Xəbər lenti
21/01/2020 [01:07]:
6 yaşlı uşaq heyvanları xilas etmək üçün 200 min dollar pul yığdı - İBRƏTAMİZ...
21/01/2020 [01:04]:
Yaşadığımız Bakı şəhəri bizi necə öldürür? - Toz, səs, tıxac və zibilin DƏHŞƏTLİ ZƏRƏRİ
21/01/2020 [01:00]:
Palma yağının 5 FƏSADI – Şəkərli diabetin baiskarıdır...
21/01/2020 [00:57]:
Hansı öd daşlarında əməliyyat mütləqdir?
21/01/2020 [00:36]:
İsraildə qarı, buzu əridən "ağıllı" asfalt kəşf etdilər - AAYDA-nın menyusuna...
21/01/2020 [00:11]:
İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı...
20/01/2020 [23:57]:
BBC-nin baş direktoru istefa verəcək
20/01/2020 [23:51]:
Ərdoğan ciddi danşıqlar zamanı da hobbisini unutmadı - VİDEO
20/01/2020 [23:40]:
Azərbaycan Prezidenti “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
20/01/2020 [23:39]:
İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşüb
20/01/2020 [23:31]:
İlham Əliyevin İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb
20/01/2020 [23:11]:
"Əlil və qazilərimiz özlərini yandıranda, evləri başlarına uçurulanda onlar səslərini çıxardılarmı?"
20/01/2020 [23:00]:
"Elə bilməyin ki, bu küçədə gəzən insanların hamısı əqli cəhətdən normaldır..." - VİDEO
20/01/2020 [22:59]:
İmişlidə 16 yaşlı nişanlı qız intihar edib
20/01/2020 [22:55]:
Meyxanaçının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başlanıb
20/01/2020 [22:47]:
Qurban Qurbanov tarixi olaydan danışdı
20/01/2020 [22:41]:
"Mən asfalt salıb, yol düzəltməyəcəyəm, lakin..."
20/01/2020 [22:24]:
Serbiyada qanlı Yanvar faciəsinin 30-cu ildönümü anıldı - FOTOLAR
20/01/2020 [22:05]:
Bakıda Türkiyə bayrağı yarıya endirildi – Şəhidlərə ehtiram
20/01/2020 [21:56]:
Kəlbəcərdəki məktəbdə erməni uşaqlar üçün  tədris istixanası yaradıldı…-FOTO
20/01/2020 [21:45]:
Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb - FOTO
20/01/2020 [21:42]:
"Küçədə gəzən insanların 60 faizi əqli cəhətdən tam deyil" - VİDEO
20/01/2020 [21:39]:
Aqil Məmmədov Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etdi
20/01/2020 [21:36]:
"Başı xallı kişi"nin 20 yanvar "yenidənqırma"sı...
20/01/2020 [21:07]:
Onlayn səsvermə zamanı bu dairədə maraqlı nəticə qeydə alınıb - FOTO
20/01/2020 [21:02]:
Deputatlığa namizəd 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib
20/01/2020 [20:57]:
Azay Quliyev Şuşa teatrında şəhid ailələri və qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb
20/01/2020 [20:33]:
"Azərbaycan heç bir halda 20 yanvar cinayətini müasir demokratik Rusiya ilə əlaqələndirmir"
20/01/2020 [20:30]:
Özbəkistan hökuməti istefa verdi
20/01/2020 [20:16]:
Rusiyadan İrana çağırış: Tələsmə!
20/01/2020 [20:07]:
Çadda terror aktı nəticəsində 9 nəfər həlak olub
20/01/2020 [20:05]:
Ələkbər Yasamallının bacısı oğlu niyə intihar edib? - TƏFƏRRÜAT
20/01/2020 [19:28]:
Ağcabədi sakinindən narkotik maddə və tapança götürülüb
20/01/2020 [19:26]:
Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb
20/01/2020 [19:23]:
Putinlə görüşdən əvvəl Medvedevlə Mişustin arasında maraqlı dialoq - VİDEO
20/01/2020 [18:52]:
Ramzan Kadırov istefa verməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib
20/01/2020 [18:34]:
Türkiyəli məşhur müğənni haqqında cinayət işi açıldı
20/01/2020 [18:32]:
Ucarda bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb - FOTOLAR
20/01/2020 [18:12]:
Rusiya ordusu işğalçı ölkədə qırıcı və vertolyot təlimi keçirdi...- FOTO
20/01/2020 [18:11]:
17 yaşlı qızın faciəvi ölümü: Narkotik, vərəm, laqeyd ana...
