Bu günlərdə şair-qəzəlxan Ə. Vahidə həsr olunmuş televiziya verilişini seyr etdim. Müzakirədə Ə. Vahidin lehinə və əleyhinə iki qrup iştirak edirdi. Lehinə danışanlar ifrata varır, əleyhinə danışanlar, ya fikirlərini düzgün ifadə edə bilmir, ya da şairin yaradıcılığını az qala təkzib edirdilər. Hər iki tərəfin fikirləri ilə qismən razılaşıram.
Aparıcının qəribə
cümləsi çoxumuzu çaşdırdı: "Vahid nə Səməd Vurğun kimi şah taxtında əyləşdirildi,
nə Hüseyn Cavid kimi sürgünə göndərildi, nə də Mikayıl Müşfiq kimi güllələndi".
Müxtəlif istiqamətli yaradıcı
insanların bir məxrəcə gətirilməsi...
Görəsən, S. Vurğunun tutduğu vəzifə niyə şahlıq taxtı adlandırıldı?
Verilişdə aparıcı xətt yaradıcılıq idi, yoxsa siyasi məfkurə, anlamadım. S.
Vurğun taxtda zəhmətsiz, xarici ölkədən çağırılmış biri kimi əyləşmişdisə,
ondan Vahidin yaradıcılığına, siyasi görüşünə nə?
Aparıcı nəsə unudurdu ki, S. Vurğun o vaxtın iki-üç görkəmli şairindən
biridir. Çağdaş dövrünün əksər şairləri, həmin vəzifəyə səs vermədə könüllü-könülsüz
onu seçərdilər. Deməli, o, yaradıcılıq nöqteyi-nəzərindən layiq olduğu yerdə əyləşmişdi.
Yox, əgər aparıcının hədəfi vəzifə tutmada istedaddan, layiq olmaqdan daha
başqa amillər axtarışıdırsa, haqlıdır. Çünki Azərbaycanda bu gün də papaq altında
yetərincə istedadlı oğullar və qızlar var. Lakin onları heç kim tanımır. Özlərini
tanıtmağa maaddi imkanları, aparıcı olduqları televiziya verilişləri, sənətinə
uyğun işləri yoxdur. Üzdə olanların əksəriyyəti müvafiq imkan sahibləridir.
İndiki vəziyyətin o illərdən fərqi nədədir? Fərq ancaq ondadır ki, demokratiya
var, repressiya yoxdur. Onda da insanlar istedlarından əlavə məziyyətlərinə görə
irəli çəkilirdilər, indi də. O məziyyətlər ki, mənfi də ola bilər, müsbət də.
Əsas odur ki, istəyini, tam olmasa da, reallaşdıra biləsən.
S.
Vurğunla Ə. Vahidin yaradıcılıq fərqi birinin qəzəlxan, o birinin cəmi-cümlətanı
beş qəzəl müəllifi olmağındadır. Ortaya irihəcmli əsərlər qoymaq məsələsində S.
Vurğun daha qabağa gedib. H. Cavid hər ikisindən irəlidədir. M. Müşfiq isə gənc
öldüyündən yaradıcılığının mükəmməllik zirvəsinə yüksələ bilmədi. Bu şairlər nə
yazıblarsa, çap olunduqları qədər hamısını oxumuşam. Bu dünyanın şairləridir. Yəni
demək istədikləri fikir, tərənnüm etdikləri mənzərələr təzahür dünyasının hadisələrindən
kənara çıxmır. Qeyd edim ki, M. Füzuli, N. Gəncəvi iki dünyanın şairi olublar.
İkinci dünya deyəndə mən ölümdən sonrakı dünyanı nəzərdə tutmuram. Bu barədə
“İdraki vəcd nədir?” adlı məqaləmdə qismən geniş izahat vermişəm.
