"İstiqlalçı deputatlar davamlı olaraq repressiyaya məruz qalıb"
Oxunub: 3205
31 Dec 2014 | 17:23

İki gün bundan öncə oxuculara VAMBP-nin sədri, görkəmli professor, istiqlalçı deputat Hacıbaba Əzimovla müsahibəni təqdim etmişdik. (//moderator.az/?xeber=65927 ). Oxucuların çoxsaylı müraciətini nəzərə alaraq həmin müsahibəni yenidən ictimaiyyətə təqdim edirik.

 

Hər bir ölkənin tarixində elə şəxsiyyətlər olur ki, xalq bu insanlara sadəcə rəğbət bəsləmir, həm də onlara qarşı dərin və nəhayətsiz minnətdarlıq hissi duyur, özünü bu insanlara mənəvi baxımdan borclu hesab edir. Bu böyük şəxsiyyətlər öz tarixi xidmətləri ilə hələ sağlıqlarındaykən əbədiyyət əldə edir, təmsil olduqları xalqın canlı əfsanəsinə çevrilirlər. Çağdaş Azərbaycan tarixinin bu cür nadir şəxsiyyətlərindən biri də Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, istiqlalçı deputat, Lənkəran Dövlət Universitetinin banisi, professor Hacıbaba Əzimovdur.

İstiqlalçı deputat, görkəmli professor Hacıbaba Əzimovun Moderator.az saytı və “Hürriyyət” qəzetinə verdiyi müsahibəni təqdim edirik.

 

-Hacıbaba müəllim, öncə  Vahid Azərbaycan Milli Birlik Partiyasının mövcud durumu ilə bağlı fikirlərinizi bilmək istərdik. Partiyanın hazırkı fəaliyyəti nə yerdədir? Ümumiyyətlə, bu gün siyasi partiyaların normal fəaliyyəti üçün şərait varmı?

 

-Bu partiyanın nə adı, nə də yaradılması təsadüfi olmayıb. Partiyanın yaradılmasını cəmiyyətin durumu tələb edib. Bu partiya xalqın sosial sifarişi əsasında yaradılıb. 90-cı illərin əvəllərində Azərbaycanda siyasi vəziyyət çox ağır idi. Bir tərəfdən ermənilərin seperatçılıq cəhdləri, digər tərəfdən cənub bölgəsində etnik seperatizm meyillərinin baş qaldırması özünü göstərirdi. O zaman Lənkəran Dövlət Universitetinin quruculuğu ilə məşğul olarkən müşahidə edirdim ki, müəyyən qruplar cənub bölgəsində seperatizmlə bağlı iş aparırlar. Moskvadan da seperatizmi gücləndirmək, etnik zəmində qarşıdurma yaratmaq üçün müəyyən sifarişlər, materiallar gəlirdi. Odur ki, separatçılıq meyllərinin qarşısını almaq üçün tanıdığım alimlərlə, türk, talış əsilli ziyalılarla, digər etnik mənsubiyyətli tanınmış adamlarla məsləhətləşmələr apardım. Onların da razılığı ilə yeni partiya yaratmağı qərara aldıq və adını təklif etdiyim kimi Vahid Azərbaycan Milli Birlik Partiyası qoyduq.

 

-Partiyanın adındakı “Vahid Azərbaycan” ifadəsinin Cənubi Azərbaycanla hər hansı bağlantısı varmı?

 

