İstiqlalçı deputat, görkəmli professor, Lənkəran Dövlət Universitetinin banisi Hacıbaba Əzimov saytımıza açıqlamasında istiqlalçı deputatlara deputat pensiyalarının verilməməsi ilə bağlı narazılığını dilə gətirib. (//moderator.az/?xeber=65927) Maraqlıdır ki, məlum problem bugünə qədər bir neçə dəfə gündəmə gətiilsə də, hələ də öz həllini tapmayıb.
Bununla bağlı
Moderator.az-a açıqlama verən millət vəkili
Vahid Əhmədov istiqlalçı deputatların deputat pensiyası ilə təmin olunmasının tərəfdarı
olduğunu, bu məsələni bir neçə dəfə parlamentdə qaldırdığını vurğuladı:
"Mən bununla bağlı
bir neçə dəfə Milli Məclisdə məsələ qaldırmışam. Dəfələrlə bu məsələyə
toxunmuşam. Hətta cənab prezidentə də bununla bağlı müraciət etmişəm. Lakin hələ
ki, bu məsələ öz həllini tapmayıb. Fəqət bu bir həqiqətdir ki, 43 nəfərlik bu
deputatların Azərbaycanın müstəqilliyində xüsusi rolu var. Hansı ki, onların
arasında rəhmətlik Heydər Əliyev də var. Bu gün həmin istiqlalçı deputatlar öz
haqlarını tələb edirlər və hesab edirəm ki, burada qeyri-qanuni bir şey yoxdur.
Yəqin ki, bu məsələ öz həllini nə vaxtsa tapacaq".
Seymur Əliyev