Xəbər lenti
18/10/2019 [19:52]:
"Mənim könlümü bir çiçəklə də ovsunlamaq olar..."
18/10/2019 [19:50]:
Məleykə Əsədova: “Gənc qızları psixoloqa göndərin” - VİDEO
18/10/2019 [19:48]:
Rayon başçısı Kamilov pambıqçını döyür və iyrənc söyüşlər yağdırır...- "Prezident plana görə anamı ağladacaq..."
18/10/2019 [19:42]:
Ərdoğan bu böhrandan zəfərlə çıxdı - Rusiya mediası
18/10/2019 [19:41]:
ABŞ-dan Şuşadakı erməni tələbələrə təqaüd göndəriləcək...
18/10/2019 [19:41]:
Mübariz Mənsimov gitarada çalıb oxudu - VİDEO
18/10/2019 [19:37]:
Əliməmməd Nuriyev: “19 oktyabrda hər hansı bir qarşıdurma, kütləvi ixtişaşlar baş verərsə...”
18/10/2019 [19:36]:
Təxirə salınan “El-Klasiko”nun vaxtı müəyyənləşib
18/10/2019 [19:32]:
Əhaliyə şad xəbər: Maaş artımı üçün dörd milyard manat ayrılacaq
18/10/2019 [19:31]:
Azərbaycan hərbi xərclərini artırır
18/10/2019 [19:30]:
Xərçəng xəstəliyi ilə mübarizə üçün 46,4 milyon manat ayrılacaq
18/10/2019 [19:18]:
Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri DGKA-da olub
18/10/2019 [19:12]:
Arxangelskdə Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd olundu
18/10/2019 [19:05]:
Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı
18/10/2019 [18:58]:
Ərdoğandan Əsədlə bağlı inanılmaz sözlər: “Ailəvi yaxın idik...”
18/10/2019 [18:56]:
Sinqapurda ilk dəfə Azərbaycanın turizm potensialı təbliğ edilib
18/10/2019 [18:54]:
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlandı
18/10/2019 [18:52]:
Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb
18/10/2019 [18:51]:
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
18/10/2019 [18:51]:
Gələn il 39 rayon xərclərini özü təmin edəcək
18/10/2019 [18:18]:
VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilib - FOTOLAR
18/10/2019 [18:17]:
Rövşən Rzayev ilin sonunadək mənzillə təmin olunacaq məcburi köçkünlərin sayını açıqlayıb
18/10/2019 [18:12]:
"Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək"
18/10/2019 [18:10]:
Azərbaycanın xarici dövlət borcu - 8,9 milyard ABŞ dolları
18/10/2019 [18:09]:
"O, siyasətdən heç vaxt getməyib və ölkədəki proseslər həmişə onun diqqət mərkəzində olub"
18/10/2019 [18:08]:
Azərbaycan 2020-ci ildə Rusiyaya avtomobil ixrac edəcək
18/10/2019 [17:53]:
Xalq artisti: “Röyanı stolu təmizləyəndə tanıdım”
18/10/2019 [17:50]:
Fransa, Almaniya və Britaniya liderləri Ərdoğanla görüşmək istəyir
18/10/2019 [17:49]:
"Qaçqınkom"a Sumqayıtda 20 hektara yaxın yeni ərazi ayrılıb
18/10/2019 [17:46]:
Azərbaycanda dövlət sifarişi ilə təhsil alanlara ayrılan vəsait artırılıb
18/10/2019 [17:45]:
“Keçmiş sovet respublikaları içərisində ən çətin müstəqillik Azərbaycana nəsib olub”
18/10/2019 [17:43]:
Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
18/10/2019 [17:40]:
"Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir"
18/10/2019 [17:40]:
İlham Əliyev görüş keçirdi - FOTO
18/10/2019 [17:38]:
Gələn il "Bakı Metropoliteni" 40 milyon manat subsidiya alacaq
18/10/2019 [17:37]:
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
18/10/2019 [17:36]:
Səhiyyə sahəsinə ayrılan vəsait artırılır
18/10/2019 [17:34]:
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərinin sərgi-satış yarmarkası keçirildi
18/10/2019 [17:26]:
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
18/10/2019 [17:25]:
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
18/10/2019 [17:22]:
“İlham Əliyevlə Mehriban xanımın bu ölkə üçün çox böyük xidmətləri var”- Türkiyəli diplomat
18/10/2019 [17:19]:
Prezident “ASAN xidmət”ə 20 milyon manat ayırdı
18/10/2019 [17:18]:
Təyyarəyə gecikən sərnişin əsəbindən kompüterləri sındırdı - FOTO
18/10/2019 [17:15]:
“Mənim bir villamın və avtomobilimin olması nə böyük şeydi ki?...”
18/10/2019 [17:08]:
"Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə yoxdur"
18/10/2019 [17:00]:
Prezident İlham Əliyev: "Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır"
18/10/2019 [16:54]:
Ledi Qaqa fanatının qucağından yerə yıxıldı - VİDEO
18/10/2019 [16:49]:
Əfqanıstanda məscidə raket atdılar - 31 ölü, 50-yə yaxın yaralı
18/10/2019 [16:46]:
Türkiyə ordusunun “Barış Pınarı” hərəkatında itkiləri açıqlanıb
18/10/2019 [16:42]:
İlham Əliyev onları təltif etdi - SİYAHI
18/10/2019 [16:40]:
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib
18/10/2019 [16:37]:
Ərdoğan Trampın nəzakətsiz məktubuna münasibət bildirib
18/10/2019 [16:22]:
Mətbuat Şurası Prezidentin iradları ilə bağlı iclas çağırdı
18/10/2019 [16:17]:
Türkiyəyə qarşı vuruşan erməni ata və qızı – FOTO
18/10/2019 [16:16]:
Ərdoğan: "Terrorçular Suriyanın şimalını tərk etməyə başlayıb"
18/10/2019 [16:12]:
"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib
18/10/2019 [16:09]:
Məşhur aktrisa: "Yaşlı, əxlaqsız qadın obrazı canlandırmaq istərdim"
18/10/2019 [16:05]:
ABŞ-la Türkiyənin anlaşması - müttəfiqliyə davam - ŞƏRH
18/10/2019 [15:12]:
“Silahlı Qüvvələrin gücünə söykənməyən müstəqiliyin ömrü heç vaxt uzun ola bilməz”
18/10/2019 [14:52]:
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18/10/2019 [14:49]:
“Günü sabah, biri gün o yerlərimizə qayıtmaq istəyirəm...”
18/10/2019 [14:43]:
"Narkotikdən istifadə ilə bağlı qadağalar effekt vermir"
18/10/2019 [14:38]:
Prezident Rövşən Rzayevi qəbul edib - FOTO
18/10/2019 [14:37]:
Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər”
18/10/2019 [14:28]:
Siyasi partiyaya mənsub olmayan deputatları MSK-da təmsil edəcək üzv müəyyənləşəcək
18/10/2019 [14:25]:
Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə
18/10/2019 [14:24]:
Azərbaycanda beş nəfər dərmandan zəhərləndi
18/10/2019 [14:23]:
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
18/10/2019 [14:21]:
“Maşın” şounun iştirakçısının dəbdəbəli evi – VİDEO
18/10/2019 [14:19]:
“Müstəqil ölkəni yaltaqlar deyil,  müstəqil əqidəli vətəndaşlar qurmalıdır...”
18/10/2019 [14:18]:
Çavuşoğlu ilə NATO baş katibi arasında telefon danışığı oldu
18/10/2019 [14:16]:
"Mən heç kimin çörəyinə bais olan adam deyiləm, “tak çto” narahat olmasınlar..."
18/10/2019 [14:04]:
“Cinayətkar” pişik “həbsdən qaçdı”, narkomafiyanı xilas etdi... – Polis nə edəcəyini bilmir...
18/10/2019 [13:36]:
Tramp yenə dilini dinc qoymadı, Ankaraya sataşdı - "Bəzən uşaqların dalaşmasına icazə vermək lazımdır..."
18/10/2019 [13:32]:
Samiraldo cavanlıqdakı məsum fotosunu paylaşdı
18/10/2019 [13:30]:
“Qızımın vəsaiti var idi, ev almaq istəyirdi, amma o pulla sığınacağı tikirik...”
18/10/2019 [13:30]:
Şənbə günü yağış yağacaq
18/10/2019 [12:59]:
“Başı bağlı qadınlar Sibel Cana əl çalır...” - VİDEO
18/10/2019 [12:39]:
"Maşın” realiti-şounun qalibi məlum oldu
18/10/2019 [12:34]:
SOCAR: Bu il qaz anbarlarına 2,1 mlrd. kubmetr qaz tədarük edilib
Bütün arxiv bir sırada
26/12/2014 [10:22] - Köşə - ( 4790 dəfə baxılıb)

Məscid, yoxsa maddiyyata çağırış?

Allaha qovuşmağın Azərbaycan variantı
Seymur Əliyev
[email protected]

Bakının Binəqədi rayonu ərazisində inşa edilən Heydər məscidinin malik olduğu texniki parametrlər, xüsusilə də bu parametrlərin ictimaiyyətə təqdimat forması böyük marağa səbəb olub. Rəsmi medianın təqdim etdiyi məlumatlardan bəlli olur ki, bu məscid 12 min kvadratmetr sahəni əhatə edir və hər biri 72 metr olan 4 minarədən ibarətdir. Məscidin əsas özəlliklərindən biri də onun “Qafqazın ən böyük məscidi” olması və inşasında ən bahalı materialların istifadəsidir.

Şübhəsiz, özlüyündə ölkədə yeni bir məscidin inşası təqdirəlayiq və alqışlanması gərəkən bir məsələdir. Bu baxımdan sözügedən məscidin inşası müsbət bir olay kimi dəyərləndirilməlidir. Lakin Azərbaycanda məscid və ona yanaşmanın özündə cidid problemlər mövcuddur ki, bu problemlər açılışa hazırlanan Heydər məscidinin timsalında özünü daha aydın surətdə göstərir. Birincisi, İslam dini məscidlərin təmtaraqlı formada inşasını qadağan edir ki, bu yasaq Məhəmməd peyğəmbərin “məscidlərinizi sadə tikin” çağırışında öz əksini tapır. Bəli, məscid Allahın evidir və Allah bu evi sadə, bəzəksiz, hər cür dəbdəbədən uzaq görmək istəyir. Məscid sadə tikilməli və öz sadəliyi ilə insanlara bu dünyanın faniliyini, keçiciliyini təlqin etməli, habelə, məhz bu sadəliyi ilə insanı özünə cəlb etməli, onu sadə və pak həyata səsləməlidir. Başqa sözlə desək, məscidin həm daxili, həm də xarici görünüşü insanda maddiyyata, dəbdəbəyə maraq oyatmamlıdır. Lakin təəssüflər olsun ki, Azərbaycanda məscidlərin bir çoxu həm tikilişi, həm də daxili avadanlığı ilə insanları nəinki maddiyyatdan uzaqlaşdırmır, əksinə, onlarda cah-cəlala, dəbdəbəli yaşama maraq oyadır ki, bu da dinin tələblərinə ziddir. Bu baxımdan Heydər məscidinin dəbdəbəli surətdə inşası, xüsusi oyma naxışlarla bəzədilməsi, zahiri möhtəşəmliyi hər şeydən öncə dini aspektdən qəbul edilə bilməz.

Biz minarəninin hündürlüyünü  72 metr deyil, 750 metrə çatdırsaq belə, bu, yenə də Allaha qovuşmaq, onunla ünsiyyət saxlamaq anlamında heç bir şey ifadə etməyəcəkdir. Çünki Allah hər cür ucalıqdan daha ucadır və onun hüzuruna nərdivan qoymaq və ya minarə ucaltmaqla yetişmək mümkünsüzdür. Hər cür elmi-məntiqi və dini yanaşmanı rədd edən belə bir cəhd yalnız Azərbaycan gerçəkliyində baş verə bilər ki, bu da Allaha qovuşmağın Azərbaycan variantı kimi dəyərləndirilə bilər.

İkincisi, tikintisi milyonlarla vəsait tələb edən məscidin inşasında bahalı materiallardan istifadə olunub ki, bu da əhalinin böyük əksəriyyətinin sosial baxımdan acınacaqlı vəziyyətdə yaşadığı Azərbaycan üçün xoşagələn hal deyil. Minlərlə iman əhlinin aclıq və səfalətdən əziyyət çəkdiyi bir zamanda tikintisi milyonlar tələb edən məscid inşası heç bir halda məntiqli hesab edilə bilməz. Çünki heç bir məscid insandan daha üstün deyil, ən azından ona görə ki, məscidin memarı insan, insanın memarı isə Allahdır.

Biz, məscidlərimizi daha bahalı materialdan inşa etməklə onu Allah üçün daha dəyərli edə bilmərik. Biz insanlardan fərqli olaraq, Allahın maddi anlamda “bahalı” və ya “ucuz” deyə hansısa marağı, zövq və seçimi yoxdur. Bir məscidin Allah qatındakı dəyərini yenə də oradakı insanlar, onların niyyət və əməli müəyyən edir. Əks təqdirdə, məscid özü-özlüyündə bir dəyər kəsb edə bilməz, necə ki, başsız bədən heç bir dəyər kəsb etmir. Məscid inşasında bahalı materiallara olan hədsiz meyl isə həm də israfçılıq kimi dəyərləndirilə bilər ki, bu da Allahın bəyənmədiyi əməllərdən biridir.

Habelə, məscidin texniki parametrlərini ictimaiyyətə əlahiddə bir uğur kimi, nümayişkəranə şəkildə təqdim etmək də həm dini, həm də əxlaqi baxımdan doğru hesab edilə bilməz. Ən azından ona görə ki, söhbət Allahın evindən gedir və Allaha bağlı bir şeydən təkəbbürlü formada bəhs etmək, bunu siyasiləşdirmək, hakimiyyətin uğuru kimi təbliğat vasitəsinə çevirmək İslami dəyərlərə ziddir. Məscid hər yerdə məsciddir və bu gün Bakıda inşa olunan “Qafqazın ən böyük məscidi” ilə ucqar bir dağ kəndindəki məscid arasında dini-mənəvi baxımdan heç bir fərq yoxdur, ola da bilməz.

Dördüncüsü, paytaxtdakı məscidlərin bir ucdan qapadılması fonunda milyonluq məscidin inşası absurd və qeyri-məntiqidir. Əgər hökumətin məqsədi cəmiyyətin inanclı kəsiminin ibadəti üçün şərait yaratmaqdırsa, o zaman bağlanan məscidləri açmaq bu yolda ən böyük addım olardı, nəinki külli miqdarda vəsait hesabına yeni ad və görkəmdə məscid inşa etmək.

Məscid inşasından daha vacib bir məsələ isə cəmiyyətin inanclı kəsiminə olan münasibəti dəyişmək, onlara qarşı olan inamsızlığa, təzyiq və təqiblərə son qoymaq, günahsız insanları həbsdən azad etməkdir.

Beşincisi və ən əsası, hökumətin yalnız Azərbaycan xalqı, İslam ümməti qarşısında deyil, həm də Allah qarşısında ən böyük xidməti yeni məscidlər açmaq deyil, ölkədəki əxlaqi-mənəvi tənəzzülün qarşısını almaq, əxlaqlı cəmiyyətin formalaşdırması olardı. Çünki İslam özlüyündə əxlaq və mənəviyyat dinidir. Əxlaqsızlığın, kütləvi simasızlığın və mənəviyyatsızlığın hökm sürdüyü bir cəmiyyətdə məscidlərin inşası insanları inanclı edə, onlarla Allah arasında körpü yarada bilməz. Bu cür cəmiyyətlərdə məscidlər Allah evi, sevgi və ibadət məbədi deyil, sadəcə heç bir anlam ifadə etməyən adi daş binalardır və insanları bu cür binaların divarındakı naxışlar içindən daha çox cəlb edir.

Bəli, məscidlərin inşası təqdirəlayiqdir. Lakin bu, Allahın istədiyi, Məhəmməd peyğəmbərin məsləhət bildiyi formada inşa edilməlidir. Habelə, insanların mənəvi baxımdan kamilləşməsinə məscid inşasından yüz dəfə, min dəfə daha artıq diqqət yetirmək lazımdır. Çünki qəlbində iman olan, Allaha sevgi bəsləyən birisi üçün öz sevgi və bağlılığını ifadə etmək üçün məkan hər zaman tapılacaqdır. Allaha ibadət edən insan üçün hər yer məscid, hər yer ibadətgahdır. İmandan, inamdan, sevgi və paklıqdan uzaq insanı isə ən böyük məscid, ən möhtəşəm ibadətgah belə Allaha bağlaya bilməz. Çünki Allah da şeytan kimi ürəklərdədir və bir insanın Allaha bağlılığı üçün onun öncə öz qəlbindəki şeytanı məğlub etməsi, bu qəlbi bütünlüklə Allaha məxsus etməsi zəruridir.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

loading...
loading...
"Mənim könlümü bir çiçəklə də ovsunlamaq olar..."
“Bir çox insanlar islahatı qəbul edə bilmir və müqavimət göstərirlər..." - VİDEO
30 yaşından sonra bu qidaları yeməyin - HƏKİMLƏRDƏN XƏBƏRDARLIQ...
İstədiyi dərmanı yazmadığı üçün həkimin boğazını kəsdi
Şagirdlərinə göstərdiyi şey sosial mediada virus kimi yayıldı - MARAQLI
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Təyyarəyə gecikən sərnişin əsəbindən kompüterləri sındırdı - FOTO
Şou-biznes
“Mənim bir villamın və avtomobilimin olması nə böyük şeydi ki?...”
Gündəm
“Silahlı Qüvvələrin gücünə söykənməyən müstəqiliyin ömrü heç vaxt uzun ola bilməz”
Şou-biznes
Samiraldo cavanlıqdakı məsum fotosunu paylaşdı
Cəmiyyət
“Qızımın vəsaiti var idi, ev almaq istəyirdi, amma o pulla sığınacağı tikirik...”
Həftənin ən çox oxunanları
Türk ordusunun əsir aldığı terrorçular... - Heç yerdə görmədiyiniz görüntülər - VİDEO
Nə yaraşıq, nə pul,... . Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş.. -FOTO
“Suriya ordusu türk ordusu ilə vuruşmayacaq, çünki...”
YPG-PKK komandirləri Türk ordusunun qarşısında ağlayırlar – VİDEO
"Maşın" şouda böyük rüşvət qalmaqalı - Rəqsanə inanılmaz VİDEO paylaşdı
Bakıda oteldə qadının başı kəsildi - Cinsi əlaqəyə girmədiyi üçün - VİDEO
“Paşinyan İlham Əliyevlə razılığa gəlib ki, Dağlıq Qarabağ...”
Türk F-16-ları Suriyanı bombaladı, Ermənistan təlaşa düşdü...
Masonlardan Türkiyənin əməliyyatı ilə bağlı - Bəyanat
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247