“Azadlıq” radiosu, əslində, nədir?
Gündəm
Oxunub: 2320
29 Dec 2014 | 15:07
“Azadlıq” radiosu, əslində, nədir?
“Azadlıq” radiosu kimi tanıdığımız “Azad Avropa Radiosu / Azadlıq radiosu”nun Bakıdakı bürosuyla bağlı son günlər baş verənlər bir gerçəyi bir daha təsdiqlədi. Bu qurumun mənsub olduğu dövlətin ən adi bir radio direktoru belə başqa müstəqil dövlətlərə yuxarıdan aşağı baxır, utanmadan, çəkinmədən onları təhqir belə edir. Bəli, məhz belədir.

 

Dekabrın 26-da radionun Bakı bürosunda tam olaraq qanun çərçivəsində axtarış aparıldı. Bu əməliyyatı həyata keçirənlər nəzakət və qanun çərçivəsində işlərini başa çatdırıb radionun redaksiyasını möhürlədilər. Hər halda, radioda işləyən həmkarlarımız özlərinə qarşı kobudluğun olmadığını, axtarış üçün müvafiq sənədin təqdim edildiyini elə ilk saatlardan təsdiqləyir. Yəni baş verən proses tam olaraq hüquq müstəvisində həyata keçirilib. Belə olan halda lazım idi ki, radionun daha yuxarı vəzifəliləri bu olaya məhz etik və qanun çərçivəsində reaksiya verəydi.

 

Amma olmadı. Elə həmin gün radionun direktorlarından olan Nenad Pejic Azərbaycan dövlətinə qarşı çox ədəbsiz ifadələrlə zəngin bir açıqlama verdi. Ona görə ədəbsiz deyirik ki, normal bir ölkənin ən elementar etik normalarına əməl edən kimsə o cür ifadələr işlətməzdi.

 

Nenad Pejic olayı “hücum” adlandırdı öz açıqlamasında. Sanki Azərbaycan hüquq mühafizə orqanları gizli plan üzrə davranaraq radionun redaksiyasına basqın ediblər. Halbuki, bütün xəbərlərdə axtarış və möhürləmənin nəzakət və qanun çərçivəsində olduğu deyilir.

 

Daha sonra bu Pejic bir qədər də irəli gedərək Azərbaycan dövlətinin rəhbərlərini “quldur” adlandırır! Bu isə dünyaya demokratiya dərsi keçən ABŞ kimi bir ölkənin heç bir prinsipinə uyğun deyil! Bunun adı sadəcə tərbiyəsizlikdir və Azərbaycan dövləti mütləq şəkildə ABŞ-dan buna görə üzr tələb etməlidir. Çünki ölkəmiz, bəzilərinin arzu etdiyi kimi, ABŞ-ın, elə başqa hansısa dövlətin əlaltısı deyil! Azərbaycan tam müstəqil, suveren dövlətdir və onun hüquq sistemi öz əməllərində hansısa pejiclərlə və onların bağlı olduğu dövlətlərlə hesablaşmağa borclu deyil!

 

Hə, adam bir də Azərbaycana beynəlxalq öhdəliklərini xatırladır. İndi gəl də bundan soruşma ki, sən, adi bir radio direktoru kimsən axı bütöv bir dövlətlə bu dildə danışırsan? Siz özünüzü kim hesab edirsiniz? Əgər ABŞ kimi dövlətin təbliğat vasitəsi olan bir radioya rəhbərlik edirsinizsə, başqa dövlətlərlə bu dildə danışma haqqınız var? Əsla! Gedin, özünüzə başqa məşğuliyyət tapın!

 

Və “Azadlıq” radiosunun mahiyyəti. Azərbaycan ictimai rəyində bəzi kəsimlər iddia edir ki, bu radio, sən demə, ölkəmizdə fikir plüralizmi və azad media mühiti üçün çox vacibmiş. İnanardıq, əgər “Azadlıq”ın nə üçün qurulduğunu və nəyə xidmət etdiyini bilməsəydik.

 

Bizim “Azadlıq” kimi tanıdığımız radionun adı tam olaraq “Azad Avropa Radiosu / Azadlıq Radiosu”dur. Onun təməli 1949-cu ildə Azad Avropa Uğrunda Milli Komitə adlı təşkilat tərəfindən qoyulub. Əsas məqsədi Avropanı Sovetlərin təsirindən azad edib ABŞ-ın təsiri altına salmaq olan komitəyə başçılığı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) o zamankı rəhbəri Allen Dalles həyata keçirirdi.

 

1953-cü ildə isə MKİ-nin qurub nəzarət etdiyi Rusiya Xalqlarının Azadlığı Uğrunda Amerika Komitəsi adlı qurum “Azadlıq” radiosunu efirə buraxdı. Bu radionun əsas məqsədi Sovet İttifaqının əsas xalqlarına təsir etməklə SSRİ-ni çökdürmək üçün milli dillərdə yayımı gerçəkləşdirmək idi.

 

Təbliğat işini daha əlaqəli şəkildə həyata keçirmək üçün 1976-cı ildə bu radiolar birləşdirildi və bir bütün halında fəaliyyətə keçdi.