İnsanı
səbəbsiz yerə güllələmirlər, heç sürgünə də yollamırlar. Demək istədiyim o
deyil ki, H. Cavidi sürgünə yollamaq, ya M. Müşfiqi güllələmək təqdirə
layiq hadisədir. Əksinə, böyük cinayətdir! Lakin qanun pozuntusu zamanı cəza tətbiq
olunur. Görünür Ə. Vahidə dövrünün qanunlarını sürgünə yollanacaq və yaxud güllələnəcək
tərzdə pozmaq nəsib olmayıb. Şah taxtı məsələsinə gələndə isə cavabım sadə bir
atalar sözüdür: “Keçəl halva yeyir, puluna minnət”. Söhbət hansı dövr olur,
olsun, zamanın nəbzini tutmaq bacarığından gedir.
Müzakirələrdə
xalq şairi məsələsinə də toxunuldu. Nədənsə, aparıcı xalqın başa düşəcəyi dildə
yazmağı xalq şairi olmaq üçün əsas amil kimi vurğulayırdı. Təəccüb edirəm.
Qonşu
İran dövlətində bəzi müğənnilərin kimliyini açıqlamaq üçün disklərinin üstündə
adları ilə yanaşı bir söz yazılır: “Küçə-bazari”. Bu o deməkdir ki, həmin müğənnilər
rəsmi şəkildə tanınmırlar. Onlar qeyri-rəsmi yerlərdə çıxışlar edir, elə
adından göründüyü kimi, küçə-bazarlarda kütlənin zövqünü oxşayırlar. Hətta
onlar şah dövrünün filimlərində pis qadın, avara kişi rolları oynamaqdan da çəkinmirlər.
Xalq onları tanıyır və çox sevir. Xatırladım ki, indiki İranda bu bir az çətin
məsələdir. Çünki çəkilən filmlər yüksək əxlaqi-tərbiyə nümayiş etdirir. Küçələrdə
şou qurmaq qanuna görə caiz deyil.
Onda
sual edirəm: “Xalq şairi xalqın anlayacağı sadəlikdə yazanlara, yoxsa “dünya
bazarına” ədəbi söz çıxaranlara deyilməlidir?”
Aqşin
Yenisey bəsitlikdən danışanda, yəqin ki, məslənin bu tərəfini nəzərdə tuturdu.
Onun Ə. Vahidi aşağılamaq, yaxud yaradıcılığını danmaq fikri yox idi. Ə. Vahid
indiki çox qəzəlxanlar üçün ədəbi məktəb, böyük müəllimdir. Bunu danmaq
ağılsızlıq olar.
Görəsən,
Aqşin Yenisey niyə xalq şairi olmaq istəmədi?
Xatırladım
ki, Səməd Vurğun üslub, dil baxımından xalqına Əlağa Vahiddən daha
yaxındır.
Məqaləni
yazmaqda məqsədim aparıcı və müzakirəçilərə irad tutmaq deyil. Hər kəs öz baxış
nöqtəsində haqlıdır. Sadəcə, diqqətimi çəkən məqamlara fikrimi bildirmək istədim.
13 yanvar, 2015
Yanvar
İlin zaman
başlanğıcı soyuğuyla öyünür,
Rüzgarlar
üşüdür günahı.
Daxmalar
şüppük uclu qarğıların
cil üstü
salğarı,
qovaqlar
oyuğu ilə öyünür.
Quşların ümid
yeridir axı.
Hər tərəf
yanvar;
buludlar köhnə
arzulara ağlayır,
kölgələr
vicdanın şübhəsinə.
Başqa yol
yoxdur,
borcun tələb
etdiyi yerə getməliyəm.
Əvəl-əvvəl xəstə
şəhərin ürəyində
tonqallar
qalamışdılar,
Sonra
tırtıllı təkərlərlə üstündən
adlamışdılar.
İnsanlar
ulamışdılar...
Əllər,
ayaqlar, burunlar,
dodaqlar...
başlar”“hərəsi bir tərəfdə
qana
bulaşmışdılar.
O vaxtdan
ayları rənginə görə tanıyıram,
Hər gülün öz
ayı dəbdədir.
Nə qədər qar
yağa,
Yer üzü, Göy
üzü ağara,
Yanvar qərənfil
rəngdədir.
Şair-publisist
Göyərçin Kərimi(Göyərçin)
01 yanvar, 2015