-Xeyr. “Vahid Azərbaycan” ifadəsinin Cənubi Azərbaycana aidiyyatı yoxdur. O zaman bizim indiki Azərbaycan Respublikasının vahidliyinin pozulması üçün ciddi təhlükə var idi. Biz öncə Azərbaycanın Respublikasının vahidliyini, bütövlüyünü qorumağı və eyni zamanda etnik zəmində seperatizmin qarşısını almaq üçün ölkədə milli birliyin gücləndirilməsini zəruri hesab edirdik. Bu iki məram partiyanın adında da öz əksini tapıb. Çox görkəmli alimlər, ziyalılar bu ideyaya qoşuldu. 1992-ci ilin iyunun 15-də Lənkəranda partiyanın təşkilat komitəsini yaratdıq. 1992-ci ilin noyabrın 28-də Bakıda Əmək Sarayında möhtəşəm bir qurultay keçirdik. Qurultayda Azərbaycanın ali rəhbərliyindən, bütün bölgələrindən çox görkəmli simalar iştirak etdilər. O vaxt Talış Mədəniyyət Mərkəzinin, Kürd Mədəniyyət Mərkəzinin, Tat Mədəniyyət Mərkəzinin rəhbərləri də partiyaya üzv oldular, onların bəzisi hətta partiyanın rəhbərliyində də təmsil olundu. Əsl milli birliyi təmsil edən partiya yarandı. Bir ildən sonra Əlikram Hümbətov “Talış-Muğan Respublikası”nı elan edəndə ona qarşı mübarizənin önündə getdik. Bizim partiyamız əslində bu işə rəhbərlik edib. Mən hər zaman təvazökar olmağa çalışmışam, bir çox xidmətlərimi dilə gətirməmişəm. Amma indi, uzun illərdən sonra məcburam ki, bəzi həqiqətləri xalqa çatdırım. Deməliyəm ki, cənub bölgəsində partiyamız separatizmə qarşı mübarizədə aparıcı rol oynayıb. Buna həm partiyamızın tərkibi imkan verirdi, həm də mənim o vaxtkı mövqeyim. Həm universitet rektoru, həm partiya sədri, həm də Milli Məclisin deputatı idim. Bütün bunlar mənə imkan verirdi ki, bu işə rəhbərlik edim. Xalq da məni hələ 60-70-ci illərdən yaxşı tanıyırdı. O vaxtlar dəfələrlə Lənkəranda ziyalılarla görüşlər keçirmişik. Həmişə mənim başıma yığışar, mənə müxtəlif suallar verərdilər. Siyasi-ictimai fəalların hamısı məni yaxşı tanıyır və böyük hörmət bəsləyirdi. Universitetin yaradılması isə əhalini çox məmnun etmişdi. Ona görə də  Talış-Muğan Respublikası ideyası baş tutmadı, dağıldı. Bundan sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə gələn əqidəsiz və namərd şəxslər, ümumiyyətlə respublikada Rusiyanın “5-ci kalon”una mənsub olan, hakimiyyətdə olan adamlar həm məni, həm də rəhbərlik etdiyim partiyanı sıxışdırmağa, təqib etməyə başladılar.

 

-Sizə və rəhbəri olduğunuz partiyaya qarşı konkret hansı addımlar atıldı?

 