20/01/2020 [18:09]:
“20 Yanvar müqəssirləri ilə bağlı qiyabi məhkəmə hökmünün çıxarılmasına ehtiyac var”
20/01/2020 [18:00]:
Qorbaçovun köməkçisi: “O, Bakıya ordunu yox, Heydər Əliyevi göndərməli idi...”
20/01/2020 [17:58]:
“Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx
20/01/2020 [17:55]:
DADP sədri Sumqayıt şəhidlərini andı - FOTOLAR
20/01/2020 [17:17]:
"Mən yəhudiyəm və Ukraynada prezidentəm" - Zelenski
20/01/2020 [17:04]:
Avstraliya növbəti fəlakət: Bu dəfə... -VİDEO
20/01/2020 [17:01]:
Bütün pullar bir ovuc adamın əlində cəmləşib… - OXFAM təşkilatının yeni hesabatı
20/01/2020 [16:57]:
"Dediklərini yəqin yuxuda görüb" - DİN-dən Zirəddinə CAVAB
20/01/2020 [16:50]:
“Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” - Rus generalı 20 yanvar qırğınından yazıb
20/01/2020 [16:45]:
Sarqsyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa göndərildi
20/01/2020 [16:43]:
Azərbaycanda ana və üç övladı itkin düşdü -FOTOLAR
20/01/2020 [16:41]:
Aldadılan qadının qisası dəhşət saçdı - Ərinin cinsi orqanına... + FOTOLAR
20/01/2020 [16:11]:
Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO
20/01/2020 [16:11]:
“20 Yanvar faciəsi günahkarlarının cəzasız qalması son 100 ilin ən böyük ədalətsizliyidir”
20/01/2020 [15:43]:
Gəncədə ölən 16 yaşlı oğlanın “avtoşluq” görüntüləri - VİDEO
20/01/2020 [15:41]:
“Putinin aşpazı”na məxsus şirkət Suriyadakı neft mədənlərini ələ keçirib
20/01/2020 [15:28]:
Erməni xeyriyyəçilər Xocalıdakı 7  çoxuşaqlı ailənin hər birinə 1000 dollar verdi...-FOTOLAR+VİDEO
20/01/2020 [15:26]:
Peskovun 22 yaşlı qızı: “Çeçenistanda xüsusi təyinatlı düşərgəsində UFC döyüşçüləri ilə...”
20/01/2020 [15:24]:
Zirəddin Rzayevdən 10 yaşlı Nərminin qətlilə bağlı ŞOK SÖZLƏR - VİDEO
20/01/2020 [15:20]:
Baş prokuror istefa verdi
20/01/2020 [15:18]:
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı - VİDEO
20/01/2020 [15:13]:
Rusiyanın Baş prokuroru dəyişir
20/01/2020 [15:12]:
Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
20/01/2020 [15:03]:
ABŞ “doğum turizmi”ni nəzarətə götürür – Qaydalar sərtləşdiriləcək
20/01/2020 [15:03]:
Rusiyada isti su dəhşəti-Çox sayda ölü var- FOTOLAR
20/01/2020 [14:51]:
“20 Yanvar haqqında hələ də səsləndirilməyən həqiqət bundan ibarətdir ki...”
20/01/2020 [14:41]:
"Bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün binalar yerlə yeksan olacaq"
20/01/2020 [14:37]:
Əməkdar jurnalist vəfat etdi
20/01/2020 [14:33]:
Bakıda restoran parkinqində insident - Müştərinin maşını qaçırıldı
20/01/2020 [14:28]:
"Qoca"nın qardaşı həbs edilib
20/01/2020 [14:27]:
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
20/01/2020 [14:24]:
Şahzadə Harri tituldan imtinası barədə: “Başqa seçimim yox idi”
20/01/2020 [14:22]:
Aybəniz Haşımovadan şəhid həyat yoldaşı ilə bağlı təsirli paylaşım - FOTO
20/01/2020 [14:17]:
Rəşad Mahmudov ilk olaraq şəhid ailəsinin qapısını döydü...
20/01/2020 [14:04]:
Lavrovdan kritik Liviya açıqlaması
20/01/2020 [14:01]:
Azərbaycanda kişi “Qırmızı kitab”a düşən maralları satmaq istədi - FOTO
20/01/2020 [13:18]:
20 Yanvar faciəsində harada idiniz: Elçin Şıxlı, Rəşad Məcid, Elşad Eyvazlı…
20/01/2020 [13:13]:
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı
20/01/2020 [13:10]:
Sabahın havası açıqlandı
20/01/2020 [13:09]:
"İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?"
Bütün arxiv bir sırada
12/01/2015 [10:34] - Köşə - ( 6323 dəfə baxılıb)

