“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev Moderator.az-a açıqlamasında Azərbaycandakı çap mediasının KİVDF və digər maliyyə mənbələrindən asılı vəziyyətə salınmasını sərt tənqid edib. A.Əliyev bunu çap mediasının faciəsi adlandırıb:
“Bu gün Azərbaycanda elə
bir vəziyyət yaranıb ki, kənardan maliyyə yardımı olmadan bir qəzet də fəaliyyətini
davam etdirə bilməz. Çünki bu baza dağıdılıb, tamamilə sıradan çıxarılıb. Qəzetlər
KİVDF-dən asılı vəziyyətə salınıb. Bu, özlüyündə düzgün prinsip deyil. Reklam imkanlarının
son dərəcədə məhdudlaşdırıldığı bir şəraitdə, sadəcə süni nəfəslə müəyyən qəzet
təbəqəsini saxlamaq, onları bir mənbədən ”“dövlət maliyyə mənbəyindən asılı vəziyyətə
salmaq prinsipi yanlışdır. Faciə ondadır ki, Azərbaycanda heç bir çap KİV-i öz
maliyyə imkanı hesabına fəaliyyət göstərə bilməz. Bu qəzetlərin KİVDF və ya
başqa kanallarla aldığı maliyyə kəsilərsə, onun da nəfəsi faktiki olaraq kəsiləcək.
Bu gün ölkənin çap mediası süni nəfəs və süni kapital hesabına ayaqdadır. Bu isə
media üçün faciədir”.
Seymur Əliyev