-Əvvələn, hələ 1997-ci ildə məni qurucusu və ilk rektoru olduğum universitetdən tamamilə qanunsuz olaraq kənarlaşdırdılar və sonra da işsiz qoydular. Bu heç şübhəsiz ki, mənə qarşı repressiya tətbiq edilməsi demək idi. Bizim partiyamızı da bir növ repressiyaya məruz qoydular. VAMBP  fəallarına qarşı elə qeyri-qanuni təzyiqlər etdilər ki, onların bəzisi partiyadan çıxmaq məcburiyyəti qarşısında qaldı. Məsələn, məktəb direktoru olan, icra hakimiyyətdində müəyyən vəzifədə işləyən və  eyni zamanda partiyamızın üzvü olan insanlara bildirilirdi ki, siz VAMBP-dən çıxmasanız, YAP-a  gəlməsəniz, işdən azad ediləcəksiniz.  Partiyaya təzyiqlər başlayandan sonra üzvlərimizin bəzisi onu tərk etməyə məcbur oldu. Büdcə təşkilatlarında işləyən şəxslərin bəzisinə isə, hansı ki, aralarında kafedra müdirləri, professorlar da var idi, mən özüm onların işdən azad olmamaları üçün partiyadan çıxmasını məsləhət görmüşəm.  Lakin elələri də oldu ki, bütün təzyiqlərə qatlaşdı, əyilmədi. Onlar bu gün də partiyamızın sıralarında öz fəaliyyətlərini davam etdirirlər. O vaxt da, indi də bu rejimin başında dayanan şəxslər hər zaman yaltaqlara, məddahlara, xüsusən Rusiyanın “5-ci kolon”una mənsub olan satqınlara üstünlük verir, yalnız bu cür insanları irəli çəkirlər. Mən də heç vaxt heç kəsə nə yaltaqlıq, nə də məddahlıq eləməmişəm. Yalan danışmamışam və yalnız həqiqəti söyləmişəm. Öz işimlə xalqımızın, Vətənimizin mənafeyinə xidmət eləmişəm. Amma hakimiyyətdəkilərə bu xüsusiyyətlərim xoş gəlmirdi. Onlar istəyirdi ki, mən bu şəxsləri tərifləyəm. Hətta Milli Məclisdə dəfələrlə sədr müavinlərindən biri dedi ki, filankəsin haqqında bu tərifli cümləni de. Mən isə bundan imtina eləmişdim. Bütün bunlardan sonra mənə və partiyamıza qarşı təzyiq, təqib daha da gücləndi. Bizim fəaliyyətimizə imkan verilmədi. Təzə fəaliyyətə başlayanda Bakıda indiki Vergilər Nazirliyinin binasında Bakı Şəhər İcra Hakimiyyəti VAMBP-yə üç böyük otaq vermişdi. Lakin sonra onu da əlimizdən aldılar. Dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq bizə mənzil-qərargah vermədilər. Buna baxmayaraq bu gün də fəaliyyətiizi davam etdirir, sözümüzü deyirik. Partiyanın ünvanını məcbur olub mənzilimizə yazdırmışdım. Sonra bizim memarlıq abidəsi olan binamızı da zorakılıqla sökdülər. Bizim partiyamız yarandığı vaxtdan bu günə qədər mövcud iqtidara müxalifət mövqeyindədir. Buna görə də hər zaman bizə qarşı təzyiq və təqiblər olub və bu gün də bu davam edir.  