Cənnətə hücum...

Yaxud unutqanlara güllə hədiyyəsi
Seymur Əliyev
[email protected]

Fransanın paytaxtı Paris şəhərində “Charlie Hebdo" satirik jurnalına edilən hücum və nəticədə 12 nəfərin həlak olması Avropanın əksər ölkələrində izdihamlı aksiyalara səbəb olub. Dövlət rəsmilərinin də iştirak etdiyi bu aksiyalarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini ilə yanaşı, cinayəti törədənlərin cəzalanması ilə bağlı tələblər səslənir ki, bu da Avropanın baş verənlərdən kifayət qədər təlaşlandığını və hiddətləndiyini göstərir.

Şübhəsiz, günün-günorta vaxtı Qərbin ən böyük sülh, firavanlıq və təhlükəsizlik mərkəzlərindən biri olan Fransaya edilən bu hücumu cənnətə edilən hücum kimi də dəyərləndirmək olar. Hansı ki, belə bir hücumun reallaşması məlum hadisəyə qədər nəinki ehtimal edilə bilməz, hətta ən uzaqgörən proqnozçununu yuxusuna belə girə bilməzdi. Ona görə yox ki, cəmi bir-iki nümunəni çıxmaq şərtilə çağdaş Avropada heç vaxt bu cür səs-küylü terror olayları olmayıb. Ona görə ki, burada söhbət dünyanın ən güclü, ən qüdrətli dövlətlərindən olan qocaman Fransadan gedir. O dövlətdən ki, orada bütün güc orqanlarının, təhlükəsizlik ximətlərinin işi ən yüksək səviyyədə qurulub və bura hətta ən təcrübəli və mütəşəkkil terror qruplaşması üçün belə fəaliyyət baxımından ən uğursuz məkandır. Lakin  7 yanvar hücumu bu mifin üstündən xətt çəkdi və məlum oldu ki, hətta qüdrətli Avropa belə sürətlə  güc və çəki artıran beynəlxalq terrorizm qarşısında kifayət qədər güclü deyil.

Paris terroru fonunda müşahidə edilən məqamlardan biri də baş verənlərin yalnız Fransada deyil, bütün Avropada kütləvi etirazlara səbəb olması oldu. Nə qədər qəribə də olsa, uzun illərdir ki, Asiya və Afrikanın onlarla ölkəsində, Misir, Suriya, Livan, İraq, Əfqanıstan və s. kimi dövlətlərdə on minlərlə insanın günahsız ölümünə görə kiprik belə qırpmayan Avropa, 12 fransızın ölümünə görə məcrasına sığmayan dəniz kimi çalxalandı. Halbuki, Qərb liderləri hər zaman insan faktorunun hər şeydən öndə, bütün maraqlardan ali olduğunu iddia etmiş, dünyanın harasında olmasından, hansı irqə və dinə mənsub olmasından asılı olmayaraq bu dəyərin dəyişilməz olduğunu, bu məsələdə hər hansı ayrı-seçkiliyə yol vermədiklərini bildirmişdi. Lakin Paris terrorundan sonra baş verənlər göstərdi ki, Qərb siyasiləri bu açıqlamalarında o qədər də səmimi deyil. 7 yanvar hadisəsi göstərdi ki, təhlükə Avropanın qapısını döyəndə Qərbin reaksiyası həmişəkindən tamamilə başqa cür olur. Bu nöqtədə Asiya və Afrikadakı qətliyamlarla bağlı standart bəyanatlar verən Qərb deyil, daha hərəkətli, daha çevik, daha həssas, daha qətiyyətli Qərb meydana çıxır. Köksündə çalınan əcəl zəngi Qərbi oyadır, ona insan faktorunun nə qədər önəmli, sülhün və təhlükəsizliyin nə dərəcədə vacib olduğunu, bu təhlükəsizliyin yalnız Avropada deyil, bütün dünyada bərpasının zəruriliyini güllə nəğməsi ilə xatırladır. Qanla yazılan bu nəğmədə dünanın harasında yaşamasından, rənginin ağ və ya qara, dininin xristian və ya İslam olmasından asılı olmayaraq insanın insan olduğu gerçəyi əks olunur. Bu baxımdan 7 yanvar terrorunu bu ali, əzəli həqiqəti unudan, bunu görməzdən gələn Qərb, onun unutqan hərbi-siyasi liderləri üçün güllə hədiyyəsi kimi də dəyərləndirmək mümkündür.

Bu nəğmə Qərbin enerji maraqları, hərbi-siyasi maraqlar naminə dünyanın ən müxtəlif regionlarında törədilən təxribat və müharibələri, bu müharibələr nəticəsində həlak olan milyonlarla insanın dəhşətli aqibətini yada salır. Bu nəğmədə oyuncaq əvəzinə mərmi ilə oynayan əfqan uşaqlarının səsini eşitmək, Fələstində məscidlərdə bombalanan insanların iniltisini duymaq mümkündür. Bu nəğmədə Qərbin öz qəddarlığı və laqeydliyi ilə özünə necə böyük fəlakətlər hazırladığının notlarını görmək mümkündür.

Bəli, terrorizm cinayətdir. Lakin bütün dünyanın lənətlədiyi terrorizm bəzən şoka düşən insanı ayıltmağa xidmət edən şillə kimi zəruri və hətta faydalı olur. Bu baxımdan Paris terroru nəticəsində Fransanın yaşadığı itki və sarsıntının Avropanı oyadacağına, onu daha duyarlı, daha humanist edəcəyinə ümid etmək olar. Nə qədər amansız səslənsə də, maddi nemətlər bolluğunda yaşayan, sülh və firavanlıq içində yaşayan və bu firvanlıq sistemini yaşatmaq üçün Asiya və Afrikada qan axıtmaqdan çəkinməyən Qərbin itki faktoru ilə tanış olması üçün bu duyğunu yaşaması, onun acısına qatlaşması vacibdir. Çünki Qərbin məstləşən ruhunu qansız-qadasız oyatmağın başqa yolu yoxdur.

Paris terrorundan alınacaq dərslər də yetərincədir. Paris terroru göstərdi ki, bu dünyada heç bir bədxahlıq sonsuza kimi cəzasız qalmır. Paris terroru göstərdi ki, günahsız asiyalıya atılan güllə heç gözlənilmədiyi bir zamanda günahsız bir avropalının köksünə sancıla bilər. Paris terroru göstərdi ki, sürətlə qlobollaşan dünyanı “cənnət” və “cəhənnəm” deyə hissələrə ayırmaq, bir qitəni digər qitənin firvanlığı naminə gecə-gündüz çalışmağa, qurbanlar verməyə vadar etmək, insanları irqinə, dininə, rənginə görə sortlara bölmək düzgün deyil. Paris terroru göstərdi ki, nə qədər ki, Asiya və Afrikada Qərbin yaratdığı  cəhənnəmlər alovlanmaqda davam edir, bu atəş dünyanın Avropa adlı cənnətini də qarsacaq, onu zaman-zaman yandırıb yaxacaqdır. Çünki bir tərəfinin su aldığı, batmağa başladığı gəminin digər hissəsində hüzur və səadət dünyası qurmaq mümkünsüzdür.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

 

 

 

 

 

Yaşadığımız Bakı şəhəri bizi necə öldürür? - Toz, səs, tıxac və zibilin DƏHŞƏTLİ ZƏRƏRİ
Palma yağının 5 FƏSADI – Şəkərli diabetin baiskarıdır...
"Elə bilməyin ki, bu küçədə gəzən insanların hamısı əqli cəhətdən normaldır..." - VİDEO
"Mən asfalt salıb, yol düzəltməyəcəyəm, lakin..."
"Başı xallı kişi"nin 20 yanvar "yenidənqırma"sı...
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
6 yaşlı uşaq heyvanları xilas etmək üçün 200 min dollar pul yığdı - İBRƏTAMİZ...
Dünya
Rusiyada isti su dəhşəti-Çox sayda ölü var- FOTOLAR
Gündəm
“20 Yanvara yalnız qaboy səsi, ağlaşma kimi yanaşmaq doğru deyil”
Cəmiyyət
"Qorbaçov Bakıda öz xəlvəti qanlı "sərgüzəştini" "uğurla" sona çatdıra bilmədi, Kreml ifşa olundu"
Hadisə
20 yanvar hadisələrindən 30 il keçir – Şahidlər danışır...
Həftənin ən çox oxunanları
Altı yaşlı uşağa təcavüz etdiyi üçün kəndlilər onu benzinlə yandırdı- FOTOLAR
Nərminin qətlinə görə tutulan İlkinin ailəsindən sensasion AÇIQLAMA: "Xətt onun deyil"
Mişustin kabinetinə girməmiş Paşinyanın bircə “ara, hayes?” deməsi qaldı...
İsrail həkimləri qan təzyiqini normallaşdırmağın  ən sadə yollarını göstərdi...
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
Ramzan Kadırov Çeçenistanın rəhbəri vəzifəsini tərk etdi
“Qabala” restoranında erməni mahnısı oxundu -  musiqiçilər döyüldü...
10 yaşlı Nərminin qətlə yetirildiyi kənddən REPORTAJ - VİDEO
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı- Bütün gecəni dayısı ilə nələrdən danışıb?
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247