, mən erməninin içinə dəfələrlə tək getmişəm və ya milli ordunun radistləri Valeh və Hüseyn də mənimlə gedərdi. Mühafizəmi kənardan, gizli yerlərdən hər an ölməyə və öldürməyə hazır olan milli ordunun hərbçiləri və polıslər təşkil edirdi. Üstümdə həmişə F-1 qumbarası və “Makar” tipli tapança da olardı. Bunu Qəhrəmanla Rafiq də bilirdi. Mühafizədə olan üşaqlara demişdim ki, başqa imkanınız olmasa, məni vurarsınız. Gözümə heç nə görünmürdü. Edikə yaxınlaşmşdım ki, Rafiq əlimdən tutdu. Qəhrəman da yaxınlaşıb dedi:
- Əlisoy, başın xarabdır? Rayonda nə qədər adam meyit gözləyir. Gəncədən meyit aparmağa gələnlər də var. Kəndlərdə çadırlar qurulub. Bayaq bura gələndə gəncəli atanın sənə dediyini unutmusan? Camaat uşağını səndən istəyir, başın xarab olub?
Bu sözlərdən sonra sanki ayıldim. Gəncəli Nərimanın (Bizdə xeyli gəncəli üşaq şəhid olmuşdu. Allah rəhmət eləsin) atasının heç gözləmədiyim halda yüzlərcə adamın qarşısında diz çökərək: “Əlisoy, oğul düşmən çəpəridir. Vətən sağ olsun. Amma balalarımızın meyitini al gətir. Hec olmasa, analarının, bacılarının gözü yoldan çəkilsin. Hamı da razıdir, nə qədər pul deyirlərsə verəcəyik. Ümidimiz sənədir” sözləri yadıma düşdü. Həmin insanların ümidi mənə idi. 
Artıq ayılmışdım. Nəsə etmək lazım idi. Bu işdə ancaq Levon mənə kömək edə bilərdi. Həmin an Nərimanın atasına milısin qabağında dediyim: “Ay ata, ayağa dur, şəhid atasına diz çökmək yaraşmaz. Orda mən də şəhid ola bilərdim. Mənim yaxın qohumum Mirələm də şəhid olub. Orda şəhid olan hər döyüşçü bizim qardaşımızdır. Bu qədər Cəbrayıllının qarşısında söz verirəm, onlarsız geri qayıtmayacağam. Haqqınızı halal edin” sözləri düşdü. Hadrutda Levonun sözünün qabağında söz deyən yox idi. Onu kənara çəkib dedim:
- Levon, əvvəla, dəli dediyin adamın biri sənin və mənim məşqçim olmuş Nazim müəllimin oğludur. İkincisi, yəqin 1989-cu ilin oktyabrı yadındadır. Rostovdan gəlib Hərəkülə gedərkən səni bizimkilərin əlindən alanda dedin ki, sənə bir can borcum var. İndi növbə sənindir. Bir də ki, o biri şəhid mənim ən yaxın qohumumdur.
Deyəsən, söz onu tutmuşdu. Dedi:
- Vaqif, bilirsən nə var? O uşaqlar, bilirsən, bizimkilərdən nə qədər qırıb? Hələ məlum olan 35 nəfərdir. Yaralı da var. Deməli, sizinkilər pusquya düşmüşdü. Birdən bunlar çıxdı. Onları mühasirədən çıxardılar. Axıra qədər döyüşdülər. Patronları qurtarandan sonra da “Qarabağ!” deyə bizim uşaqların üstünə cumublar. Bizimkilər deyir ki, nə qədər güllə atırdıqsa yıxılmırdılar. Ancaq dəli belə hərəkət edə bilərdi. Məni də yaman yerdən vurdun. Gözlə, Ediklə danışım. Nə bacarıramsa edəcəyəm.
Levon bizdən aralanıb Edikin yanına getdi. Əl-qolla danışırdılar. Birdən onun Edikin yaxasından tutduğunu gördüm. Ermənilər onları ayırmağa çalışırdı. Az keçmişdi ki, sakitləşdilər. Mənim yanıma gəlib:
- Gözlə, özüm gedirəm gətirəm, ”“ dedi. 
Çox keçmədi ki, uşaqların meyitini xərəkdə gətirib qarşımıza qoydular. Salafan örtüyü qaldıranda dəhşətə gəldim. Üzümü Levona tutub dedim:
- Bunu Allah götürməz. Bunun cavabını verəcəksiniz.
Meyitləri götürüb bizimkilərin yanına qayıtdıq. Burda bizi gözləyənlər arasında Mirələmin qardaşları Sovet və Hafiz, Faiqin əmiləri Kamran və Vaqif də var idi. Meyitləri açıb baxmaq istəyirdilər ki, dedim:
- Qurban olum, baxmayın!
Hafizlə Vaqif salafanı qaldırdılar. Bu zaman hər ikisinin birdən: ”“ Ay Allah, bunu necə göturürsən?! ”“ deyə bağırtısını eşitdim. Bu bağırtı dağ-daşı lərzəyə saldı. Meyitləri rayona gətirdik. Bütün Cəbrayıl əhli xəstəxananın qabağında idi. Meyitlərin hamısını Yarəhmədlidən olan Seyfəddin dayı, Faiqin əmisi Kamran, bir də tibb bacısı, Ramil Səfərovun anası rəhmətlik Nübar xanım rahatlayıb ailələrinə verdi. Hər bir ailəyə o vaxtkı daxili işlər naziri İsgəndər Həmidovun göndərdiyi puldan 2000 rubl məbləğində yardım edildi”¦
İndi isə rəis Rəşid Məmmədovla söhbətə qayıdıram. Onunla birlikdə komendantlığa gedərkən yolda xeyli adamla qarşılaşdıq. Hamı sağ-salamat qayıtmağıma sevinirdi. Yelovskinin kabinetinə girdik. Dünən rəisin dediklərini bir daha təkrarlayaraq xəbərdarlıq etdi. Siyasi fəaliyyətin qadağan olduğunu bildirdi. İmza atmağımı istədi. Qətı etiraz edərək dedim:
- Mən şözümü general Şafonova demişəm. Sənə deməyə ehtiyac yöxdur.
- Nə demisən ki? ”“ soruşdu.
- Biz azadlığa qovuşacağıq və bu yolda nələrin olacağını da yaxşı dərk edirik, ”“ dedim.

 (SON)

HAZIRLADI: Nəriman MAHMUD

 
Oxşar xəbərlər
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 14:37
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 14:33
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 14:37
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 14:33
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO