Xəbər lenti
01/12/2020 [21:14]:
İzzət Bağırov: “Musiqilərimizdə dəyişiklik çoxdan olmalı idi”
01/12/2020 [21:09]:
Azadlıq meydanı Qələbə paradına hazırlaşır - FOTO
01/12/2020 [21:01]:
Çavuşoğlu NATO XİN rəhbərləri ilə Qarabağı müzakirə etdi - FOTO
01/12/2020 [21:00]:
“Cəsur döyüşçü” medalının Əsasnaməsi təsdiqlənib
01/12/2020 [20:46]:
Ayrı-ayrı ərazilərin işğaldan azad olunmasına görə medalların Əsasnamələri qəbul edildi
01/12/2020 [20:38]:
Sevgi məktublarını xanımından gizləyən Xalq şairi haqqında MARAQLI FAKTLAR...
01/12/2020 [20:30]:
“Mikoyan Moskvada Zod məsələsini saxtakarlıqla Ermənistanın xeyrinə həll etdirdi...”
01/12/2020 [19:52]:
Mübariz Qurbanlı: “Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa səsləyirik”
01/12/2020 [19:40]:
Vilyam Hacıyevin həbs müddəti uzadılıb
01/12/2020 [19:39]:
Daha iki medalın statusu məlum oldu - FOTO
01/12/2020 [19:37]:
Şəhid ailələrinə 11 min, I qrup əlillərə 8800, II qrup əlillərə 6600, III qrup əlillərə 4400 manat veriləcək
01/12/2020 [19:32]:
"Laçına ailəlikcə sonuncu gedişimiz zamanı 5-cı sinifdə oxuyurdum..."
01/12/2020 [19:27]:
"Bu yırtıcı və amansız cəlladlar laçınlıların evlərinə soxularaq 28 il orada yaşayıblar”
01/12/2020 [19:20]:
"Ya tövbə deməyi bacarmalıyıq və yeni sivilizasiyaya getməliyik, ya da..." - VİDEO
01/12/2020 [19:08]:
101 yaşlı qadın 9 ayda 3 dəfə koronavirusa qalib gəldi - MARAQLI
01/12/2020 [19:02]:
Suqovuşan uğrunda şəhid olan müəllim
01/12/2020 [18:55]:
“Qarabağ” ordeninin statusu müəyyənləşib
01/12/2020 [18:46]:
“Zəfər” ordeninin statusu məlum oldu - FOTO
01/12/2020 [18:46]:
Koronavirus testi verən qadın tibb işçisinə hücum etdi - VİDEO
01/12/2020 [18:42]:
“Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək? - RƏSMİ
01/12/2020 [18:25]:
Vətən müharibəsində yüksək peşəkarlıq göstərən dəniz piyadaları geri qayıdıb - FOTO
01/12/2020 [18:19]:
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir - VİDEO
01/12/2020 [18:17]:
Laçın rayonuna dəymiş ziyan qiymətləndiriləcək
01/12/2020 [18:16]:
Qayalıqlara dırmaşan model suya düşdü "Təbiətin intiqamı "+FOTOLAR
01/12/2020 [18:10]:
Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert
01/12/2020 [18:07]:
Prezident medallarla bağlı qanunu təsdiqlədi
01/12/2020 [18:04]:
Azərbaycan əsgəri Zori Balayanın oğlunu dəhşətə gətirdi: “Anlamıram, onlar dayanmadan 8-9 saat...” - VİDEO
01/12/2020 [18:01]:
Karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlandı
01/12/2020 [17:59]:
Prezident “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanunu imzaladı
01/12/2020 [17:56]:
Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək
01/12/2020 [17:53]:
Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
01/12/2020 [17:53]:
ADAU-ya BP şirkətinin dəstəyi ilə TEAS-Press Nəşriyyatı evi tərəfindən nəşr olunmuş kitablar hədiyyə olunub
01/12/2020 [17:49]:
"Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın"
01/12/2020 [17:47]:
Lalə Məmmədova koronavirusa verilişdə yoluxduğunu açıqladı
01/12/2020 [17:39]:
Qaxda polislər qanvermə aksiyasına qoşulublar - FOTO
01/12/2020 [17:35]:
Sami Yusufdan Laçınla bağlı paylaşım - FOTO
01/12/2020 [17:34]:
"İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir"
01/12/2020 [17:32]:
“Milli-mənəvi dəyərlər Qarabağ mədəniyyəti konteksində” adlı tədbir keçirilib
01/12/2020 [17:31]:
Əsgərini canı bahasına xilas edən komandir - VİDEO
01/12/2020 [17:27]:
BDU bayrağı təhqir edən tələbə ilə bağlı qərar verdi
01/12/2020 [17:23]:
Qələbəmizin Laçın zirvəsi...
01/12/2020 [17:21]:
Bu gün Şəfiqə Əliyevanın 90 illik yubileyidir
01/12/2020 [17:11]:
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq
01/12/2020 [17:10]:
Rusiya MN Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb
01/12/2020 [17:07]:
Azərbaycan bütövdür!
01/12/2020 [16:51]:
“Anarı biabır elədim ki, əgər qisasın var idisə, heç dəfn mərasiminə də gəlməyəydin...”
01/12/2020 [16:45]:
Sevgilisi koronavirusa yoluxan Hadisədən ayrıldı
01/12/2020 [16:22]:
“SOCAR Türkiyə” Laçının qayıdışını piano ifası ilə qeyd etdi - VİDEO
01/12/2020 [16:14]:
Laçının səhiyyə müəssisələrinin sayı AÇIQLANDI
01/12/2020 [16:11]:
"Azərbaycan beynəlxalq hüquq praktikasında və bölgədə yeni reallıq yaratdı"
01/12/2020 [16:09]:
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
01/12/2020 [16:08]:
“İş yoldaşlarımın çoxunu əsir götürdülər, indiyə kimi xəbər yoxdu...” - FOTOLAR
01/12/2020 [16:01]:
"Çox təəssüf ki, Azərbaycanda olmamışam, amma özümü sizlərdən biri bilirəm" -FOTOLAR
01/12/2020 [15:51]:
Qarabağı kim minalayıb?
01/12/2020 [15:50]:
Laçın küçəsinə gündüz saatlarında  Azərbaycan bayrağı sancıldı...-FOTO
01/12/2020 [15:44]:
İranın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq
01/12/2020 [15:41]:
Paşinyanın blokundan daha bir deputat çıxdı
01/12/2020 [15:29]:
Açıq havada tibbi maskadan istifadə virusdan necə qoruyur?
01/12/2020 [15:26]:
“Hələ ki, cismim əyilməyib, əzrailə canımı vermərəm...”
01/12/2020 [15:16]:
Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzaladı
01/12/2020 [14:57]:
"Məhəbbətin və Laçın həsrəti ilə dünyadan köçənlərin ruhları şaddır"
01/12/2020 [14:56]:
Melania Trump sonuncu dəfə Ağ Evin Milad dekorunu nümayiş etdirdi - FOTOLAR
01/12/2020 [14:52]:
“44 günlük Vətən Müharibəsində ordumuz bir dəfə də olsun bir santimetr geri çəkilmədi”
01/12/2020 [14:47]:
Azərbaycanda 4 426 yeni yoluxma qeydə alındı
01/12/2020 [14:30]:
Pandemiya dövründə məhkəmə fəaliyyəti müzakirə olunub
01/12/2020 [14:29]:
“Qarabağ” Qəbələyə getməkdən imtina etdi
01/12/2020 [14:16]:
Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
01/12/2020 [14:13]:
“Anama yaxşı baxın, onu fikirləşməyə qoymayın...” - FOTOLAR
01/12/2020 [14:09]:
BDU tələbələri “Coğrafi imla” beynəlxalq aksiyasında iştirak ediblər
01/12/2020 [14:08]:
"Azərbaycanımızı təhqir edən fransız müəllimi işdən azad edən Qərb Universiteti mənim üçün dünyanın ən uca ali təhsil ocağı oldu"
01/12/2020 [14:03]:
Prezident: “Yaralı əsgərlərimiz hospitallarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə”
01/12/2020 [13:58]:
Laçın rayon ziyalıları Prezidentə müraciət ünvanladı
01/12/2020 [13:56]:
Laçını işğala qədər görmüş cavanların da hamısı yurd yerlərini yaxşı xatırlamırdı...
01/12/2020 [13:47]:
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
01/12/2020 [13:41]:
Rusiya hərbçiləri özlərinə xidmət üçün  Laçında 200 erməni saxlamaq istəyir?..
01/12/2020 [13:33]:
Qarabağın Alban kilsələri və bitməyən Erməni yalanları
01/12/2020 [13:25]:
“Sovet rəhbəri Stalin 1943-cü ildə Tehranda keçirilən konfransa bu yolla getmişdi”
01/12/2020 [13:22]:
Sabahın hava proqnozu
01/12/2020 [13:17]:
Emil Əkbərov: “Biz kişi kimi döyüşdük”
01/12/2020 [13:14]:
Göyçay və Zərdabdan olan COVID-19 xəstələri Mingəçevirdə karantin postunda saxlanılıblar - FOTO
Bütün arxiv bir sırada
28/12/2014 [16:27] - Ədəbiyyat - ( 2554 dəfə baxılıb)

Sağ söz sahibinə salamməleyküm



Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz
(Şah Xətai)

Elnur Astanbəylinin “oktyabra məktublar” adlanan yeni şerlər kitabı xeyli müddətdir ki, məni öz cezvində saxlamaqda davam edir. İstəyirəm mətləb üstünə Elnurun öz dəsti xəttinə yad olmayan qırdırma(kəsə) yolla gəlim. Bu kitab mənə nədən bu qədər doğma gəldi? Deyim nədənini. Elnur haqq adamıdır. Hər şey elə burdan başlayır. Elnur haqq yolunun yolçusudur. Haqqa aşiqdir. Haqqa aşıqlik ona cəsarət, dirəniş gücü və enerjisi verib. Haqqa aşiq olmasa haqqı arama gücü də olmazdı. O, həm haqqı müdafiyə edir, həm də haqqın müdafiyəsinə sığınır.Mən tanıyan Elnur özünü bir an da olsa haqdan kənarda görməyib. Elnur şerlərini yiyəsiz buraxmır. Şerlərinə sahib durur. Özünün bir səmtə şerlərinin başqa bir səmtə getməyini Elnurun vicdanı qəbul eyləmir. Elnur şerlərinin arxasından çəkinməyi kişiliyinə sığışdırmır. Elnurun şerləri nəyi deyirsə yazıları da onu deyir, davranışı da onu deyir, əxalaqı da onu deyir , əməlləri də Onu deyir. Nə çalırsa onu da oxuyur, nə oxuyursa onu da yazır Elnurun şerləri.Elnur oxucunu aldadan, əllaməçilik eləyən müəllif deyil. Oxucu Elnuru oxuyanda hər misra Onu həqiqətə aparır. Həqiqətə varmaq Haqqı görmək maraqlıdır, şirindir, çəkicidir. Təəssüf ki, çox vaxt Elnurun şerlərinə oxucu dözüm gətirə bilmir.Həqiqətə çatsa da onun müdafiyəsində dayana bilmir. Həqiqətlə qol-boyun olub çiyin-çiyinə dura bilmədiyi üçün də zahidləşirlər. Zahidlikdən oynandır Elnurun məqamı. Zahidlikdən o yana Nəsimilikdir. Elnur haqq yolunda Nəsimi taleyinə belə hazır oluşlardandır. Bir az yekə çıxdı deyəsən. Qoy olsun.Mən Elnura qıyıram bu uca sözləri. Halalı olsun özü qazanıb. Ömür verib qazanıb. Gündüzlər mitinqlər, piketlər, “Azadlıq” qəzetinə qanararsız yazı hazırlamaq, gecələr də balalarına bir tikə halal çörək yedizdirmək üçün kitablar redaktə eləməklə qazanıb. Gözünün nurundan ola-ola, şirin yuxusuna haram qata-qata qazanıb. Bizi dağ görəndə keçi, su görəndə balıq olan şairlərin, boynunda noxdalıq, canında saxdalıq olan şairlərin, xəstə-naçax , satqın, alçaq şairlərin, quyruq bulayan, yala ulayan şairlərin əlindən alaraq alaraq, onların cızmaqaralarına möhtac qoymadığ üçün qazanıb.

Cəmiyyətə güzgü tutan, cəmiyyətin ağrısından doğulan şerlərdir Elnurun şerləri. Bizi-bizə anladan, halımızı anan, halımıza yanan şerlərdir Elnurun şerləri. Bu şerlərdə tək bircə dəfə də olsun Türk adı çəkilmir. Deyirəm bəlkə də elə belə olmalıdır özünə qayıdan Türkün şerləridir . Adamı insan eliyən şerlərdir Elnurun şerləri. Elnur bütövləşmiş şəxsiyyətdir. İşıqlı bir aydındır. Elnurun xoşbəxtçiliyi ondadır ki, beyni və qəlbi arasında sağlam bir əlaqə var. Sanki beyni qəlbində yerləşib.

İçi özüm qarışıq tanıdığım insanlar arasında Elnur qədər yerlibazlıqdan, tayfabazlıqdan uzaq birisini görmədim. Azmı görmüşük haqq cildində yalnız öz kəndçiləri istisna olmaqla insanları yamanlayan həşəratları.Ancaq Elnurda tənqid ilk əvvəl öz yan-yörəsindən, qohum-əqrəbasindan, kəndçilərindən başlayır. Əlbətdə ki, bütün bunlar Elnurun dərin yerlibazlığı kimi də görünə bilər. Lakin bu heç də belə deyil. Əslində bu Elnurun ən əvvəl yaxşı tanıdıqlarından başlaması anlamına gəlir. Əmisi Akif Səməd də beləcə idi. Onun bir məşhur Borçalı ziyalılarına müraciəti var. Borçalının 7-dən 77-yə bütün ziyalılarını elə gözzəl ağ yuyub qara sərmişdi ki, o mübarək müraciəti bir Borçalı Qarapapağı kimi mənim o qədər ürəyimcə oldu ki, mən o müraciətin sürətini çıxardıb sevinə-sevinə rastıma çıxanlara paylamışdım. Elə bu gün də o müraciəti məndən istəyən olsa məmuniyyətlə verərdim. Elnur həm də o ürəkdən, o ruhdan, o böyüklükdən su içib gəlir. Xoş gəlir, səfa gəlir. Elnurun bağrından qopub gəldiyi o torpaq onunçün də dilimin zikri olub.

Kitabına gəlirəm. El dəftəri bölümündə 16-17-ci əsrin estetikasınnan yazdığı şerləri oxuya-oxuya yaşamaqdan, yaşaya-yaşaya oxumaqdan heç doymadım, heç. Çox gözəldir , çox.

bu günlər bir şəhrə vardım gül üzlü dost eşqinə

ha dolandım yorulmadım bürcləri gözəl-gözəl

açılıb dükan bazarı sərrafısan bəri gəl

nə alsan peşman olmazsan xərcləri gözəl-gözəl

hər acıya şükr eylədim hər möhnətə öyrəşdim

mövlamdan aldım dərsimi, onnan pünhan söyləşdim

gəlib-gəlib axır günü bir məclisə əyləşdim

ariflərlə bəhsə girdim mərcləri gözəl-gözəl.

Ağlama naçar könlüm bir gün işin bitirirlər

Yığılır yaxın-yadın gəlib yerdən götürürlər

Hesabını sormağa, dost, meraca gətirirlər

Onda verirsən aldığın borcları gözəl-gözəl.

Qos-qoca çalğısı, qurd ağızlı oxusu ilə yaxşı tanıdğımız aşıq Nazim Əsədoğluna üz tutub yazdığı gəraylı lap ürəyimcə oldu. Böyük bir boşluğu doldurub kimi gəldi mənə. Təəssüf ki, kölgədə qalmaq yolunu seçdiyindən məhdud bir çevrədə tanınırdı aşıq Nazim. Nazimi tanıyan oxuculara bu şerin dəyəri bir başqadır.

Saz havalı, Nazim sazdan havalı

Yerdə yernən, göydə göynən davalı

Ikisi də bir-birindən yaralı-

aşıq üzgün, saz yarımcan oxuyur!

Bir gözəl gəraylı da Aşıq Dilmana ismarlayıb. Sazı mən deyən yerdən çalıb, sözü mən deyən yerdən oxuyan aşıq Dilmana. Təəssüf ki, O da çox məhdud bir çevrədə tanınır . Nə yaxşı ki, o məhdud çevrəyə Elnur kimi xiridarlar daxildir.

Dağılsın otun, çiçəyin

Qanı Dilmanın sazına.

Əladır.

Elnurun “Nənəmin ölən günü” adlı bir şeri var. O, şer haqqında təsirlidir, kədərlidir, çox təsirlidir, ağrılıdır kimi sözlər işlətsək sönük görünər. Bu şerin acısı insanı yandırıb-yaxır. İnsan istirabını söz də bu qədər açıq göstərə bilərmiş deyib sözə salavat çevirməkdən başqa çarəmiz qalmır. Allah ölənnərinə rəhmət eləsin Elnur.Bu şer bizə bir daha anlatdı ki, “ömrümüzdən illər keçmir, insanlar keçir!..”

Elnurun “Mitinqçinin şəkli üçün” şeri isə şedevirdir.

Quşlar öpər

Hər dəfə havada

Düyünlənmiş yumruqlarını...

Göyləri inlədən

“Azadlıq”hayqırışlarını

Quşlar öpər...

Bu şer Elnurun içindəki “Azadlıq” eşqinin nəhayətsizliyi göstərir. Elnurun xətrinə dəysə də dəyməsə də bir söz deyəcəm. Məncə bu şerin mitinqə dəvət edtmək üçün insanlara təsir gücü Elnurun təmsil olunduğu partiyanın mitinq qərarından 100 dəfə çoxdur. Elnurun “Oktyabra məktublar”ı azad gəncliyin bir az ağrılı-acılı, bir az nisgilli həm də ümüdlü türküləridir.

Oxucu dost!

Çox istərdim ki, “Oktyabra məktublar”ı oxuyarkən Elnurun ürəyinin nə hallara düşdüyünü, necə çırpındığını özünüz təsəvvür edəsiniz

....ey adamlar, bilirdinizmi

pəncərələrinizdən süzülən işıqların

pəncərələriniz önündə bitən ağaclara

necə dəlicəsinə vurulduğunu


o ağacların da susuzluqdan yox

işıqsızlıqdan quruduğunu?!...

O, işığın bir adı da Elnur Astanbəylidir. Nə yaxşı ki, yurdumuzun Elnur kimi işıq seli tükənməzdir. İşığın mübarək 

Elnur Astanbəyli

loading...
Sevgi məktublarını xanımından gizləyən Xalq şairi haqqında MARAQLI FAKTLAR...
101 yaşlı qadın 9 ayda 3 dəfə koronavirusa qalib gəldi - MARAQLI
Koronavirus testi verən qadın tibb işçisinə hücum etdi - VİDEO
Qayalıqlara dırmaşan model suya düşdü "Təbiətin intiqamı "+FOTOLAR
Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“İş yoldaşlarımın çoxunu əsir götürdülər, indiyə kimi xəbər yoxdu...” - FOTOLAR
Cəmiyyət
“Bundan gözəl gün ola bilməz, Laçından çıxanda 11 yaşım var idi...” - Əməkdar artist...
Cəmiyyət
“Atam qaçqınçılıqdan əvvəl universitetdə müəllim işləyirdi və arzulayırdı ki, pensiyaya çıxıb Laçına qayıtsın...”
Araşdırma
Qarabağdakı 15 işləyən mədəndən 2-i hələ də ermənilərin əlindədir...-FOTOLAR
Hadisə
Azərbaycan Ordusu üzü Laçına girməyə başladı... - İlk görüntülər-VİDEO

Yazar
İlham İsmayıl
Düşmən dirçəlmək istəyir, düşməni dirçəldən var...
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Seymur Əliyev
Bayraq: Bizi biz edən dəyər...
Həftənin ən çox oxunanları
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247