 

- Siyasi partiyaların maliyyələşməsinə ayrılan büdcə vəsaiti onların parlamentdə təmsil olunma nisbəti əsasında bölüşdürülür. Sizcə siyasi partiyaların bu meyar əsasında maliyyələşməsi nə dərəcədə ədalətlidir? Doğrudanmı parlament seçkiləri şəffaf və demokratik şəkildə keçirilir ki, maliyyələşmə də bu əsasda reallaşır?

 

-Bu qayda yalnız o ölkədə tətbiq oluna bilər ki, həmin ölkədə həqiqətən də ədalətli seçkilər keçirilsin. Hamı bilir ki, Azərbaycanda heç vaxt ədalətli seçki olmayıb. Xüsusilə də bu rejimin vaxtında. Parlamentə yalnız təyinatlar olub. Hansı partiyaya neçə yer vermək, hansı partiyalara yer verməmək, kimin adamını deputat təyin edib, kimin adamının üzünə qapını bağlamaq və s. kimi məsələlər hər zaman ölkənin ali rəhbərliyi tərəfindən həll olunur. Bu əslində analoqu olmayan özbaşınalıqdır. Azərbaycanda seçki demokratik keçirilmir və onun nəticəsi xalqın iradəsini əks etdirmir. Buna baxmayaraq, hazırda Milli Məclisdə layiqli deputatlar da var. Elə partiya sədrləri var ki, milli mənafedən çıxış edir, xalq üçün dəyərli işlər görmək istəyirlər. Amma bu deputatların sayı çox azdır. Onların səsini eşidən yoxdur. Onların sözünə əhəmiyyət verilmir, tələblərinin demək olar ki, heç birinə əməl edilmir. Hakim çoxluğun ”“YAP çoxluğunun iradəsi, yuxarıdan gələn göstərişlər həyata keçirilir. Beş-on deputatı çıxandan sonra yerdə qalanlar nə deputat adına, nə də ziyalı adına layiq şəxslər deyil. Mən bunu tam qətiyyətlə deyirəm. Onlar deputat mandatı arxasında gizlənib məhdud şəxsi maraqları üçün çalışır, qeyri-qanuni bizneslə məşğul olurlar. Bəziləri isə ölkə Konstitusiyasının çox kobud şəkildə pozulması ilə deputat mandatı alıblar. Konstitusiyanın 85 və 89-cu maddələrinə görə icra hakimiyyəti sistemində işləyən, kommersiya ilə məşğul olan şəxslər deputat ola bilməzlər. Əgər bu insanlardan kimsə deputat seçilibsə, kommersiya fəaliyyətini dayandırmalıdır. Dayandırmırsa, o zaman MSK onları mandatdan məhrum etməlidir. Amma bunların heç biri baş vermir. Indiki Milli Məclisin tərkibinin 90%-dən çoxu bizneslə məşğuldur. Ya da icra hakimiyyəti sistemində rəhbər vəzifələr tutublar və bunlara deputat kimi fəaliyyət göstərmək Konstitusiya ilə qadağandır. Bu barədə İstiqlalçı Deputatlar Məclisi adından bir bəyanat da yazıb yaymışdıq. Bununla bağlı “Azadlıq” qəzeti məndən bir səhifə həcmində müsahibə də aldı. Bu müsahibədə hazırkı Milli Məclisin qeyri-legitim olmasını və buraxılmasının zəruriliyini sübut edən dəlillər göstərmişik. Bundan başqa böyük hörmət etdiyimiz Ədalət Partiyasının sədri, keçmiş baş prokuror, keçmiş ədliyyə naziri, görkəmli hüquqşünas, hüquq elmləri doktoru, Milli Məclisin deputatı İlyas İsmayılov da ciddi bir sənəd hazırladı. Bu sənəddə o, qanunvericilik aktlarına istinad edərək göstərdi ki, deputatların mühüm bir qismi bu addan məhrum edilməlidir. O, bununla bağlı MSK-ya da müraciət etdi. MSK isə bu müraciətə cavab vermədi. Sonra İlyas müəllim məhkəməyə müraciət etdi. Məhkəmə də bu məsələni araşdırmaqdan imtina etdi. Bütün bunlar göstərir ki, Azərbaycanda nə Konstitusiya, nə də qanunlar işləmir. Bütün bunlara görə də siyasi partiyaların parlament sekilərinin nəticəsinə görə maliyyələşməsi prinsipinin tətbiq edilməsi nonsesdir, gülüncdür. Bu, dünyada analoqu olmayan ədalətsizlikdir. Bu ədalətsizliyə son qoymaq lazımdır.

 

-Professor, hər zaman istiqlalçı deputatlara olan münasibətdən narazılığınızı dilə gətirmisiniz. Sizcə istiqlalçı deputatlara olan bu yad, ögəy münasibətin arxasında nə dayanır?

 

-Dünyanın bütün ölkələrində, o cümlədən post-sovet dövlətlərində dövlət müstəqilliyini gerçəkləşdirən istiqlalçı deputatlara (siqnatorlara) çox böyük hörmət və diqqət mövcuddur. Amma Azərbaycan bəlkə də yeganə ölkədir ki, müstəqil Azərbaycan Respublikasının yaranmasında, müstəqilliyin əldə edilməsində müstəsna xidmətləri olan istiqlalçı deputatlara, ziyalılara qarşı təqib və repressiya siyasəti həyata keçirilir. Istiqlalçı deputatların bir hissəsini təqib edərək məhv ediblər, qətlə yetiriblər. Bir hissəsini saxta ittihamlarla həbs edib uzun illər zindanlara atıblar. Qalan hissəsinin isə mütləq əksəriyyətini “ev dustağı” edib  işsiz qoyublar. Pensiya yaşı çatanların isə halal pensiyasını vermirlər. Burada söhbət sadəcə isyiqlalçı deputatlara güzəştli pensiya verilməməsindən getmir. Söhbət 1991-1995-ci illərdə daimi fəaliyyət göstərən ilk Avropa tipli parlamentin ”“ Milli Məclisin üzvü olan və orada əsas iş yeri olaraq qanunvericilik (əmək) fəaliyyətinə görə əmək haqqı alan deputatlardan gedir. Xatırladırıq ki, dövlət müstəqilliyi əldə ediləndən sonra Konstitusiya Qanunu əsasında Ali Sovet buraxıldı və cəmi 51 nəfərdən ibarət daimi fəaliyyət göstərən Avropa tipli parlament - Milli Məclis seçildi. Sonralar qanunvericiliklə Milli Məclisin sabiq deputatları üçün güzəştli pensiya müəyyən edilsə də, Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilk Milli Məclisin üzvü olmuş sabiq deputatlara güzəştli pensiya verməkdən imtina edir. Ən anormal hal isə budur ki, bu məsələdə həlledici söz sahibi, səbəbkar və günahkar Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyevdir. Belə ki, DSMF qanunvericiliyin tələblərinə deyil, məhz S.Mirzəyevin səlahiyyətlərini aşaraq pensiya ilə bağlı qanuna qəsdən verdiyi antikonstitusion təfsirini (şərhini) əsas tutaraq hərəkət edir. S.Mirzəyev isə həmin şərhində ilk Milli Məclisin üzvlərinin deputat pensiyası almaq hüququnu inkar etmişdir. Şübhəsizdir ki, S.Mirzəyev bu hərəkəti ilə Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid funksiyasına qanunsuz müdaxil etmiş və həm də siyasi qisasçılıq məqsədi güdmüşdür. İctimaiyyətə məlumdur ki, bu adam vaxtilə açıq şəkildə Azərbaycanın dövlət  müstəqilliyinin əleyhinə çıxış etmişdir. Hələ sovet dönəmində Moskvanın tapşırığı ilə Azərbaycanın adından SSRİ Konstitusiya Nəzarət Komitəsinə üzvlüyə cəlb edilmişdir. Halbuki, o zaman o, cavan bir müəllim olub. Məhkəmə və hakimlik təcrübəsi olmayan bir şəxs olub. Lakin Moskvanın adamı olduğu üçün onu bu yüksək vəzifəyə aparıblar. Daha sonra Milli Məclis Aparatının rəhbəri səviyyəsinə qədər qaldırıblar. Bu adam Azərbaycanın müstəqiliyini gerçəkləşdirən şəxslərə Putinin gözü ilə baxır. Putin dəfələrlə bəyan etmişdir ki, SSRİ-nin dağılması böyük bir faciə və cinayət idi. SSRİ-nin dağılmasında iştirak edən adamlar, post-sovet məkanında bu prosesdə iştirak edən insanlar cinayətkardırlar. S.Mirzəyev də istiqlalçı deputatlara bu nöqteyi-nəzərdən yanaşır. Rusiyanın “5-ci kalon”una mənsub olan bəzi vəzifə sahibləri və deputatlar da bu məsələyə Putinin, Kremlin, Rusiya xüsusi xidmət orqanlarının gözü ilə baxırlar. Onlar öz aləmlərində müstəqillik uğrunda mübarizə aparanları cinayətkar hesab edirlər. Halbuki, dünyada tamamilə əksinədir. Pribaltikada bu insanlara müqəddəs şəxsiyyətlər kimi baxılır. Onlara hər cür imtiyazlar verilibdir. Moldaviyada onların hamısına Milli Qəhrəman adı verilibdir. Müstəqillik gününü də ən yüksək səviyyədə keçirirlər. Azərbaycanda isə həm müstəqilliyi gerçəkləşdirən şəxslərə çox pis münasibət var, həm də dünyada analoqu olmayan bir şəkildə  “Dövlət Müstəqilliyi Günü” dövlət bayramı iş günü edilib. Bu antimilli akt isə 2006-cı ilin dekabr ayında Ə.Hümbətovçu H.Rəcəblinin təqdimatı əsasında Milli Məclisin qərarı ilə həyata keçirilib. Həmin vaxta qədər bu dövlət bayramı -18 oktyabr qeyri-iş günü idi.

 

-Deməli, hesab edirsiniz ki, istiqalalçı deputatlara qarşı olan arzuedilməz münasibətin arxasında Rusiyanın ölkəmizdəki “5-ci kalon”unun təmsilçiləri dayanır?

 

-Bəli, belədir. Bu gün Azərbaycan hakimiyyətində yüksək vəzifələr tutan məmurların mühüm bir qismi Rusiyanın “5-ci kalon”una mənsub olan şəxslərdir.  Onlar həm istiqlalçı deputatlardan intiqam alır, həm də Putinə xoş olsun deyə bu hərəkətləri edirlər. Göstərmək istəyirlər ki, baxın, sizə xidmət edirik, Azərbaycan xalqına yox. Baş verənlərin mahiyyəti bundan ibarətdir.

 

-Hacıbaba müəllim, fəaliyyətinizin önəmli bir qismi Lənkəran Dövlət Universitetinin yaradılması və fəaliyyəti ilə bağlı olub və o zaman bu universitet sözün həqiqi mənasında bütün zamanların ən nümunəvi universiteti kimi yadda qalıb. Bu universitetin yaradılması ideyası necə meydana çıxdı? Rüşvətə və təmənnaya yer verməyən bir universitet yaratmağı necə bacardınız?

 

-Öncə onu deyim ki, o zaman mən deputat seçiləndə Lənkəranda ali məktəblərdən birinin filialının açılmasına söz vermişdim. Sözümə əməl edib əvvəlcə Bakı Dövlət Universitetinin Lənkəran filialının yaradılması ilə bağlı qərar aldım. 5-6 aydan sonra isə müstəqil Lənkəran Dövlət Universitetinin yaradılması məsələsinin həllinə nail  oldum. Lakin o vaxt mənə təhsil nazirliyindən bildirdilər ki, bu, sadəcə qərarla başa gələn iş deyil. Yeni universitet quruculuğu üçün daha ciddi iş aparmaq, qərarın reallaşması üçün çoxsaylı çətin məsələləri həll etmək lazımdır. Təklif etdilər ki, mən özüm bu ağır missiyanı öz üzərimə götürüm. Düşündüm və gördüm ki, həqiqətən də ağıllı məsləhətdir. Yeni bir universitetin bünövrəsini qoymaq, universitet yaratmaq tarixi bir işdir. Mən bütün məsuliyyəti üzərimə götürdüm və Lənkərana getdim. Gərgin əməyin və işə cəlb etdiyim kollektivin fədakarlığı sayəsində qısa bir müddət ərzində heç kimin təsəvvür belə  etmədiyi yeni və nümunəvi bir ali təhsil ocağının təşəkkül tapmasına nail olduq. O zaman həm də əyalət yerində rüşvətdən xali, təmiz tələbə-müəllim münasibətinin formalaşdığı bir universitetin yaranacağı da çoxlarına mümkünsüz görünürdü. Lakin biz buna da nail olduq. LDU- nun fəaliyyətini araşdıran və ya öyrənən hər kəs, rəsmi orqanlar görürdü ki, burada təhsil çox yüksək səviyyədədir. Mən birinci buraxılışı elədim. Həmin buraxılışa şahid olanlar mənə dedilər ki, siz bu tələbələri buraxın, qoyun gedib mühazirə oxusunlar. Məzunlar olduqca yüksək səviyyəli mütəxəssislər idilər. Bu da təsadüfi deyildi. Çünki hər bir tələbə bilirdi ki, oxuyarsa, çalışarsa ona diqqət olacaq, layiq olduğu qiyməti alacaq. Tələbə əsla ağlına belə gətirməzdi ki, hansısa müəllimə rüşvət versin, qiyməti rüşvət müqabilində alsın. Belə bir şey olmayıb və ola da bilməzdi. Əks halda həmin müəllimi açıq mühakimə edib işdən kənarlaşdırırdım. Mən hətta tələbələrin xərclərini azaltmaq, onların ictimai nəqliyyatla universitetə gəlib-getməsini asanlaşdırmaq üçün avtomobil birliyi ilə danışmışdım ki, onlardan pul alınmasın. Sürücülərə deyilsin ki, universitet tələbələrin nəqliyyət xərcləri üçün avtomobil birliynə vəsait köçürüb. Əslində biz onlara pul köçürməmişdik. Çünki o zaman kasıbçılıq idi, pul yox idi. Yəni kim tələbə bileti göstərirdisə, ondan pul tələb olunmurdu. Çünki  kənddən gələn tələbələrin köhnə pulla bir manat gələndə, bir manat da gedəndə xərci çıxırdı. Bu tələbələrin isə hər gün bu qədər pul ödəməyə imkanları yox idi. Çörək almaq imkanı olmayanlara xüsusi fond ayırmışdım. Onlara hər gün bir çörək verilirdi. Tələbələrin rahatlığı üçün hər şərait yaratmışdım. Müəllimlər üçün qonaq evi var idi. Keçmiş partiya komitəsinin köhnə qonaq evini alıb təmir elətdirdim. Bura universitetin qonaq evi oldu. Bütün bu işləri həyata keçirərkən hər dəfə yerli icra hakimiyyətinin müqavimətini qırmalı olurduq. Bizə imkan vermirdilər. Lakin biz bütün çətinliklərə rəğmən saf müəllim-tələbə münasibətlərinin bərqərar olduğu yüksək təhsil verən bir universitetin formalaşmasına nail olduq.