 

1972-ci ilədək hər iki radionun maliyyəsi MKİ-dən gəlirdi. Üstəlik, onların fəaliyyəti birbaşa bu qurumun göstərişləri əsasında təşkil edilirdi. Yəni anlaşılan odur ki, radio ABŞ dövlətinin soyuq müharibə dönəmində istifadə etdiyi təbliğat vasitəsi kimi MKİ-nin tam nəzarəti altında idi. Lakin sonrakı illərdə Amerika başbilənləri özləri də anladılar ki, azadlığı uğrunda çalışdıqlarını iddia etdikləri xalqlara MKİ kimi qurum tərəfindən maliyyələşən və idarə edilən bir radio ilə təsir etmək işin zərərinə ola bilər. Buna görə də maliyyə məsələsində siyasəti dəyişməli oldular.

 

Hazırda radio ABŞ Konqresi tərəfindən maliyyələşdirilir. Yəni yenə də pul ABŞ dövlətinin büdcəsindən ayrılır. Amma MKİ-nin bu quruma nəzarətdən kənarlaşdırıldığını da deyə bilmərik. Çünki əsas məqsədi başqa dövlətləri daimi basqı altında tutmaq olan radionun MKİ-nin həm himayəsinə, həm də kəşfiyyat məlumatlarına daim ehtiyacı var.

 

“Azadlıq” radiosunun bütün dönəmlərdəki fəaliyyətinə nəzər salanda açıq-aşkar görünür ki, bu media qurumu MKİ-nin nəzarəti altında ABŞ-ın hədəf dövlətlərə qarşı təbliğatının əsas vasitəsidir. Yəni elə açıq şəkildə də bəyan edilir ki, radionun missiyası “uzaq ölkələrdə ABŞ və dünya haqqında dürüst və obyektiv xəbərlər yaymaqla azadlıq və demokratiyanı təşviq və təmin etməkdir”. Təbii ki, burada “dürüst və obyektiv” deyəndə ABŞ-ın maraqlarına uyğun xəbərlər nəzərdə tutulur. Maraqlısı da odur ki, ABŞ siyasətinin və dövlətinin önündə gedənlərin hamısı birmənalı şəkildə elə hesab edir ki, bu radio hətta əleyhində təbliğat apardığı ölkələrdə də rahat bir şəkildə fəaliyyət göstərmə haqqına sahibdir. Elə Nenad Pejic də o təfəkkürün sahiblərindən biridir ki, Azərbaycanın öz suveren hüquqlarından istifadəsini “hücum” və “quldurluq” kimi qələmə verir.

 

Təbii ki, belə təfəkkür sahiblərinin başçılıq etdiyi, eyni zamanda rəsmi ABŞ-ın açıq siyasi basqısı üçün vasitəçilik edən bir radionun Azərbaycanda sərbəst fəaliyyəti heç də bizim xeyrimizə ola bilməz. Düzdür, orda tanıdığımız, hörmət etdiyimiz qələm sahibləri çalışır, maaş alır, ailəsini dolandırır. Amma bu adamların özlərinin də bilmədən MKİ-nin cızdığı çərçivədə hərəkət etdiyini deyə bilərik. Yəni aydın məsələdir ki, belə bir radioda fəaliyyət, əslində, elə ABŞ MKİ-nin əməllərinə ortaqlıq anlamına gəlir. Belədirsə, Azərbaycan dövləti niyə öz vətəndaşlarının Bakının ortasında oturub başqa bir dövlətin kəşfiyyat xidmətinin işində iştirakına dözümlü yanaşmalıdır? Özü də o dövlətin ki, məhz elə MKİ və onun nəzarətində olan təbliğat vasitələrinin də iştirakıyla gözümüzün önündə İraqın altını üstünə çevirdi, Əfqanıstanda daşı daş üstündə qoymadı, ərəb ölkələrinə nə vaxt bitəcəyi bəlli olmayan iç savaşlar bəxş etdi?

 

Anlayırıq və məqbul sayırıq ki, bir zamanlar bu radiolar kommunist rejimləri çökdürüb bizim kimi ölkələrin azadlığına nail olmaq üçün fəaliyyət göstərirdi. Bəs indi nəyi və niyə çökdürmək istəyirlər? Azərbaycan azaddır, müstəqildir, öz ayaqları üzərində dura bilən güclü dövlətdir. Bəlkə ABŞ bu dövlətin üzərində ağalıq iddiasından əl çəkib strateji tərəfdaşlıq prinsiplərinə uyğun hərəkət etsin? Həm də bərabərhüquqlu əsaslarla?

Azər Həsrət
Oxşar xəbərlər
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib"
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
09:11, Bu gün
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
09:05, Bu gün
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
08:48, Bu gün
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
08:46, Bu gün
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
08:44, Bu gün
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
08:42, Bu gün
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
08:41, Bu gün
Ağdamda minaatan qurğular aşkar edilib
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
05:52, Bu gün
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
04:57, Bu gün
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
04:56, Bu gün
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
04:54, Bu gün
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
GÜNLÜK
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 16:47
"Rusiyanın Ukraynada məğlubiyyəti qaçılmazdır"  - Çin analitikinin proqnozu
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 16:37
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü DANIŞDI
17 Apr 2024 | 16:27
Fransanın “səfir oyunu”: Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH + FOTO
17 Apr 2024 | 16:52
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
17 Apr 2024 | 16:32
Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
17 Apr 2024 | 16:42
Azərbaycan Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir - FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 16:47
"Rusiyanın Ukraynada məğlubiyyəti qaçılmazdır"  - Çin analitikinin proqnozu
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 16:37
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü DANIŞDI
17 Apr 2024 | 16:27
Fransanın “səfir oyunu”: Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH + FOTO
17 Apr 2024 | 16:52
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
17 Apr 2024 | 16:32
Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
17 Apr 2024 | 16:42
Azərbaycan Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir - FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib