SSRİ-nin varisi sayılan Rusiyanın 1990-cı ilin 20 Yanvar faciəsinə görə beynəlxalq məhkəməyə verilməsinin zəruriliyi ilə bağlı fikirlər səslənməkdədir. Bəzi siyasilər hesab edir ki, bu, nəinki Azərbaycanın haqqı, həm də 20 Yanvar şəhidləri qarşısında mənəvi borcdur.
Bununla bağlı
Moderator.az-a açıqlama verən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə məlum
məsələni bu gün üçün real hesab etmədiyini vurğuladı:
“Rusiyanın 20 Yanvar
olaylarına görə məhkəməyə verilməsi bu gün üçün reallıqdan uzaqdır. Bunu
günümüz üçün aktual hesab eləmirəm. Bəlkə bunun da zamanı gələcək. Bütün dünya həmin hadisələrin kim tərəfindən və niyə törədildiyini bilsə də Rusiya xofu bəşəriyyətin canından hələ çıxmadığından hamı susmağa üstünlük verir. Buna görə də məsələ ilə bağlı əlavə şərh
vermək zənnimcə düzgün deyil”.
Seymur Əliyev