 

-Lənkəran Dövlət Universitetinin fəaliyyəti ilə yaxından tanış olanlar iddia edir ki, sizin dönəminizdə tələbələrə milli ruhun təbliğinə də böyük diqqət yetirilib...

 

-Bəli, bu da doğrudur. LDU-da aparılan düzgün təlim-tərbiyə işləri nəticəsində milli əqidə, milli qeyrət məsələsi tələbələrin ruhunda möhkəm yer almışdı. Mən bir dəfə Milli Məclisin iclasında iştirak etmək üçün Bakıya gəlmişdim. Eşitdim ki, Əlikram Hümbətovun adamları əhalidən Talış Muğan Respublikasının yaradılmasına münasibət öyrəniblər. Öyrədilmiş adamlar bu işi tərifləyib. Bizim qiyabiçi tələbələrdən də münasibət öyrəniblər. Onların arasında tələbə Elşad Paşasoy da olub. Tələbələr “TMR”-i olduqca pisləyiblər və bildiriblər ki, bu seperatizm, Azərbaycanın parçalanması deməkdir. Yerli televiziya qarşı tərəflə yanaşı, bizim tələbələrin də çıxışını vermişdi. Görün bizim tələbələrin siyasi əqidəsi hansı yüksək səviyyədə idi. Rektor olduğum son vaxtlarda Akademik Azad Mirzəcanzadənin köməyi ilə LDU-da dissertasiya Müdafiə Şurası yaradıldı. Bu bölgələrdəki ali məktəblər arasında ilk hadisə idi. Ali Attestasiya Komissiyasında bu məsələ müzakirə olunan zaman deyiblər ki, yeganə Lənkəranda təhsil yüksək səviyyədədir. LDU-ya dissertasiya Müdafiə Şurası vermək olar. LDU-nun böyük nüfuz qazandığı belə bir vaxtda yerli rəsmi dövlət orqanlarından birinin rəhbərinin sonralar mənə bildirdiyinə görə, xarici kəşfiyyat icra hakimiyyətindəki müəyyən adamlarla əlbir olaraq  mənim LDU-nun rektoru vazifəsindən tamamilə qanunsuz olaraq kənarlaşdırılmağıma nail oldu.

 

-Hacıbaba müəllim, qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il gəlir. Azərbaycan xalqına qarşıdakı yeni ildə nə arzu edərdiniz?

 

-Istərdim ki, xalqımız sözün həqiqi mənasında xoşbəxtliyə qovuşsun. Xalqımız Azərbaycanın  sərvətlərinin həqiqi sahibi olsun və bunun bəhrəsini görsün. Biz buna görə müstəqillik mücadiləsi apardıq. Biz buna görə həyatımızı qurban verməyə hazırıq-dedik. Xalqımızın əksəriyyəti Cənubi Azərbaycanda yaşayır. Onlarla mədəni- mənəvi birliyimizin möhkəmlənməsini istəyirəm. Qarabağımızın tezliklə azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərpasını arzulayıram. Arzu edirəm ki, bütün köçkün soydaşlarımız öz yurd-yuvasına qayıtsın. Biz ləyaqətli, istedadlı xalqıq. Bizdə çatışmayan birlikdir. Mən dünya azərbaycanlılarının həqiqi mənəvi birliyinin yaranmasını arzulayıram. Hər bir azərbaycanlının çətin gündə də, yaxşı gündə də bir-birinin yanında olmasını istəyirəm. Ancaq bu milli-mənəvi birlik xalqımızı dünyada daha da tanıtdıra və sevdirə bilər. Biz bir-birimizi nə qədər çox sevsək dünya da bizi bir o qədər çox dəyərləndirər. Allah-təala Vətən övladlarına elə bir zəka və qüdrət bəxş etsin ki, müşkül işlərimiz yüngülləşsin, sadaladığım arzular tezliklə həyata keçsin. İnşallah.

 

Seymur Əliyev

 

 

Oxşar xəbərlər
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
19 Apr 2024 | 11:41
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
19 Apr 2024 | 11:41
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular